Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-402/2020 16.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X4, Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması X1 üçüncü şəxs olmaqla, Cavabdeh1 MMC-yə və Cavabdeh2nə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X3 Cavabdeh1 MMC-yə və Cavabdeh2nə qarşı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli protokolun etibarsız hesab edilməsi və iş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh1 MMC ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2nə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair iddia tələbinə baxılması üçün aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)- 2626/2019 saylı qərardadı ilə, vəsatətin təmin edilməsi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2nə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair işin baxılması üçün aidiyyyatı üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(82)-788/2019 saylı qərardadı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Quba rayon İcraq və Probasiya şöbəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Ləğv prosesində olan İddiaçı ASC qeyd edilən qərardaddan şikayət verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(82)-788/2019 saylı qərardadının ləğv edilməsi və mülki işin növbəti məhkəmə iclasına təyin edilməsi barədə qərardad qəbul edilməsini, şikayət təin edilmədikdə isə şikayətə baxılması üçün işi apellyasia instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə həmin məhkəmənin xx xxxx 2019-cu il tarixli, 2-2(82)-788/2019 saylı qərardadından Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(103)-734/2019 saylı qərardadı ilə Ləğv prosesində olan İddiaçı ASC qeyd edilən qərardadından verilmiş şikayət təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 2(82)-788/2019 saylı qərardadı ləğv edilməsi, iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Hazırki mübahisə ilə əlaqədar 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-2(82)-788/2019 saylı mülki iş, Bakı Kommersiya Məhkəməsinə təhvil verilərək, e- 2-2(113)-402/2020 saylı iş nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, bildirdi ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(006)-4030/2018 saylı qətnaməsinə əsasən cavabdeh Ələkbərov Eldar Söhrab oğlundan 174.261,39 manat əsas, 17.010,62 manat faiz, 659,73 manat cərimə borcu və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 191.961,74 manat məbləğində pul vəsaiti Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, tutma X6 məxsus 4 otaqlı, 87,1 kvadrat metr yaşayış, 78,4 kvadrat metr köməkçi sahədən ibarət Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 26A saylı evin 1 saylı mənzilinə yönəldilməlidir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Cavabdeh2nə göndərilmişdir. Sonuncu tərəfindən xx.xx.2018-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş və borclu Ələkbərov Eldar Söhrab oğluna icra sənədi üzrə icranı könüllü təmin etməsi barədə xəbərdarlıq edilmişdir. Lakin icra sənədi könüllü icra edilmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinin həyata keçirilməsi başlamış və xx.xx.2019-cu il tarixdə ipoteka predmeti olan X6 məxsus mənzil hərrac vasitəsi ilə satılması üçün Cavabdeh1 MMC-yə göndərilmişdir. Sonuncu tərəfindən hərrac keçirilmiş, lakin alıcı olmadığından hərrac baş tutmamış elan edilmiş və bununla xx.xx.2019-cu il tarixli protokol tərtib edilmişdir. Qeyd edilənlərə əsasən Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş protokol etibarsız hesab edilməli və ipoteka predmeti olan X6 məxsus 4 otaqlı, 87,1 kvadrat metr yaşayış, 78,4 kvadrat metr köməkçi sahədən ibarət Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 26A saylı evin 1 saylı mənzil üzrə təkrar hərrac keçirilməlidir. Sonda iddiaçının nümayəndəsi Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 iddianın təmin olunmasını, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddiasının isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onları nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddiasını müdafiə edərək, bildirdi ki, hazırki iş üzrə qəbul ediləcək məhkəmə qərarı X5 mülkiyyət hüquqlarına və əmlak mənafelərinə bilavasitə təsir göstərə bilər. Belə ki, iddiaçı tərəfindən nəticələri mübahisələndirilən hərrac prosesinin obyekti X6 məxsus ipoteka predmeti olan Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 26A saylı evin 1 saylı mənzil olmuş, iddia tələbinin predmetini isə həmin mənzilə tutma yönəldilməsi prosedurunun həyata keçirilməsi ilə bağlı keçirilmiş hərraclar olmuşdur. Müstəqil tələb irəli sürən üçüncü şəxs qismində prosesdə iştirak etmədiyi təqdirdə məhkəmə tərəfindən MPM-in 387.2.4-eü maddəsinin tələblərinin pozulması, yəni məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsi ilə müşayiət olunan qərar qəbul edilməsinə gətirib çıxara bilər. MPM-in 15.4-cü maddəsinə əsasən məlikəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda həmin aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. Bununla əlaqədar Vəkil bildiridi ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-4030/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Ələkbərov Eldar Söhrab oğlundan cəmi 191.961,74 manat pul İddiaçı ASC-nin xeyrinə tutulması, tutma ipoteka ilə yüklü edilmiş X6 məxsus Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 26A saylı evin 1 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 594.655 manat müəyyən edilməklə açıq hərracda satılması və sair qət edilmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-4030/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün Quba rayon İcra şvə Probasiya şöbəsinə göndərilmişdir. X6 məxsus Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 26A saylı evin 1 saylı mənzilin ilkin satış qiyməti 594.655 manat məbləği olmaqla açıq hərracdan satılması üçün hərrac təşkilatçısı “X7'’ MMC-yə sifariş verilmişdir. Əmlak kompleksinin açıq hərracdan satılması məqsədi ilə ilkin satış qiyməti 594.655 manat olmaqla xx.xx.2018-ci il tarixində 11:00-da təkrar hərrac keçirilmişdir. Daha sonra isə əmlak kompleksinin açıq hərracdan satılması məqsədi ilə ilkin satış qiyməti 505.456 manat olmaqla xx.xx.2019-ci il tarixində 11:00-da birinci hərrac keçirilmişdir. Cavabdeh1 MMC-nin X6 ünvanladığı xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir ki, Cavabdeh2 251507/18-03 saylı. xx.xx.2018-ci il tarixli sifariş məktubuna əsasən ünvan 2 ünvanında olan 1 nömrəli mənzilin İkin hərracı xx.xx.2019-cu il il tarixdə, 15% endirimlə təkrar hərracı xx.xx.2019-cu il tarixdə keçirilmiş və xx.xx.2019-cu il tarixdə baş tutumamış elan olunmuşdur. Bununla bağlı tələbkara məlumat məktubu göndərilmiş və qanunvericiliyə əsasən əmlakı 30 gün müddətində əldə edə biləcəyi bildirilmişdir. Qeyd etmək lazımdır ki, bu günədək əmlak tələbkar tərəfindən əldə olunmamışdır. Cavabdeh1 MMC-nin Cavabdeh2nə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 435 saylı məktubunda qeyd edilmişdir ki, "Sizin 251507/18-03 saytı, xx.xx.2010-cıı tarixli sifariş məktubunuza asasan X6 məxsus Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 26A saylı evin 1 saylı mənzilin ilkin satış Qiyməti 504.655 manat olmaqla birinci hərrac xx.xx.2019-cu il tarixində keçirilmiş. Heç bir alıcı olmadığından hərrac baş tutmamış elan olunmuş və satış qiyməti 505.456,75 manat olmaqla ikinci hərrac xx.xx.2010-cu il tarixində keçirilmişdir. Keçirilən ikinci hərracda heç bir aıcı olmaması səbəbi ilə bas tutmamış və xx.xx.2019-cu il tarixində "Kaspi" qəzetində hərracın baş tutmaması barədə elan dərc edilmişdir. Əmlakın tələbkar tərəfindən əldə olunması ilə bağlı tələbkara məlumat məktubu ünvanlanmış və baş tutmama tarixi məktubda qeyd edilmişdir. Tələbkar tərəfindən əmlakın əldə olunması də bağlı bu günədək hər hansı mövqe bildirilmədiyi üçün "İpoteka Haqqında " AR Qanunun 43.8-ci maddəsinə əsasən sənədlər toplusu Cavabdeh2nə geri qaytarılır.Qeyd edilənlərdən də aydın olur ki, hərrac baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində ipoteka saxlayan - tələbkar ilə Hərrac təşkilatçısı arasında əmlakın alğı-satqısına dair heç bir Protokol bağlanmamışdır. Sonda Vəkil müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddiasının təmin olunmasını, Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 iddiasının isə rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 vəkili və nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasənLəğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddiaları rədd edilməlidir. İşdə olan Cavabdeh1 MMC-nin Cavabdeh2nə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 435 saylı məktubundan görünür ki, sonuncunun sifariş məktubunu asasan X6 məxsus Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 26A saylı evin 1 saylı mənzilin ilkin satış Qiyməti 504.655 manat olmaqla birinci hərrac xx.xx.2010-cu il tarixində keçirilmiş. Heç bir alıcı olmadığından hərrac baş tutmamış elan olunmuş və satış qiyməti 505.456,75 manat olmaqla ikinci hərrac xx.xx.2010-cu il tarixində keçirilmişdir. Keçirilən ikinci hərracda heç bir aıcı olmaması səbəbi ilə bas tutmamış və xx.xx.2010-cıı il tarixində "Kaspi" qəzetində hərracın baş tutmaması barədə elan dərc edilmişdir. Əmlakın tələbkar tərəfindən əldə olunması ilə bağlı tələbkara məlumat məktubu ünvanlanmış və baş tutmama tarixi məktubda qeyd edilmişdir. Tələbkar tərəfindən əmlakın əldə olunması də bağlı bu günədək hər hansı mövqe bildirilmədiyi üçün "İpoteka Haqqında " AR Qanunun 43.8-ci maddəsinə əsasən sənədlər toplusu Cavabdeh2nə geri qaytarılmışdır. İşdə olan Cavabdeh1 MMC-nin X6 ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Cavabdeh2 251507/18-03 saylı, xx.xx.2018-ci il tarixli sifariş məktubuna əsasən ünvan 2 ünvanında olan 1 nömrəli mənzilin İkin hərracı xx.xx.2019-cu il il tarixdə, 15% endirimlə təkrar hərracı xx.xx.2019-cu il tarixdə keçirilmiş və xx.xx.2019-cu il tarixdə baş tutumamış elan olunmuşdur. Bununla bağlı tələbkara məlumat məktubu göndərilmiş və qanunvericiliyə əsasən əmlakı 30 gün müddətində əldə edə biləcəyi bildirilmişdir. Həmçinin tələbkar tərəfindən əmlakın həmin tarixə olan müddətə əldə olunmaması bildirilmişdir. İşdə Cavabdeh1 MMC-nin X6 ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Cavabdeh2 251507/18-03 saylı, xx.xx.2018-ci il tarixli sifariş məktubu sonuncuya geri qaytarılmışdır. İş materiallarında olan Cavabdeh1 MMC-nin xx.xx.2019-cu il tarixli açıq hərracın keçirilməsinə dair 21/20 nömrəli bildirişindən görünür ki, Cavabdeh2 251507/18-03 saylı, xx.xx.2018-ci il tarixli sifariş məktubu əsasında ünvan 2 ünvanında olan 1 nömrəli mənzilin İkin hərracı xx.xx.2019-cu il il tarixdə, saat 11:00-da keçiriləcəyi barədə məlumat X6 göndərilmiş və ünvan sahibi tərəfindən 21.01.19-cu il tarixdə qəbul edilmişdir. İşdə olan Cavabdeh1 MMC-nin xx.xx.2019-cu il tarixli açıq hərracın keçirilməsinə dair 21/20 nömrəli bildirişindən görünür ki, Cavabdeh2 251507/18-03 saylı, xx.xx.2018-ci il tarixli sifariş məktubu əsasında ünvan 2 ünvanında olan 1 nömrəli mənzilin İkin hərracı xx.xx.2019-cu il il tarixdə, saat 11:00-da keçiriləcəyi barədə məlumat X6 göndərilmiş və ünvan sahibi tərəfindən 16.02.19-cu il tarixdə qəbul edilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixdə dərc olunmuş Kaspi qəzetindən çıxarışdan görünür ki, Cavabdeh1 MMC Hərrac Mərkəzi tərəfindən məhkəmə qərarları əsasında ilkin hərraca çıxarılacaq borclulara məxsus daşınar və daşınmaz əmlaklar barədə elanlar bölməsinin daşınmaz əmlaklar siyahısının 11-ci sırasında ünvan 2 ünvanında olan 1 saylı mənzilin ilkin qiyməti 594.655,00 manat olmaqla qeyd olunmuşdur. İşdə olan xx xxxxxx 2019-cu il tarixdə dərc olunmuş Kaspi qəzetindən çıxarışdan görünür ki, Cavabdeh1 MMC Hərrac Mərkəzi tərəfindən məhkəmə qərarları əsasında ilkin hərracda satılmayan və qiyməti aşağı salınaraq növbəti hərraca çıxarılan borclulara məxsus əmlaklar barədə elanlar bölməsinin ilkin hərracda satılmayan və qiyməti 15% aşağı salınaraq növbəti hərraca çıxarılan borclulara məxsus əmlaklar siyahısının 10-cu sırasında ünvan 2 ünvanında olan 1 saylı mənzilin ilkin qiyməti 505.456,75 manat olmaqla qeyd olunmuşdur. İş materiallarında olan x xxxx 2019-cu il tarixdə dərc olunmuş Kaspi qəzetindən çıxarışdan görünür ki, Cavabdeh1 MMC Hərrac Mərkəzi tərəfindən məhkəmə qərarları əsasında ilkin hərracda satılmayan və qiyməti aşağı salınaraq xx xxxxxx 2019-cu il tarixdə hərraca çıxarılan və satışı baş tutmayan borclulara məxsus əmlaklar sırasının 10-cu yerində 4 otaqlı, 87,1 kvadrat metr yaşayış, 78,4 kvadrat metr köməkçi sahədən ibarət Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 26A saylı evin 1 saylı mənzilin ilkin qiyməti 505.456,75 manat olmaqla qeyd olunmuşdur. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 MMC Hərrac Mərkəzi tərəfindən hərracın nəticələri dair xx xxxxxx 2019-cu il tarixdə heç bir protokol tərtib olunmamışdır. Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 Cavabdeh1 MMC Hərrac Mərkəzi tərəfindən həmin protokolun ləğv edilməsi ilə bağlı iddia ərizəsində irəli sürdüyü tələb təmin olunması qeyri mümkündür. Belə ki, mövcud olmayan sənədin ləğv edilməsi və ya hər hansı bir digər hüquqi tədbirin görülməsi mümkün deyil. Eyni zamanda iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 həmin tələblə digər Cavabdeh2nə qarşı iddianın irəli sürməyi də, əsassızdır. Çünki hərracların hazırlanması və keçirilməsi ilə icra məmurunun sifarişi əsasında yalnız ixtisaslaşdırılmış müəssisələr həyata keçirirlər. Belə olan halda isə, hərrac mərkəzi tərəfindən hərracın nəticələri dair hər hansı bir sənədə dair hüquqi tədbirin görülməsi tələbi icra və probasiya şöbəsindən tələb edilməsi qanuna ziddir. Bundan başqa, müstəqil tələb irəli sürən üçüncü şəxsin Ləğv prosesində olan İddiaçı ASC-nin ilə X8 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 118/2 saylı ipoteka müqaviləsinə xitam verilməsi və digər tələblərinə dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə mübahisəsi gedən ipoteka predmeti üzrə hərracın təkrar baş tutmamış edildikdən sonra ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə etmədiyinə görə, ipoteka müqaviləsinə məhkəmə qaydasında xitam verilməsi halları qanunla nəzərdə tutulmamışdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Həmin Qanunun 48.1-ci və 48.1.5-ci maddələrinə uyğun olaraq, ipotekaya həmin Qanunla nəzərdə tutulmuş digər hallarda xitam verilir. Qeyd olunan maddi normaların məzmununda görünür ki, ipotekaya xitam verilməsinin əsasları imperativ qaydada və birbaşa nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sənədlərdən məlum olur, vətəndaş X11 məxsus avtomaşının zədələnməsi nəticəsində ona maddi ziyanın dəyməsi, sonuncuya iddiaçı tərəfindən sığorta aktına əsasən sığorta ödənişin həyata keçirilməsi məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmışdır. Lakin həmin ziyanın məhz cavabdeh tərəfindən vurulmasına dair nə iş materiallarında, nə də ki, iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Buna görə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Halbuki, «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə hesab edir ki, Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 və Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddialar rədd edildiyindən, iddia verilərkən ödənilmiş dövlət rüsumları ayrı-ayrılıqda iddiaçıya və müstəqil tələb irəli sürən üçüncü şəxsə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 iddiası rədd edilsin. İddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddiası rədd edilsin. İddia verilərkən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu müstəqil tələb irəli sürən üçüncü şəxsə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-402/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-402/2020
16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver