Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-4996/2021 14.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Azəriqaz" İstehsalat Birliyinə qarşı qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdehnə (Cavabdeh İB) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən X1 Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küşəsi 3138-ci məhəllə ünvanında yerləşən əmlaka dair itirilmiş qazın bərpası üzrə əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06.05.2015-ci il tarixdən X3 ilə Yasamal qaz istismarı sahəsi arasında bağlanmış müqaviləyə əsasən ona məxsus əmlak qazla təchiz olunmuşdur, 2019-cu il tarixində cavabdeh tərəfindən müqavilənin olmaması və sayğacın işləməməsi əsası ilə obyektə qazın verilməsi dayandırılmışdır, bununla da iddiaçıya əsassız borc hesablanmışdır. Sayğac obyektdən kənarda yerləşdiyi üçün onun işləkliyi və nəzarət etmək iddiaçının vəzifəsi, imkanı daxilində deyildir. Həmin sayğaca iddiaçı tərəfindən heç bir qanunsuz kənar müdaxilə edilməmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləssin 54-cü maddəsinə əsasən onun əsl iddiaçı olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz edilməsini xahiş etmişdir. Eləcə də, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləssin 54-cü maddəsinə əsasən e-2-2(113)- 4657/2021 saylı iş üzrə iddiaçı X1 əsl iddiaçı olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, e-2-2(113)-4996/2021 saylı qərarı ilə iddiaçı X3 əsl iddiaçı olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz edilmişdir. İddiaçı "xxxx" MMC Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən obyektə hesablanmış 1726 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Qanuni nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirdi ki, xeyir-şər evi kimi fəaliyyət göstərən obyektə Cavabdeh əməkdaşları tərəfindən baxış keçirilən zaman müəyyən olunmuşdur ki, iddiaçı tərəf qanunsuz olaraq qaz təchizatından istifadə edir. Bu barədə akt tərtib olunmuş və iddiaçıya 1728 manat məbləğində itirilmiş qazın dəyəri olan borc hesablanmışdır. İddia tələbini əsassız hesab edir və rədd olunmasını xahiş edir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - "Azəriqaz" İB ilə istehlakçı "xxxx" MMC arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə AMX-3263/21 nömrrəli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. - “Azərqaz” İB tərəfindən tərtib olunmuş 30.01.2020-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd edilmişdir ki, müqavilə olmadığı üçün bloklanmışdır və abonent qeyri-qanuni təbii qazdan istifadə etmişdir. Həmçinin aktda deyilir ki, “Azərqaz” İB-yə dəymiş ziyan hesablansın və abonent tərəfindən ödənilməsi təmin edilsin. -Cavabdeh İB-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən 30 yanvar 2020-ci il tarixdə qəbul olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında ünvan 2 ünvanında yerləşən xeyir-şər evi adlı obyektdə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Qaz işlədicilərindən kombinin maksimal saatlıq qaz sərfi 3m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. (3x24x90=6480m3) - “Azərqaz” İB tərəfindən tərtib olunmuş 28.02.2020-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd edilmişdir ki, müqavilə olmadığı üçün bloklanmışdır və qaz kartı blokda olduğu halda abonent qeyri-qanuni təbii qazdan istifadə etmişdir. Həmçinin aktda deyilir ki, “Azərqaz” İB-yə dəymiş ziyan hesablansın və abonent tərəfindən ödənilməsi təmin edilsin. -Cavabdeh İB-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən 28 fevral 2020-ci il tarixdə qəbul olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, 28.02.2020-ci il tarixli, ******* saylı akt əsasında ünvan 2 ünvanında yerləşən xeyir-şər evi adlı obyektdə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Qaz işlədicilərindən kombinin maksimal saatlıq qaz sərfi 3m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. (3x24x30=2160m3) - 29.11.2021-ci tarixli abonentin saldosundan müəyyən olunur ki, "xxxx" MMC-nin 2020-ci ilin yanvar ayında akt üzrə hesablanmış borcu 1296 manat, 2020-ci ilin fevral ayında akt üzrə hesablanmış borcu 432 manat olmaqla, ümumilikdə borcu 1728 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, tərəflər arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı müqaviləsi bağlanmış, tərəflər həmin müqavilə üzrə üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. 2019-cu il tarixində cavabdeh tərəfindən müqavilənin olmaması və sayğacın işləməməsi əsası ilə obyektə qazın verilməsi dayandırılmışdır. Cavabdeh əməkdaşları tərəfindən qeyd edilən obyektə baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla əlaqədar 30.01.2020-ci il tarixli, ******* saylı və 28.02.2020-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmiş,itirilmiş qazın bərpası üçün hesabat aparılmış və iddiaçıya dəymiş ziyana görə 1728 manat borc hesablanmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Beləliklə, iş materiallarında olan və cavabdeh tərəfindən iddiaçının barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan müəyyən olunur ki, cavabdeh iddiaçının barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, borcun silinməsinə dair iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh Cavabdeh tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətininə **********03138 abonent kodu üzrə hesablanmış 1728 (min yeddi yüz yetmiş iyirmi səkkiz) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsumu ilə bağlı tələbi olmadığından iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətininə **********03138 abonent kodu üzrə hesablanmış 1728 (min yeddi yüz yetmiş iyirmi səkkiz) manat məbləğində borc silinsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №2-2(113)-4996/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-4996/2021
14.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver