Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-49/2022 10.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçı1 və "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2, "xxxx" MMC-nin nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-nin nümayəndə və vəkilləri Vəkil3 və Vəkil4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMCyə qarşı yaradılmış maneələrin qanunsuz hesab edilməsi, maneələrin aradan qaldırılması, reklamların yayımlanmasına maneə yaradılmasının qadağan olunması, əldən çıxmış fayda, dəymiş ziyan, mənəvi ziyanın ödənilməsi və iddiaçılar Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-nin cavabdehlər İddiaçı1 və "xxxx" MMC-yə qarşı müqavilələrə xitam verilməsi, icarə haqqı, xidmət haqqı, mənəvi zərər və əldən çıxmış faydanın tutulması, qeyri-yaşayış sahəsinin boşaldılması tələblərinə dair birləşdirilmiş işlər üzrə kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı1 və "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxx” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən 441.9 kv.m ölçüdə olan qeyri-yaşayış sahəsi (“xxx” mağazası) ilə bağlı İddiaçı1 icarə hüququna Cavabdeh1 və cavabdeh "xxxx" MMC tərəfindən yaradılmış məhdudiyyətin qanunsuz hesab edilməsi, cavabdehlər tərəfindən vurulmuş 20000 manat maddi və 5000 manat mənəvi ziyanın ödənilməsi və icarə müqaviləsinə uyğun olaraq reklamların yayımlanması vəzifəsinin cavabdehlərə həvalə edilməsi, Bakı şəhəri, 1 ünvanda yerləşən “xxx” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən 843,1 kv,m ölçüdə olan qeyri-yaşayış sahəsi (“xxx” mağazası) ilə bağlı İddiaçı1 ilə iddiaçı "xxxx" MMC-nin icarə hüququna cavabdehlər oğlu, Cavabdeh2 tərəfindən yaradılmış məhdudiyyətin qanunsuz hesab edilməsi və cavabdehlər tərəfindən vurulmuş 20000 manat maddi və 5000 manat mənəvi ziyanın ödənilməsi və icarə müqaviləsinə uyğun olaraq reklamların yayımlanması vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçılar Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC cavabdehlər İddiaçı1 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsi”nə xitam verilməsi, 5596,28 manat icarə haqqının, 5000,00 manat mənəvi zərərin, 50000,00 manat əldən çıxmış faydanın, cəmi 60596,28 manat pul vəsaitinin cavabdeh İddiaçı1 tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi və cavabdehin Bakı şəhəri, 1 ünvanında yerləşən Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 441,9 kv.metr qeyri-yaşayış sahəsinin öz hesabına boşaldılaraq çıxarılması, Cavabdeh2 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsi”nə xitam verilməsi, 13549,87 manat icarə haqqının, 5000,00 manat mənəvi zərərin, 50000,00 manat əldən çıxmış faydanın, cəmi 68549,87 manat pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən tutulularaq iddiaçı Cavabdeh2 ödənilməsi və cavabdehin Bakı şəhəri, 1 ünvanında yerləşən Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 843,1 kv.metr qeyriyaşayış sahəsini öz hesabına boşaldaraq çıxarılması, "xxxx" MMC ilə İddiaçı1 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Xidmət müqavilələri”nə xitam verilməsi, 7171,22 manat və 10780,47 manat xidmət haqqının, 50000,00 manat əldən çıxmış faydanın, cəmi 67951,69 manat pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçı "xxxx" MMC ödənilməsi, 30,00 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-757/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-nin cavabdehlər İddiaçı1 və "xxxx" MMC qarşı Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsi”nə xitam verilməsi, 5596,28 manat icarə haqqının, 5000,00 manat mənəvi zərərin, 50000,00 manat əldən çıxmış faydanın, cəmi 60596,28 manat pul vəsaitinin cavabdeh İddiaçı1 tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi və cavabdehin Bakı şəhəri, 1 ünvanında yerləşən Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 441,9 kv.metr qeyri-yaşayış sahəsinin öz hesabına boşaldılaraq çıxarılması, Cavabdeh2 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsi”nə xitam verilməsi, 13549,87 manat icarə haqqının, 5000,00 manat mənəvi zərərin, 50000,00 manat əldən çıxmış faydanın, cəmi 68549,87 manat pul vəsaitinin cavabdeh "xxxx" MMC tutulularaq iddiaçı Cavabdeh2 ödənilməsi və cavabdehin Bakı şəhəri, 1 ünvanında yerləşən Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 843,1 kv.metr qeyri-yaşayış sahəsini öz hesabına boşaldaraq çıxarılması, "xxxx" MMC ilə İddiaçı1 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Xidmət müqavilələri”nə xitam verilməsi, 7171,22 manat və 10780,47 manat xidmət haqqının, 50000,00 manat əldən çıxmış faydanın, cəmi 67951,69 manat pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, 30,00 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi barədə kommersiya işi, iddiaçılar İddiaçı1 və "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC qarşı qeyri-yaşayış sahəsi ilə bağlı cavabdehlər tərəfindən yaradılmış məhdudiyyətin qanunsuz hesab edilməsi və qeyri-yaşayış sahəsi üzrə istifadə hüququnun bərpa edilməsi barədə iddia ərizəsinə dair e-2-2(113)-296/2021 saylı kommersiya işinə birləşdirilməsi qərara alınmışdır. Daha sonra tərəflər iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət etmişlər. İddiaçı1 və "xxxx" MMC sonuncu dəfə xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 1 ünvanda yerləşən “xxx” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən 441.9 kv.m ölçüdə olan qeyri-yaşayış sahəsi (“xxx” mağazası) ilə bağlı İddiaçı1 istifadə hüququna Cavabdeh1 və Cavabdeh3 tərəfindən yaradılmış maneələrin qanunsuz hesab edilməsi, (həmin) maneələrin aradan qaldırılması vəzifəsinin həmin cavabdehlərin üzərinə qoyulması, (həmin) cavabdehlərin hərəkətləri nəticəsində 04 may 2021-ci il tarixli audit rəyinə əsasən 2022-ci il 01 aprel tarixinə iddiaçıya dəymiş 25281,06 manat maddi zərər, 2022-ci il 01 aprel tarixindən başlayaraq hər ay üzrə 812,46 manat maddi zərərin 2022-ci il 01 aprel tarixinə 90355,74 manat əldən çıxmış fayda, 2022-ci il 01 aprel tarixindən başlayaraq hər ay üzrə 4775 manat əldən çıxmış fayda və 5000 manat mənəvi ziyanın, o cümlədən 2360 manat audit rəyinə görə ödənilmiş məbləğin cavabdehlər tərəfindən ödənilməsi, reklamların yayımlanmasına (reklam lövhlərinin yerləşdirilməsinə) və istifadə hüququna hər hansısa formada maneə yaradılmasının Cavabdeh1 və "xxxx" MMC -yə qadağan olunması, Bakı şəhəri, 1 ünvanda yerləşən “xxx” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən 843.1 kv.m ölçüdə olan qeyri-yaşayış sahəsi (“xxx” mağazası) ilə bağlı "xxxx" MMC-nin istifadə hüququna Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılmış maneələrin qanunsuz hesab edilməsi, maneələrin aradan qaldırılması vəzifəsinin həmin cavabdehlərin üzərinə qoyulması, cavabdehlərin hərəkətləri nəticəsində 03 may 2021-ci il tarixli Audit Rəyinə əsasən 2022-ci il 01 aprel tarixinə iddiaçıya dəymiş 86739,20 manat maddi zərər, 2022-ci il 01 aprel tarixindən başlayaraq hər ay üzrə 3160 manat maddi zərərin, 2022-ci il 01 aprel tarixinə 143155,82 manat əldən çıxmış fayda, 2022-ci il 01 aprel tarixindən başlayaraq hər ay üzrə 5757 manat əldən çıxmış fayda və 5000 manat işgüzar nüfuza vurulan ziyanın, o cümlədən 2360 manat audit rəyinə görə ödənilmiş məbləğin cavabdehlər tərəfindən ödənilməsi, reklamların yayımlanmasına (reklam lövhlərinin yerləşdirilməsinə) və istifadə hüququna hər hansısa formada maneə yaradılmasının Cavabdeh2 və "xxxx" MMC-yə qadağan olunması, Bakı şəhəri, 1 ünvanda yerləşən “xxx” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən 1285 kv.m ölçüdə olan mağazadan cavabdehlərin etinasızlığı və özbaşınalığı nəticəsində çıxarılıb zirzəmiyə daşınma zamanı zədə alan və sonradan yüksək rütübət nəticəsində paslanıb avadanlıqların istifadəyə yararsız vəziyyətə düşməsinə qörə 142.685,70 manat məbləğində Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-dən mütənasib qaydada alınaraq İddiaçı1 və "xxxx" MMC-yə ödənilməsi, Bakı şəhəri “xxx” kompleksinin zirzəmisində saxlanılan və həmin sahəyə daşınanadək Bakı şəhəri, 1 ünvanda yerləşən “xxx” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində qeyri-yaşayış sahəsində (“xxx” mağazası) yerləşərək, xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş spesifikasiyaya və 04 may 2021-ci il tarixli audit rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzininin 07 fevral 2022-ci il tarixli rəyinə əsasən İddiaçı1 məxsus 6707 sayda geyim mallarının satışa yararsız vəziyyətə düşməsinə görə həmin əşyaların bazar qiymətlərinə uyğun 157101 manat dəymiş ziyan Cavabdeh1 və Cavabdeh3-dən tutularaq İddiaçı1 ödənilməsini, Bakı şəhəri “xxx” kompleksinin zirzəmisində saxlanılan və həmin sahəyə daşınanadək Bakı şəhəri, 1 ünvanda yerləşən “xxx” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində qeyri-yaşayış sahəsində (“xxx” mağazası) yerləşərək, xx.xx.2021-ci il tarixində məhkəməyə təqdim edilmiş spesifikasiyaya və 03 may 2021-ci il tarixli audit rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzininin 07 fevral 2022-ci il tarixli rəyinə əsasən "xxxx" MMC-yə məxsus 13588 sayda geyim mallarının satışa yararsız vəziyyətə düşməsinə görə həmin əşyaların bazar qiymətlərinə uyğun 337270 manat dəymiş ziyanın Cavabdeh2 və "xxxx" MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi, məhkəmə araşdırması getdiyi dövrdə Bakı şəhəri, 1 ünvanda yerləşən “xxx” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən 1285 kv.m olan mağazadan cavabdehlərin etinasızlığı və özbaşınalığı nəticəsində çıxarılıb 7 km məsafədə olan binanın zirzəmisinə daşınma zamanı əşyalarımız külli miqdarda yoxa çıxmış, sonradan Bakı şəhərində yerləşən “xxx” kompleksinin zirzəmisində saxlanılan, "xxxx" MMC-yə və İddiaçı1 məxsus əşyaların mövcud vəziyyətinin (kəmiyyət və keyfiyyət göstəricilərinin) cavabdehlərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə birgə yoxlanılması barədə razılıq əldə edilmişdir. 2021-ci ilin 21 sentyabrdan - 7 oktyabradək keçirilən baxış nəticəsində cavabdehlərin etinasızlığı və özbaşınalığı nəticəsində acınacaqlı vəziyyəti üzə çıxmışdır. Aşağıda qeyd hissəsində göstərilmiş məhkəməyə təqdim olunan sənədlər əsasında təqdim edilməyən əşyaların (avadanlıqlar və sair) ümumi dəyəri 277409,50 manat təşkil edir. Belə ki, təqdim edilməyən əşyaların 277.409,50 manat dəyərinin Cavabdeh1, Cavabdeh2 və “xxx" MMC dən mütənasib qaydada alınaraq İddiaçı1 və "xxxx" MMC-yə ödənilməsi, “xxx” kompleksinin zirzəmisində olan əşyalarının mövcud vəziyyətinin (kəmiyyət və keyfiyyət göstəriciləri) yoxlanılmasın da cəlb edilmiş şəxslərə gördüyü işlərə görə İddiaçı1 tərəfindən ödənilmiş 500 manat, "xx ” MMC tərəfindən isə ödənilmiş 1000 manatın müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi, Bakı şəhəri, 1 ünvanda yerləşən “xxx” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə ("xxx” mağazası) İddiaçı1 və "xxxx" MMC-yə cavabdehlər tərəfindən yaradılmış maneə aradan qaldırılacağı təqdirdə cavabdehlərə ödəniləcək icarə və xidmət haqlarının iddiaçıların mağazada satış fəaliyyətinə faktiki başlandığı tarixdən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı1 və "xxxx" MMC-nin iddia tələbləri və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələri onunla əsaslandırılmışdır ki, iddiaçılar Bakı şəhəri, 1 ünvanda yerləşən 'xxx" Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən “X5" mağazasında şərikli qaydada geyim satışı ilə məşğuldurlar. “xxx” mağazasının 441.9 kv.m sahəsinə 1-ci İddiaçı1 ilə 1-ci Cavabdeh1 arasında bağlanmış 18 İyun 2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarəyəverən (cavabdeh) icarə obyektini 02 sentyabr 2027-ci il tarixə kimi icarəçinin (iddiaçı) müvəqqəti istifadəsinə verməyi, icarəçi isə müqavilənin şərtlərinə əsasən icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə dəyişikliklər edilməsinə dair 01 saylı əlavəyə uyğun olaraq müqavilə imzalandığı tarixdən bu günə kimi icarə sahəsinin üçüncü şəxs tərəfindən boşaldılmaması səbəbindən icarəçinin icarə obyektində fəaliyyətə başlaya bilməməsinə görə müqavilə 16 avqust 2019cu if tarixdə qüvvəyə minmişdir. Habelə, İddiaçı1 ilə cavabdeh "xxx'’ MMC arasında bağlanmış 10 avqust 2019-cu il tarixli xidmət müqaviləsinə əsasən sonuncu ‘xxx" mağazasının 441.9 kv.m sahəsinin yerləşdiyi binanın saxlanılması və normalara uyğun istismarı üzrə müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərməyi (məs, binanın erazisinə buraxılış, mağazaya yüklərin daşınması üçün avtomobilin parkinkə giriş-çıxışının təmin edilməsi və s. öz öhdəsinə götürmüşdür. “xxx” mağazasının qalan 843.1 kv.m sahəsinə isə 2-ci iddiaçı "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 14 yanvar 2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarəyəverən (cavabdeh) icarə obyektini 02 sentyabr 2027-ci il tarixə kimi icarəçinin (iddiaçı) müvəqqəti istifadəsinə verməyi, icarəçi isə müqavilənin şərtlərinə əsasən icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə dəyişikliklər edilməsinə dair 01 saylı əlavəyə uyğun olaraq müqavilə imzalandığı tarixdən bu günə kimi icarə sahəsinin üçüncü şəxs tərəfindən boşaldılmaması səbəbindən icarəçinin icarə obyektində fəaliyyətə başlaya bilməməsinə görə müqavilə 10 avqust 2019-cu il tarixdə qüvvəyə minmişdir. Həmçinin iddiaçı "xxxx" ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 10 avqust 2019-cu il tarixli xidmət müqaviləsinə əsasən sonuncu “xxx” mağazasının 843,1 kv.m sahəsinin yerləşdiyi binanın saxlanılması və normalara uyğun istismarı üzrə müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərməyi (məs, binanın ərazisinə buraxılış, mağazaya yüklərin daşınması üçün avtomobilin parkinkə girişçıxışının təmin edilməsi və s.) öhdəsinə götürmüşdür. Tərəflər arasında mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin xx.xx.2027-ci il tarixədək iddiaçıların istifadəsində olması barədə qüvvədə olan icarə müqavilələri olmasına baxmayaraq, habelə iddiaçılar faktiki oiaraq 2 ay müddətində mağazada fəaliyyət göstərərək icarə müqaviləsinin şərtlərinə tam əməl etsələr də, 24 oktyabr 2019-cu il tarixdə saat 15:20-də “xxx” -nin direktoru kimi özünü təqdim edən x 3 nəfər əməkdaşı ilə mağazanın içərisinə daxil olaraq işçilərdən və müştərilərdən mağazanı dərhal tərk etməyi tələb etmişlər. Mağaza işçiləri müdriyyətlə əlaqə saxlamağı xahiş edərək, məsələyə aydınlıq gətirilməsini istəsələr də, x və yanında olan mühafizə xidmətinin əməkdaşlarına güc tətbiq edərək onları mağazadan bayıra çıxarmağa nail olmuşlar. Gün ərzində əməkdaşlar mağazanın açılmasını gözləyərək, ticarət mərkəzində olsalar da, mağazanın dəmir örtüyü (jalüz) bağlanması səbəbindən mağazaya daxil ola bilməmişlər. Mağaza işçilərinə gün ərzində edilmiş satış pulunun kassadan haqq-hesab edilərək, mağazada yerfəşən seyfə qoyulmasına, hətta iş formasını dəyişib gündəlik geyimlərini geyilməsrnə belə imkan verilməmiş, mağazanın qapı örtüyünün (jalüzün) pultunu almağa nail olmadıqda isə mağazaya gələn elektrik xətti nin müdriyyəti tərəfindən söndürülmüş, onlar isə bütün bu göstərişləri icarəyəverənlerdən aldıqlarını bildirmişlər. Mağazada 380000 manata yaxın mal sahibsiz və baxımsız vəziyyətdə qalmış, mağazada kassada olan gündəlik satışdan əldə edilmiş və seyfdə olan nağd pulların aqibəti naməlum olaraq qalır, “xxx” -nin direktoru kimi özünü təqdim edən xnın bu özbaşınalığı nəticəsində mağazaya xeyli miqdarda ziyan dəymişdir. Belə ki, gündəlik olaraq boşdayanmaya görə işçilərin pulu hesablanaraq verilməli idi. Həmçinin mağazada satış olmadığından iddiaçılar gündəlik olaraq qazancdan məhrum olmuşlar. Həmçinin iddiaçılarla 1-ci və 2-ci cavabdeh arasında bağlanmış müvafiq icarə müqavilələrinin 3.2.1 -ci bəndinə əsasən müqavilə üzrə müəyyən edilmiş qaydada icarə obyektini üçüncü şəxslərin hüquqlarından və tələblərindən azad şəkildə icarəçinin istifadəsinə vermək icarəyə verənin vəzifəsi kimi, 3.3.7-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində obyektdən onun təyinatına uyğun olaraq, icarə obyektinin yerləşdiyi ticarət mərkəzində qüvvədə olan müvafiq iş rejimi nəzərə alınmaqla, fasiləsiz və maneəsiz istifadə etmək, 3,3.8-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində icarəçi hər hansi səbəblə bağlı ticarət mərkəzinin açıq olmadığı vaxt ərzində təhlükəsizlik məqsədilə öncədən binaya xidmət göstərən şirkətin elektron qaydada və ya təcili hallarda şifahi şəkildə razılığını almaqla və qarşılıqlı razılaşdırılacaq giriş-çıxış meyarları nəzərə alınmaqla icarə obyektinə maneəsiz daxil və xaric ola bilmə imkanı icarəçinin hüquqları kimi təsbit edilmişdir. Habelə iddiaçılarla 3-cü cavabdeh "xxx' MMC arasında bağlanmış 10 avqust 2019-cu il tarixli xidmət müqaviləsinin 2.2.1-ci bəndinə uyğun olaarq müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavəyə əsasən (yığılan pul vəsaitləri həcmində) lazımi xidmətlər göstərmək; 2.2.3-cü bəndinə əsasən müştərilərin qəbulunun və onların müraciətlərini, baxılmasını təmin etmək xidmət göstərənin vəzifəsi kimi müəyyən edilmiş, 4.6-cı bəndə əsasən tərəflərin işçilərinin hərəkətlərinin və ya hərəkətsizliyinin nəticəsində qarşı tərəfə zərər dəyərsə, dəymiş zərərə görə müvafiq tərəf tam həcmdə mülki hüquqi məsuliyyət daşıyır. Beləliklə, iddiaçılarla cavabdehlər arasında bağlanmış icarə və xidmət müqavilələrinin şərtləri sonuncular tərəfindən kobud şəkildə pozulmuşdur. İddiaçılar tərəfindən yuxarıda göstərilən qanunazidd halların aradan qaldırılması üçün cavabdehlərə pretenziya qaydasında xəbərdarlıq göndərilsə də, bu günə qədər cavabdehlər tərəfindən iddiaçıların istifadə hüquqlarına yaradılmış məhdudiyyət aradan qaldırılmamışdır. İcarəyəverənlərin göstərişi ilə xx.xx.2020-ci il tarixdə məlumatları olmadan fəaliyyət göstərdikləri mağazanın giriş qapısının jalüzü açılaraq mağazada satış üçün nəzərdə tutulmuş geyim əşyaları və ticari avadanlıqlar çıxarılmış, yalnız DİN-in 102 xidmətinə edilən müraciətdən 34 gün sonra 03 fevral 2021-ci il tarixdə məlum olmuşdur ki, həmin əmlakların bir qismi hadisə yerindən 7 km məsafədə yerləşən “xxx” kompleksin zirzəmisinə gətirilib atılmışdır. Mövcud vəziyyəti əks etdirən xx.xx.2021-ci il tarixdə akt tərtib edilmiş və həmin sənəd məhkəməyə təqdim edilmişdir. “xxx” mağazasına məxsus mal-materialın “xxx” kompleksinin zirzəmisində dağınıq, zədəli, qüsurlu və yararsız vəziyyətini əks etdirən xx.xx.2021-ci ii tarixli video çəkiliş və fotoşəkillər xx.xx.2021-ci il tarixdə məhkəmə iclası zamanı iş materiallarına əlavə edilməsi üçün təqdim edilmişdir. Sözügedən avadanlıqların mağazadan sökülməmişdən öncə ilkin vəziyyətini və sonrakı vəziyyətini əks etdirən görüntülər olan video fayllar xx.xx.2021-ci il tarixdə 2.45 GB həcmində flaşkart vasitəsi ilə məhkəmə iclası zamanı iş materiallarına əlavə edilməsi üçün təqdim edilmişdir. Mağazada İddiaçı1 məxsus olan və hazırda “xxx” kompleksinin zirzəmisində saxlanılan 6707 sayda, 157101 manat məbləğində olan geyim malları, o cümlədən mağazada xx -yə məxsus olan və hazırda “xxx” zirzəmisində saxlanılan 13588 sayda, 337270 manat məbləğində olan geyim mallarının faktiki vəziyyətindən məlumatları olmadığı üçün son zamanadək həmin malların mövcud durumu ilə bağlı informasiya əldə edə bilmirdilər. Tərəflərin nümayəndələrinin iştirakı ilə “xxx” kompleksinin zirzəmisində yerləşən əşyalarının mövcud vəziyyətinə xx.xx.2021-ci il tarixindən baxış keçirilməyə başlanılmışdır və acınacaqlı durumun olduğu məlum olmuşdur. Belə ki, zirzəmidə saxlanılan əşyaları təxminən 1 ilə yaxındır ki, rütubətli ventilyasiyasız qapalı yerdə qaldığından, nəm çəkməsi nəticəsində kifləndiyindən çürümə prosesinə başlamış, kif qoxusu çəkmiş, müxtəlif həşəratların təsirinə məruz qalmış, xarab olması ilə nəticələnmiş və satış üçün yararlı olmadığı müəyyən edilmişdir, həmçinin avadanlıqların dəmir hissələri paslanmış, elektrik cihazları isə nəm çəkib sıradan çıxmışdır. Həmin əşyaların mövcud vəziyyətinin (kəmiyyət və keyfiyyət göstəriciləri) yoxlanılmasına cəlb edilmiş şəxslərə görülən işlərə görə İddiaçı1 tərəfindən 500 manat, xx tərəfindən isə 1000 manat pul ödənilmişdir. "xxxx" MMC-nin 03 may və 04 may 2021-ci il tarixli audit rəylərinə əsasən “xxx” kompleksinin zirzəmisinə daşınana qədər Bakı şəhəri, 1 ünvanda yerləşən “xxx” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində (“xxx” mağazası) İddiaçı1 məxsus 6707 sayda, 157101 manat məbləğində olan geyim malları, "xxxx" MMCyə məxsus 13588 sayda, 337270 manat məbləğində olan geyim malları olmuşdur. Təqdim edilən mallardan isə 15996 ədəd miqdarında, 360976 manat dəyərində geyim malları tam yararsız vəziyyətə salınaraq məhv edilmişdir. Bizə məxsus 20295 ədəd geyim mallarından təqdim edilməyən geyim mallarının sayı 4369 ədəd, dəyəri isə 133395 manat təşkil etmişdir. Əlavə olaraq mağazadan özbaşına çıxarılıb zirzəmiyə daşınan, geyim əşyalarının saxlanılması üçün nəzərdə tutulan avadanlıqların zədəli olması müəyyən edilmişdir. Avadanlıqların əksəriyyəti zədəli, təkrar istifadəyə tam yararsız vəziyyətdədir. Belə ki, daşınma zamanı zədə alan və sonradan yüksək rütubət nəticəsində paslanıb yararsız vəziyyətə düşən, məhv edilən avadanlıqların dəyəri məhkəməyə təqdim edilmiş sənədlər üzrə 142685,70 manat, 103815 manat isə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası rəyi üzrə təşkil edir. Məhkəməyə təqdim olunan sənədlərə əsasən təqdim edilməyən əşyaların dəyəri 277549,50 manat təşkil edir. Beləliklə təqdim edilməyən əşyaların ümumi dəyəri 410944,50 manat, məhv edilən və istifadəyə yararsız əşyalarımızın dəyəri 503661,70 manat təşkil edir. Ekspert tərəfindən mal və avadanlıqlara baxış keçirilmiş və xx.xx.2022-ci tarixində Ekspertiza rəyi verilmişdir. Tələblərimiz təmin olunduğu və iddiaçıların Bakı şəhəri, 1 ünvanda yerləşən “xxx” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsinə (“xxx” mağazası) köçürüldüyü təqdirdə cavabdehlər tərəfindən icarə və xidmət haqları iddiaçıların mağazada satış fəaliyyətinə başlandığı tarixdən hesab edilməlidir. Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-nin nümayəndəsi və vəkilinin İddiaçı1 və "xxxx" MMC-nin iddia tələbləri və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrə etirazı onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış 18 iyun 2019-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyəverən (1-ci iddiaçı) icarə obyekti olan Bakı şəhəri, 1 ünvanında yerləşən Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 441,9 m2 qeyri-yaşayış sahəsini (X6) xx.xx.2027-ci il tarixə kimi icarəçinin (1-ci cavabdeh) müvəqqəti istifadəsinə verməyi, icarəçi isə müqavilənin şərtlərinə əsasən icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə dəyişiklik edilməsinə dair 01 saylı əlavəyə əsasən müqavilə imzalandığı tarixdən bu günə kimi icarə sahəsinin üçüncü şəxs tərəfindən boşaldılmaması səbəbindən icarəçinin icarə obyektinə fəaliyyətə başlaya bilməməsinə görə müqavilə 15 avqust 2019-cu il tarixdə qüvvəyə minmişdir. İcarə müqaviləsinin 5.1-ci maddəsinə əsasən icarəçi icarə obyektindən istifadəyə görə hər ay1 140,10 (bir min bir yüz qırx manat on qəpik) manat məbləğində icarə haqqı ödəməli idi. Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyəverən icarə obyekti olan Bakı şəhəri, 1 ünvanında yerləşən Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 843,1 m2 qeyriyaşayış sahəsini (X6) xx.xx.2027-ci il tarixə kimi icarəçinin müvəqqəti istifadəsinə verməyi, icarəçi isə müqavilənin şərtlərinə əsasən icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə dəyişiklik edilməsinə dair 01 saylı əlavəyə əsasən müqavilə imzalandığı tarixdən icarə sahəsinin üçüncü şəxs tərəfindən boşaldılmaması səbəbindən icarəçinin icarə obyektində fəaliyyətə başlaya bilməməsinə görə müqavilə 10 avqust 2019-cu il tarixdə qüvvəyə minmişdir. İcarə müqaviləsinin 5.1-ci maddəsinə əsasən icarəçi icarə obyektindən istifadəyə görə hər ay 2 020,40 (iki min iyirmi manat qırx qəpik) manat məbləğində icarə haqqı ödəməli idi. Həmçinin "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2019-ci il tarixli Xidmət müqaviləsinə əsasən "xxxx" MMC Bakı şəhəri, 1 ünvanında yerləşən Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 441,9 m2 qeyri-yaşayış sahəsinin (X6) yerləşdiyi binanın saxlanması və normalara uyğun istismarı üzrə bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə qeyd olunmuş xidmətləri göstərməyi, müştəri isə göstərilən xidmətlərə görə xidmət haqqını xidmət göstərənə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinin 2 saylı əlavəsinə əsasən müqavilə üzrə xidmət haqqı hər ay 1042,88 (bir min qırx iki manat səksən səkkiz qəpik) manat müəyyən olunmuşdur. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-ci il tarixli Xidmət müqaviləsinə əsasən "xxxx" MMC Bakı şəhəri, 1 ünvanında yerləşən Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 843.1 m2 qeyri-yaşayış sahəsinin (X6) yerləşdiyi binanın saxlanması və normalara uyğun istismarı üzrə bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə qeyd olunmuş xidmətləri göstərməyi, müştəri isə göstərilən xidmətlərə görə xidmət haqqını xidmət göstərənə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinin 2 saylı əlavəsinə əsasən müqavilə üzrə xidmət haqqı hər ay 1 777,31 (bir min yeddi yüz yetmiş yeddi manat otuz bir qəpik) manat müəyyən olunmuşdur. İddiaçı1 və "xxxx" MMC icarə və xidmət haqqlarını müqavilədə nəzərdə tutulmuş vaxtda və həcmdə deyil, müəyyən ayları gecikmə edərək ödəniş etmiş və digər aylar üzrə isə ümumiyyətlə ödənişlər etməmişlər. İddiaçı1 xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsi”nin ilk ayı üzrə, yəni 2019-cu ilin avqust ayı üçün icarə haqqını sentyabr ayının ilk 10 günü ərzində ödəməli olduğu halda 570,05 manatını 6 gün gecikmə edərək növbəti ayın xx.xx.2019-cu il tarixində, 110,05 və 460 manatını 9 gün gecikdirərək xx.xx.2019-cu il tarixdə ödəmiş; 2019-cu ilin sentyabr ayı üçün 1 140,10 manat icarə haqqını oktyabr ayının ilk 10 günü ərzində ödəməli olduğu halda 3 gün gecikdirərək xx.xx.2019-cu il tarixdə 865,00 manat və 4 gün gecikdirərək xx.xx.2019-cu il tarixdə 275,10 manat ödəmiş; 2019-cu ilin oktyabr ayı üçün 845,88 manat icarə haqqını noyabr ayının ilk 10 günü ərzində ödəməli olduğu halda 12 gün gecikdirərək 123,82 manatı xx.xx.2019-cu il tarixdə ödəmiş (722,06 manat borc qalmış); 2019-cu ilin noyabr ayı üçün 114,01 manat icarə haqqını dekabr ayının ilk 10 günü ərzində ödəməli olduğu halda 16 gün gecikdirərək xx.xx.2019-cu il tarixdə ödəmişdir. İddiaçı1 tərəfindən 2019-cu ilin oktyabr ayı üzrə 722,06 manat (qalıq məbləğ), 2019-cu ilin dekabr ayı üzrə 1140,10 manat, 2020-ci ilin yanvar ayı üzrə 1 140,10 manat, 2020-ci ilin fevral ayı üzrə 1 140,10 manat, 2020-ci ilin mart ayı üzrə 809,10 manat, 2020-ci ilin may ayı üzrə 36,78 manat, 2020-ci ilin iyun ayı üzrə 608,35 manat icarə haqqı, cəmi 5 596,28 manat icarə haqqı ödənilməmişdir. Həmin icarə haqqı borcu bu günədək ödənilməmişdir. İddiaçı1 xx.xx.2019-cu il tarixli “xidmət müqaviləsi” ilə bağlı ilk ay üzrə, yəni 2019-cu ilin avqust ayı üzrə 740,11 manat xidmət haqqını növbəti ayın, yəni sentyabr ayının ilk 7 günü ərzində ödəməli olduğu halda 22 gün gecikmə edərək xx.xx.2019-cu il tarixdə ödəmiş; 2019-cu ilin sentyabr ayı üzrə 1 042,88 manat xidmət haqqını növbəti ayın, yəni oktyabr ayının ilk 7 günü ərzində ödəməli olduğu halda 44 gün gecikmə edərək xx.xx.2019-cu il tarixdə 937,47 manat və xx.xx.2019-cu il tarixdə 104,29 manat (qalıq 1,12 manat) ödəmişdir. İddiaçı1 tərəfindən 2019-cu ilin senytabr ayı üzrə 1,12 manat, 2019-cu ilin oktyabr ayı üzrə 773,75 manat, 2019-cu ilin noyabr ayı üzrə 139,05 manat, 2019-cu ilin dekabr ayı üzrə 1 042,88 manat, 2020-ci ilin yanvar ayı üzrə 1 042,88 manat, 2020-ci ilin fevral ayı üzrə 1 564,33 manat, 2020-ci ilin mart ayı üzrə 1 564,33 manat, 2020-ci ilin iyun ayı üzrə 1042,88 manat, cəmi 7 171,22 manat xidmət haqqı ödənilməmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixli “İcarə müqavilə”si ilə bağlı 2019-cu ilin avqust ayı üzrə 1 369 manat icarə haqqını növbəti ayın, yəni sentyabr ayının ilk 10 günü ərzində ödənilməli olduğu halda 6 gün gecikmə edilərək xx.xx.2019-cu il tarixdə 560 manat və xx.xx.2019-cu il tarixdə 808,65 manat ödənilmiş; 2019-cu ilin sentyabr ayı üzrə 2 020,40 manat icarə haqqını növbəti ayın, oktyabr ayının ilk 10 günü ərzində ödənilməli olduğu halda və 2019-cu ilin oktyabr ayı üzrə 1 564,08 manat ödənişi növbəti ayın, yəni noyabr ayının ilk 10 günü ərzində ödənilməli olduğu halda (2 ay üzrə cəmi 3 584,48 manat) gecikmə edilərək xx.xx.2019-cu il tarixdə qismən icra edərək 3 519,42 manat (oktyabr ayı üzrə qalıq 65,41 manat) ödənilmiş; 2019-cu ilin noyabr ayı üzrə 195,51 manat icarə haqqını novbəti ayın, yəni dekabr ayının ilk 10 günü ərzində ödəməli olduğu halda xx.xx.2019-cu il tarixdə 202,04 manat ödəniş edilmişdir (qalıq 58,88 manat). Beləliklə, "xxxx" MMC tərəfindən 2019-cu ilin noyabr ayı üzrə qalıq 58,88 manat, 2019-cu ilin dekabr ayı üzrə 2 020,40 manat, 2020-ci ilin yanvar ayı üzrə 2 020,40 manat, 2020-ci ilin fevral ayı üzrə 2 020,40 manat, 2020-ci ilin mart ayı üzrə 1 433,83 manat, 2020-ci ilin may ayı üzrə 65,17 manat, 2020-ci ilin iyun ayı üzrə 1 042,72 manat, cəmi 8 661,80 manat icarə haqqı borcu ödənilməmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixli “Xidmət müqaviləsi” ilə bağlı 2019-cu ilin avqust ayı üzrə 1 261,32 manat xidmət haqqı növbəti ayın, sentyabr ayının ilk 7 günü ərzində ödənilməli olduğu halda, 19 gün gecikmə edilərək xx.xx.2019-cu il tarixdə 1 261,33 manat ödənilmiş; 2019-cu ilin sentyabr ayı üzrə 1 777,32 manat xidmət haqqı növbəti ayın, oktyabr ayının ilk 7 günü ərzində ödənilməli olduğu halda, 6 gün gecikmə edilərək xx.xx.2019-cu il tarixdə 1 777,32 manat ödənilmiş; 2019-cu ilin oktybar ayı üzrə 1 318,65 manat xidmət haqqı növbəti ayın, noyabr ayının ilk 7 günü ərzində ödənilməli olduğu halda, 13 gün gecikmə edilərək xx.xx.2019-cu il tarixdə 1 261,32 manat (oktyabr ayı üzrə qalıq 57,33) qismən ödənilmiş; 2019-cu ilin noyabr ayı üzrə 236,98 manatı növbəti ayın, dekabr ayının ilk 7 günü ərzində ödənilməli olduğu halda, 19 gün gecikmə edilərək xx.xx.2019-cu il tarixdə 120,40+57,33=177,73 manat (noyabr ayı üzrə 116,58 manat qalıq) qismən ödənilmişdir. Beləliklə, "xxxx" MMC tərəfindən 2019-cu ilin noyabr ayı üzrə qalıq 116,58 manat, 2019-cu ilin dekabr ayı üzrə 1 777,32 manat, 2020-ci ilin yanvar ayı üzrə 1 777,32 manat, 2020-ci ilin fevral ayı üzrə 2 665,97 manat, 2020-ci ilin mart ayı üzrə 2 665,97 manat, 2020-ci ilin iyun ayı üzrə 1 777,32 manat, cəmi 10 780,48 manat xidmət haqqı ödənilməmişdir. İddiaçı1 və "xxxx" MMC həmin vəsatətdə xx.xx.2021-ci il tarixində obyektində "xxxx" MMC-nin əməkdaşları tərəfindən ölçmə işlərinin aparıldığını və nəticədə satış fəaliyyətinin dayandırdıqlarını, may ayında qış mövsümünə aid malların yaz və yay mövsümünə aid mallarla əvəzləşdirilməsinə imkan verilmədiyini, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin əməkdaşının mağazaya yaxınlaşaraq çöl vitrininə yeni reklam yerləşdirmək məqsədilə ilə müvafiq ölçmə işləri apardığını, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin müdiri Anjela Xanjanovanın zəng edərək xx.xx.2020-ci il tarixdə mağazaya gələcəyəni bildirməsini, həmçinin icarə obyektinin gələcəkdə restoran kimi fəaliyyət göstərəcəyini bildirməsini qeyd etmişlər. Qeyd olunanlarla bağlı bildirmək istəyirik ki, İddiaçı1 və "xxxx" MMC-nin qeyd etdiyi hallarla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Onların qeyd etdikləri yalnız söz yığınından və heç bir (əsasız) əsası olmayan cümlələrdən ibarət yanlış məlumatlardır. Məhkəmənin bir daha nəzərinə çatdırmaq istəyirik ki, yuxarıda qeyd olunan müddətlərdə “İcarəçi”lər müqavilə üzrə öhdəlikləri pozmuş, həmin şərtlərə əməl etməmiş, icarə və xidmət haqlarını ödəməmişlər. Bu hərəkətləri ilə onlar faktiki olaraq müqavilələrə xitam vermişlər. İddiaçı1 və "xxxx" MMC xx.xx.2021-ci il tarixli vəsatətdə xx.xx.2020-ci il tarixində mübahisəli icrarə obyektindən onlayn ticarətlə məşğul olmaq üçün malların çıxarılmasına icazə verilmədiyini, xx.xx.2020 və xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin əməkdaşlarının mağazaya və havalandırma sisteminə baxış keçirdiklərini, orada ölçmə işləri apardıqlarını və 29 dekabr 2020-ci il tarixində icarə obyektində olan malların heç bir qanuni əsas olmadan “İcarəyə verən”lər tərəfindən boşaldıldığını qeyd etmişlər. Bununla bağlı bildirmək istəyirik ki, işin faktiki hallarından görünür ki, İddiaçı1 və "xxxx" MMC 2 ilə yaxın müddətdir ki, icarə və xidmət haqqlarını mülkiyyətçilərə ödəməmiş və hazırda da müqavilə üzrə öhdəliklərini pozmaqda davam edərək mülkiyyətçilərə ziyan vurmuşlar. “İcarəçi”lərin bu qanunsuz və vicdansız hərəkətləri mülkiyyətçiləri fayda əldə etməkdən məhrum etmiş, eyni zamanda əmlaka ziyan vurulması ilə nəticələnmişdir. Belə ki, icarə obyekti qanunsuz və əsassız olaraq istismar olunmuş mülkiyyətçilər öz əmlaklarından heç cür istifadə edə bilməmiş və bütün bu hərəkətlər onlar tərəfindən qəsdən törədilmişdir. “İcarəçi”lərlə aramızda olan mübahisə məhz onun heç bir əsas olmadan icarə və xidmət haqqlarını vaxtında ödəməkdən imtina etməsi səbəbindən yaranmışdır. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə məhkəmə uzun müddət davam etməsi “İcarəçi”lərə sərf etmiş və onlar öz qanunsuz əməllərini davam etdirərək mülkiyyətçilərə ziyan vurmaqda davam etmişlər. Məhkəmənin diqqətinə çatdırırıq ki, obyektin boşaldılmasının əsas səbəbi baş verə biləcək fors-major hallarının qarşısını almaq olmuşdur. İcarə və xidmət müqaviləsi üzrə nümayişkəranə, qərəzli və vicdansızcasına öz öhdəliklərini yerinə yetirməməsi onu göstərir ki, “İcarəçi”lər həmin əmlaka biganə yanaşır və lazım olan anda həmin əmlakın qorunması üçün heç bir tədbir görməyəcəkdir. İcarə obyektinin xeyli miqdarda mallarla dolu olması gələcəkdə yanğın, su basma halların baş verməsini istisna etməmiş, əksinə belə halların baş verməsinə yol açmışdır. Həmin vəziyyətdə isə cavabdehlər üstün mövqedə olmuş və bu mövqe onlara sərf etmişdir. Ona görə də görə obyekt boşaldılmışdır ki, müqavilə üzrə hər tərəf bərabər mövqedə olsun. Bildiririk ki mülkiyyətçilər əmlaklarından faktiki olaraq məhrum olunmuş və gəlir əldə etməmişsə, bu halda “İcarəçi”lər də bizimlə eyni mövqedə olmalıdır. Həmin icarə obyekti mallara heç bir ziyan vurulmadan boşaldılmış və həmin malların çeşidləri və sayı aktda qeyd olunaraq daha təhlükəsiz saxlanc yerinə təhvil verilmişdir. Baş vermiş məlum hadisə ilə bağlı Xətai RPİnin 37-ci PŞ-də araşdırılma aparılmış və əməldə cinayət tərkibi olmadığı üçün xx.xx.2021ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi mülkiyyətçilər tərəfindən “İcarəçi”lərə maddi zərər vurulmamışdır. İddiaçı1 və "xxxx" MMC tərəfindən iş materiallarına əlavə olunmuş Audit rəyi ilə bağlı bildirmək istəyirik ki, həmin rəydə qeyd olunmuşdur ki, auditora təqdim edilmiş sənədlərin və imzaların düzgünlüyünə, əməliyyatların həqiqətdə baş verməsinə, habelə araşdırmaya təsir edə bilən sənədlərin təqdim edilməməsinə görə “Sifarişçi” məsuliyyət daşıyır. X2 göründüyü kimi audit yoxlaması İddiaçı1 və "xxxx" MMC-nin təqdim etdiyi mötəbər olmayan sənədlər, həqiqətdə baş verməyən və yanlış məlumatlar əsasında aparılmışdır. "xxxx" MMC və İddiaçı1 yaxın qohumlarından istifadə edərək, yalançı sahibkarlıq imici yaradaraq və Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-nin onlara qarşı etibarından suiistifadə edərək icarə və xidmət müqavilələri bağlamışdır. "xxxx" MMC və İddiaçı1 müqavilələri bağladıqdan sonra müqavilələrin şərtlərinə əməl etməmiş, öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmiş, yəni 2 ildən artıq müddətdə icarə və xidmət haqqlarını ödəməkdən yayınmış, icarə obyektini boşaltmayaraq girov saxlamış, həmin obyektdən istifadə edərək faydalanmış və gəlir əldə etmişlər. Onların qanunsuz hərəkətləri nəticəsində obyekt sahiblərinin öz əmlaklarından istifafə etmək hüquqları pozulmuş, öz mülkiyyətlərindən istifadə edə bilməməsi nəticəsində 1 ildən artıq müddət üçün gəlir, fayda götürə bilməmiş, üzərlərində olan digər öhdəlikləri (vergi və s) yerinə yetirməkdə çətinliklər yaratmış, həm mənəvi, həm də psixoloji cəhətdən sarsıtmış və "xxxx" MMC-nin işgüzar nüfuzuna xələl gətirmişdir. Həmçinin "xxxx" MMC və İddiaçı1 “Sahibkarlıq fəaliyyəti” adından istifadə edərək, lakin onunla bir araya sığmayan mülkiyyətçilərin AR Konstitusiyasında nəzərdə tutulmuş mülkiyyət hüquqlarını pozmuş, onların vaxtını əsassız almaqla sahibkarlıq fəaliyyətlərinə maneələr yaratmışdır. Dəfələrlə şifahi və yazılı edilmiş xəbərdarlıqlara baxmayaraq İddiaçı1 və "xxxx" MMC bu əməllərinə son qoymayaraq borclarını bu günə kimi ödəməmiş və icarə obyektini boşaltmamışdır. iddiaçılar İddiaçı1 və "xx ” MMC 2019-cu ildə icarə və xidmət haqlarını müqavilədə nəzərdə tutulmuş vaxtda və həcmdə ödəməmiş, müəyyən ayları gecikmə edərək ödəniş etmiş, 2020-ci ilin yanvar ayından başlayaraq isə ümumiyyətlə ödəniş etməmişlər. İş materiallarına İddiaçı1 və "xx ” tərəfindən sübut qismində əlavə olunmuş audit rəyinin, məktubların və aktların məzmunundan aydın olur ki, İddiaçı1 və "xx ” MMC 2019-cu ilin dekabr, 2020-ci ilin yanvar, fevral, mart, may və iyun aylarında həmin mübahisəli obyektdə öz fəaliyyətlərini davam etdirmiş, satış həyata keçirərək gəlir əldə etmələrinə baxmayaraq “İcarəyə verənlər”ə həmin aylar üzrə heç bir ödəniş etməmiş və bu hərəkətləri ilə faktiki olaraq müqaviləyə xitam vermişlər. Müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyinə və edilmiş xəbərdarlıqlardan nəticə çıxarmadığına görə İddiaçı1 onunla bağlanmış müqavilələrə birtərəfli qaydada xitam verildiyi barədə 10 dekabr 2019-cu il tarixində bildiriş göndərilmişdir. Qeyd olunanları və bununla bağlı 11 oktyabr 2021-ci il tarixli Etirazda təfərrüatı ilə göstərilənləri nəzərə alaraq, məhkəmə prosesində İddiaçı1 və "xx ” MMC-yə hər hansı ziyan vurulduğu müəyyən edilərsə, həmin maddi ziyan və ya əldən çıxmış fayda 01 aprel 2022-ci il tarixədək deyil, İddiaçı1 və "xx ” MMC tərəfindən icarə haqqının ödənişinin tam dayandırıldığı 2020-ci ilin yanvar ayınadək hesablanmalıdır. Ərizənin 3-cü bəndində paslanıb, istifadəyə yararsız vəziyyətə düşmüş avadanlıqların dəyəri olan 142.685.70 manatın Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-dən tutulması tələbinin heç bir əsası yoxdur. Belə ki, həmin avadanlıqların sayını, adını, qiymətini, yararsız vəziyyətdə olduğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Ərizədə bununla bağlı istinad edilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyində isə 103.815 manat dəyərində avadanlıqda qüsurların aşkar edildiyi göstərilmişdir. Bu isə həmin avadanlıqların yararsızlığı kimi qəbul edilə bilməz. Ümumiyyətlə avadanlıqlarla bağlı iddiaçıların tələbi bir neçə dəfə dəyişmişdir. Məsələn, iddia tələbinin dəqiqləşdirilməsinə dair xx.xx.2021-ci il tarixli Ərizənin 3-cü bəndində quraşdırılmış avadanlıqlara görə Cavabdeh1 və Cavabdeh2 464881,43 manat tələbi irəli sürülmüşdür. Lakin bu tələb hazırki məhkəmə mübahisəsinin predmeti olmadığına görə məhkəmə baxışından çıxarılmalı olduğu 11 oktyabr 2021-ci il tarixli Etirazda tərəfimizdən əsaslandırıldığına görə, iddiaçılar onu iddia ərizəsindən çıxarmış və həmin 464881,43 manat məbləği iki hissəyə bölərək, başqa adla Ərizənin 3-cü və 6-cı bəndlərinə daxil etmişlər. Ərizənin 4-cü və 5-ci bəndlərində İddiaçı1 və "xx ” MMCyə məxsus “xxx” yaşayış kompleksində saxlanılan 20 295 ədəd malların guya tam yararsız vəziyyətə düşməsinə görə həmin malların dəyəri olan 494 371 manatın Cavabdeh1 və Cavabdeh2 tələb edilməsi də əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçılar İddiaçı1 və "xx ” MMC tərəfindən “xxx” kompleksinin zirzəmisinə daşınana qədər Bakı şəhəri, 1 ünvanda yerləşən “xxx” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində olan qeyri-yaşayış sahəsində onlara məxsus 20 295 ədəd sayda, 494 371 manat dəyərində malın olduğunu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Həmin əşyaların mövcud olması ilə bağlı istinad edilən Auditor Rəyindən göründüyü kimi, audit yoxlaması 2021-ci ilin may ayında, yəni mallar “xxx” kompleksinin zirzəmisinə daşınandan altı ay sonra və İddiaçı1 və "xx ” MMC-nin təqdim etdiyi sənədlər, məlumatlar əsasında aparılmışdır. Həmin rəydə qeyd olunmuşdur ki, auditora təqdim edilmiş sənədlərin və imzaların düzgünlüyünə, əməliyyatların həqiqətdə baş verməsinə, habelə araşdırmaya təsir edə bilən sənədlərin təqdim edilməməsinə görə “Sifarişçi” məsuliyyət daşıyır. İddiaçı1 və "xx ” MMC tərəfindən auditora təqdim edilən sənədlər mötəbər olmadığına görə, həqiqətdə baş verməyən və yanlış məlumatlar əks etdirdiyinə görə, onların əsasında tərtib edilmiş audit rəyi qanuni və əsaslı hesab edilə bilməz. Ona görə də Sizin təşəbbüsünüzə əsasən İddiaçı1 və "xx ” MMC-yə məxsus, “xxx” yaşayış kompleksində saxlanılan mallara tərəflərin nümayəndələrinin iştirakı ilə 2021-ci ilin 21 sentyabr-07 oktyabradək tarixində baxış keçirilmişdir. Tərəflər arasında əldə olunmuş razılığa əsasən keyfiyyətini itirmiş hesab edilən mallar siyahıya alınaraq ayrıca qablaşdırılmalı idi. Lakin İddiaçı1 və "xx ” MMC-nin direktoru Qanuni nümayəndə baxışın başa çatmasını gözləməyərək, 30 sentyabr 2021-ci il tarixdə 20 295 ədəd malın 100 faizinin guya yararsız vəziyyətə düşməsi barədə məhkəməyə Ərizə təqdim etmişdir. Halbuki, ərizə təqdim olunan 30 sentyabr tarixə təxminən 50 faiz mala baxış keçirilmişdir. Bundan sonra Qanuni nümayəndə (malların 100 faizini artıq yararsız hesab etdiyi üçün) mallara baxışı artıq formal olaraq davam elətdirmiş, baxış keçirən nümayəndələrə qüsurlu hesab edilən malların siyahısını tutmaq və ayrıca qablaşdırılmağı qadağan etmiş və həmin malları heç bir qüsuru olmayan mallarla birlikdə qablaşdırmağı tapşırmışdır. Bu hal bir daha onu təsdiq edir ki, mallara baxış keçirilməsi başa çatmadan "xx ” MMC-nin direktoru tərəfindən bütün malların guya yararsız olması barədə məhkəməyə (Ərizənin 4-cü və 5-ci bəndləri) 30 sentyabr 2021-ci il tarixdə həqiqətə uyğun olmayan məlumat verilmişdir. Halbuki, mallara baxışın yekununda nümayəndələrimiz tərəfindən müəyyən edilmişdir ki, mövcud olan 15 926 sayda maldan Qanuni nümayəndə iddia etdiyi kimi 20 295 sayda mal deyil, cəmi 468 sayda təxminən 35 000 manat dəyərində mal keyfiyyətini itirmişdir. Həmin malların foto şəkilləri çəkilərək Qanuni nümayəndə özünə “WhatsApp” vasitəsi ilə göndərilmiş və “USB” yaddaş kartında 08 oktyabr tarixli prosesdə məhkəməyə təqdim edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. Lakin ekspert anbarda saxlanılan əşyalara baxış keçirməmiş, rəyi isə iddia ərizəsində adları sadalanan əşyalar barədə məlumatlar əsasında tərtib etmişdir. Ərizənin 6-cı bəndində “təqdim edilməyən” kimi göstərilən əşyaların dəyərinin tələbi ümumiyyətlə müzakirə predmeti ola bilməz. Çünki həmin əşyalar Ərizənin 4-cü və 5-ci bəndlərində yararsız kimi göstərilmiş 20 295 adda ümumi əşya sayına daxildir və onların dəyəri kimi 277 409,50 manat təkrar ödənilməsi tələbi absurddur. Ümumiyyətlə, iddiaçıların tələbinin dəqiqləşdirilməsi ilə bağlı dəfələrlə ərizə verməsi onu göstərir ki, onların məqsədi əşyaların həqiqi vəziyyətini, dəyərini, sayını müəyyən etmək deyil, əksinə, məhkəməni dolaşdıraraq süni artırılmış tələblərinə nail olmaqdır. Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-nin nümayəndəsi və vəkili sonuncu dəfə xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə xitam verilməsi, 5596,28 manat icarə haqqının, 5000 manat mənəvi zərərin, 100000 manat əldən çıxmış faydanın, cəmi 110596,28 manat pul vəsaitinin cavabdeh İddiaçı1 tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi və cavabdehin Bakı şəhəri, 1 ünvanında yerləşən Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 441,9 m2 qeyriyaşayış sahəsinin öz hesabına boşaldılaraq çıxarılması, Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə xitam verilməsi, 8661,80 manat icarə haqqının, 5000 manat mənəvi zərərin, 100000 manat əldən çıxmış faydanın, cəmi 113661,80 manat pul vəsaitinin cavabdeh ”xx " MMC-dən tutulularaq iddiaçı Cavabdeh2 ödənilməsi və cavabdehin Bakı şəhəri, 1 ünvanında yerləşən Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 843,1 m2 qeyri-yaşayış sahəsini öz hesabına boşaldaraq çıxarılması, "xxxx" MMC ilə İddiaçı1 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqavilələrinə xitam verilməsi, 7171,22 manat və 10780,47 manat xidmət haqqının, 50000 manat əldən çıxmış faydanın, cəmi 67951,69 manat pul vəsaitinin cavabdehlər İddiaçı1 və "xxxx" MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, mal və avadanlıqların “xxx" yaşayış kompleksinin anbarında saxlanılmasına görə cəmi 21050 manat pul vəsaitinin İddiaçı1 və "xxxx" MMC-dən müştərək qaydada tutulması, 30 manat manat dövlət rüsumunun, ümumilikdə 313290,37 manat pul vəsaitinin cavabdehlər İddiaçı1 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq iddiaçılar Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-nin iddia tələbləri və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələri onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı1 arasında bağlanmış 18 iyun 2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarəyəverən (1-ci iddiaçı) icarə obyekti olan Bakı şəhəri, 1 ünvanında yerləşən Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 441,9 m qeyri-yaşayış sahəsini (X6) xx.xx.2027-ci il tarixə kimi icarəçinin (1-ci cavabdeh) müvəqqəti istifadəsinə verməyi, icarəçi isə müqavilənin şərtlərinə əsasən icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə dəyişiklik edilməsinə dair 01 saylı əlavəyə əsasən müqavilə imzalandığı tarixdən bu günə kimi icarə sahəsinin üçüncü şəxs tərəfindən boşaldılmaması səbəbindən icarəçinin icarə obyektinə fəaliyyətə başlaya bilməməsinə görə müqavilə 15 avqust 2019-cu il tarixdə qüvvəyə minmişdir. İcarə müqaviləsinin 5.1-ci maddəsinə əsasən icarəçi icarə obyektindən istifadəyə görə 1 140,10 (bir min bir yüz qırx manat on qəpik) manat məbləğində icarə haqqı ödəməli idi. 2-ci iddiaçı Cavabdeh2 ilə 2-ci cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyəverən (2-ci iddiaçı) icarə obyekti olan Bakı şəhəri, 1 ünvanında yerləşən Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 843,1 m qeyri-yaşayış sahəsini (X6) xx.xx.2027-ci il tarixə kimi icarəçinin (2-ci cavabdeh) müvəqqəti istifadəsinə verməyi, icarəçi isə müqavilənin şərtlərinə əsasən icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə dəyişiklik edilməsinə dair 01 saylı əlavəyə əsasən müqavilə imzalandığı tarixdən icarə sahəsinin üçüncü şəxs tərəfindən boşaldılmaması səbəbindən icarəçinin icarə obyektinə fəaliyyətə başlaya bilməməsinə görə müqavilə 10 avqust 2019-cu il tarixdə qüvvəyə minmişdir. İcarə müqaviləsinin 5.1-cimaddəsinə əsasən icarəçi icarə obyektindən istifadəyə görə 2 020,40 (ikimin iyirmimanat qırx qəpik) manat məbləğində icarə haqqı ödəməli idi. Həmçinin 3-cü iddiaçı"xxxx" MMC ilə 1-cicavabdeh İddiaçı1 arasında bağlanmış xx.xx.2019-ci il tarixli“Xidmət müqaviləsi”nə əsasən "xxxx" MMC Bakı şəhəri, 1 ünvanında yerləşən Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 441,9 m qeyri-yaşayış sahəsinin (X6) yerləşdiyi binanın saxlanması və normalara uyğun istismarı üzrə bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylıəlavədə qeyd olunmuş xidmətləri göstərməyi, müştəri isə göstərilən xidmətlərə görə xidmət haqqını xidmət göstərənə ödəməyi öhədəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinin 2 saylı əlavəsinə əsasən müqavilə üzrə xidmət haqqı 1 042,88 (bir min qırx iki manat səksən səkkiz qəpik) manat müəyyən olunmuşdur. 3-cü iddiaçı "xxxx" MMC ilə 2-ci cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-ci il tarixli “Xidmət müqaviləsi”nə əsasən "xxxx" MMC Bakı şəhəri, 1 ünvanında yerləşən Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 843.1 m qeyri-yaşayış sahəsinin (X6) yerləşdiyi binanın saxlanması və normalara uyğun istismarı üzrə bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylıəlavədə qeyd olunmuş xidmətləri göstərməyi, müştəri isə göstərilən xidmətlərə görə xidmət haqqını xidmət göstərənə ödəməyi öhədəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinin 2 saylı əlavəsinə əsasən müqavilə üzrə xidmət haqqı 1 777,31 manat müəyyən olunmuşdur. Cavabdehlər icarə obyektindən (Outlet) mağaza kimi istifadə etmişdir. Qeyri-yaşayış sahəsi tam yararlı halda iddiaçılar tərəfindən cavabdehə təhvil verməklə Müqavilə ilə öz üzərlərinə düşən öhdəlikləri tam yerinə yetirmişlər. Ölkə ərazisində tətbiq olunan karantin rejimi ilə əlaqədar ticarət mərkəzləri və onların daxilində olan mağazalar fəaliyyət göstərmədiyindən iddiaçılar tərəfindən cavabdehlərə güzəşt edilərək icarə və xidmət haqqları tələb olunmamış və müvafiq aylar üzrə icarə və xidmət haqqları hesablanmamışdır. Lakin cavabdehlər İddiaçı1 və "xxxx" MMC tərəfindən müqavilə üzrə öhdəliklər tam şəkildə icra edilməmişdir. Belə ki, İddiaçı1 və "xxxx" MMC tərəfindən 2019 və 2020-ci ilin müvafiq ayları üzrə ardıcıl olaraq ödənişlə bağlı gecikmələredilərək icarə haqqı ödənilməmişdir. 2 il müddətdən artıq iddiaçıların təqsiri ucbatından həmin qeyriyaşayış sahəsindən gəlir və fayda götürmələri qeyri-mümkün olmuşdur. Əgər cavabdehlər tərəfindən həmin icarə obyektinin istifadəsinə maneçilik törədilməsə idi, iddiaçılar həmin obyektin istifadəsini həyata keçirib, gəlir əldə edə bilərdi. Yəni, iddiaçılar qeyri-yaşayış sahəsini istifadə edə bilmədikləri müddət ərzində icarəyə verib gəlir əldə edə bilərdi. Həmin icarə obyektinə oxşar qeyri-yaşayış sahələrinin icarəsi hazırkı müqavilələrdə nəzərdə tutulmuş icarə haqqı məbləği həddində və yaxud da yuxarıdır. Belə ki, cavabdehlərin iddiaçıların mülkiyyətinə etdiyi maneçilik nəticəsində onlar ümumilikdə 30 aydan artıq müddətə həmin qeyri-yaşayış sahəsindən gəlir əldə edə bilməmiş, nəticədə külli miqdarda fayda əldən çıxmış və bu hal hələ də davam etməkdədir. İddiaçılar 2019-ci ilin dekabr avına qədər olan müddətdə icarə haqlarını gecikmə edərək qismən ödəmiş, 2020-ci il tarixdən etibarən isə ümumiyyətlə ödəməmişlər və buna görə tərəfimizdən müqavilənin ləğv edilməsi barədə bildiriş göndərilmişdir. 2020-ci ilin dekabr ayından icarə obyekti boşaldılaraq orada olan mallar və avadanlıqlar “xxx" Yaşayış Kompleksinin anbarında olan təhlükəsiz saxlanc yerinə yerləşdirilmişdir. Həmin müddətdən bu günədək dəfələlərlə qarşı tərəfə malların təhvil alınması yazılı və şifahi qaydada bildirilmiş, lakin onlar malları götürməmiş və bununla da faktiki olaraq onları mal və avadanlıqları saxlamağa məcbur etmişlər. Mal və xxanlıqların saxlanc yerində saxlanılması onlara maneələr yaratmış, həmin saxlanc yerindən istifadə edə bilməmişlər və bunun nəticəsində xeyli miqdarda maddi zərərə uğramışlar. Açıq şəkildə saxlanılan metal konstruksiyalı avadanlıqlar 120 kv.m olan saxlanc yerində saxlanılır. 120 kv.m olan saxlanc yerinin hər kvadrat metrinə 5 manat olmaqla hər ay 600 manat pul hesablanır. Belə ki, avadanlıqlar 17 aydır ki, anbarda olduğu üçün 10 200 manat məbləğində pul vəsaitini iddiaçılardan tələb edirlər. Həmçinin mallar 130 kv.m olan saxlanc yerində saxlanılır. 130 kvm. olan saxlanc yerinin hər kvadrat metrinə 5 manat olmaqla hər ay 650 manat pul hesablanır. Belə ki, mallar 17 aydır ki, anbarda saxlanıldığı üçün 11 050 manat məbləğində pul vəsaitini iddiaçılardan tələb edirik. İddiaçı1 və "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, İddiaçı1 və "xxxx" MMC-nin iddialarının təmin, Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-nin iddialarının isə rədd edilməsini xahiş etdi. "xxxx" MMC-nin nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, İddiaçı1 və "xxxx" MMC-nin iddialarının təmin, Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-nin iddialarının isə rədd edilməsini xahiş etdi. Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-nin iddia tələbini müdafiə edib, Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-nin iddia ərizəsində göstərilənləri təsdiq edərək, Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-nin iddialarının təmin, İddiaçı1 və "xxxx" MMC-nin iddialarının isə rədd edilməsini xahiş etdi. Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil4 məhkəmə iclasında Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-nin iddia tələbini müdafiə edib, Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-nin iddia ərizəsində göstərilənləri təsdiq edərək, Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-nin iddialarının təmin, İddiaçı1 və "xxxx" MMC-nin iddialarının isə rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə araşdırma apararaq hesab edir ki, İddiaçı1 və "xxxx" MMC-nin iddia tələbləri qismən təmin edilməli və Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-nin iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - Cavabdeh1 (icarəyə verən) ilə İddiaçı1 (icarəçi) arasında 18 iyun 2019-cu il tarixdə, M-007 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarəyə verən icarə obyektini xx.xx.2027-ci il tarixə kimi icarəçinin müvəqqəti istifadəsinə verməyi . icarəçi isə bu müqavilənin 5-ci bəndi ilə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarə obyekti icarəçi tərəfindən outlet mağaza kimi istifadə edilcəkdir. Həmin müqavilənin 3.1.3-cü bəndinə əsasən icarəçi tərəfindən mağaza üzrə Ticarət Mərkəzinə xidmət göstərən şirkətlə xidmət müqaviləsinin şərtləri pozulduqda icarəyə verən tərəfindən icarəçiyə pozulmuş şərtlərin (vəziyyətin) 30 (otuz) gün ərzində aradan qaldırılması barədə bildiriş təqdim edilir. İcarəçi tərəfindən həmin 30 (otuz) gün ərzində yaranmış vəziyyət aradan qaldırılmadıqda icarəyə verən bu müqaviləni həmin müddətin sonunda bir tərəfli qaydada ləğv edə bilər. Həmin müqavilənin 3.1.4-cü bəndinə əsasən bu müqavilənin şərtlərinə icarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində dəyişiklik edilmədiyi halda icarəçinin razılığını almadan bu müqavilə üzrə hüquqlarını üçüncü şəxslərə güzəşt etmək – icrəyə verənin hüququdur. Həmin müqavilənin 3.1.6-cı bəndinə əsasən bu müqavilənin müddəti başa çatdıqda və ya hər hansı bir səbəbdən müqavilə ləğv edildikdə icarə müqaviləsinin 5 nömrəli əlavəsində göstərilən icarəçiyə müvəqqəti istifadəyə verilmiş icarə obyektini və onun avadanlıqlarını lazımi və saz vəziyyətdə (normal cari köhnəlmə nəzərə alınmaqla) geri tələb etmək – icrəyə verənin hüququdur. Həmin müqavilənin 3.1.7-ci bəndinə əsasən bu müqavilə ləğv edildikdə icarə obyektinin 30 (otuz) təqvim günü sonra geri qaytarılmasını icarəçidən tələb etmək – icrəyə verənin hüququdur. Həmin müqavilənin 3.4.8-ci bəndinə əsasən müqavilə ləğv edildikdə 30(otuz) təqvim günündən gec olmayaraq icarə obyektini İcarəyə verənə geri qaytarılmasını təmin etmək. İcarəçi icarəyə verənə icarə obyektini ilkin vəziyyətdə (icarəyə verənə məxsus bütün avadanlıq və alətlərlə ). İcarəçinin hər hansı bir əmlakından azad, normal cari köhnəlmə nəzərə alınmaqla yaxşı vəziyyətdə qaytarmalıdır. İcarə obyektinin ilkin vəziyyəti dedikdə icarə obyektinin təhvil-təslim aktının tərəflər arasında imzalanması anına icarə obyektinin vəziyyəti nəzərdə tutulur. İcarə obyektinin geri qaytarılması tərəflərin imzaladığı geri qaytarılma aktı ilə rəsmiləşdirilməlidir. Geri qaytarılma aktı hər hansı bir səbəbdən icarəçi tərəfindən imzalanmazsa və ya geri qaytarılma aktının imzalanmasında hər hansı formada əsassız iştirak etməsə, maraqlı olmayan şəxsin iştirakı ilə video qeydiyyat aparılmaqla icarəyə verən müvafiq akt tərtib edir və bu barədə aktda müvafiq qeyd aparır; (qeyd: sonunca hal geri qaytarılma aktının icarəçi tərəfindən imzalanması kimi qiymətləndirilərək eyni hüquqi nəticələr yaradacaq.) – icarəçinin vəzifəsidir. Həmin müqavilənin 3.4.10-cu bəndinə əsasən icarəyə verənin razılığı olmadan icarə obyektinin xarici görünüşünün dəyişdirilməsi, əlavə konstruksiyaların tikilməsi, icarə obyektinin avadanlığının və planının dəyişdirilməsi üzrə işləri həyata keçirməmək icarəçinin vəzifəsidir. Həmin müqavilənin 3.4.23-cü bəndinə əsasən icarəçinin icarə obyektində aparmış olduğu yaxşılaşdırmalara görə xərclənmiş xərci və artırılmanın ifadə olunmuş (icarə obyektinə zərər vurmadan ondan ayrılması mümkün olmayan) əşyaları icarəyə verəndən geri tələb etməyə və ya əvəzini tələb etmək hüququ yoxdur - icarəçinin vəzifəsidir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən icarəçi icarə obyektində öz hesabına həyata keçirdiyi ayrılmaz hissələrin yaxşılaşmasının (ayrılmaz yaxşılaşmalar) haqqını tələb edə bilməz. - Cavabdeh1 (icarəyə verən) ilə İddiaçı1 (icarəçi) arasında 18 iyun 2019-cu il tarixli, M-007 nömrəli icarə müqaviləsinə 6 saylı əlavə (Ticarət və Biznes mərkəzinin (binasının) qaydaları) bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən binanın müdriyyəti ilə daimi işçi münasibətlərin təmin olunması üçün icarəçi öz əməkdaşları sırasından iki səlahiyyətli məsul şəxsi təyin etməyi öhdəsinə götürür. Bunun üçün bina müdriyyətinə qeyd olunan şəxslərin S.A.A və gün ərzində istifadə olunan əlaqə telefon nömrələrini təqdim etməlidir. Məsul şəxs cari məsələlərin operativ həlli ilə bağlı müvafiq səlahiyyətləri yerinə yetirmək üçün (korrespondensiyanın alınması və icarəçinin müdriyyətlə münasibətdə maraqlarının təmini) etibarnaməyə malik olmalıdır. Məsul şəxs fövqaladə hallar yarandıqda binanın müdriyyəti ilə gündəlik əlaqə qura bilmək imkanı olmalıdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən icarəçi binanın əməkdaşlarına günün istənilən vaxtı icarəçinin sahəsinin istənilən yerinə ona əvvəlcədən məlumat verməklə daxil ola bilər: 1.2.1. İcarəçi tərəfindən müqavilə şərtlərinin və hazırki qaydaların riayət olunmasının yoxlanılması; 1.2.2. Sahənin texniki vəziyyətini yoxlamasının h yata keçirilməsi; 1.2.3. lazımi profilaktik və təmir işlərinin həyata keçirilməsi. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən müdriyyət icarəçini əvvəlcədən kommunal xidmətlərin göstərilməsinin planlı dayandırılması haqqında l (bir) gün öncədən bildiriş əsasında məlumatlandırır. Müdriyyət belə bir planlı dayandırma və ya müdriyyətin iradəsi xaricində baş verən məsələlər (Azərişıq tərəfindən işıqların hər hansı bir səbəblə söndürülməsi və s.) nəticəsində icarəçinin avadanlığına dəymiş hər-hansı bir zərərə görə məsuliyyət daşımır. - Cavabdeh1 (icarəyə verən) ilə İddiaçı1 (icarəçi) arasında 18 iyun 2019-cu il tarixli, M-007 nömrəli icarə müqaviləsinə dəyişillik edilməsinə dair 15 avqust 2019-cu il tarixdə 01 saylı əlavə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən bugünə kimi icarə sahəsinin üçüncü şəxs tərəfindən boşaldılmaması səbəbindən icarəçinin icarə obyektində fəaliyyətə başlaya bilməməsinə görə müqavilənin 5 saylı əlavəsinin tarixi 15 avqust 2019-cu il hesab olunsun. Həmin müqavilənin 2-ci bəndinə əsasən müqavilənin 1.5-ci maddəsində icarə müddətinin başlanma tarixi “satış fəaliyyətinə faktiki başlandığı tarix” kimi müəyyən edilsin. Həmin müqavilənin 3-cü bəndinə əsasən bu saziş xx.xx.2019-cu il tarixdən hüquqi qüvvəyə minir və müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. - "xxxx" MMC (xidmət göstərən) ilə "xxxx" MMC (müştəri) arasında 10 avqust 2019cu il tarixdə, HM-ARMM4HUQ101-000084 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən Xidmət göstərən Bakı şəhəri, prospekti, 15 ünvanında yerləşən Ticarət Mərkəzinin 1-ci mərtəbəsində, bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavədəki sxemi göstəriləm ümumi sahəsi 843,1 m2 olan qeyri-yaşayış sahələri (“Outlet” mağazası) qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın saxlanması və normalara uyğun istismarı üzrə bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə qeyd olunmuş xidmətləri göstərməyi öhdəsinə götürür. Müştəri isə göstərilən xidmətlərə görə xidmət haqqını xidmət göstərənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən tərəflər aşağıdakı hallarda birtərəfli qaydada bu müqaviləyə xitam vermək hüququna malikdir: 7.1.1. müştəri tərəfindən pul öhdəliyi pozularsa xidmət göstərən tərəfindən müştəriyə pul öhdəliyinin pozulması haqqında bildiriş təqdim edir. Bildiriş təqdim edildikdən sonra 30 (otuz) gün ərzində müştəri tərəfindən xidmət haqqı əsassız ödənilməzsə. Xidmət göstərən tərəfindən həmin müddətin sonunda; 7.1.2. Sahə üzrə icarə müqaviləsi ləğv edildiyi halda; 7.2. müqavilənin 5.1-ci maddəsində göstərilmiş hallardan savayı müştəri xidmət göstərənə 60 (altmış) gün əvvəlcədən yazılı şəkildə xəbərdarlıq etməklə müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilər. - "xxxx" MMC (xidmət göstərən) ilə "xxxx" MMC (müştəri) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, HM-ARMM4HUQ101-000084 saylı Xidmət müqaviləsinə 1 saylı Əlavə ilə binanın saxlanması və istismarı məqsədilə binaya və ümumi istifadədə olan yerlər üzrə göstəriləcək xidmətlərin siyahısı müəyyən edilmişdir. - "xxxx" MMC (xidmət göstərən) ilə "xxxx" MMC (müştəri) arasında xx.xx.2019-cu il tarixli, HM-ARMM4HUQ101-000084 saylı Xidmət müqaviləsinə xx.xx.2019-cu il tarixdə 2 saylı Əlavə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən müqavilə üzrə xidmət haqqının məbləği, ƏDV daxil sahənin hər 1 m3 üçün 2,36 manat (iki manat otuz altı qəpik), cəmi 753,1 m2 üçün cəmi 1777,31 manat (bir min yeddi yüz yetmiş yeddi manat otuz bir qəpik) təşkil edir. (Qeyd: Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV üzrə vergi tutma obyektidir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 161.l-ci maddəsinə görə vergi tutulan əməliyyatın dəyəri müştəridən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği əsasında münyyən edilir. Sahənin 753,1 m2 hissəsi üzrə xidmət haqqı, ƏDV daxil, hər 1 m2 üçün 2,36 manat olmaqla, cəmi 1777,32 manat olmaqla, ƏDV daxil yekun məbləğ 1777,32 manat təşkil edir. Sahənin (tavanı alçaq) 90 m2 hissəsi üzrə (aiddiyyəti məqsədlər üzrə istifadəyə uyğun olmadığından) xidmət haqqı hesablanmayacaq. - "xxxx" MMC (xidmət göstərən) ilə "xxxx" MMC (müştəri) arasında 10 avqust 2019cu il tarixdə, HM-ARMM4HUQ101-000084 nömrəli xidmət müqaviləsinə dəyişiklik edilməsinə dair xx.xx.2020-ci il tarixdə 01 nömrəli Əlavə tərtib olunmuşdur. Həmin müqavilənin 1-ci bəndinə əsasən müqavilənin 2 saylı əlavəsinin 2-ci maddəsində xidmətin qiyməti 3 (üç) manat (ƏDV-siz) müəyyən edilsin. Həmin müqavilənin 2-ci bəndinə əsasən bu saziş xx.xx.2020-ci il tarixdən hüquqi qüvvəyə minir və müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. Sözügedən əlavə "xxxx" MMC-nin nümayəndəsi tərəfindən imzalanmamışdır. - "xxxx" MMC (xidmət göstərən) ilə İddiaçı1 (müştəri) arasında 10 avqust 2019-cu il tarixdə HM-ARMM4HUQ101-000083 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən Xidmət göstərən Bakı şəhəri, prospekti, 15 ünvanında yerləşən Ticarət Mərkəzinin 1-ci mərtəbəsində, bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavədəki sxemi göstərilən ümumi sahəsi 441,9 m2 olan qeyri-yaşayış sahələri (“Outlet” mağazası) qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın saxlanması və normalara uyğun istismarı üzrə bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə qeyd olunmuş xidmətləri göstərməyi öhdəsinə götürür. Müştəri isə göstərilən xidmətlərə görə xidmət haqqını xidmət göstərənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən tərəflər aşağıdakı hallarda birtərəfli qaydada bu müqaviləyə xitam vermək hüququna malikdir: 7.1.1. müştəri tərəfindən pul öhdəliyi pozularsa xidmət göstərən tərəfindən müştəriyə pul öhdəliyinin pozulması haqqında bildiriş təqdim edir. Bildiriş təqdim edildikdən sonra 30 (otuz) gün ərzində müştəri tərəfindən xidmət haqqı əsassız ödənilməzsə. Xidmət göstərən tərəfindən həmin müddətin sonunda; 7.1.2. Sahə üzrə icarə müqaviləsi ləğv edildiyi halda; 7.2. müqavilənin 5.1-ci maddəsində göstərilmiş hallardan savayı müştəri xidmət göstərənə 60 (altmış) gün əvvəlcədən yazılı şəkildə xəbərdarlıq etməklə müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilər. - "xxxx" MMC (xidmət göstərən) ilə İddiaçı1 (müştəri) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, HM-ARMM4HUQ101-000083 saylı Xidmət müqaviləsinə 1 saylı Əlavə ilə binanın saxlanması və istismarı məqsədilə binaya və ümumi istifadədə olan yerlər üzrə göstəriləcək xidmətlərin siyahısı müəyyən edilmişdir. - "xxxx" MMC (xidmət göstərən) ilə "xxxx" MMC (müştəri) arasında xx.xx.2019-cu il tarixli, HM-ARMM4HUQ101-000083 saylı Xidmət müqaviləsinə xx.xx.2019-cu il tarixdə 2 saylı Əlavə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən müqavilə üzrə xidmət haqqının məbləği, ƏDV daxil sahənin hər 1 m3 üçün 2,36 manat (iki manat otuz altı qəpik), cəmi 441,9 m2 üçün cəmi 1042,88 manat (bir min qırx iki manat səksən səkkiz qəpik) təşkil edir. (Qeyd: Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 159.1-ci maddəsinə əsasən işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV üzrə vergi tutma obyektidir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 161.l-ci maddəsinə görə vergi tutulan əməliyyatın dəyəri müştəridən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği əsasında münyyən edilir. - "xxxx" MMC (xidmət göstərən) ilə İddiaçı1 (müştəri) arasında 10 avqust 2019-cu il tarixdə HM-ARMM4HUQ101-000083 nömrəli xidmət müqaviləsinə dəyişiklik edilməsinə dair xx.xx.2020-ci il tarixdə 01 nömrəli Əlavə tərtib olunmuşdur. Həmin müqavilənin 1-ci bəndinə əsasən müqavilənin 2 saylı əlavəsinin 2-ci maddəsində xidmətin qiyməti 3 (üç) manat (ƏDV-siz) müəyyən edilsin. Həmin müqavilənin 2-ci bəndinə əsasən bu saziş xx.xx.2020-ci il tarixdən hüquqi qüvvəyə minir və müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. Sözügedən əlavə İddiaçı1 tərəfindən imzalanmamışdır. - Cavabdeh2 (icarəyə verən) ilə "xxxx" MMC (icarəçi) arasında 14 yanvar 2019-cu il tarixdə qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarəyə verən icarə obyektini xx.xx.2027-ci il tarixə kimi icarəçinin müvəqqəti istifadəsinə verməyi icarəçi isə bu müqavilənin 5-ci bəndi ilə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarə obyekti icarəçi tərəfindən outlet mağaza kimi istifadə edilcəkdir. Həmin müqavilənin 3.1.3-cü bəndinə əsasən icarəçi tərəfindən mağaza üzrə Ticarət Mərkəzinə xidmət göstərən şirkətlə xidmət müqaviləsinin şərtləri pozulduqda icarəyə verən tərəfindən icarəçiyə pozulmuş şərtlərin (vəziyyətin) 30 (otuz) gün ərzində aradan qaldırılması barədə bildiriş təqdim edilir. İcarəçi tərəfindən həmin 30 (otuz) gün ərzində yaranmış vəziyyət aradan qaldırılmadıqda icarəyə verən bu müqaviləni həmin müddətin sonunda birtərəfli qaydada ləğv edə bilər. Həmin müqavilənin 3.1.4-cü bəndinə əsasən bu müqavilənin şərtlərinə icarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində dəyişiklik edilmədiyi halda icarəçinin razılığını almadan bu müqavilə üzrə hüquqlarını üçüncü şəxslərə güzəşt etmək – icrəyə verənin hüququdur. Həmin müqavilənin 3.1.6-cı bəndinə əsasən bu müqavilənin müddəti başa çatdıqda və ya hər hansı bir səbəbdən müqavilə ləğv edildikdə icarə müqaviləsinin 5 nömrəli əlavəsində göstərilən icarəçiyə müvəqqəti istifadəyə verilmiş icarə obyektini və onun avadanlıqlarını lazımi və saz vəziyyətdə (normal cari köhnəlmə nəzərə alınmaqla) geri tələb etmək – icrəyə verənin hüququdur. Həmin müqavilənin 3.1.7-ci bəndinə əsasən bu müqavilə ləğv edildikdə icarə obyektinin 30 (otuz) təqvim günü sonra geri qaytarılmasını icarəçidən tələb etmək – icrəyə verənin hüququdur. Həmin müqavilənin 3.4.8-ci bəndinə əsasən müqavilə ləğv edildikdə 30 (otuz) təqvim günündən gec olmayaraq icarə obyektinin icarəyə verənə geri qaytarılmasını təmin etmək. İcarəçi icarəyə verənə icarə obyektini ilkin vəziyyətdə (icarəyə verənə məxsus bütün avadanlıq və alətlərlə) İcarəçinin hər hansı bir əmlakından azad, normal cari köhnəlmə nəzərə alınmaqla yaxşı vəziyyətdə qaytarmalıdır. İcarə obyektinin ilkin vəziyyəti dedikdə icarə obyektinin təhvil-təslim aktının tərəflər arasında imzalanması anına icarə obyektinin vəziyyəti nəzərdə tutulur. İcarə obyektinin geri qaytarılması tərəflərin imzaladığı geri qaytarılma aktı ilə rəsmiləşdirilməlidir. Geri qaytarılma aktı hər hansı bir səbəbdən icarəçi tərəfindən imzalanmazsa və ya geri qaytarılma aktının imzalanmasında hər hansı formada əsassız iştirak etməsə, maraqlı olmayan şəxsin iştirakı ilə video qeydiyyat aparılmaqla icarəyə verən müvafiq akt tərtib edir və bu barədə aktda müvafiq qeyd aparır; (qeyd: sonuncu hal geri qaytarılma aktının icarəçi tərəfindən imzalanması kimi qiymətləndirilərək eyni hüquqi nəticələr yaradacaq.) – icarəçinin vəzifəsidir. Həmin müqavilənin 3.4.10-cu bəndinə əsasən icarəyə verənin razılığı olmadan icarə obyektinin xarici görünüşünün dəyişdirilməsi, əlavə konstruksiyaların tikilməsi, icarə obyektinin avadanlığının və planının dəyişdirilməsi üzrə işləri həyata keçirməmək icarəçinin vəzifəsidir. Həmin müqavilənin 3.4.23-cü bəndinə əsasən icarəçinin icarə obyektində aparmış olduğu yaxşılaşdırmalara görə xərclənmiş xərci və artırılmanın ifadə olunmuş (icarə obyektinə zərər vurmadan ondan ayrılması mümkün olmayan) əşyaları icarəyə verəndən geri tələb etməyə və ya əvəzini tələb etmək hüququ yoxdur - icarəçinin vəzifəsidir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən icarəçi icarə obyektində öz hesabına həyata keçirdiyi ayrılmaz hissələrin yaxşılaşmasının (ayrılmaz yaxşılaşmalar) haqqını tələb edə bilməz. - Cavabdeh2 (icarəyə verən) ilə "xxxx" MMC (icarəçi) arasında 14 yanvar 2019-cu il tarixli icarə müqaviləsinə 7 saylı əlavə (Ticarət və Biznes mərkəzinin (binasının) qaydaları) bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən binanın müdriyyəti ilə daimi işçi münasibətlərin təmin olunması üçün icarəçi öz əməkdaşları sırasından iki səlahiyyətli məsul şəxsi təyin etməyi öhdəsinə götürür. Bunun üçün bina müdriyyətinə qeyd olunan şəxslərin S.A.A və gün ərzində istifadə olunan əlaqə telefon nömrələrini təqdim etməlidir. Məsul şəxs cari məsələlərin operativ həlli ilə bağlı müvafiq səlahiyyətləri yerinə yetirmək üçün (korrespondensiyanın alınması və icarəçinin müdriyyətlə münasibətdə maraqlarının təmini) etibarnaməyə malik olmalıdır. Məsul şəxs fövqaladə hallar yarandıqda binanın müdriyyəti ilə gündəlik əlaqə qura bilmək imkanı olmalıdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən icarəçi binanın əməkdaşlarına günün istənilən vaxtı icarəçinin sahəsinin istənilən yerinə ona əvvəlcədən məlumat verməklə daxil ola bilər: 1.2.1. İcarəçi tərəfindən müqavilə şərtlərinin və hazırki qaydaların riayət olunmasının yoxlanılması; 1.2.2. Sahənin texniki vəziyyətini yoxlamasının h yata keçirilməsi; 1.2.3. lazımi profilaktik və təmir işlərinin həyata keçirilməsi. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən müdriyyət icarəçini əvvəlcədən kommunal xidmətlərin göstərilməsinin planlı dayandırılması haqqında l (bir) gün öncədən bildiriş əsasında məlumatlandırır. Müdriyyət belə bir planlı dayandırma və ya müdriyyətin iradəsi xaricində baş verən məsələlər (Azərişıq tərəfindən işıqların hər hansı bir səbəblə söndürülməsi və s.) nəticəsində icarəçinin avadanlığına dəymiş hər-hansı bir zərərə görə məsuliyyət daşımır. - Cavabdeh2 (icarəyə verən) ilə "xxxx" MMC (icarəçi) arasında 14 yanvar 2019-cu il tarixli icarə müqaviləsinə dəyişillik edilməsinə dair 10 avqust 2019-cu il tarixdə 01 saylı əlavə bağlanmışdır. Həmin əlavənin 1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən bugünə kimi icarə sahəsinin üçüncü şəxs tərəfindən boşaldılmaması səbəbindən icarəçinin icarə obyektində fəaliyyətə başlaya bilməməsinə görə müqavilənin 5 saylı əlavəsinin tarixi 10 avqust 2019-cu il hesab olunsun. Həmin əlavənin 2-ci bəndinə əsasən müqavilənin 6 saylı əlavəsi qüvvədən düşmüş hesab edilsin. Həmin əlavənin 3-cü bəndinə əsasən müqavilənin 1.5-ci maddəsində icarə müddətinin başlanma tarixi “satış fəaliyyətinə faktiki başlandığı tarix” kimi müəyyən edilsin. Həmin əlavənin 4-cü bəndinə əsasən 5.1-ci maddəsində “3 manat/1 (bir) metr2 manat” ifadəsi “3 manat/1 (bir) metr2” ilə və “1 manat/1 (bir) metr2 manat” ifadəsi “1 manat/1 (bir) metr2” ifadəsi ilə əvəz edilsin. Həmin əlavənin 5ci bəndinə əsasən müqavilənin 4 saylı əlavəsinin 1-ci sətrində “icarə predmetində təmirbəzək işlərinin həyata keçirilməsi” ifadəsi “icarə predmetində fəaliyyət göstərilməsi” ifadəsi ilə əvəz edilsin. Həmin əlavənin 6-cı bəndinə əsasən müqavilənin 4 saylı əlavəsinin 2-ci sətrində “təmir-bəzək işlərinin həyata keçirilməsi” ifadəsi “icarə predmetində fəaliyyət göstərilməsi” ifadəsi ilə əvəz edilsin. Həmin əlavənin 7-ci bəndinə əsasən müqavilənin 4 saylı əlavəsində “sahənin təsviri” hissəsində “metlax” və “alçıpan” ifadələri “beton” ifadəsi ilə əvəz edilsin. Həmin əlavənin 8-ci bəndinə əsasən bu saziş xx.xx.2019-cu il tarixdən hüquqi qüvvəyə minir və müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. - xx.xx.2020-ci il tarixli, EBAK seriyalı, 654175 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı1 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1564,33 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAK seriyalı, 654263 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2665,97 manat (ƏDV daxil) təşkil edir. - "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, 14 yanvar 2019-cu il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə hesablanmış 9340,41 manat və 560,4 manat məbləğində cərimə olmaqla, 9900,81 manat borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə Azərbcayn Respublikası müvafiq qanunverciliyi ilə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. - "xxxx" MMC tərəfindən Cavabdeh2 ünvanlanmış cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC-nin 14 yanvar 2019-cu il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə hesablanmış 9340,41 manat qalıq icarə borcu olması ilə əlaqədar məktub daxil olmuşdur. Məktubu imza edən şəxs Əsədov Elçinin icarəyəverənin həqiqətən səlahiyyətli nümayəndəsi olmasına dair müvafiq sənəd (etibarnamə) məktuba əlavə edilmədiyindən müraciət baxılmamış saxlanılmışdır. Qeyd olunanlara əsasən müraciətin həqiqətən Cavabdeh2 tərəfindən ünvanlanması barədə məsələyə aydınlıq gətirilməsi xahiş edilmişdir. - İddiaçı1 ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, 18 iyun 2019-cu il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə hesablanmış 1862,16 manat borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə Azərbcayn Respublikası müvafiq qanunverciliyi ilə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. - İddiaçı1 ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, 18 iyun 2019-cu il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə hesablanmış 3002,26 manat borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə Azərbcayn Respublikası müvafiq qanunverciliyi ilə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. - İddiaçı1 tərəfindən xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-yə pretenziya məktubu göndərilərək, “xxx” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən “X5” mağazasının reklamlarının müqavilə şərtlərinə uyğun olaraq müvafiq yerlərdə yenidən quraşdırılmasını, içəridəki monitorda yayımlanmasını və mövcud reklam lövhələrinin elektrik enerjisinin bərpa edilməsi xahiş edilmiş, həmçinin “X5” mağazasının reklamlarının müqavilə şərtlərinə uyğun olaraq müvafiq yerlərdə yenidən quraşdırılması "xxxx" MMC tərəfindən mümkün olmadığı halda, sökülmüş reklam lövhələrinin yerinə İddiaçı1 tərəfindən yenidən reklam lövhələri sifariş edərək yerləşdirilməsi üçün, həmçinin yeni sifariş veriləcək reklam lövhələrinin xərcinin kim tərəfindən ödəniləcəyi barədə məlumat verilməsi də xahiş edilmiş, əks təqdirdə icarəçi kimi "xxxx" MMC-nin müştərisi olaraq istifadə hüququna yaradılan maneələrin aradan qaldırılması və hüquqların bərpası üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. - "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 pretenziya məktubu göndərilərək, “xxx” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən “X5” mağazasına məxsus olan xaricdən görünən çöl fəsadın 6 (altı) ədəd vitrin şüşələrində “X5” mağazasına aid olmayan reklamların qüvvədə olan icarə müqavilə şərtlərinə zidd olduğundan sökülüb çıxaırlması xahiş edilmiş, əks təqdirdə icarəçi olaraq istifadə hüququna yaradılan maneələrin aradan qaldırılması və hüquqların bərpası üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. - "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-yə pretenziya məktubu göndərilərək, “xxx” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən “X5” mağazasının reklamlarının müqavilə şərtlərinə uyğun olaraq müvafiq yerlərdə yenidən quraşdırılmasını, içəridəki monitorda yayımlanmasını və mövcud reklam lövhələrinin elektrik enerjisinin bərpa edilməsi xahiş edilmiş, həmçinin “X5” mağazasının reklamlarının müqavilə şərtlərinə uyğun olaraq müvafiq yerlərdə yenidən quraşdırılması "xxxx" MMC tərəfindən mümkün olmadığı halda, sökülmüş reklam lövhələrinin yerinə İddiaçı1 tərəfindən yenidən reklam lövhələri sifariş edərək yerləşdirilməsi üçün, həmçinin yeni sifariş veriləcək reklam lövhələrinin xərcinin kim tərəfindən ödəniləcəyi barədə məlumat verilməsi də xahiş edilmiş, əks təqdirdə icarəçi kimi "xxxx" MMC-nin müştərisi olaraq istifadə hüququna yaradılan maneələrin aradan qaldırılması və hüquqların bərpası üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. - "xxxx" MMC tərəfindən Cavabdeh2 xx.xx.2020-ci il tarixli məktub ünvanlaraq, tərəflər arasında yaranmış mübahisəyə dair münasibət bildirilərək aydınlıq gətirilməsi xahiş edilmişdir. - İddiaçı1 tərəfindən Cavabdeh1 xx.xx.2020-ci il tarixli məktub ünvanlaraq, tərəflər arasında yaranmış mübahisəyə dair münasibət bildirilərək aydınlıq gətirilməsi xahiş edilmişdir. - "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli məktub ünvanlaraq, tərəflər arasında yaranmış mübahisəyə dair münasibət bildirilərək aydınlıq gətirilməsi xahiş edilmişdir. - İddiaçı1 tərəfindən "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli məktub ünvanlaraq, tərəflər arasında yaranmış mübahisəyə dair münasibət bildirilərək aydınlıq gətirilməsi xahiş edilmişdir. - Cavabdeh1 tərəfindən İddiaçı1 məktub ünvanlaraq, Bakı şəhəri, 1 ünvanında “xx” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən “Outlet” mağazasının daxili sahəsinə baxış keçirilməsi üçün mülkiyyətçi hüquqlarından (AR MM 152.1) istifadə edərək mağaza video çəkiliş aparılması üçün müvafiq şəraitin yaradılması xahiş edilmişdir. - İddiaçı1 tərəfindən Cavabdeh1 xx.xx.2020-ci il tarixli cavab məktubu ünvanlaraq, sözügedən mağazaya icarəyə götürülən hissədə İddiaçı1 və ya onun təmsilçisinin iştirakı ilə baxış keçirilməsinə, İddiaçı1 məxsus əşyaları görüntüləməmək şərti ilə mağazanın digər hissələrində video çəkiliş aparılmasına etiraz edilmədiyi bildirilmişdir. - İddiaçı1 tərəfindən Cavabdeh1 xx.xx.2020-ci il tarixli məktub ünvanlaraq, tərəflər arasında yaranmış mübahisəyə dair münasibət bildirilməsi xahiş edilmiş, əks təqdirdə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. - "xxxx" MMC tərəfindən Cavabdeh2 xx.xx.2020-ci il tarixli məktub ünvanlaraq, tərəflər arasında yaranmış mübahisəyə dair münasibət bildirilməsi xahiş edilmiş, əks təqdirdə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. - İddiaçı1 tərəfindən "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli məktub ünvanlaraq, tərəflər arasında yaranmış mübahisəyə dair münasibət bildirilməsi xahiş edilmiş, əks təqdirdə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. - "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli məktub ünvanlaraq, tərəflər arasında yaranmış mübahisəyə dair münasibət bildirilməsi xahiş edilmiş, əks təqdirdə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. - İddiaçı1 və "xxxx" MMC tərəfindən Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-yə pretenziya məktubu göndərilərək, İddiaçı1 və "xxxx" MMC-nin əməkdaşlarının “xxx” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən “X5” mağazasına buraxılmasına qoyulmuş qadağanın aradan götürülməsinə və mağazada faktiki qalan xeyli miqdarda mal və nağd pul vəsaitinin aqibəti barədə məlumat verilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən İddiaçı1 xx.xx.2020-ci il tarixli pretenziya pretenziya məktubu göndərilərək, 5596,28 manat borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli pretenziya pretenziya məktubu göndərilərək, 13549,87 manat borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən İddiaçı1 və "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli pretenziya pretenziya məktubu göndərilərək, İddiaçı1 tərəfindən 7171,22 manat və "xxxx" MMC tərəfindən 10780,47 manat məbləğində xidmət haqqının ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - xx.xx.2019-cu il tarixli hüquqi xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən "xxxx" MMC "xxxx" MMC-yə Bakı şəhəri, 1 ünvanda yerləşən “xxx” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı yaranmış mübahisələrlə bağlı hüquqi yardım göstərməyi öz öhdəsinə götürmüşdür. - Xətai Rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarı ilə X1 müraciəti, Qanuni nümayəndə və İddiaçı1 şikayət ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, Bakı şəhəri, 1 ünvanda yerləşən “xx” TM-nin 1-ci mərtəbəsindəki sahəsi 441,9 kv.m. və 843, kv.m. sahəsi olan “X4” MMC-nin və İddiaçı1 məxsus geyim əşyaları satılan mağazadakı əşyalar qablaşdırılaraq "xxxx" MMC-nin anbarına yığılmışdır. - Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixdə İddiaçı1 və "xxxx" MMC-yə müraciət edərək müqavilə üzrə götürülmüş öhdəliklərin icra edilməsini tələb etmişlər. - Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixdə İddiaçı1 və "xxxx" MMC-yə müraciət edərək müqavilə əsasında təhvil verilmiş əmlakın geri qaytarılmasını və qalıq borcların ödənilməsini tələb etmişlər. - İcarəyə verənin səlahiyyətli nümayəndəsi xx.xx.2019-cu il tarixdə xəbərdarlıq məktubu ilə "xxxx" MMC-yə müraciət edərək 3626,36 manat məbləğində icarə borcunun ödənilməsini xahiş etmişdir. - İcarəyə verənin səlahiyyətli nümayəndəsi xx.xx.2019-cu il tarixdə xəbərdarlıq məktubu ilə "xxxx" MMC-yə müraciət edərək 9900,81 manat məbləğində icarə borcunun ödənilməsini xahiş etmişdir. - "xxxx" MMC tərəfindən tərtib edilmiş "xxxx" MMC-nin müştəri hesab kartından görünür ki, xx.xx.2020-ci il tarixə 10780,47 manat məbləğində xidmət haqqı borcu yaranmışdır. - İcarəyə verənin səlahiyyətli nümayəndəsi xx.xx.2019-cu il tarixdə xəbərdarlıq məktubu ilə "xxxx" MMC-yə müraciət edərək 3711,11 manat məbləğində icarə borcunun ödənilməsini xahiş etmişdir. - İcarəyə verənin səlahiyyətli nümayəndəsi xx.xx.2020-ci il tarixdə xəbərdarlıq məktubu ilə İddiaçı1 müraciət edərək 1862,16 manat məbləğində icarə borcunun ödənilməsini xahiş etmişdir. - İcarəyə verənin səlahiyyətli nümayəndəsi xx.xx.2020-ci il tarixdə xəbərdarlıq məktubu ilə İddiaçı1 müraciət edərək 3002,26 manat məbləğində icarə borcunun ödənilməsini xahiş etmişdir. - xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə qarşılıqlı hesablaşmalar üzrə xx.xx.2019-cu il tarixli üzləşmə aktına əsasən akt tarixinə İddiaçı1 icarə haqqı borcu 570,05 manat təşkil edir. Həmin akt icarəçi və icarəyə verən tərəfindən imzalanmışdır. - "xxxx" MMC tərəfindən tərtib edilmiş İddiaçı1 müştəri hesab kartından görünür ki, xx.xx.2020-ci il tarixə 7171,22 manat məbləğində xidmət haqqı borcu yaranmışdır. - “xx” firması xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-yə müraciət edərək xx.xx.2019-cu il tarixdə mağazada elektrik enerjisinin dayandırlmasının səbəbləri barədə məlumat verilməsini xahiş etmiş, "xxxx" ASC xx.xx.2019-cu il tarixdə cavab olaraq bildirmişdir ki, mağazanı elektrik enerjisi ilə təchiz edən 0,4 kv kabel xətti zədələnmişdir. - “xx” firması, "xxxx" MMC və İddiaçı1 arasında xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, 1 ünvanda yerləşən ümumi sahəsi 1285 kv.m. olan qeyri-yaşayış sahəsinin "xxxx" MMC və İddiaçı1 təhvil verilməsi və “xx” firması tərəfindən loft dizayn üslubunda aparılmış əsaslı təmir işlərinə və geyim satışı üçün quraşdırılmış avadanlıqlara sərf edilmiş vəsaitin hansı şəkildə ödəniləcəyini özündə əks etdirən müqavilə bağlanmışdır.Həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, əsaslı təmir işlərinə və geyim satışı üçün quraşdırılmış avadanlıqlara sərf edilmiş vəsaitin dəyəri 453847 manat təşkil edir. Həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, "xxxx" MMC tərəfindən ödəniləcək məbləğ 297771,51 manat, İddiaçı1 tərəfindən ödəniləcək məbləğ isə 156075,49 manat təşkil edir. - "xxxx" MMC-nin və "xxxx" MMC-nin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 10:30-dan başlayaraq 18:00-a qədər Bakı şəhəri, 1 ünvanda yerləşən “xx” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən "xxxx" MMC və İddiaçı1 məxsus olan ümumi sayı 388 qutu daxilində paltarlar, qadın aksessuarları daxil olmaqla bijuteriya, 3 qutu ağzı bağlanmış üzərində sınan əşyalar yazılmış qablaşdırılmış qadın aksessuarları, 351 ədəd böyük və kiçik projektorlar, 2 ədəd kassa, 1 ədəd dəmir seyf, 28 ədəd işlənmiş maneken və vitrin avadanlıqları "xxxx" MMC-nin anbarına yığılmışdır. - Cavabdeh1 və Cavabdeh2 nümayəndələrinin iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, “xxx” yaşayış kompleksində saxlanılan mallara, avadanlıqlara və s. baxış keçirilmiş və baxış zamanı 391 qutuda qablaşdırılmış 15926 ədəd maldan 480 ədəd malda qüsurlar aşkar edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 fevral 2022-ci il tarixli, 9/8081 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş avadanlıqların orta bazar qiyməti ilə ümumi dəyəri 103815,0 (yüz üç min səkkiz yüz on beş) manat müəyyən olunur. Həmin avadanlıqların ayrı-ayrılıqda adları, miqdarları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Qeyd edilən avadanlıqlarda qüsurların olması müəyyən edilir. Lakin, avadanlıqların ilkin görünüşü və vəziyyəti müəyyən edilmədiyindən, ilkin vəziyyətlə hazırki qüsurlu vəziyyət arasında səbəbli əlaqə olmasını müəyyən etmək mümkün olmadı. Ekspertiza tədqiqatına seçmə üsulu ilə nümunə qismində təqdim edilən geyim əşyaları satış üçün yararsızdır, lakin təqdim edilənlərin ilkin əmtəə görünüşünü müəyyən etmək mümkün olmadığından və hazırki görünüşü itirmiş (kəskin kənar qoxuların gəldiyi, rənglərinin dəyişdiyi, rütubət və sair nəticəsində üzərində kif və ləkələr mövcuddur) olduğundan, qiyməti müəyyən etmək mümkün olmadı. Həm avadanlıqların, həm geyim əşyalarının istifadəyə yararsız olmasının səbəblərini müəyyən etmək əmtəəşünas ekspertinin səlahiyyətlərinə aid deyil. Həmin rəyin tədqiqi hissəsində qeyd edilmişdir ki, baxış zamanı avadanlıqların bir hissəsinin (ayrı-ayrılıqda adları aşağıdakı cədvəldə qeyd edilimişdir) qüsurlu (korroziyaya uğradığı, zədələndiyi və sair) vəziyyətdə olduğu müəyyən edildi. Geyim əşyaları saxlanılan qutulardan bir neçəsi açılaraq nümunə şəklində baxışa təqdim olundu. Həmin qutuların içərisində olan geyim əşyalarının satış üçün təyinatı üzrə istifadəyə yararsız, ilkin əmtəə görünüşünü itirmiş (kəskin kənar qoxuların gəldiyi, rənglərinin dəyişdiyi, rütubət və sair nəticəsində üzərində kif və ləkələr mövcuddur) olduğu aşkar edildi. Belə ki, geyim əşyaları olan açılmayan digər qutulardan da kənar qoxuların gəldiyi müəyyən edildi. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********218900 nömrəli məktubundan qeyd edilmişdir ki, uçot-baza məlumatlarına əsasən İddiaçı1 (VÖEN: **********) xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə idxal-ixrac əməliyyatları olmamış, təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) 70432,00 manat təşkil etmiş, alınmış elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) 26873,82 manat təşkil etmiş, təqdim edilmiş elektron vergi hesab faktura olmamış, alınmış elektron vergi hesab-fakturaların dəyəri (ƏDV-siz) 1511,01 manat təşkil etmiş, xx.xx.2018ci il tarixdən xx.xx.2020- ci il tarixədək olan dövr üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələri üzrə 177091,0 manat dövriyyə məbləği müəyyən edilmiş, 2020-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinə əsasən hesabat ilinin əvvəlinə mal qalığı 8611,90 manat, hesabat ilinin sonuna mal qalığı 28907,90 manat təşkil etmiş, təqdim edilmiş bəyannamədə hesabat ilinin əvvəlinə və sonuna əsas vəsaitlər və digər maddi aktivlər aşkar edilməmişdir. Eyni zamanda "xxxx" MMC (VÖEN: **********) xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə idxal-ixrac əməliyyatı olmamış, təqdim edilmiş elektron qaimə-faktura olmamış, alınmış elektron qaiməfakturaların dəyəri (ƏDV-siz) 20297,57 manat təşkil etmiş, təqdim edilmiş elektron vergi hesab faktura olmamış, alınmış elektron vergi hesab-fakturaların dəyəri (ƏDV-siz) 3880,35 manat təşkil etmiş, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələri üzrə 55371,0 manat dövriyyə məbləği müəyyən edilmiş, 2020-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinə əsasən hesabat ilinin əvvəlinə mal qalığı 11590,20 manat, hesabat ilinin sonuna mal qalığı 10198,00 manat təşkil etmiş, təqdim edilmiş bəyannamədə hesabat ilinin əvvəlinə və sonuna əsas vəsaitlər və digər maddi aktivlər aşkar edilməmişdir. - "xxxx" MMC və İddiaçı1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01 nömrəli müqaviləyə əsasən birgə fəaliyyətin predmetini “ xxx” mağazasında geyim mallarının və geyim arnamentlərinin satışı üzrə əməkdaşlıq təşkil edir. "xxxx" MMC qadın geyimlərinin satışı ilə, İddiaçı1 isə kişi-uşaq geyimlərinin satışı ilə məşğul olur. - Cavabdeh2 və “xx” firması arasında bağlanmış qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, 1 ünvanda yerləşən Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən 843,1 kv.m. qeyri yaşayış sahəsi icarəyə verən Cavabdeh2 tərəfindən icarəçi “xx” firmasına icarəyə verilmişdir. - xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin ləğvinə dair xx.xx.2019-cu il tarixli əlavəyə əsasən müqavilə xx.xx.2019-cu il tarixdən qarşılıqlı razılıq əsasında ləğv edilmiş, müqavilə üzrə həmin tarixə 17320 manat icarə borcu olması qəbul edilmiş və icarəçi həmin borcu xx.xx.2019-cu il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. - Cavabdeh1 və “xx” firması arasında bağlanmış qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, 1 ünvanda yerləşən Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən 441,9 kv.m. qeyri yaşayış sahəsi icarəyə verən Cavabdeh1 tərəfindən icarəçi “xx” firmasına icarəyə verilmişdir. - xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin ləğvinə dair xx.xx.2019-cu il tarixli əlavəyə əsasən müqavilə xx.xx.2019-cu il tarixdən qarşılıqlı razılıq əsasında ləğv edilmiş, müqavilə üzrə həmin tarixə 3788 manat icarə borcu olması qəbul edilmiş və icarəçi həmin borcu xx.xx.2019-cu il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. - xx.xx.2019-cu il tarixli, 03 nömrəli komissiya müqaviləsinə əsasən komitet “xx” firması outlet qadın geyim mallarını və geyim ornamentlərini satış məqsədilə komisyonçu "xxxx" MMC-yə təqdim etmiş, sonuncu isə malları qəbul edib satışını həyata keçirmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Cavabdeh2 ilə "xxxx" MMC arasında 14 yanvar 2019-cu il tarixdə, Cavabdeh1 ilə İddiaçı1 arasında isə 18 iyun 2019-cu il tarixdə qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilələr bağlanmışdır. Eyni zamanda "xxxx" MMC ilə "xxxx" MMC arasında 10 avqust 2019-cu il tarixdə, "xxxx" MMC ilə İddiaçı1 arasında isə 10 avqust 2019-cu il tarixdə xidmət müqavilələri bağlanmışdır. Daha sonra tərəflər arasında münasibətlər pozulmuş və tərəflər hazırkı tələblərlə bağlı məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 14.2.1 ("Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır".) və 386.1-ci ("Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.") maddələri müqaviləni öhdəliyin yaranma əsası kimi müəyənləşdirir. MM-nin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1.-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. İddiaçı1 və "xxxx" MMC-nin iddia tələbləri yaradılmış maneələrin qanunsuz hesab edilməsi, (həmin) maneələrin aradan qaldırılması vəzifəsinin həmin cavabdehlərin üzərinə qoyulması, dəymiş zərərin, əldən çıxmış faydanın və işgüzar nüfuza vurulan ziyanın ödənilməsi, malların satışa yararsız vəziyyətə düşməsinə görə həmin əşyaların bazar qiymətlərinə uyğun dəymiş ziyanın ödənilməsi, ödəniləcək icarə və xidmət haqlarının iddiaçıların mağazada satış fəaliyyətinə faktiki başlandığı tarixdən hesablanmasından ibarətdir. Əvvəla qeyd olunmalıdır ki, iddiaçıların iddia tələbləri ilə bağlı sübut qismində təqdim etdikləri birtətəfli qaydada tərtib edilmiş aktlar, audit rəyləri, malların spesifikasiyası adlı sənədlər və s. hazırkı iş üzrə mötəbər, ziddiyyətsiz sübut kimi qəbul oluna bilməz. Bundan başqa, yuxarıda qeyd olunan ekspert rəyində deyilir ki, mübahisəli avadanlıqlarda qüsurların olması müəyyən edilir. Lakin avadanlıqların ilkin görünüşü və vəziyyəti müəyyən edilmədiyindən, ilkin vəziyyətlə hazırki qüsurlu vəziyyət arasında səbəbli əlaqənin olmasını müəyyən etmək mümkün olmadı. Ekspertiza tədqiqatına seçmə üsulu ilə nümunə qismində təqdim edilən geyim əşyaları satış üçün yararsızdır, lakin təqdim edilənlərin ilkin əmtəə görünüşünü müəyyən etmək mümkün olmadığından və hazırkı görünüşü itirmiş (kəskin kənar qoxuların gəldiyi, rənglərinin dəyişdiyi, rütubət və sair nəticəsində üzərində kif və ləkələr mövcuddur) olduğundan, qiyməti müəyyən etmək mümkün olmadı. Rəydə qeyd olunur ki, geyim əşyaları saxlanılan qutulardan bir neçəsi açılaraq nümunə şəklində baxışa təqdim olundu. Həmin qutuların içərisində olan geyim əşyalarının satış üçün təyinatı üzrə istifadəyə yararsız, ilkin əmtəə görünüşünü itirmiş (kəskin kənar qoxuların gəldiyi, rənglərinin dəyişdiyi, rütubət və sair nəticəsində üzərində kif və ləkələr mövcuddur) olduğu aşkar edildi. Belə ki, geyim əşyaları olan açılmayan digər qutulardan da kənar qoxuların gəldiyi müəyyən edildi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılması olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla təsdiq olunmalıdır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Məlum olduğu kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra - MM) zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1). MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, sübutların qiymətləndirilməsinin məzmunu aşağıdakılar ehtiva edir: onların münkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübütları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üşün sübütların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Məhkəmə qətnaməsi quman olunan nəticələrə, mülahizələrə və işin halları barədə ehtimallara əsaslana bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddia tələblərinin bir hissəsini İddiaçı1 məxsus 6707 sayda geyim mallarının satışa yararsız vəziyyətə düşməsinə görə həmin əşyaların bazar qiymətlərinə uyğun 157101 manat dəymiş ziyanın Cavabdeh1 və Cavabdeh3-dən tutularaq İddiaçı1 ödənilməsi və "xxxx" MMC-yə məxsus 13588 sayda geyim mallarının satışa yararsız vəziyyətə düşməsinə görə həmin əşyaların bazar qiymətlərinə uyğun 337270 manat dəymiş ziyanın Cavabdeh2 və "xxxx" MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi təşkil edir. Məhkəmə iddia tələbinin həmin hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********218900 nömrəli məktubundan görünür ki, İddiaçı1 2020-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinə əsasən hesabat ilinin əvvəlinə mal qalığı 8611,90 manat, hesabat ilinin sonuna mal qalığı 28907,90 manat təşkil etmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2020-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinə əsasən hesabat ilinin əvvəlinə mal qalığı 11590,20 manat, hesabat ilinin sonuna mal qalığı isə 10198 manat təşkil etmişdir. İddiaçı1 və "xxxx" MMC onlara mallarının satışa yararsız vəziyyətə düşməsinə görə müvafiq olaraq 157101 manat və 337270 manat ziyan dəydiyini bildirsələr də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. iddiaçıların mal qalıqları barədə yeganə mötəbər sübut vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş məlumatlardır. Məhkəmə iddiaçılara ziyan dəydiyini qəbul edərək, həmin ziyanın məbləğini müəyyən edən heç bir mötəbər sübutun olmadığını, malların 2020-ci ilin dekabrında icarə obyektindən çıxarıldığını, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin 2020-ci ilin sonuna hər iki iddiaçıya məxsus mal qalığının dəyəri barədə məlumatları, tərəflərin müqavilələr üzrə üzərlərinə götürdükləri öhdəlikləri nəzərə alaraq hesab edir ki, iddia tələbləri malların satışa yararsız vəziyyətə düşməsinə görə dəymiş ziyanın ödənilməsi hissəsində qismən təmin edilərək, Cavabdeh1 dəymiş zərərin əvəzi olaraq 28907,90 manat məbləğində pul tutularaq İddiaçı1 ödənilməli və Cavabdeh2 dəymiş zərərin əvəzi olaraq 10198 manat məbləğində pul tutularaq "xxxx" MMC-yə ödənilməli, "xxxx" MMC-yə münasibətdə isə iddia təmin olunmamalıdır. Məhkəmə İddiaçı1 və "xxxx" MMC-nin iddia tələblərinin qalan hissələrinə münasibətdə bildirir ki, bununla bağlı İddiaçı1 və "xxxx" MMC tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-nin iddia tələbləri müqavilələrə xitam verilməsi, icarə və xidmət haqqının, dəymiş zərərin, əldən çıxmış faydanın ödənilməsi, qeyri-yaşayış sahəsinin boşaldılmasından ibarətdir. Məhkəmə iddia tələbinin qeyri-yaşayış sahəsinin boşaldılması hissəsinə münasibətdə qeyd edir ki, hal-hazırda icarəyə verilmiş qeyri-yaşayış sahəsindən İddiaçı1 Əlamdar oğlu və "xxxx" MMC-nin istifadə etməməsi və həmin qeyri-yaşayış sahəsinin boşaldılması işin mübahisəsiz halıdır. İddia tələbinin bir hissəsini icarə müqavilələrinə xitam verilməsi və müqavilələr üzrə yaranmış icarə haqqının ödənilməsi təşkil edir. Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 5596,28 manat icarə haqqı, Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə isə 8661,80 manat icarə haqqının tutulması xahiş edilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış icarə və xidmət müqavilələri üzrə İddiaçı1 Əlamdar oğlu və "xxxx" MMC tərəfindən ilkin aylarda gecikdirmələrlə ödənişlər edilsə də, sonradan ödənişlər edilməmişdir. Bu hal öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, icarəçi tərəfindən edilən ödənişlər nəzərə alınmaqla, icarə müqavilələrinə xitam verilməsi və icarə haqqının tutulması hissəsində iddia tələbi qismən təmin edilərək, icarə müqavilələrinə xitam verilməli və İddiaçı1 4940,73 manat, "xxxx" MMC-dən isə 8661,80 icarə haqqı tutularaq müvafiq olaraq Cavabdeh1 və Cavabdeh2 ödənilməlidir. Tələbin bir hissəsini də "xxxx" MMC ilə İddiaçı1 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqavilələrinə xitam verilməsi və müqavilələr üzrə yaranmış xidmət haqqının ödənilməsi təşkil edir. "xxxx" MMC ilə İddiaçı1 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqavilələri üzrə müvafiq olaraq 7171,22 manat və 10780,47 manat xidmət haqqının tutuması xahiş edilmişdir. "xxxx" MMC xidmət haqqını 2020-ci ilin fevral ayınadək hər kv.m. üçün 2,36 manat məbləğində hesablasa da, 2020-ci ilin fevral və mart ayları üzrə xidmət müqavilələrinə dəyişiklik edilməsinə dair xx.xx.2020-ci il tarixdə 01 nömrəli əlavələrə istinad edərək hər kv.m. üçün 3 manat məbləğində hesablamışdır. Lakin sözügedən müqavilələrə əlavələr İddiaçı1 və "xxxx" MMC tərəfindən imzalanmamışdır. Ona görə də xidmət haqqı həmin aylar üzrə də müqavilələrdə göstərilən qiymətlə (2,36 manat) hesablanmalıdır. Yəni, İddiaçı1 2020-ci ilin fevral və mart ayları üzrə ərizədə göstərilən 1564,33 manat məbləğində deyil, 1042,88 manat məbləğində "xxxx" MMC-dən isə həmin aylar üzrə 2665,97 manat məbləğində deyil, 1777,32 manat məbləğində xidmət haqqı tutulmalıdır. Ona görə də xidmət haqqının tutulması hissəsində iddia tələbi qismən təmin edilərək xidmət müqavilələrinə xitam verilməli və İddiaçı1 6128,32 manat, "xxxx" MMC-dən isə 9003,18 manat xidmət haqqı tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-nin iddia tələblərinin qalan hissələrinə münasibətdə bildirir ki, bununla bağlı Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC tərəfindən məhkəməyə hər hansı bir hər mötəbər sübut təqdim edilmədiyindən, iddia həmin hissələrdə təmin olunmamalıdır. Ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddianın qismən təmin edildiyi və təmin olunmuş hissəyə mütənasiblik əsas götürməklə, həmin hissədə iddia təmin olunmamalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-yə qarşı yaradılmış maneələrin qanunsuz hesab edilməsi, maneələrin aradan qaldırılması, reklamların yayımlanmasına maneə yaradılmasının qadağan olunması, əldən çıxmış fayda, dəymiş ziyan, mənəvi ziyanın ödənilməsi tələblərə dair iddiası qismən təmin olunsun. Cavabdeh1 dəymiş zərərin əvəzi olaraq 28907,90 manat (iyirmi səkkiz min doqquz yüz yeddi manat doxsan qəpik) məbləğində pul tutularaq İddiaçı1 ödənilsin. Cavabdeh2 dəymiş zərərin əvəzi olaraq 10198 (on min yüz doxsan səkkiz) manat məbləğində pul tutularaq "xxxx" MMC-yə ödənilsin. İddiaçılar İddiaçı1 və "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMCyə qarşı yaradılmış maneələrin qanunsuz hesab edilməsi, maneələrin aradan qaldırılması, reklamların yayımlanmasına maneə yaradılmasının qadağan olunması, əldən çıxmış fayda, dəymiş ziyan, mənəvi ziyanın ödənilməsi tələblərə dair iddiası qalan hissədə təmin olunmasın. İddiaçılar Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-nin cavabdehlər İddiaçı1 və "xxxx" MMC-yə qarşı müqavilələrə xitam verilməsi, icarə haqqı, xidmət haqqı, mənəvi zərər və əldən çıxmış faydanın tutulması, qeyri-yaşayış sahəsinin boşaldılması tələblərinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış icarə müqaviləsinə xitam verilsin. İddiaçı1 4940,73 manat (dörd min doqquz yüz qırx manat yetmiş üç qəpik) məbləğində icarə haqqı tutularaq Cavabdeh1 ödənilsin. Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış icarə müqaviləsinə xitam verilsin. "xxxx" MMC-dən 8661,80 (səkkiz min altı yüz altmış bir manat səksən qəpik) manat məbləğində icarə haqqı tutularaq Cavabdeh2 ödənilsin. "xxxx" MMC ilə İddiaçı1 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqavilələrinə xitam verilsin. İddiaçı1 6128,32 manat (altı min bir yüz iyirmi səkkiz manat otuz iki qəpik), "xxxx" MMC-dən 9003,18 manat (doqquz min üç manat on səkkiz qəpik) xidmət haqqı tutularaq "xxxx" MMC-yə ödənilsin. İddiaçılar Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-nin cavabdehlər İddiaçı1 və "xxxx" MMC-yə qarşı müqavilələrə xitam verilməsi, icarə haqqı, xidmət haqqı, mənəvi zərər və əldən çıxmış faydanın tutulması, qeyri-yaşayış sahəsinin boşaldılması tələblərinə dair iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №2-2(113)-49/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-49/2022
10.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver