Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-43/2020 19.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Vəkil1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdehnə qarşı öhdəliyin icra olunması və pul tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı malın geri qaytarılması və pul tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı İddiaçı Cavabdehnə (Cavabdeh MMC) qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən iddiaçının xeyrinə 138868 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin rəhbərliyi ilə əldə edilmiş razılaşmaya əsasən Türkiyə Cumhuriyyəti, Organize Sanayi bölgəsi 10. Prosp. no. 10 Melikgazi/Kayseridə fəaliyyət göstərən İddiaçındən Cavabdeh MMC-yə xx.xx.2017, xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixli fakturalarda göstərilən mallar göndərilmişdir. xx.xx.2017-ci il tarixli fakturaya əsasən hər birinin dəyəri 24 ABŞ dolları, ümumi dəyəri 720 ABŞ dolları olan 30 ədəd 42 lt elektrikli mini soba toyuq qril aparatı, hər birinin dəyəri 28,80 ABŞ dolları, ümumi dəyəri 5760 ABŞ dolları olan 200 ədəd 42 lt elektrikli mini soba toyuq qril aparatı, hər birinin dəyəri 29,90 ABŞ dolları, ümumi dəyəri 5760 ABŞ dolları olan 200 ədəd 42 lt elektrik sobası, hər birinin dəyəri 25 ABŞ dolları, ümumi dəyəri 5000 ABŞ dolları olan 200 ədəd 42 lt elektrik sobası, hər birinin dəyəri 25 ABŞ dolları, ümumi dəyəri 4000 ABŞ dolları olan 160 ədəd 42 lt elektrik sobası, hər birinin dəyəri 25 ABŞ dolları, ümumi dəyəri 2500 ABŞ dolları olan 100 ədəd 42 lt elektrik sobası (cəmi 23.740 ABŞ dolları dəyərində), xx.xx.2017-ci il tarixli fakturaya əsasən hər birinin dəyəri 89 ABŞ dolları, ümumi dəyəri 6408,00 ABŞ dolları olan 72 ədəd 60-lıq ankastre soba, hər birinin dəyəri 110 ABŞ dolları, ümumi dəyəri 8030,00 ABŞ dolları olan 73 ədəd 60-lıq ankastre soba, hər birinin dəyəri 128 ABŞ dolları, ümumi dəyəri 9344,00 ABŞ dolları olan 73 ədəd 60-lıq ankastre soba, hər birinin dəyəri 200 ABŞ dolları, ümumi dəyəri 6800,00 ABŞ dolları olan 34 ədəd 60-lıq ankastre soba, hər birinin dəyəri 41,50 ABŞ dolları, ümumi dəyəri 4150 ABŞ dolları olan 100 ədəd 60-lıq ankastre soba, hər birinin dəyəri 78 ABŞ dolları, ümumi dəyəri 3900,00 ABŞ dolları olan 50 ədəd Y.D, 3G1E elektrikli OCAQ ANKASTRE İNOX LPG. ÖDÜL, hər birinin dəyəri 78 ABŞ dolları, ümumi dəyəri 3900,00 ABŞ dolları olan 50 ədəd Ö.D. 3G1E elektrikli OCAQ ANKASTRE SH. CAM LPG ÖDÜL, hər birinin dəyəri 10 ABŞ dolları, ümumi dəyəri 20 ABŞ dolları olan 2 ədəd Ö.D. 3G1E elektrikli OCAQ ANKASTRE BZ. CAM LPG ÖDÜL (cəmi 42.532,00 ABŞ dolları dəyərində), xx.xx.2017-ci il tarixli fakturaya əsasən hər birinin dəyəri 115 ABŞ dolları, ümumi dəyəri 3450,00 ABŞ dolları olan 30 ədəd OGE-6031 elektrikli qazla işləyən soba, hər birinin dəyəri 115 ABŞ dolları, ümumi dəyəri 1150 ABŞ dolları olan 10 ədəd OGE-6031 elektrikli qazla işləyən soba, hər birinin dəyəri 130 ABŞ dolları, ümumi dəyəri 3900 ABŞ dolları olan 30 ədəd OGE-6031-1 elektrikli qazla işləyən soba, hər birinin dəyəri 180 ABŞ dolları, ümumi dəyəri 3600 ABŞ dolları olan 20 ədəd OGE-6031-1 elektrikli qazla işləyən soba, hər birinin dəyəri 170 ABŞ dolları, ümumi dəyəri 1700 ABŞ dolları olan 10 ədəd OGE-6031 elektrikli qazla işləyən soba, hər birinin dəyəri 170 ABŞ dolları, ümumi dəyəri 1700 ABŞ dolları olan 10 ədəd OGE-6031 elektrikli qazla işləyən soba, hər birinin dəyəri 110 ABŞ dolları, ümumi dəyəri 2970 ABŞ dolları olan 27 ədəd, 60-lıq ankastre soba, hər birinin dəyəri 110 ABŞ dolları, ümumi dəyəri 3300 ABŞ dolları olan 30 ədəd 60-lıq ankastre soba, hər birinin dəyəri 125 ABŞ dolları, ümumi dəyəri 3125 ABŞ dolları olan 25 ədəd 60-lıq ankastre soba, hər birinin dəyəri 145 ABŞ dolları, ümumi dəyəri 3625 ABŞ dolları olan 25 ədəd 60-lıq ankastre soba, hər birinin dəyəri 145 ABŞ dolları, ümumi dəyəri 3625 ABŞ dolları olan 25 ədəd 60-lıq ankastre soba, hər birinin dəyəri 65 ABŞ dolları, ümumi dəyəri 1885 ABŞ dolları olan 29 ədəd S ÖD. 2G1W1E Ankastre BEJ EMAYE OCAQ LPG ELTEK, hər birinin dəyəri 65 ABŞ dolları, ümumi dəyəri 1625 ABŞ dolları olan 25 ədəd S ÖD. 2G1W1E ankastre İNBOX OCAQ LPG ELTEK, hər birinin dəyəri 60 ABŞ dolları, ümumi dəyəri 2640 ABŞ dolları olan 44 ədəd S ÖD. 2G1W1E ankastre SYH EMAYE OCAQ LPG ELTEK, hər birinin dəyəri 10 ABŞ dolları, ümumi dəyəri 130 ABŞ dolları olan 13 ədəd ehtiyyat hissəsi (cəmi 38.425,00 ABŞ dolları dəyərində), xx.xx.2017-ci il tarixli fakturaya əsasən hər birinin dəyəri 100 ABŞ dolları, ümumi dəyəri 7000 ABŞ dolları olan OGE-6031 elektrikli qazla işləyən 70 ədəd soba, hər birinin dəyəri 112 ABŞ dolları, ümumi dəyəri 7840 ABŞ dolları olan OGE-6031-1 elektrikli qazla işləyən 70 ədəd soba, hər birinin dəyəri 117 ABŞ dolları, ümumi dəyəri 7956 ABŞ dolları olan OGE-6031-1 elektrikli qazla işləyən 68 ədəd soba, hər birinin dəyəri 125 ABŞ dolları, ümumi dəyəri 625 ABŞ dolları olan 60-lıq ankastre 5 ədəd soba, hər birinin dəyəri 200 ABŞ dolları, ümumi dəyəri 7400 ABŞ dolları olan 60-lıq ankastre 37 ədəd soba, hər birinin dəyəri 65 ABŞ dolları, ümumi dəyəri 1625 ABŞ dolları olan 25 ədəd S ÖD. 2G1W1E ankastre SYH EMAYE OCAQ LPG ELTEK, hər birinin dəyəri 65 ABŞ dolları, ümumi dəyəri 1365 ABŞ dolları olan 21 ədəd S ÖD. 2G1W1E Ankastre BEJ EMAYE OCAQ LPG ELTEK, hər birinin dəyəri 60 ABŞ dolları, ümumi dəyəri 360 ABŞ dolları olan 6 ədəd S ÖD. 2G1W1E ankastre İNBOX OCAQ LPG ELTEK (cəmi 34.171,00 ABŞ dolları dəyərində) mal göndərilmişdir. Malların İddiaçındən göndərilməsinə və iddiaçının üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsinə baxmayaraq, Cavabdeh MMC öz tərəfindən malları qəbul edib, pulunu ödəmək öhdəliyini yerinə yetirməmiş və nəticədə 138868 ABŞ dollar borcu yaranmışdır. Eyni zamanda Cavabdeh MMC İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2017-ci il tarixli, 001 saylı müqavilə ilə xx xxxx 2017-ci il tarixdən xx xxxx 2017-ci il tarixədək olan dövrdə Cavabdeh MMC-yə İddiaçı tərəfindən satılmış, elektrik qazla işləyən müxtəlif çeşiddə sobaların ümumi məbləğindən 25000 ABŞ dolları məbləğində keyfiyyətsiz malın geri götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh MMC-nin nümayəndəsi qarşılıqlı iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edib iddia tələbinin həcmini artıraraq həmçinin 76272 ABŞ dolları pul vəsaitinin Cavabdeh MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, sobaların alqı-satqısını həyata keçirmək məqsədi ilə əvvəlcə tərəflər arasında həmin sobaların ödənişi və göndərilməsi qaydalarına dair şifahi razılaşma əldə olunduqdan sonra İddiaçı nümayəndəsi Mehmet Akıcı xx.xx.2016-cı il tarixdə 20 faiz ilkin ödəniş etməklə pul vəsaitinin sərraf vasitəsilə ödənilməsinin həyata keçirilməsi barədə razılaşmışlar. Bundan sonra tərəflərin bütün razılaşmalarını nizama salandan sonra xx.xx.2017-ci il tarixdə müqavilə imzalanmışdır. Müqavilə bağlandıqdan sonra xx.xx.2017-ci il tarixli faktura ilə 23740 ABŞ dolları məbləğində sobaların Cavabdeh MMC-nin ünvanına göndərilməsindən əvvəl, həmin sobaların 20 faiz dəyəri kimi 4748 ABŞ dolları məbləğində pul vəsaitini sərrafla göndərdikdən sonra həmin faktura ilə göstərilən məbləğdə sobaların göndərilməsi təmin olunmuşdur. Bu sobaların satışı tam həyata keçirildikdən sonra qeyd edilən xx.xx.2017-ci il tarixli faktura ilə satılmış sobaların dəyərindən 18992 ABŞ dolları məbləğində pul vəsaiti sərraf vasitəsi ilə İddiaçınə çatdırılmışdır. xx.xx.2017-ci il tarixli faktura ilə göndərilmiş sobaların dəyəri Cavabdeh MMC tərəfindən ödənilməsəydi, İddiaçı növbəti dəfə faktura ilə sobaların göndərilməsini təmin etməzdi. Beləlikdə də, Cavabdeh MMC tərəfindən ödənişin tam təmin olunduğunu nəzərə alaraq, İddiaçı xx.xx.2017-ci il tarixli fakturaya əsasən dəyəri 42532 ABŞ dolları olan sobaların göndərilməsini təmin etmişdir. Buna görə də əvvəlcədən həmin göndərilməsi nəzərdə tutulan sobaların dəyərininn 20 faizi, yəni 8506 ABŞ dolları məbləğində pulu sərraf vasitəsilə aldıqdan sonra iddiaçı həmin sobaları Cavabdeh MMC-yə göndərmişdir. Həmin sobaların dəyərinin qalıq hissəsi olan 34026 ABŞ dollarından 17000 ABŞ dolları xx.xx.2017-ci il tarixdə İddiaçı 06-334455 saylı hesab nömrəsinə ödənilmişdir və buna dair xx.xx.2017-ci il tarixli elektron qəbz mövcuddur. Qalan 17026 ABŞ dolları məbləğində pul vəsaiti sərraf vasitəsilə göndərilmişdir. xx.xx.2017-ci il tarixli faktura ilə göndərilmiş sobaların dəyərinin ödənişi olmasaydı, İddiaçı növbəti dəfə faktura ilə sobaların göndərilməsini təmin etməzdi. Beləlikdə, İddiaçı xx.xx.2017-ci il tarixli fakturaya əsasən dəyəri 34171 ABŞ dolları olan sobaların göndərilməsini təmin etmişdir. İddiaçı əvvəlcədən həmin dəyərdə göndərilməsi nəzərdə tutulan sobaların dəyərinin 20 faizi, yəni 6834 ABŞ dolları məbləğində pul vəsaiti ödəməli olmasına baxmayaraq, faktiki 10000 ABŞ dolları məbləğində pul İddiaçı 06-334455 saylı hesab nömrəsinə ödənilmişdir və xx.xx.2017-ci il tarixli faktura ilə göndərilən sobaların satışı tam başa çatmamış İddiaçı ödəniş almadan xx.xx.2017-ci il tarixdə təkidlə əlavə olaraq dəyəri 38425 ABŞ dolları olan sobaların göndərilməsini təmin etmişdir. xx.xx.2017ci il və xx.xx.2017-ci il tarixlərdə göndərilən sobalardan 22000 ABŞ dolları dəyərində sobalar keyfiyyətsiz və yararsız olduğu üçün Cavabdeh MMC həmin malın geri göndərilməsini tələb etmiş, İddiaçı isə həmin malı geri götürməkdən imtina etmişdir. Həmin sayda mal hazırda anbarda saxlanılır. Daha sonra satış üçün Əhmədli qəsəbəsində “Eurolux” mağazasında çalışan Əlgün Kazımova verildiyi sobalardan 3000 ABŞ dolları dəyərində sobalar yararsız olduğu üçün İddiaçı nümayəndəsi Türkiyə Respublikasından Bakı şəhərinə gələrək yerində yoxlayıb, malın zay olmasını təsdiqləmiş, lakin həmin malı geri götürməkdən imtina etmişlər. Həmin məbləğdə pul vəsaitini Cavabdeh MMC-nin üzərində saxlayaraq faktiki zay mala görə pul tələb edirlər. İddiaçı sahibinə 1000 ABŞ dolları dəyərində xalça alınıb göndərilmişdir. Sonuncunun tapşırığına əsasən həmin məbləğdə pulu da Cavabdeh MMC-nin üzərində saxlamışlar. Beləlikdə də, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə fakturalarla göndərilən 72596 ABŞ dolları dəyərində olan sobalardan 22000 ABŞ dolları dəyərində olan zay mal anbarda, 3000 ABŞ dolları məbləğində mal isə “Eurolux” mağazasında çalışan Əlgün Kazımovda saxlanılır. 1000 ABŞ dolları xalçanın alınıb göndərilməsinə xərclənmişdir. Beləliklə, dəyəri 26000 ABŞ dolları olan malın zay mal olması təsdiqlənir. Malların dəyərindən 20000 ABŞ dolları sərraf vasitəsilə ödənilmişdir. Ödənilməyən qalıq pul vəsaitindən 26596 ABŞ dolları sərraf vasitəsilə İddiaçınə göndərilmişdir. Belə olan halda İddiaçı satış üçün göndərdiyi sobaların 25000 ABŞ dolları dəyərində olan malın zay mal kimi geri götürüləcəyi halda Cavabdeh MMC-nin İddiaçınə borcu qalmır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin, qaşılıqlı iddianın isə əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2019-cu il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş Burak Cavabdeh verdiyi ifadəsində bildirmişdir ki, Sədərəkdə bazarı var, orada qaz sobası satır. Mehmet Akıcı biri gəldi, onunla tanış oldu. Mehmet dedi ki, bizə mal versinlər, biz də sataq. Onunla razılaşdı. Mehmet İddiaçındən deyil, başqa şirkətlərdən də mal alıb ona verirdi. O da pulu Mehmetə verirdi. Mehmet şirkətə pulu necə verirdi, bilmir. Ödül DişTicaret LTD” şirkəti onu tanımırdı. Onlar ona hesab-faktura ilə malı göndərirdilər, amma pulu Tükiyədən alırdılar. Burada bir faktor da var. Mehmet Akıcı pulu tam göndərməmiş ola bilər. Tərəf ona 5 hesab-faktura göndərir, necə olur ki, 5 hesab-fakturanı heç ödəniş etmədən göndərir. Mehmet Akıcı həmin şirkətdə bir müddət 3-4 ay satıcı vəzifəsində işlədi, sonra şirkətdən qovuldu. Şirkət bir daha onunla işləmədi. Türkiyədə hər dəfə nağd formada əldən ödəniş ediblər. O, Mehmet Akıcıya inanıb, ona ödəniş edib. Malların hamısını qəbul etmişlər. Nə göndərilirdisə, qəbul edilirdi. O, Türkiyəyə zəng edirdi, oradan ödəniş edirdilər. Verdikləri mallarda problemlər çıxdı. Onlarla əlaqə saxlayıb dedi ki, verdikləri mallarda problemlər çıxıb, gəlib malları geri götürsünlər. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: xx.xx.2017-ci il tarixli, 559866 nömrəli göndərmə fakturası ilə təsdiq edilir ki, ümumi dəyəri 23740 ABŞ dolları olan mallar İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmişdir. xx.xx.2017-ci il tarixli, 559083 nömrəli göndərmə fakturası ilə təsdiq edilir ki, ümumi dəyəri 42532 ABŞ dolları olan mallar İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmişdir. xx.xx.2017-ci il tarixli, 559104 nömrəli göndərmə fakturası ilə təsdiq edilir ki, ümumi dəyəri 34171 ABŞ dolları olan mallar İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmişdir. xx.xx.2017-ci il tarixli, 559109 nömrəli göndərmə fakturası ilə təsdiq edilir ki, ümumi dəyəri 38425 ABŞ dolları olan mallar İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə 559866 nömrəli xx.xx.2017-ci il tarixli faktura, 559083 nömrəli xx.xx.2017-ci il tarixli faktura, 559104 nömrəli xx.xx.2017-ci il tarixli və 559109 nömrəli xx.xx.2017-ci il tarixli faktura üzrə Cavabdeh MMC tərəfindən İddiaçınə nə qədər ödəniş edildiyini və 559066 nömrəli xx.xx.2017-ci il tarixli faktura, 559083 nömrəli xx.xx.2017-ci il tarixli faktura, 559104 nömrəli xx.xx.2017-ci il tarixli və 559109 nömrəli xx.xx.2017-ci il tarixli faktura üzrə Cavabdeh MMC-nin İddiaçınə olan əsas borcunun məbləğinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 101983 saylı ekspert rəyi ilə İddiaçı tərəfindən Cavabdeh MMC-yə 559866 nömrəli, xx.xx.2017-ci il tarixli faktura, 559083 nömrəli, xx.xx.2017-ci il tarixli faktura, 559104 nömrəli, xx.xx.2017-ci il tarixli və 559109 nömrəli xx.xx.2017-ci il tarixli qaimə-fakturalara görə cəmi 138868 ABŞ dolları məbləğində malların satıldığı və həmin mallar üzrə Cavabdeh MMC tərəfindən İddiaçınə pul vəsaitinin ödənilməsini özündə əks etdirən ödəniş sənədlərinin mövcud olmadığı müəyyən edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilkin iddia tələbi aşağıda sadalanan əsaslara görə təmin edilməli, qarşılıqlı iddia rədd olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlanmış, həmin razılaşmaya əsasən İddiaçı tərəfindən ümumi dəyəri 138868 ABŞ dolları dəyərində olan müxtəlif növ mallar Cavabdeh MMC-yə satılmış, lakin sonuncu tərəfindən həmin malların dəyəri İddiaçınə ödənilməmişdir. Cavabdeh MMC-yə göndərilən malların dəyərinin qismən ödənildiyini iddia etsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Şahid Burak Cavabdeh verdiyi ifadədə alınmış malların dəyərinin qismən ödənildiyini bildirsə də, həmin ifadə malların dəyərinin ödənildiyini sübuta yetirmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. 445.8-ci maddəsinə əsasən kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, əşyanı qəbul edən ilkin iddia üzrə cavabdehin onun dəyərini ilkin iddia üzrə iddiaçıya ödəmədiyini, ilkin iddia üzrə iddiaçının həmin əşyanın dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, ilkin iddia tələbi təmin olunmalı, Cavabdeh MMC-dən 138868 ABŞ dolları məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə tutularaq İddiaçınə ödənilməlidir. Cavabdeh MMC İddiaçı tərəfindən ona satılmış, elektrik qazla işləyən müxtəlif çeşiddə sobaların ümumi məbləğindən 25000 ABŞ dolları məbləğində keyfiyyətsiz malın geri götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmçinin İddiaçındən 76272 ABŞ dolları pul vəsaitinin Cavabdeh MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan RespublikasıMülki Məcəlləsinin: 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3-cü maddəsinə əsasən bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4-cü maddəsinə əsasən komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. Məhkəmə qeyd edir ki, alıcı olan Cavabdeh MMC-nin keyfiyyətsiz əşya verildiyi halda satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını, əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək, həmçinin alqı-satqı müqaviləsinin icrasından imtina etmək və ya əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını, lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etmək hüququ olmuşdur. Hazırkı halda isə qarşılıqlı iddia üzrə iddiaçı əsassız olaraq 25000 ABŞ dolları məbləğində keyfiyyətsiz malın geri götürülməsi öhdəliyinin qarşılıqlı iddia üzrə cavabdehin üzərinə qoyulmasını xahiş edir. Eyni zamanda İddiaçındən 76272 ABŞ dolları pul vəsaitinin Cavabdeh MMC-nin xeyrinə tutulması xahiş edilsə də, həmin məbləğin hansı əsaslarla tələb edildiyi qarşılıqlı iddia ərizəsi və ona əlavədən müəyyən olunmur. Əvvəlki məhkəmə iclaslarında Cavabdeh MMC-nin nümayəndəsi sual-cavab zamanı bildirmişdir ki, həmin məbləğ İddiaçınə ödədikləri məbləğdir. Məhkəmə araşdırması zamanı isə Cavabdeh MMC tərəfindən İddiaçınə ödənişlərin edilməsi öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə qarşılıqlı iddia tələbini əsassız sayaraq belə nəticəyə gəlir ki, qarşılıqlı iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu ilkin iddia üzrə iddiaçı tərəfindən ilkin iddia üzrə cavabdehdən tutulması tələb edilmədiyindən ilkin iddia üzrə iddiaçıya aid edilməli, qarşılıqlı iddia rədd edildiyindən qarşılıqlı iddia verilərkən ödənilmiş 30 manat dövlət rüsumu isə qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul məbləği (ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 150 manatdır) ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə işüzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdehndən 138868 (yüz otuz səkkiz min səkkiz yüz altmış səkkiz) ABŞ dolları məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə İddiaçı xeyrinə tutulsun. İlkin iddia verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ilkin iddia üzrə İddiaçınə aid edilsin. Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul məbləği ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova
Məhkəmə qərarları › İş №2-2(113)-43/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-43/2020
19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver