Məhkəmə qərarları › İş №2-2(113)-458/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-458/2022

31.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-458/2022 31.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər “Azəriqaz” İstehsalat Birliyinə və “Azəriqaz” İstehsalat Birliyi Bakı X1 Departamentinə qarşı İddiaçı istifadəsində olan qaz sayğacının statusunun (məişət ya sənaye qaz qurğusu olmasını) müəyyən edilməsi, ona məxsus qaz sayğacının tez bir zamanda yerinə quraşdırılması, bununla bağlı müvafiq sənədlərin təqdim edilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Azəriqaz” İstehsalat Birliyinə və “Azəriqaz” İstehsalat Birliyi Bakı X1 Departamentinə qarşı İddiaçı istifadəsində olan qaz sayğacının statusunun (məişət ya sənaye qaz qurğusu olmasını) müəyyən edilməsi, ona məxsus qaz sayğacının tez bir zamanda yerinə quraşdırılması, bununla bağlı müvafiq sənədlərin təqdim edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 19.01.2022-ci il tarixə saat 12:00-a və 31.01.2022-ci il tarixə 10:30-a təyin edilmiş məhkəmənin hazırlıq iclaslarının vaxtı və yeri barədə lazımi qaydada və müddətdə xəbərdar olunmalarına baxmayaraq, tərəflər məhkəmənin hazırlıq iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və hazırlıq iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmənin çağırışına gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli Qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər “Azəriqaz” İstehsalat Birliyinə və “Azəriqaz” İstehsalat Birliyi Bakı X1 Departamentinə qarşı İddiaçı istifadəsində olan qaz sayğacının statusunun (məişət ya sənaye qaz qurğusu olmasını) müəyyən edilməsi, ona məxsus qaz sayğacının tez bir zamanda yerinə quraşdırılması, bununla bağlı müvafiq sənədlərin təqdim edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar