Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-413/2021 15.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən kafeyə (abonent kodu:**********00815) əsassız olaraq hesablanmış 7526.75 manat borcun və sayğacın dəyəri olaraq tələb olunan 235.88 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 mənzil 14 ünvanında qeydiyyatda olsa da, Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən tikili ona məxsusdur. Qaz sayğacı xeyli müddətdir ki, quraşdırılmışdır. Həmin ünvanda quraşdırılmış qaz sayğacı Cavabdeh İB-nin əməkdaşları tərəfindən sökülərək aparılmış, yoxlamadan keçirilmiş və yenisi ilə əvəz edilmişdir. Cari ilin iyun ayında ünvana məxsus qaz kartına pul yüklədikdə kartın blokda olduğunu öyrənmiş, bununla bağlı cavabdeh təşkilata müraciət etmişdir və oradan bildirmişlər ki, həmin ünvana aid qaz sayğacında problem olub və bununla bağlı cərimə ödəməlidir. Qaz sayğacı aparılarkən sayğaca tərəfindən hər hansı bir müdaxilə edilməmişdir. Qaz İdarəsinin əməkdaşları ona bu səbəbdən 2016-cı ildən başlamaqla müxtəlif tarixlərdə yazılmış aktlar əsasında ümumilikdə 7526.75 manat sərfiyyat haqqı kimi borcun ödənilməli olduğunu bildirmişdir. Bununla yanaşı 235.88 manat sayğacın dəyəri də ondan tələb olunmuşdur. Həmin ünvanda təbii qazdan istifadəyə görə yaranmış borclar hər ay gecikdirilmədən ödənilmiş və qaz xəttinə hər-hansı kənar müdaxilə edilməmişdir. İndiyə qədər təbii qaza görə yaranmış borcla hər hansı mübahisə yaşanmamışdır. Çünki o istehlakçı olaraq öz üzərinə düşən öhdəliyini yerinə yetirmişdir və istifadə etdiyi təbii qaza görə dövlətə olan borcu ödəmişdir. Bundan başqa onun və ya ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə və ya digər təsir edilməmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək ona məxsus qeyri-yaşayış sahəsinə (kod: **********00815) əsassız olaraq hesablanmış 7545.60 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavəni onunla əsaslandırmışdır ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli AR Q anununun 2.1-ci maddəsinə Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. AR Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamalrın vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən, AR-nın qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyət subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin,müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin və iddia ərizəsinə əlavənin məzmununa uyğun izahat verərək iddia təmin olunması və cavabdeh tərəfindən əsassız hesablanmış 7545,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 verdiyi izahatda bildirdi ki, iddiaçı tərəfindən 2013-cü ildən 2020-ci ilin iyul ayının 1-dək təbii qazdan qanunsuz şəkildə istifadə edilmişdir. Belə ki, abonentə 2013-cü il tarixdə smart tipli sayğac quraşdırılmışdır, lakin hələ də kartını götürməmişdir. İddiaçının iddia ərizəsinə əlavədə göstərdiyi əsaslarla isə ümumiyyətlə razı deyildir. İddiaçı həmin ərizədə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununa istinad edir. Lakin hazırki halda sahibkarlıq fəaliyyətinin yoxlanılmasından söhbət gedə bilməz. Çünki Cavabdeh İB-nin nümayəndələri qanunsuz istifadəni obyektə baxış keçirilən zaman deyil, məhz Cavabdeh İB-nin istismarında olan qaz kəmərinə baxış keçirilən zaman aşkar ediblər. Müəssisəyə hər hansı bir baxış keçirilməmişdir. İddiaçı cavabdehə məxus qaz kəmərinə qanunsuz şəkildə qoşulmuşdur. Bundan əlavə iddiaçı pandemiya dövründə fəaliyyət göstərmədiyini iddia etsə də, sayğacdakı göstəricilər həmin vaxt qazdan istifadə olunmasını faktını təsdiqləyir. İddiaçı tərəfindən həmin dövrlərdə də ödəniş həyata keçirilmişdir. Obyekt təyinatı üzrə fəaliyyət göstərməsə də, qazdan istifadə olunması ilə bağlı faktlar mövcuddur. Odur ki, iddiaçı tərəfindən qazdan qanunsuz şəkildə istifadə edilməsini nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Cavabdeh İB-nin istehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib edilən xx.xx.2016-cı il tarixli, 080659 nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında inventar aktdan görünür ki, İddiaçı məxsus Bakı ş., Nizami rayonu, H.Əliyev prospekti ünvanında yerləşən obyektə keçirilən baxış zamanı sayğacdan kənar qeyriqanuni qazdan istifadə olunması faktı aşkarlanmışdır. - həmin akt əsasında 31 mart 2016-cı il tarixdə tərtib edilmiş itirilmiş qazın bərpası barədə hesabatdan məlum olur ki, qanunsuz şəkildə istifadə edilmiş qazın həcmi 2592 kub.m həcmində müəyyən edilmişdir. - xx.xx.2017-ci il tarixdə tərtib edilmiş ******* nömrəli aktdan məlum olur ki, obyektə növbəti baxış zamanı abonent tərəfindən sayğacdan kənar qeyri-qanuni qazdan istifadə edilməsi faktı aşkarlanmışdır və həmin akt əsasında Cavabdeh İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən xx xxxx 2017-ci il tarixdə tərtib edilmiş hesabata əsasən itirilmiş qazın həcmi 2592 kub.m təşkil etmişdir. - xx xxxxxxx 2017-ci il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən iddiaçıya məxsus obyektə yenidən baxış keçirilmiş və həmin tarixdə tərtib edilmiş ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan və xx.xx.2017-ci il tarixli hesabatdan məlum olur ki, abonent tərəfindən 6178 kub.m qazdan qanunsuz istifadə edilmişdir. - Cavabdeh İB-nin istehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib edilən xx.xx.2018-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan və həmin akt əsasında xx.xx.2018-ci ildə tərtib edilmiş hesabatdan məlum olur ki, abonent tərəfindən 2916 kub.m qazdan qanunsuz istifadə edilmişdir. - Cavabdeh İB-nin nümayəndələri tərəfindən iddiaçının obyektinə xx xxxx 2019-cu il tarixdə keçirilən baxış zamanı tərtib edilmiş ******* nömrəli aktdan məlum olur ki, qazdan qanunsuz istifadə faktı aşkarlanmış və tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən dəymiş ziyanın həcmi 2678 kub.m həcmində müəyyən edilmişdir. - xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli inventar aktdan görünür ki, abonent İddiaçı tərəfindən qazdan qeyri-qanuni istifadə edilmişdir və tərtib edilmiş tələbnaməyə əsasən dəymiş ziyanın həcmi 4680 kub.m həcmində müəyyən edilmişdir. - xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli aktda İddiaçı qazdan qanunsuz istifadə etməsi göstərilmişdir və həmin akta əsasən tərtib edilmiş xx.xx.2020-ci il tarixli tələbnaməyə əsasən qanunsuz istifadə edilmiş qazın miqdarı 3024 kub.m həcmində hesablanmışdır. - xx.xx.2020-ci il tarixli ******* nömrəli inventar aktdan və həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpası barədə xx xxxxxx 2020-ci il tarixli tələbnamədən müəyyən edilir ki ziyanın həcmi 3024 kub.m müəyyən olunmuşdur. Abonentin (İddiaçı kod: **********00815) saldosundan məlum olur ki, Cavabdeh İB tərəfindən abonentə sayğac oxuması –1277.90 manat, aktlar üzrə 7743.65 manat, ödəmələr 1451 manat olmaqla, ümumilikdə 7570.55 manat borc məbləği hesablanmışdır. Göründüyü kimi, hazırkı mübahisə İddiaçı qazdan qanunsuz istifadə etməsi üzrə yaranmış borcla əlaqədardır. İddiaçı, Cavabdehin ona hesablanmış 7570.55 manat dəyərində borcu qəbul etməmiş və bununla əlaqədar olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 14.2.1 ("Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır".) və 386.1-ci ("Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.") maddələri müqaviləni öhdəliyin yaranma əsası kimi müəyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Belə ki, hazırki işin hallarından məlum olur ki, Cavabdeh İB əməkdaşları tərəfindən 2016-2020-ci il ərzində İddiaçı məxsus Bakı ş.,Nizami rayonu, H.Əliyev prospekti ünvanında yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və iddiaçı tərəfindən təbii qazdan qanunsuz şəkildə istifadə edilməsi faktı aşkar olunmuşdur. Bununla bağlı cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli, 080659 nömrəli, xx.xx.2017-ci il tarixli, ******* nömrəli, xx.xx.2017-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli, ******* nömrəli, xx.xx.2019-cu il tarixli, ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* və xx.xx.2020-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması barədə müvafiq aktlar tərtib edilmişdir. Həmin aktlara və sayğacın göstəricilərinə əsasən abonentə, yəni iddiaçıya 7570.55 manat məbləğində borc hesablanmışdır. Məhkəmə hesab edir ki, iddiaçının göstərilən illər ərzində qazdan qanunsuz şəkildə istifadə etməsi işdə olan təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlarda göstərilsədə, cavabdeh tərəfindən aparılmış yoxlama qanunvericiliyin tələblərinə uyğun olmadığından cavabdeh tərəfindən iddiaçının istifadəsində iddiaçıya məxsus qeyri-yaşayış sahəsində aparılmış yoxlama hüquqi nəticə doğurmur. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 2.3-cü maddəsinə əsasən Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Sözügedən Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Bununla yanaşı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5ci maddəsinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra -yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar, dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. Əsasnamənin 7.1-ci bəndinə əsasən yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunan Əsasnamənin tələbinə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. Sadalanan müddəaların məzmunundan məlum olur ki, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan qurum sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etməlidirlər və yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilməlidir.Qeydə alınmadan aparılmış yoxlamalar nəticəsində hətta qanun pozuntuları aşkar olunduğu təqdirdə belə, onların hüquqi nəticəsi, o cümlədən məsuliyyət tədbirləri tətbiq oluna bilməz. Hazırki işdə iddiaçının qazdan qanunsuz şəkildə istifadə etməsi faktı öz təsdiqini tapmasına baxmayaraq Cavabdeh İB həyata keçirdiyi yoxlamanı vahid məlumat reyestrində qeydə alması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin yoxlamanın nəticələri iddiaçı üçün hər hansı bir məsuliyyət yarada bilməz. Odur ki, cavabdeh tərəfindən iddiaçıya məxsus qeyriyaşayış sahəsində aparılmış yoxlamanın nəticələrinə uyğun olaraq hesablanmış 7545.60 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216, 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı (Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ünvanında yerləşən qeyriyaşayış sahəsi (kod:**********00815)) hesablanmış 7,545.60 manat (yeddi min beş yüz qırx beş manat altmış qəpik) məbləğində borcun silinməsi Cavabdehnə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №2-2(113)-413/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-413/2021
15.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver