Məhkəmə qərarları › İş №2-2(113)-5/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-5/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-5/2021 24.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan "X8" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan "X8" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətindən 04.02.2011-ci il tarixli, 03-720-1 saylı kredit xətti müqaviləsi üzrə ******* manat faiz borcu, ******* manat cərimə borcu, ümumilikdə ******* manat məbləğində kredit borcunun, 24.12.2014-cü il tarixli, 120-720-14 saylı “Kredit xətti müqaviləsi” üzrə 650729,72 manat məbləğində faiz borcu, 704648,25 manat cərimə borcu, ümumilikdə 1355377,97 manat məbləğində kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləğinin tutulub iddiaçının xeyrinə ödənilməsi, 24.12.2014-cü il tarixli, 120-720-14 saylı “Kredit xətti müqaviləsi” üzrə ödəmənin 04.02.2011-ci il tarixli, 03-720-11 saylı “Kredit xətti müqaviləsi”nin təminatı qismində, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16.12.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışına əsasən tam xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Quba şəhəri ünvanında 14,198557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi həmin ipoteka predmetin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməsi və ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətinə boşaldılması, 14.05.2014-cü il tarixli, 054-360-14 saylı “Kredit müqaviləsi” üzrə 1648501,43 manat məbləğində faiz borcu, 1906222,19 manat cərimə borcu, ümumilikdə 3554723,62 manat məbləğində kredit borcunun, 30.12.2013-cü il tarixli, 175-360-13 saylı “Kredit xətti müqaviləsi” üzrə 425500 manat məbləğində faiz borcu, 492000 manat cərimə borcu, ümumilikdə 917500 manat məbləğində kredit borcunun, 27.05.2013-cü il tarixli, 43- 604-13 saylı “Kredit müqaviləsi” üzrə ******* manat məbləğində faiz borcu, ******* manat cərimə borcu, ümumilikdə ******* manat məbləğində kredit borcunun, 14.05.2014-cü il tarixli, 053-225-14 saylı “Kredit müqaviləsi” üzrə 848872,50 manat məbləğində faiz borcu, 981540 manat, ümumilikdə 1830412,50 manat məbləğində kredit borcunun, iddiaçı tərəfindən mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlərə qarşı 04.02.2011-ci il tarixli, 03-720-11 saylı kredit xətti müqaviləsi üzrə ******* manat məbləğində əsas borcun, 12.06.2017-ci il tarixə qədər hesablanmış ******* manat məbləğində faiz borcunun, ümumiklikdə ******* manat məbləğində kredit borcunun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləğinin Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulub iddiaçının xeyrinə ödənilməsi, 04.02.2011-ci il tarixli, 03-720-11 saylı “Kredit xətti müqaviləsi” üzrə ödəmənin 04.02.2011-ci il tarixli, 03-720-11 saylı kredit xətti müqaviləsi üzrə ******* manat məbləğində əsas borcun, 12.06.2017-ci il tarixə qədər hesablanmış ******* manat məbləğində faiz borcunun, ümumilikdə ******* manat məbləğində kredit borcunun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləğinin Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulub iddiaçının xeyrinə ödənilməsi, 04.02.2011-ci il tarixli, 03-720-11 saylı "Kredit xətti müqaviləsi" üzrə ödəmənin 04.02.2011-ci il tarixli, 03- 720-11 saylı "Kredit xətti müqaviləsi"nin təminatı qismində, Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15.03.2008-ci il tarixli, MH seriyalı, ******* saylı çıxarışına əsasən tam mülkiyyət hüququ əsasında məxsus olan, ünvan 1 ünvanında mülkiyyətində olan 1,58208 ha torpaq sahəsində yerləşən 6.412,1 kv.m ümumi, 4.298,5 kv.m əsas, 2.113,6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə tutma yönəldilməsi, qeyd olunan əmlak müəssisəsinin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməsi və ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətinə boşaldılması, 24.12.2014-cü il tarixli, 120-720-14 saylı "Kredit xətti müqaviləsi” üzrə ******* manat məbləğində əsas borcun, 12.06.2017-ci il tarixə qədər hesablanmış 518514,75 manat məbləğində faiz borcunun, ümumilikdə 1995764,75 manat məbləğində kredit borcunun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləğinin Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulub iddiaçıya ödənilməsi, 24.12.2014-cü il tarixli, 120-720-14 saylı "Kredit xətti müqaviləsi" üzrə ödəmənin 04.02.2011-ci il tarixli, 03-720-11 saylı "Kredit xətti müqaviləsi"nin təminatı qismində, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16.12.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışına əsasən tam xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Quba şəhəri ünvanında 14,198557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tutmanın yönəldilməsi, torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməsi və ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması, 14.05.2014-cü il tarixli, 054-360-14 saylı "Kredit müqaviləsi" üzrə 3874435,20 manat məbləğində əsas borcun, 12.06.2017-ci il tarixə qədər hesablanmış 1359855,65 manat məbləğində faiz borcunun, ümumilikdə 5234290,85 manat məbləğində kredit borcunun Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulması, 30.12.2013-cü il tarixli, 175- 360-13 saylı "Kredit xətti müqaviləsi" üzrə ******* manat məbləğində əsas borcun, 12.06.2017-ci il tarixə qədər hesablanmış 351000 manat məbləğində faiz borcunun, ümumilikdə ******* manat məbləğində kredit borcunun Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulması, 27.05.2013-cü il tarixli, 43-604-13 saylı "Kredit müqaviləsi" üzrə ******* manat məbləğində əsas borcun, 12.06.2017-ci il tarixə qədər hesablanmış ******* manat məbləğində faiz borcunun, ümumilikdə 10808000 manat məbləğində kredit borcunun Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulması, 14.05.2014-cü il tarixli, 053-225-14 saylı "Kredit müqaviləsi" üzrə ******* manat məbləğində əsas borcun, 12.06.2017-ci il tarixə qədər hesablanmış 700245 manat məbləğində faiz borcunun, ümumilikdə ******* manat məbləğində kredit borcunun Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulması, iddiaçı tərəfindən mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra Azərbaycan Respublikası Mərkəzi Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Ləğv prosesində olan “X8” Açıq Səhmdar Cəmiyyətinin iddiasının Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə xüsusi mülkiyyət hüquqi ilə məxsus ünvan 2 ünvanında yarımzirzəmi, 1-ci, 2-ci, 3-cü və 4-cü mərtəbələrdə yerləşən ümumi sahəsi 16420,0 kv.m olan qeyri-yaşayış sahəsinə tutma yönəldilməsi hissəsində Mərkəzi Bankın qeyd olunan əmlak üzrə üstün ipoteka saxlayan hüququnun olması nəzərə alınmaqla təmin olunması, həmin əmlakın açıq hərracdan satılması, satışından əldə olunan pul vəsaitləri hesabına ləğv prosesində olan “X8” Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi Bank qarşısındakı 25.12.2012-ci il tarixli KB012-1484 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas və 688286,66 manat faiz borcu, 19.11.2014-cü il tarixli, KBQ 14-1631 nömrəli kredit müqaviləsi üzrə 10000000 manat əsas və 571666,66 manat faiz olmaqla, ümumilikdə 19800000 manat əsas, 1259953,32 manat faiz olmaqla, cəmi 21059953,32 manat kredit borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətindən 04.02.2011-ci il tarixli, 03-720-11 saylı kredit xətti müqaviləsi üzrə ******* manat məbləğində əsas borcun, 04.02.2015-ci il tarixə qədər hesablanmış 132000 manat məbləğində faiz borcunun, müqavilə müddəti bitdiyi tarixdən hal-hazıradək hesablanmış 5 %-lik borc ******* manatın, ümumilikdə ******* manat məbləğində kredit borcunun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləğinin tutulub iddiaçının xeyrinə ödənilməsi, 04.02.2011-ci il tarixli, 03-720-11 saylı “Kredit xətti müqaviləsi” üzrə ödəmənin 04.02.2011ci il tarixli, 03-720-11 saylı “Kredit xətti müqaviləsi”nin təminatı qismində, Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 16240 kv.m. olan yarımzirzəmi, 1-ci, 2-ci, 3-cü və 4-cü mərtəbələrdə yerləşən qeyriyaşayış sahələrinə yönəldilməsi, qeyd edilən daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin ipoteka predmetin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməsi və ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətinə boşaldılması, 24.12.2014-cü il tarixli, 120-720-14 saylı “Kredit xətti müqaviləsi” üzrə ******* manat məbləğində əsas borcun, 25.12.2016-cı il tarixə qədər hesablanmış 396641,62 manat məbləğində faiz borcunun, müqavilənin bitdiyi tarixdən hal-hazıradək hesablanmış 5 %-lik borc 83916 manat, ümumilikdə 1957807,62 manat məbləğində kredit borcunun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləğinin tutulub iddiaçının xeyrinə ödənilməsi, 24.12.2014-cü il tarixli, 120-720-14 saylı “Kredit xətti müqaviləsi” üzrə ödəmənin 04.02.2011-ci il tarixli, 03-720-11 saylı “Kredit xətti müqaviləsi”nin təminatı qismində, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16.12.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışına əsasən tam xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Quba şəhəri ünvanında 14,198557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yönəldilməsi, torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin ipoteka predmetin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməsi və ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətinə boşaldılması, 14.05.2014-cü il tarixli, 054-360-14 saylı “Kredit müqaviləsi” üzrə 3874435,20 manat məbləğində əsas borcun, 14.05.2015-ci il tarixə qədər hesablanmış 314 423,04 manat məbləğində faiz borcunun, müqavilə müddəti bitdiyi tarixdən hal-hazıradək hesablanmış 5 %-lik borc 1913503,17 manatb ümumilikdə 6054932,55 manat məbləğində kredit borcunun tutulması, 30.12.2013-cü il tarixli, 175-360-13 saylı “Kredit xətti müqaviləsi” üzrə ******* manat məbləğində əsas borcu, 30.12.2014-cü il tarixə qədər hesablanmış 16000 manat məbləğində faiz borcu, müqavilə bitdiyi tarixdən hal-hazıradək hesablanmış 5 %-lik borc 157638.90 manat ümumilikdə 1173638,90 manat məbləğində kredit borcunun tutulması, 27.05.2013-cü il tarixli, 43-604-13 saylı “Kredit müqaviləsi” üzrə ******* manat məbləğində əsas borcun, 04.02.2015-ci il tarixə qədər hesablanmış 264000 manat məbləğində faiz borcunun, müqavilə müddəti bitdiyi tarixdən hal-hazıradək hesablanmış 1221111,11 ümumilikdə 9485111,11 manat məbləğində kredit borcunun tutulması, 14.05.2014-cü il tarixli, 053-225-14 saylı “Kredit müqaviləsi” üzrə ******* manat məbləğində əsas borcun, 29.12.2014-cü il tarixə qədər hesablanmış 30922,45 manat məbləğində faiz borcunun, müqavilə bitdiyi tarixdən hal-hazıradək hesablanmış 5 %-lik borc 921690 manatın, ümumilikdə 6082612,50 manat məbləğində kredit borcunun tutulması, iddiaçı tərəfindən mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətindən 04.02.2011-ci il tarixli, 03-720-1 saylı kredit xətti müqaviləsi üzrə ******* manat faiz borcu, ******* manat cərimə borcu, ümumilikdə ******* manat məbləğində kredit borcunun, 24.12.2014-cü il tarixli, 120-720-14 saylı “Kredit xətti müqaviləsi” üzrə 650729,72 manat məbləğində faiz borcu, 704648,25 manat cərimə borcu, ümumilikdə 1355377,97 manat məbləğində kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləğinin tutulub iddiaçının xeyrinə ödənilməsi, 24.12.2014-cü il tarixli, 120-720-14 saylı “Kredit xətti müqaviləsi” üzrə ödəmənin 04.02.2011-ci il tarixli, 03-720-11 saylı “Kredit xətti müqaviləsi”nin təminatı qismində, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16.12.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışına əsasən tam xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Quba şəhəri ünvanında 14,198557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi həmin ipoteka predmetin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməsi və ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətinə boşaldılması, 14.05.2014-cü il tarixli, 054-360-14 saylı “Kredit müqaviləsi” üzrə 1648501,43 manat məbləğində faiz borcu, 1906222,19 manat cərimə borcu, ümumilikdə 3554723,62 manat məbləğində kredit borcunun, 30.12.2013-cü il tarixli, 175-360-13 saylı “Kredit xətti müqaviləsi” üzrə 425500 manat məbləğində faiz borcu, 492000 manat cərimə borcu, ümumilikdə 917500 manat məbləğində kredit borcunun, 27.05.2013-cü il tarixli, 43- 604-13 saylı “Kredit müqaviləsi” üzrə ******* manat məbləğində faiz borcu, ******* manat cərimə borcu, ümumilikdə ******* manat məbləğində kredit borcunun, 14.05.2014-cü il tarixli, 053-225-14 saylı “Kredit müqaviləsi” üzrə 848872,50 manat məbləğində faiz borcu, 981540 manat, ümumilikdə 1830412,50 manat məbləğində kredit borcunun, iddiaçı tərəfindən mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 24.06.2021-ci il tarixli 2-2(113)-5/2021 saylı qərardadı ilə, müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiaçı Ləğv prosesində olan “X8” Açıq Səhmdar Cəmiyyətinin iddiasının Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə xüsusi mülkiyyət hüquqi ilə məxsus ünvan 2 ünvanında yarımzirzəmi, 1-ci, 2-ci, 3-cü və 4-cü mərtəbələrdə yerləşən ümumi sahəsi 16420,0 kv.m olan qeyri-yaşayış sahəsinə tutma yönəldilməsi hissəsində Mərkəzi Bankın qeyd olunan əmlak üzrə üstün ipoteka saxlayan hüququnun olması nəzərə alınmaqla təmin olunması, həmin əmlakın açıq hərracdan satılması, satışından əldə olunan pul vəsaitləri hesabına ləğv prosesində olan “X8” Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi Bank qarşısındakı 25.12.2012-ci il tarixli KB012-1484 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas və 688286,66 manat faiz borcu, 19.11.2014-cü il tarixli, KBQ 14-1631 nömrəli kredit müqaviləsi üzrə 10000000 manat əsas və 571666,66 manat faiz olmaqla, ümumilikdə 19800000 manat əsas, 1259953,32 manat faiz olmaqla, cəmi 21059953,32 manat kredit borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə iddia ərizəsinə dair iş üzrə icraata xitam verilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 04.02.2011-ci il tarixli, 03-720-11 saylı "Kredit xətti müqaviləsi"nə əsasən, Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvan 4 ünvanında inşa edilən 17 mərtəbəli işgüzar mərkəzin tikintisi üçün 24 ay müddətinə, illik 12 faiz hesablanmaqla kredit xətti açılaraq, 10000000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış 04.02.2011-ci il tarixli, 03-720-11 saylı "Kredit xətti müqaviləsi"nin təminatı qismində, cavabdeh "xxxx" ASC-yə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15.03.2008-ci il tarixli MH seriyalı ******* saylı çıxarışına əsasan tam mülkiyyət hüququ əsasında məxsus olan İpoteka müqaviləsi bağlanarkən 1 200 000 qiymətləndirilmiş ünvan 1 ünvanında mülkiyyətində olan 1.58208 ha torpaq sahəsində yerləşən 6412.1 kv.m ümumi, 4298 kv.m əsas, 2113,6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə banka ipotekaya qoyulmuş, bu barədə Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 10.06.2011-ci il tarixli 02-920-11 saylı “İpoteka müqaviləsi” bağlanmış və buna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin "İpoteka müqaviləsi" qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən 05.08.2011-ci il tarixli, MA seriyalı, ******* saylı ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. İddiaçı ilə Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 27.05.2013-cü il tarixli, 43-604-13 saylı "Kredit müqaviləsi"nə əsasən, cavabdehə dövriyyə vəsaitlərinin artırılması üçün 604 gün müddətinə, illik 22 faiz hesablanmaqla, ******* manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə 1 saylı Əlavə kimi iddiaçı ilə Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 09.07.2013-cü il tarixdə imzalanmış Razılaşmaya əsasən, Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş kredit vəsaitinin miqdarı ******* manat artırılaraq, ******* manat həcmində müəyyən edilmişdir. Həmin müqaviləyə 2 saylı Əlavə kimi iddiaçı ilə Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 01.11.2013-cü il tarixdə imzalanmış Razılaşmaya əsasən, Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş kredit vəsaitinin miqdarı ******* manat artırılaraq, ******* manat həcmində müəyyən edilmişdir. Həmin müqaviləyə 3 saylı Əlavə kimi iddiaçı ilə Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 07.02.2014-cü il tarixdə imzalanmış Razılaşmaya əsasən, Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış kredit üzrə faiz dərəcəsi Razılaşma imzalandığı tarixdən 22%-dən 18% dərəcəsinə endirilmişdir. İddiaçı ilə Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 30.12.2013-cü il tarixli, 175-360-13 saylı "Kredit xətti müqaviləsi"nə əsasən, cavabdehə dövriyyə vəsaitlərinin artırılması üçün 12 ay müddətinə, illik 18 faiz hesablanmaqla kredit xətti açılaraq, 500000 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə 1 saylı Əlavə kimi iddiaçı ilə Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 07.02.2014-cü il tarixdə imzalanmış Razılaşmaya əsasən, Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş kredit vəsaitinin miqdarı 500000 manat artırılaraq, ******* manat həcmində müəyyən edilmişdir. İddiaçı ilə Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 14.05.2014-cü il tarixli, 054-360-14 saylı "Kredit miiqaviləsi"nə əsasən, Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə dövriyyə vəsaitlərinin artırılması üçün 12 ay müddətinə, illik 18 faiz hesablanmaqla, ******* manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə 1 saylı Əlavə kimi iddiaçı ilə Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 02.10.2014-cü il tarixdə imzalanmış Razılaşmaya əsasən, Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş kredit vəsaitinin miqdarı ******* manat artırılaraq, ******* manat həcmində müəyyən edilmişdir. Həmin müqaviləyə 2 saylı Əlavə kimi iddiaçı ilə Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 01.12.2014-cü il tarixində imzalanmış Razılaşmaya əsasən, Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş kredit vəsaitinin miqdarı ******* manat artırılaraq, ******* manat həcmində müəyyən edilmişdir. İddiaçı ilə Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 14.05.2014-cü il tarixli, 053-225-14 saylı "Kredit müqaviləsi"nə əsasən, Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə dövriyyə vəsaitlərinin artırılması üçün 225 gün müddətinə, illik 7 faiz hesablanmaqla, ******* manat məbləğində kredit verilmişdir. İddiaçı ilə Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 24.12.2014-cü il tarixli, 120-720-14 saylı "Kredit xətti müqaviləsi"nə əsasən, Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə dövriyyə vəsaitlərinin artırılması üçün 24 ay müddətinə, illik 18 faiz hesablanmaqla kredit xətti açılaraq, ******* manat məbləğində kredit verilmişdir. Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış 24.12.2014- cü il tarixli, 120-720-14 saylı "Kredit xətti müqaviləsi"nin təminatı qismində, cavabdeh "xxxx" MMC-yə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16.12.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışına əsasən tam xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, İpoteka müqaviləsi bağlanarkən 100000 manat dəyərində qiymətləndirilmiş Quba şəhəri ünvanında 14,198557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlərlə 24.12.2014-cü il tarixli, 058-720-14 saylı "İpoteka müqaviləsi" bağlanmış və buna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin "İpoteka müqaviləsi" qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən 13.01.2015-ci il tarixli, RX seriyalı, ******* saylı ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. Qeyd olunan kredit müqavilələrinin 2.3-cü bəndlərinə əsasən, "Borcalan"ın ssuda hesabına "Bank" tərəfindən kredit vəsaitinin köçürüldüyü tarix, kredit üzrə istifadə tarixi hesab olunur. Qeyd olunan kredit müqavilələrinin 2.4-cü və 2.5-ci bəndlərinə əsasən, "Borcalan"a verilən kredit vəsaitindən istifadə müddəti, 27.05.2013-cü il tarixli, 43-604-13 saylı "Kredit müqaviləsi" üzrə 604 gündür və bu müddət 04.02.2015-ci il tarixində, 30.12.2013-cü il tarixli, 175-360- 13 saylı "Kredit xətti müqaviləsi" üzrə 12 aydır və bu müddət 30.12.2014-cü il tarixində, 14.05.2014-cü il tarixli, 054-360-14 saylı "Kredit müqaviləsi" üzrə 12 aydır və bu müddət 14.05.2015-ci il tarixində, 14.05.2014-cü il tarixli, 053-225-14 saylı "Kredit müqaviləsi" üzrə 225 gündür və bu müddət 29.12.2014-cü il tarixində, 04.02.2011-ci il tarixli 03-720-11 saylı "Kredit xətti müqaviləsi" üzrə 24 aydır və bu müddət 22.01.2013-cü il tarixində, 24.12.2014-cü il tarixli, 120-720-14 saylı "Kredit xətti müqaviləsi” üzrə 24 aydır və bu müddət 24.12.2016-cı il tarixində bitir. Kredit müqavilələrinin 2.7-ci bəndlərinə əsasən, kreditin tam həcmdə qaytarılması tarixi kredit üzrə əsas borcun və hesablanmış faizlərin "Bank"ın hesabına daxil olduğu tarix hesab olunur. Qeyd olunan kredit müqavilələrinin 3.1ci bəndlərinə əsasən, kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə 04.02.2011-ci il tarixli, 03-720-11 saylı "Kredit xətti müqaviləsi" üzrə hər gün illik 12 faizlə, 27.05.2013-cü il tarixli, 43-604-13 saylı "Kredit müqaviləsi" üzrə hər gün illik 22 faizlə, 30.12.2013-cü il tarixli, 175-360-13 saylı "Kredit xətti müqaviləsi" üzrə hər gün illik 18 faizlə, 14.05.2014-cü il tarixli, 054-360- 14 saylı "Kredit müqaviləsi" üzrə hər gün illik 18 faizlə, 14.05.2014-cü il tarixli, 053-225-14 saylı "Kredit müqaviləsi" üzrə hər gün illik 7 faizlə, 24.12.2014-cü il tarixli, 120-720-14 saylı "Kredit xətti müqaviləsi" üzrə hər gün illik 18 faizlə hesablanır. Həmin müqavilələrin 3.2-ci bəndlərinə əsasən, kredit üzrə faizlər bu müqavilənin 2.3-cü bəndində nəzərdə tutulan tarixdən hesablanır və hər ayın 30-u tarixindən gec olmayaraq "Borcalan" tərəfindən "Bank"a ödənilir. Həmin müqavilələrin 3.3-cü bəndlərinə əsasən, kredit üzrə vaxtı keçmiş borc əmələ gəldikdə, "Borcalan" "Bank"a vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün faiz dərəcəsindən əlavə 04.02.2011-ci il tarixli, 03-720-11 saylı "Kredit xətti müqaviləsi" üzrə 12% (cəmi 24%), 27.05.2013-cü il tarixli, 43- 604-13 saylı "Kredit müqaviləsi" üzrə 22% (cəmi 44%), 30.12.2013-cü il tarixli, 175-360-13 saylı "Kredit xətti müqaviləsi" üzrə 18% (cəmi 36%), 14.05.2014-cü il tarixli, 054-360-14 saylı "Kredit müqaviləsi" üzrə 18% (cəmi 36%) hesablanan cərimə faizləri ödəməlidir. 14.05.2014-cü il tarixli, 053-225-14 saylı "Kredit müqaviləsi" üzrə borcalan bu müqavilənin 3.1-ci bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kreditin və faizinin ödənilməmiş hissəsinə görə kredit üzrə faiz dərəcəsinin ikiqat miqdarında dəbbə pulu ödəməlidir. 24.12.2014-cü il tarixli, 120-720-14 saylı "Kredit xətti müqaviləsi" üzrə borcalan bu müqavilənin 3.1-ci bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kreditin və faizinin ödənilməmiş hissəsinə görə kredit üzrə faiz dərəcəsinin ikiqat miqdarında dəbbə pulu ödəməlidir. Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, o, bankla bağladığı müqavilələrin şərtlərini pozaraq, ödənişlərini vaxtlı-vaxtında etməmişdir. Bunun nəticəsində borclunun banka 11.06.2021-ci il tarixinə olan borcu 04.02.2011-ci il tarixli, 03- 720-11 saylı "Kredit xətti müqaviləsi" üzrə ******* manat faiz borcu, ******* manat cərimə borcu, ümumilikdə ******* manat məbləğində kredit borcu, 27.05.2013-cü il tarixli, 43-604- 13 saylı "Kredit müqaviləsi" üzrə ******* manat məbləğində faiz borcu, ******* manat cərimə borcu, ümumilikdə ******* manat məbləğində kredit borcu, 30.12.2013-cü il tarixli, 175-360- 13 saylı "Kredit xətti müqaviləsi" üzrə 425500 manat məbləğində faiz borcu, 492000 manat cərimə borcu, ümumilikdə 917500 manat məbləğində kredit borcu, 14.05.2014-cü il tarixli, 054-360-14 saylı "Kredit müqaviləsi" üzrə 1648501,43 manat məbləğində faiz borcu, 1906222,19 manat cərimə borcu, ümumilikdə 3554723,62 manat məbləğində kredit borcu, 14.05.2014-cü il tarixli, 053-225-14 saylı "Kredit müqaviləsi" üzrə 848872,50 manat məbləğində faiz borcu, 981540 manat, ümumilikdə 1830412,50 manat məbləğində kredit borcu, 24.12.2014-cü il tarixli, 120-720-14 saylı "Kredit xətti müqaviləsi" üzrə 650729,72 manat məbləğində faiz borcu, 704648,25 manat cərimə borcu, ümumilikdə 1355377,97 manat məbləğində kredit borcu təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə şifahi formada, həmçinin yazılı "Bildiriş"lərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan "Kredit müqaviləsi" üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Məlumat üçün bildirir ki, Azərbaycan Respublikası Mərkəzi X5 27 yanvar 2016-cı il tarixli, 07/1 saylı qərarı ilə "X8", ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziya ləğv edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi 11 avqust 2016-cı tarixli, 2-1 (102)-1471/2016 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 10.05.2016-cı il tarixli qərarını dəyişdirilmədən saxlamış və "X8" ASC müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılmışdır. Eləcə də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust 2016-cı il tarixli, 2-1(81)1594/2016 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu İddiaçı-yə ləğvedici təyin olunmuşdur. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsuinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin direktoru X4 məhkəmə iclasında iddia barədə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: 04.02.2011-ci il tarixli, 03-720-11 saylı "Kredit xətti müqaviləsi"ndən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvan 4 ünvanında inşa edilən 17 mərtəbəli işgüzar mərkəzin tikintisi üçün 24 ay müddətinə, illik 12 faiz hesablanmaqla kredit xətti açılaraq, 10000000 manat məbləğində kredit verilmişdir. 27.05.2013-cü il tarixli, 43-604-13 saylı "Kredit müqaviləsi"ndən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə dövriyyə vəsaitlərinin artırılması üçün 604 gün müddətinə, illik 22 faiz hesablanmaqla, ******* manat məbləğində kredit verilmişdir. 09.07.2013-cü il tarixli 1 saylı Əlavədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş kredit vəsaitinin miqdarı ******* manat artırılaraq, ******* manat həcmində müəyyən edilmişdir. 01.11.2013-cü il tarixli 2 saylı Əlavədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş kredit vəsaitinin miqdarı ******* manat artırılaraq, ******* manat həcmində müəyyən edilmişdir. 07.02.2014-cü il tarixli 3 saylı Əlavədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış kredit üzrə faiz dərəcəsi Razılaşma imzalandığı tarixdən 22%-dən 18% dərəcəsinə endirilmişdir. 30.12.2013-cü il tarixli, 175-360-13 saylı "Kredit xətti müqaviləsi"ndən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə dövriyyə vəsaitlərinin artırılması üçün 12 ay müddətinə, illik 18 faiz hesablanmaqla kredit xətti açılaraq, 500000 manat məbləğində kredit verilmişdir. 07.02.2014-cü il tarixli 1 saylı Əlavədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş kredit vəsaitinin miqdarı 500000 manat artırılaraq, ******* manat həcmində müəyyən edilmişdir. 14.05.2014-cü il tarixli, 054-360-14 saylı "Kredit müqaviləsi"ndən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə dövriyyə vəsaitlərinin artırılması üçün 12 ay müddətinə, illik 18 faiz hesablanmaqla, ******* manat məbləğində kredit verilmişdir. 02.10.2014-cü il tarixli 1 saylı Əlavədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş kredit vəsaitinin miqdarı ******* manat artırılaraq, ******* manat həcmində müəyyən edilmişdir. 01.12.2014-cü il tarixli 2 saylı Əlavədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş kredit vəsaitinin miqdarı ******* manat artırılaraq, ******* manat həcmində müəyyən edilmişdir. 14.05.2014-cü il tarixli, 053-225-14 saylı "Kredit müqaviləsi"ndən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə dövriyyə vəsaitlərinin artırılması üçün 225 gün müddətinə, illik 7 faiz hesablanmaqla, ******* manat məbləğində kredit verilmişdir. 24.12.2014-cü il tarixli, 120-720-14 saylı "Kredit xətti müqaviləsi"ndən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə dövriyyə vəsaitlərinin artırılması üçün 24 ay müddətinə, illik 18 faiz hesablanmaqla kredit xətti açılaraq, ******* manat məbləğində kredit verilmişdir. 24.12.2014-cü il tarixli, 058-720-14 saylı "İpoteka müqaviləsi"ndən görünür ki, 24.12.2014-cü il tarixli, 120-720-14 saylı "Kredit xətti müqaviləsi"nin təminatı qismində, cavabdeh "xxxx" MMC-yə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16.12.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışına əsasən tam xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, İpoteka müqaviləsi bağlanarkən 100000 manat dəyərində qiymətləndirilmiş Quba şəhərində yerləşən 14,198557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi banka ipotekaya qoyulmuşdur. 13.01.2015-ci il tarixli, RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, 24.12.2014cü il tarixli, 120-720-14 saylı "Kredit xətti müqaviləsi"nin təminatı qismində, cavabdeh "xxxx" MMC-yə tam xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Quba şəhərində yerləşən 14,198557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ipoteka yüklülüyü iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 17 iyun 2021-ci il tarixli **********197 saylı, **********194 saylı, **********189 saylı, **********192 saylı, **********191 saylı və **********195 saylı maliyyə arayışlarından görünür ki, cavabdehin iddiaçıya olan borcu, 04.02.2011-ci il tarixli, 03-720-11 saylı "Kredit xətti müqaviləsi" üzrə ******* manat faiz borcu, ******* manat cərimə borcu, ümumilikdə ******* manat məbləğində kredit borcu, 27.05.2013-cü il tarixli, 43-604-13 saylı "Kredit müqaviləsi" üzrə ******* manat məbləğində faiz borcu, ******* manat cərimə borcu, ümumilikdə ******* manat məbləğində kredit borcu, 30.12.2013-cü il tarixli, 175-360-13 saylı "Kredit xətti müqaviləsi" üzrə 425500 manat məbləğində faiz borcu, 492000 manat cərimə borcu, ümumilikdə 917500 manat məbləğində kredit borcu, 14.05.2014-cü il tarixli, 054-360-14 saylı "Kredit müqaviləsi" üzrə 1648501,43 manat məbləğində faiz borcu, 1906222,19 manat cərimə borcu, ümumilikdə 3554723,62 manat məbləğində kredit borcu, 14.05.2014-cü il tarixli, 053-225-14 saylı "Kredit müqaviləsi" üzrə 848872,50 manat məbləğində faiz borcu, 981540 manat, ümumilikdə 1830412,50 manat məbləğində kredit borcu, 24.12.2014-cü il tarixli, 120-720-14 saylı "Kredit xətti müqaviləsi" üzrə 650729,72 manat məbləğində faiz borcu, 704648,25 manat cərimə borcu, ümumilikdə 1355377,97 manat məbləğində kredit borcu təşkil edir. Bakı Kommersiya Məhkəməsinin 27.10.2020-ci il tarixli 2-2(113)-337/2020 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertiza qarşısında Ləğv prosesində olan "X8" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış 04.02.2011-ci il tarixli, 03-720-11 saylı və 30.12.2013-cü il tarixli, 175- 360-13 saylı Kredit xətti müqavilələrinin, 24.12.2014-cü il tarixli 120-720-14 saylı, 14.05.2014-cü il tarixli 054-360-14 saylı, 27.05.2013-cü il tarixli, 43-604-13 saylı və 14.05.2014-cü il tarixli, 053-225-14 saylı Kredit müqavilələrinin bitmə tarixlərinə bütün ödənişlər nəzərə alınmaqla "xxxx" Mənzil-Tikinti Kooperativinin əsas və faiz borcları üzrə borc qalıqlarının nə qədər təşkil etməsi barədə suallar qoyularaq, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.04.2021-ci il tarixli 9/348 saylı rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış, maliyyə arayışı məlumatları və 04.02.2011-ci il tarixli, 03-720-11 saylı kredit (xətti) müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh2 Mənzil-Tikinti Koopertivinin 22.01.2013-cü il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı-nə 6.353.332,66 manat məbləğində borcu, o cümlədən: əsas borc üzrə 6.000.000,00 manat, faiz borcu üzrə 353.332,66 manat müəyyən olunur. Həmçinin hesabdan çıxarış və maliyyə arayışı məlumatlarından göründüyü kimi, 04.02.2011-ci il tarixli, 03-720-11 saylı kredit müqaviləsi üzrə 23.05.2013-cü il tarixdən 30.06.2015-ci il tarixədək ümumilikdə 1.906.000,00 manat məbləğində ödəniş edilmişdir. 1.906.000 manat məbləğində ödəniş nəzərə alındığı təqdirdə 4.447.332,66 manat (6.353.332,66 - 1.906.000,00) məbləğində borcu qalacaqdır, o cümlədən əsas borc 4.447.332,66 manat, faiz borcu 0,00 manat, 24.12.2014-cü il tarixli, 120-720-14 saylı kredit (xətti) müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh2 Mənzil-Tikinti Koopertivinin 24.12.2016-cı il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı-nə 1.871.675,75 manat məbləğində borcu, o cümlədən əsas borc üzrə 1.477.250,00 manat, faiz borcu üzrə 394.425,75 manat, 14.05.2014-cü il tarixli, 054-360-14 saylı kredit (xətti) müqaviləsi, 02 oktyabr 2014-ci il tarixli, 1 saylı Razılaşma və 01.12.2014-cü il tarixli, 2 saylı Razılaşmada qeyd olunan şərtlərə əsasən Cavabdeh2 Mənzil-Tikinti Koopertivinin 14.05.2015-ci il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı-nə 4.141.429,39 manat məbləğində borcu, o cümlədən əsas borc üzrə 3.827.006,34 manat, faiz borcu üzrə 314.423,05 manat müəyyən olunur. Həmçinin hesabdan çıxarış və maliyyə arayışı məlumatlarından göründüyü kimi, 14.05.2014-cü il tarixli, 054-360-14 saylı kredit müqaviləsi üzrə 30.06.2016-cı il tarixdə 402.444,19 manat məbləğində ödəniş aparılmış, 03.07.2015-ci il tarixdə isə 47.428,86 manat məbləğində kreditdən istifadə edilmişdir. Həmin məbləğlər nəzərə alındığı təqdirdə 3.738.985,20 manat (4.141.429,39 + 47.428,86 - 402.444,19) məbləğində, o cümlədən əsas borc 3.738.985,20 manat, faiz borcu 0,00 manat borcu qalacaqdır. 30.12.2013-cü il tarixli, 175-360-13 saylı kredit (xətti) müqaviləsi və 07.02.2014-cü il tarixli, 1 saylı Razılaşmada qeyd olunan şərtlərə əsasən Cavabdeh2 Mənzil-Tikinti Koopertivinin 30.12.2014-cü il tarixə (müqavilə müddətinin sonuna) İddiaçınə 1.016.250,00 manat məbləğində borcu, o cümlədən əsas borc üzrə 1.000.000,00 manat, faiz borcu üzrə 16.250,00 manat müəyyən olunur. Həmçinin hesabdan çıxarış və maliyyə arayışı məlumatlarından göründüyü kimi, 30.12.2013-cü il tarixli, 175-360-13 saylı kredit müqaviləsi üzrə 30.06.2015-ci il tarixdə 106.000 manat məbləğində ödəniş edilmişdir. Həmin ödəniş nəzərə alındığı təqdirdə 910.250 manat (1.016.250,00 – 106.000) məbləğində, o cümlədən əsas borc 910.250,00 manat, faiz borcu 0,00 manat borcu qalacaqdır. 27.05.2013-cü il tarixli, 43-604-13 saylı kredit (xətti) müqaviləsi, 09.07.2013-cü il tarixli, 1 saylı Razılaşma, 01.11.2013-cü il tarixli, 2 saylı Razılaşma və 07.02.2014-cü il tarixli, 3 saylı Razılaşmada qeyd olunan şərtlərə əsasən Cavabdeh2 Mənzil-Tikinti Koopertivinin 04.02.2015-ci il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı-nə 8.299.498,46 manat məbləğində borcu, o cümlədən əsas borc üzrə 8.000.000,00 manat, faiz borcu üzrə 299.498,46 manat müəyyən olunur. Həmçinin hesabdan çıxarış və maliyyə arayışı məlumatlarından göründüyü kimi, 27.05.2013-cü il tarixli, 43-604-13 saylı kredit müqaviləsi üzrə 30.06.2015-ci il tarixdə 848.000 manat məbləğində ödəniş edilmişdir. Həmin ödəniş nəzərə alındığı təqdirdə 7.451.498,26 manat (8.299.498,46 - 848.000,00) məbləğində, o cümlədən əsas borc 7.451.498,26 manat, faiz borcu 0,00 manat borcu qalacaqdır. 14.05.2014-cü il tarixli, 053-225-14 saylı kredit (xətti) müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh2 Mənzil-Tikinti Koopertivinin 29.12.2014-cü il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı-nə 5.161.920,00 manat məbləğində borcu, o cümlədən əsas borc üzrə 5.130.000 manat, faiz borcu üzrə 31920 manat müəyyən olunur. Həmçinin hesabdan çıxarış və maliyyə arayışı məlumatlarından göründüyü kimi, 14.05.2014-cü il tarixli, 053-225-14 saylı kredit müqaviləsi üzrə 30.06.2015-ci il tarixdə 211.470 manat məbləğində ödəniş edilmişdir. Həmin ödəniş nəzərə alındığı təqdirdə 4.950.450,20 manat (5.161.920,00 - 211.470,00) məbləğində, o cümlədən əsas borc üzrə 4.950.450,20 manat, faiz borcu üzrə 0,00 manat borcu qalacaqdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin, cavabdehin direktorunun izahatlarını dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı tərəfindən 04.02.2011-ci il tarixli, 03-720-11 saylı "Kredit xətti müqaviləsi"nə əsasən Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvan 4 ünvanında inşa edilən 17 mərtəbəli işgüzar mərkəzin tikintisi üçün 24 ay müddətinə, illik 12 faiz hesablanmaqla kredit xətti açılaraq, 10000000 manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən 27.05.2013-cü il tarixli, 43-604-13 saylı "Kredit müqaviləsi"nə əsasən Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə dövriyyə vəsaitlərinin artırılması üçün 604 gün müddətinə, illik 22 faiz hesablanmaqla, ******* manat məbləğində kredit verilmişdir. 09.07.2013-cü il tarixli 1 saylı Əlavə ilə iddiaçı tərəfindən Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş kredit vəsaitinin miqdarı ******* manat artırılaraq, ******* manat həcmində müəyyən edilmişdir. 01.11.2013-cü il tarixli 2 saylı Əlavə ilə iddiaçı tərəfindən Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş kredit vəsaitinin miqdarı ******* manat artırılaraq, ******* manat həcmində müəyyən edilmişdir. 07.02.2014-cü il tarixli 3 saylı Əlavə ilə iddiaçı tərəfindən Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış kredit üzrə faiz dərəcəsi Razılaşma imzalandığı tarixdən 22%-dən 18% dərəcəsinə endirilmişdir. İddiaçı tərəfindən 30.12.2013-cü il tarixli, 175-360- 13 saylı "Kredit xətti müqaviləsi"nə əsasən Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə dövriyyə vəsaitlərinin artırılması üçün 12 ay müddətinə, illik 18 faiz hesablanmaqla kredit xətti açılaraq, 500000 manat məbləğində kredit verilmişdir. 07.02.2014-cü il tarixli 1 saylı Əlavə ilə İddiaçı tərəfindən Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş kredit vəsaitinin miqdarı 500000 manat artırılaraq, ******* manat həcmində müəyyən edilmişdir.İddiaçı tərəfindən 14.05.2014-cü il tarixli, 054-360-14 saylı "Kredit müqaviləsi"nə əsasən Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə dövriyyə vəsaitlərinin artırılması üçün 12 ay müddətinə, illik 18 faiz hesablanmaqla, ******* manat məbləğində kredit verilmişdir. 02.10.2014-cü il tarixli 1 saylı Əlavə ilə iddiaçı tərəfindən Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş kredit vəsaitinin miqdarı ******* manat artırılaraq, ******* manat həcmində müəyyən edilmişdir. 01.12.2014-cü il tarixli 2 saylı Əlavə ilə iddiaçı tərəfindən Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş kredit vəsaitinin miqdarı ******* manat artırılaraq, ******* manat həcmində müəyyən edilmişdir. İddiaçı tərəfindən 14.05.2014-cü il tarixli, 053-225-14 saylı "Kredit müqaviləsi"nə əsasən Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə dövriyyə vəsaitlərinin artırılması üçün 225 gün müddətinə, illik 7 faiz hesablanmaqla, ******* manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən 24.12.2014-cü il tarixli, 120-720-14 saylı "Kredit xətti müqaviləsi"nə əsasən Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə dövriyyə vəsaitlərinin artırılması üçün 24 ay müddətinə, illik 18 faiz hesablanmaqla kredit xətti açılaraq, ******* manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 24.12.2014-cü il tarixli, 058-720-14 saylı "İpoteka müqaviləsi"nə əsasən 24.12.2014-cü il tarixli, 120-720-14 saylı "Kredit xətti müqaviləsi"nin təminatı qismində, cavabdeh "xxxx" MMC-yə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16.12.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışına əsasən tam xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, İpoteka müqaviləsi bağlanarkən 100000 manat dəyərində qiymətləndirilmiş Quba şəhərində yerləşən 14,198557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi banka ipotekaya qoyulmuş və ipoteka yüklülüyü iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 13.01.2015-ci il tarixli, RX seriyalı, ******* saylı Çıxarışla rəsmiləşdirilmişdir. Cavabdehin iddiaçıya olan borcu, 04.02.2011-ci il tarixli, 03-720-11 saylı "Kredit xətti müqaviləsi" üzrə ******* manat faiz borcu, ******* manat cərimə borcu, ümumilikdə ******* manat məbləğində kredit borcu, 27.05.2013-cü il tarixli, 43-604-13 saylı "Kredit müqaviləsi" üzrə ******* manat məbləğində faiz borcu, ******* manat cərimə borcu, ümumilikdə ******* manat məbləğində kredit borcu, 30.12.2013-cü il tarixli, 175-360-13 saylı "Kredit xətti müqaviləsi" üzrə 425500 manat məbləğində faiz borcu, 492000 manat cərimə borcu, ümumilikdə 917500 manat məbləğində kredit borcu, 14.05.2014-cü il tarixli, 054-360-14 saylı "Kredit müqaviləsi" üzrə 1648501,43 manat məbləğində faiz borcu, 1906222,19 manat cərimə borcu, ümumilikdə 3554723,62 manat məbləğində kredit borcu, 14.05.2014-cü il tarixli, 053-225-14 saylı "Kredit müqaviləsi" üzrə 848872,50 manat məbləğində faiz borcu, 981540 manat, ümumilikdə 1830412,50 manat məbləğində kredit borcu, 24.12.2014-cü il tarixli, 120-720- 14 saylı "Kredit xətti müqaviləsi" üzrə 650729,72 manat məbləğində faiz borcu, 704648,25 manat cərimə borcu, ümumilikdə 1355377,97 manat məbləğində kredit borcu təşkil edir. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir. Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin kredit müqavilələri üzrə iddiaçıya əsas kredit məbləğinə hesablanmış faiz və ödənişlərin gecikdirilməsinə görə hesablanmış cərimə üzrə borcları qalmışdır. İş materiallarında olan kredit müqavilələrinə əsasən Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti kredit məbləğlərinə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əsas kredit məbləğlərinə hesablanmış faiz borcları əsaslı olduğuna görə Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb iddiaçı ilə Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış kredit müqavilələrindən irəli gəlir. Belə ki, müqavilələrə əsasən Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti kredit və ona hesablanmış faizlərin ödənilməsinin gecikdirilməsinə görə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan 04.02.2011-ci il tarixli, 03-720-1 saylı kredit xətti müqaviləsi üzrə ******* manat, 24.12.2014-cü il tarixli, 120-720-14 saylı “Kredit xətti müqaviləsi” üzrə 704648,25 manat, 14.05.2014-cü il tarixli, 054-360-14 saylı “Kredit müqaviləsi” üzrə 1906222,19 manat, 30.12.2013-cü il tarixli, 175-360-13 saylı “Kredit xətti müqaviləsi” üzrə 492000 manat, 27.05.2013-cü il tarixli, 43-604-13 saylı “Kredit müqaviləsi” üzrə ******* manat, 14.05.2014cü il tarixli, 053-225-14 saylı “Kredit müqaviləsi” üzrə 981540 manat dəbbə pulu məbləğləri yaranmış borc məbləğlərinə görə tənasübsüz surətdə yüksək məbləğlər olduqlarından, onların məbləğlərini azaldaraq 04.02.2011-ci il tarixli, 03-720-1 saylı kredit xətti müqaviləsi üzrə 60.000 manat, 24.12.2014-cü il tarixli, 120-720-14 saylı “Kredit xətti müqaviləsi” üzrə 50.000 manat, 14.05.2014-cü il tarixli, 054-360-14 saylı “Kredit müqaviləsi” üzrə 50.000 manat, 30.12.2013-cü il tarixli, 175-360-13 saylı “Kredit xətti müqaviləsi” üzrə 50.000 manat, 27.05.2013-cü il tarixli, 43-604-13 saylı “Kredit müqaviləsi” üzrə 50.000 manat, 14.05.2014-cü il tarixli, 053-225-14 saylı “Kredit müqaviləsi” üzrə 50.000 manat hədlərində müəyyən edilməklə Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulması ədalətlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin ödənilməsi üçün tutmanın tərəflər arasında bağlanmış 24.12.2014-cü il tarixli, 058-720-14 saylı İpoteka Müqaviləsi ilə yüklü edilmiş Quba şəhərində yerləşən 14,198557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi barədə iddiaçının iddia tələbi cavabdehlərin müqavilələr üzrə götürdüyləri öhdəlikləri icra etmədiylərinə və ya lazımınca icra etmədiylərinə görə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətindən 04.02.2011-ci il tarixli, 03-720-1 saylı kredit xətti müqaviləsi üzrə ******* manat faiz borcu, 60.000 manat cərimə borcu, 24.12.2014-cü il tarixli, 120-720-14 saylı “Kredit xətti müqaviləsi” üzrə 650729,72 manat məbləğində faiz borcu, 50.000 manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləği tutulub iddiaçının xeyrinə ödənilməli, 24.12.2014-cü il tarixli, 120-720-14 saylı “Kredit xətti müqaviləsi” üzrə ödəmə, ilkin likvid qiyməti 100.000 manat müəyyən edilməklə 04.02.2011-ci il tarixli, 03-720-11 saylı “Kredit xətti müqaviləsi”nin təminatı qismində, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16.12.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışına əsasən tam xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Quba şəhəri ünvanında 14,198557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yönəldilməli, həmin ipoteka predmeti açıq hərracdan satılmalı, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməli və ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətinə boşaldılmalı, Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətindən 14.05.2014-cü il tarixli, 054-360-14 saylı “Kredit müqaviləsi” üzrə 1648501,43 manat məbləğində faiz borcu, 50.000 manat cərimə borcu, 30.12.2013-cü il tarixli, 175-360-13 saylı “Kredit xətti müqaviləsi” üzrə 425500 manat məbləğində faiz borcu, 50.000 manat cərimə borcu, 27.05.2013-cü il tarixli, 43-604- 13 saylı “Kredit müqaviləsi” üzrə ******* manat məbləğində faiz borcu, 50.000 manat cərimə borcu, 14.05.2014-cü il tarixli, 053-225-14 saylı “Kredit müqaviləsi” üzrə 848872,50 manat məbləğində faiz borcu, 50.000 manat tutulub iddiaçının xeyrinə ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 48,15 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 14,44 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 15,56 manat məbləği isə iddiaçıya aid edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 150 manat məbləğində ekspertiza xərclərinin 72,22 manat məbləği cavabdehdən, qalan 77,78 manat məbləği isə iddiaçıdan tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətindən 04.02.2011-ci il tarixli, 03-720-1 saylı kredit xətti müqaviləsi üzrə ******* manat faiz borcu, 60.000 manat cərimə borcu, 24.12.2014-cü il tarixli, 120-720-14 saylı “Kredit xətti müqaviləsi” üzrə 650729,72 manat məbləğində faiz borcu, 50.000 manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləği tutulub Ləğv prosesində olan "X8" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. 24.12.2014-cü il tarixli, 120-720-14 saylı “Kredit xətti müqaviləsi” üzrə ödəmə, ilkin likvid qiyməti 100.000 manat müəyyən edilməklə 04.02.2011-ci il tarixli, 03-720-11 saylı “Kredit xətti müqaviləsi”nin təminatı qismində, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16.12.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışına əsasən tam xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Quba şəhəri ünvanında 14,198557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yönəldilsin, həmin ipoteka predmeti açıq hərracdan satılsın, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün Ləğv prosesində olan "X8" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin və ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətinə boşaldılsın. Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətindən 14.05.2014-cü il tarixli, 054-360-14 saylı “Kredit müqaviləsi” üzrə 1648501,43 manat məbləğində faiz borcu, 50.000 manat cərimə borcu, 30.12.2013-cü il tarixli, 175-360-13 saylı “Kredit xətti müqaviləsi” üzrə 425500 manat məbləğində faiz borcu, 50.000 manat cərimə borcu, 27.05.2013-cü il tarixli, 43-604-13 saylı “Kredit müqaviləsi” üzrə ******* manat məbləğində faiz borcu, 50.000 manat cərimə borcu, 14.05.2014-cü il tarixli, 053-225-14 saylı “Kredit müqaviləsi” üzrə 848872,50 manat məbləğində faiz borcu, 50.000 manat tutulub Ləğv prosesində olan "X8" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 14,44 manat məbləği Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq Ləğv prosesində olan "X8" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, qalan 15,56 manat məbləği Ləğv prosesində olan "X8" Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 150 manat məbləğində ekspertiza xərclərinin 72,22 manat məbləği Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətindən, qalan 77,78 manat məbləği isə Ləğv prosesində olan "X8" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar