Məhkəmə qərarları › İş №2-2(113)-411/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-411/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-411/2020 01.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən dəymiş zərərin əvəzi, yəni 1562 manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq onların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, xx.xx.2018-cı il tarixində saat təxminən 15:00 radələrində Səbail r-n M.Hüseynov küçəsi «İnturist» otelin qarşısında, “xxxx" MMC-yə məxsus «Karsan» 561 markalı TH 404 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun sürücüsü “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, yolun sağ kənarında dayanmış vəziyyətdə olan “xxxx” MMC-yə məxsus “London Taxi 4” markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, baş vermiş yol nəqliyyat hadisəsi zamanı «Karsan» markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtobusun güclü zərbəsi nəticəsində “London Taxi TX-4” markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobil qarşıda dayanmış «Cevrolet Aveo» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi ilə əlaqədar Səbail RPİnin TŞ-nin təhqiqatçısı, polis mayoru Anar Hacıyev hadisə yerinə gəlmiş və faktla bağlı araşdırmaya başlamışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, “xxxx” MMC-yə məxsus «Karsan» markalı ** TH *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun sürücü X2 öz təqsiri üzündən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun tələblərini pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Həmçinin araşdırmanın nəticəsində həmin hadisə zamanı X1 əməlində Azərbaycan Respublikasının CM-nin 263.1 maddəsinin tərkib əlamətləri olmadığından toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Ona görə də X1 əməlində Azərbaycan Respublikasının İXM-nin 327.1 və 327.6cı maddələrində göstərilən inzibati xətanın tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün toplanmış materiallar Səbail RPİ-nin DYPŞ-yə göndərilmişdir. Belə ki, fakt üzrə Bakı şəh. Səbail RPİ-nin DYPŞ-də aparılmış araşdırma ilə yolnəqliyyat hadisəsinin X1 AR İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş verməsi tam sübuta yetirilmiş, təqsirli sürücü barəsində İXP-2327559 saylı protokol tərtib edilərək 100 manat cərimə edilmişdir. “xxxx” ASC tərəfindən zərər dəymiş avtonəqliyyat vasitəsinin qiytmətləndirilməsinə dair hesabatdan görünür ki, “London Taxi TX-4” markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomaşının təmir xərcləri 5295 manat təşkil etmişdir. «Karsan» 561 markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalandığından dəymiş zərərin aradan qaldırılması üçün ödəniləcək 5295 manat məbləğindən 3733 manat sığorta haqqı “xxxx” ASC tərəfindən Cəmiyyətin bank hesabına köçürülmüşdür. Nəticədə Cəmiyyətə məxsus avtomobilə dəymiş ziyandan 1562 manat məbləği qalmışdır. Çünki ümumi icbari sığorta məbləği 5000 manat olduğundan və sığorta şirkəti tərəfindən hər iki maşına dəymiş ziyana görə 5000 manat ödənildiyindən qalan ödənişin ödənilməsi həyata keçirilmədiyindən hazırkı iddianın qaldırılması zərurəti yaranmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Səbail RPİ-nni TŞ-nin təhqiqatçısı, polis mayoru Anar Hacıyevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, xx xxxxxx 2018-ci il tarixdə Səbail rayonu, M.Useynov küçəsində baş vermiş yol nəqliyyat hadisəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin YNH (baş inspektor, polis baş leytenantı E.Ağamalıyev) tərəfindən tərtib edilmiş İnzibati xəta haqqında İXP ******* saylı xx xxxxxx 2018-ci il tarixli protokoldan və qəbul edilmiş inzbati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2019-cu il tarixli qərardan görünür ki, «Karsan» 561 markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X2 xx xxxxxx 2018-ci il tarixdə saat 15:00-da yol hərəkəti qaydalarını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 100 manat məbləğində cərimə edilmişdir. “xxxx” MMC-nin 1244 nömrəli təmir aktından görünür ki, ** TH *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərər avtomobilin təmiri üçün sərf olunan əmək haqqı da daxil olmaqla, ümumilikdə 5295,3 manat məbləğində müəyyən edilmişdir. xx xxxxxx 2019-cu il tarixli 27725 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, “xxxx” MMC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “London Taxi TX-4” markalı, ** TH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq etməklə təxminən 5597 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 120 manatdır. Azərbaycan Respublikası DİN BDYPİ-nin 016-55534-1220 nömrəli, xx.xx.2020-ci il tarixli məktubundan və «Karsan» 561 markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomaşının kompyuter çıxarışından görünür ki, «Karsan» 561 markalı ** TH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin (ipoteka müqavilələri və s.) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. «Karsan» 561 markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomaşın “xxxx” MMC-yə məxsusdur və ipoteka müqaviləsinə əsasən AccessBank QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi “xxxx” MMC-yə məxsus «Karsan» 561 markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “xxxx” MMC-yə məxsus “London Taxi TX-4” markalı, ** TH *** dövlət qeydiyyat nişanlı avtomobilə ekspert rəyinə əsasən 5597 manat məbləğində ziyan dəymiş, 3733 manat məbləğində sığorta haqqı ödənildiyinə görə dəymiş ziyanın məbləği 1864 manat təşkil edir. Lakin iddiaçı “xxxx” MMC iddia ərizəsində 1562 manat məbləğində (5295-3733=1562) pul tələb etdiyinə görə məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdeh “xxxx” MMC-dən 1562 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin ekspertiza tədqiqatının dəyəri 120 manat məbləğində pul “xxxx” MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ 013601**********3944 SWİFT BİK: CTREAZ22 hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxx” MMC-dən 1562 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində pul “xxxx” MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ 013601**********3944 SWİFT BİK: CTREAZ22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar