Məhkəmə qərarları › İş №2-2(113)-50/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-50/2020

24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-50/2020 24.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçıxxxxxxxxxxxxxxxxxx“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC-dən xx xxxxxx 2018-ci il tarixli 02 saylı müqavilə üzrə ödəməli olduğu 8850 manatın, hüquqi yardım üçün ödənilmiş 200 manatın, məhkəməyə müraciət etmək üçün iddia ərizəsinə əlavə edilmiş sənədlərin notarial təsdiq edilməsi üçün ödənilmiş 27 manat dövlət rüsumunun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında xx.xx.2018-ci il tarixində 02 saylı müqavilə imzalanmış və müqavilənin predmeti icraçının 8850 manat müqabilində (ƏDV daxil) sifarişçi üçün kotirovka sorğusu əsasında göstərilmiş rəsmi internet saytının yaradılması olmuşdur. Müqavilənin mətnindəki şərt və müddəalarda müqavilənin predmetinin (internet saytın yaradılması) ətraflı təsvir verilmədiyinə görə, 2.2-ci bəndin tələblərinə uyğun olaraq, müqavilənin tərkib hissəsi olan Kotirovka sorğusu şərtləri əsas tutulmuş və sorğuda göstərilən aşağıdakı 7 texniki tələb əsas götürülərək, icraçı tərəfindən bu tələblərin hər biri internet saytın yaradılıması zamanı təmin edilmişdir: 1) Uİ/UX qaydalarına əməl olunmaqla “Sketch” proqram təminatında dizaynın hazırlanması; 2) Dizayn dəyişməzdən əvvəl istifadəçi hesabatlarının yaradılması; 3) HTML kodlaşdırma, mobile və iş masasında dizaynda olduğu kimi işləməlidir. Google Chrome, Safari, Mozilla, İE 9+ və Edge brauzerlərini dəstəkləməlidir; 4) Arxa tərəfi PHP/Laravel Framework 5.4 işləməlidir. CMS sıfırdan hazır olmalıdır. CMS-in dizaynı da hazır olmalıdır. Bütün təhlükəsizlik məsələləri nəzərə alınmalıdır. Təhlükəsizlik tələbləri Xüsusi Dövlət Mühafizə Xidmətinin internet saytında tanış ola bilərsiniz. Admin panel aşağıdakı modullardan ibarət olmalıdır: 5) inteqrasiya modulu, xəbərlər modulu, banner modulu, ACL modulu, analitika modulu – İcraçı tərəfindən tam təmin edilmişdir; Qeyd: Tərəflər arasında müqavilə imzalandıqdan sonra keçirilən görüşdə müəyyən edilmişdir ki, Sifarişçinin Kotirovka sorğusunda əks olunmuş tələblərdə çatışmazlıqlar mövcuddur. Belə ki, yuxarıda qeyd edilən və Kotirovka sorğusunda tələb edilən modullar deyil, İcraçı tərəfindən fərqli modulların işlənib-hazırlanması Sifarişçi tərəfindən xahiş edilmişdir. Bu yeni modulların siyahısı: Haqqımızda, Struktur, Xəbərlər, Layihələr, Şirkətlər və onların profilləri, Əlaqə. Göründüyü kimi, internet saytın strukturu müqavilə imzlandıqdan sonra Sifarişçi tərəfindən tamamilə dəyişdirilmişdir. Bunun nəticəsində İcraçıya əlavə vaxt və resurslar cəlb edilməsi səbəbindən əlavə maliyyə sərfiyyatı yaransa da, perspektiv əməkdaşlıq nəzərə alınaraq, bütün yeni tələblər heç bir əlavə ödəniş tələb edilmədən İcraçı tərəfindən qəbul edilmiş və dərhal internet səhifənin hazırlanmasına başlanmışdır. Bütün bu işlər İcraçı tərəfindən müqavilədə nəzərdə tutulan vaxt ərzində yerinə yetirilmiş və icra müqaviləyə uyğun olaraq, tam təmin edilmişdir. Layihənin icra prosesində bu tələbin (internet səhifəsinin strukturu) yerinə yetirilməməsi ilə bağlı Sifarişçi tərəfindən İcraçıya heç bir yazılı və ya şifahi pretenziya irəli sürülməmişdir. 6) Bütün kodlar testdən keçirilməlidir. Testlər Selery ilə avtomatlaşdırılmış şəkildə keçməlidir; 7) Məlumat bazası MySQL DB 5.4+ istifadə oluna bilər. İşə başlamazdan əvvəl ERD təqdim olunmalıdır. 8) Saytın yaradılması ilə bağlı xidmətlər satınalma müqaviləsi bağlandıqdan sonra ən geci 2 ay ərzində yekunlaşıb təhvil verilməlidir – İcraçı tərəfindən tam təmin edilmişdir. Veb sayt İcraçı tərəfindən Sifarişçiyə vaxtından əvvəl, xx xxxx 2018-ci il tarixində təhvil verilmişdir (İcraçının layihə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən Sifarişçinin layihə üzrə səlahiyyətli nümayəndəsinə göndərilmiş və qarşı tərəfdən qəbul edilməsini təsdiq edən e-mail əlavə olunur). Əlavə olaraq qeyd edilir ki, 1,2,3,4,5 və 6-cı bəndlər üzrə də tələblər icraçı tərəfindən tam təmin edilmiş və layihənin icra prosesində bu tələbin yerinə yetirilməməsi ilə bağlı Sifarişçi tərəfindən İcraçıya heç bir yazılı və ya şifahi pretenziya irəli sürülməmişdir. Sifarişçi tərəfindən irəli sürülmüş yuxarıda qeyd edilən texniki şərtlər İcraçı tərəfindən tam təmin edilərək, internet saytı İcraçı tərəfindən Sifarişçiyə müqavilə üzrə müəyyən edilmiş vaxtdan əvvəl, yəni xx xxxx 2018-ci il tarixdə təhvil verilməsinə baxmayaraq, Sifarişçinin layihə üzrə səlahiyyətli nümayəndəsi xx xxxx 2018-ci il və xx xxxxx 2018-ci il tarixlərində e-mail vasitəsilə müqavilənin yuxarıda qeyd olunan 7 texniki şərtinə əlavə olaraq, müqavilə və kotirovka sorğusu ilə nəzərdə tutulmayan müvafiq olarq yeni 13 və 8 tələbin yerinə yetirilməsini xahiş etmişdir (e-mail əlavə olunub). Tərəflər arasında gələcək əməkdaşlıq perspektivləri nəzərə alınaraq, müqavilənin tərkib hisəssi olmayan bu yeni tələblər də İcraçı tərəfindən qısa zaman ərzində təmin edilmiş, daha sonra xx xxxxx 2018ci il tarixində sistemin nəzərdən keçirilməsi sifarişçidən e-mail vasitəsilə xahiş edilmiş, Sifarişçi internet saytla bağlı daha heç bir əlavə tələblərinini olmadığını şifahi olaraq təsdiqləmiş və Sifarişçinin xx xxxxx 2018-ci il tarixində icraçının səlahiyyətli nümayəndəsinə elektron poçt məktubla edilən xahişinə əsasən, veb sayt CD disk formatında xxxx-nin nümayəndəsinə təqdim edildikdən sonra normal olaraq 16 gün ərzində xxxx-da testlərdən keçirilmişdir. İddiaçı hesab edir ki, hazırlanmış internet saytı Sifarişçinin bütün tələblərinə cavab verməsə idi, onun təhlükəsizlik baxımından xxxx-yə təqdim edilməsinə Sifarişçi tərəfindən qərar verilməzdi. Beləliklə, tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 02 saylı müqavilə üzrə İcraçı üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmiş, cavabdeh - Sifarişçi isə öz növbəsində üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmış və həmiçinin sözügedən müqaviləyə birtərəfli xitam verməklə qanunvericiliyin tələblərini pozmuşdur. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi, Vəkil iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, sifarişçi tərəfindən müqavilədə nəzərdə tutulmayan əlavə tələblərin yerinə yetirilməsi, həmçinin Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə müraciət edilməsi və sözügedən qurumunun iddiaçının qarşısında qoyduğu tələblərin yerinə yetirilməsi rəsmi internet saytının müqavilədə nəzərdə tutulan müddətdən artıq olan müddətdən hazırlanmasına səbəb olmuşdur. Bununla yanaşı o bildirmişdir ki, ekspert rəyinə əsasən xx.xx.2018-ci il tarixdən etibarən ask.gov.az veb saytı xxxx serverlərində yerləşdirilmiş və İddiaçı MMC-nin yaratdığı interfeyslə yayımlanmasına başlanılmışdır. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASCnin nümayəndəsi X4 izahatında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəf ilə xx.xx.2018-ci il tarixdə müqavilə bağlanmış, lakin müqavilənin şərtlərinə uyğun 2 ay müddətində icraçı tərəfindən sifariş yerinə yetirmədiyinə görə İddiaçı MMC-yə xx.xx.2018ci il tarixdə rəsmi pretenziya məktubu göndərilmiş, lakin rəsmi cavab verilmədiyi üçün və ask.gov.az veb saytı hazır olub təhvil verilmədiyi üçün 30 may tarixində müqaviləyə 18-ci bəndinə əsasən xitam verilmiş və bu haqda iddiaçıya bildirilmiş göndərilmişdir. Daha sonra isə həmin ilin iyun ayında ask.gov.az veb saytın yaradılması ilə bağlı başqa şirkətlə müqavilə bağlanmış və həmin sifariş xx.xx.2018-ci il tarixdə icra edilib təhvil veriləndən sonra elə həmin tarixdən hazırki ask.gov.az veb saytın yayımlanması başlamışdır. Məhkəmədən qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq o, izahatında bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə ask.gov.az saytı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC tərəfindən təhvil alınmamış, ekspert rəyində isə onun yayılması kimi ifadəsi sadəcə olaraq İddiaçı MMC-nin əməkdaşları ask.gov.az saytını yoxlamaq məqsədi ilə test rejimində işlətmişlər. İddiaçı MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin nümayəndəsi, Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdə saat 15:30-da Şamaxı rayon Məhkəməsinin icraatında olan AMEA-nın N.Tusi adına X1 vəkili və nümayəndəsi olduğu mülki mübahisəsi üzrə işə baxılacağından, hazırki iddialarını müdafiə etməklə, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli, 008 nömrəli məktubdan görünür ki, İddiaçı MMC müqavilədə göstərilmiş bütün işləri 2 ay ərzində sifarişçiyə təhvil verilməsi şərti ilə 8850 manat (18% ƏDV nəzərə alınmaqla) olmaqla “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” satın alınmasını ASC-yə təklif etmişdir. xx.xx.2018-ci il tarixli, 02/04-61 nömrəli məktubdan görünür ki, İddiaçı MMC-nin 8850 manat qiymətində xx.xx.2018-ci il tarixli kotirovka təklifi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən qəbul olunmuş və xx.xx.2018-ci il tarixli 02 nömrəli satınalma müqaviləsinin imzalanması İddiaçı MMC-dən tələb olunmuşdur. xx.xx.2018-ci il tarixli, 02 nömrəli müqavilədən görünür ki, İddiaçıxxxxxxxx“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC aralarında aşağıdakı şərtlər daxilində razılığa gəlmişlər: - Sifarişçi - “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC kotirovka sorğusunda göstərilmiş rəsmi internet saytının yaradılması xidmətinin satın alınması üçün İcraçının - İddiaçı MMC-nin 8850 manat məbləğində (ƏDV daxil) kotirovka təklifini qəbul edir, İcraçı - İddiaçıxxxxxxxxxxxxxxxxxx“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC-nin rəsmi internet saytının müqavilədə və X2 nəzərdə tutulmuş şərtlər əsasında tam yaradıb Sifarişçiyə təhvil verilməsini öhdəsinə götürür, göstərilmiş xidmətlər Sifarişçinin kotirovka sorğusuna və müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, İcraçı aşkar olunan qüsurların müqavilədə göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir, Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında xidmətin İcraçıdan qəbul edilməsini və kotirovka sorğusunda nəzərdə tutulmuş qaydada təhvil alınmış xidmətin dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən aşağıdakı sənədlər bu müqavilənin ayrılmaz tərkib hisəssi hesab olunur. - Kotirovka sorğusu şərtləri; - İcraçının təklif zərfi və qiymət kotirovkası; - İcraçının təklifini təsdiq edən əsaslandırıcı sənədlər; - Kotirovka təklifinin aksept edilməsi barədə bildiriş. Həmin müqavilənin: 5.1-ci bəndinə əsasən İcraçı xidmətin göstərilməsi üzrə müqavilədə və kotirovka sorğusu şərtlərində nəzərdə tutulan öhdəlikləri yerinə yetirib rəsmi internet saytını Sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verilməlidir. 5.3-cü bəndinə əsasən Sifarişçi müqavilə üzrə təhvil verilmiş işlək və funksional vəziyyətdə olan rəsmi internet saytını təxirəsalınmadan (aşkar olunan qüsurların İcraçı tərəfindən aradan qaldırılması nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. 5.4-cü bəndinə əsasən Sifarişçi müqavilənin icrası ilə bağlı bütün məlumatların dəqiqliyinə və İcraçıya vaxtında çatdırılmasına təmint verir. Sifarişçi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC-nin rəsmi internet saytının yaradılması ilə bağlı xidmətin satın alınması barədə № 02 - xx xxxxxx 2018-ci il tarixli kotirovka sorğusundan görünür ki: 9) Uİ/UX qaydalarına əməl olunmaqla “Sketch” proqram təminatında dizayn hazırlanmalı; 10) Dizayn dəyişməzdən əvvəl istifadəçi hesabatları yaradılmalı; 11) HTML kodlaşdırma, mobile və iş masasında dizaynda olduğu kimi işləməlidir. Google Chrome, Safari, Mozilla, İE 9+ və Edge brauzerlərini dəstəkləməlidir; 12) Arxa tərəfi PHP/Laravel Framework 5.4 işləməlidir. CMS sıfırdan hazır olmalıdır. CMS-in dizaynı da hazır olmalıdır. Bütün təhlükəsizlik məsələləri nəzərə alınmalıdır. Təhlükəsizlik tələbləri Xüsusi Dövlət Mühafizə Xidmətinin internet saytında tanış ola bilərsiniz. Admin panel aşağıdakı modullardan ibarət olmalıdır: 13) inteqrasiya modulu, xəbərlər modulu, banner modulu, ACL modulu, analitika modulu; 14) Bütün kodlar testdən keçirilməlidir. Testlər Selery ilə avtomatlaşdırılmış şəkildə keçməlidir; 15) Məlumat bazası MySQL DB 5.4+ istifadə oluna bilər. İşə başlamazdan əvvəl ERD təqdim olunmalıdır. 16) Saytın yaradılması ilə bağlı xidmətlər satınalma müqaviləsi bağlandıqdan sonra ən geci 2 ay ərzində yekunlaşıb təhvil verilməlidir. İddiaçı MMC-nin səlahiyyətli əməkdaşları ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin səlahiyyətli əməkdaşlarının MMC-nin və ASC-nin rəsmi elektron poçtları (emailləri) vasitəsilə aralarında aparılan yazışmalardan həmçinin hər iki qurumun rəhbərlərinin aralarında aparılmış rəsmi yazışmalardan görünür ki: - İddiaçı MMC xx xxxx 2018-ci il tarixdə saytın hazırlanması işinin tamamlanması üçün “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə gün ərzində bütün feedback-lərini yazılı olaraq təqdim edilməsi üçün saytın public hissəsini (http://industry.neurontech.website) və adminstrativ hissəsini (http://industry.neurontech.website/admin) nəzərdən keçirilməsi üçün müvafiq linklər göndərilmiş, buna cavab olaraq həmin gün “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC cəmi 6 mərhələdən ibarət olan layihənin icra müddətinin 60 gün olduğunu, layihənin başa çatmasına 3 gün qalmasına baxmayaraq, layihənin hazırda 3-4-cü mərhələlərinin icra olunduğunu, təcili tədbir görülməyəcəyi təqdirdə 01 aprel tarixində müqavilənin şərtlərinə əməl olunmaması barədə məlumatları ASC-nin hüquq şöbəsinə ötürüləcəyi bildirilmiş, həmin gün İddiaçı MMC cavab olaraq ASC-yə layihənin icra müddətinin bitmədiyini, saytın yaradılması ilə bağlı ASC tərəfindən bir çox məsələlər barədə dəqiq məlumat verilmədiyi, sifarişçinin nə istədiyini tam dolğun formada icraçıya çatdırmalı olduğunu diqqətə çatdırmış; - “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC İddiaçı MMC-yə saytda bəzi dəyişikliklərin edilməsi ilə bağlı 30 mart və xx xxxxx 2018-ci il tarixləri arasında birinci dəfə əlavə 13 adda, daha sonra 8 adda ümumilikdə əlavə olaraq 21 adda qeydlər (tələblər) təqdim etmiş; - xx.xx.2018-ci il tarixli, 01/05-174 nömrəli xəbərdarlıq məktubundan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC İddiaçı MMC-yə müraciət edərək, məlum internet saytının göstərilmiş müddət ərzində (xx.xx.2018-ci ilədək) hazırlanmadığını, MMC tərəfindən müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyini, müqavilənin 14.1-ci yarımbəndinə əsasən cərimə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulduğunu xatırladaraq, xx.xx.2018-ci il tarixli 02 nömrəli müqavilənin şərtlərinə uyğun şəkildə ASCnin rəsmi internet saytının işlənib hazırlanması üzrə işləri müqavilə ilə nəzərdə tutulmuş müddət ərzində yerinə yetirməyi xahiş etmiş; - xx xxxxx 2018-ci il tarixdə əlavə təqdim edilən bütün qeydlərin öz həllini tapdığını və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən sistemi nəzərdən keçirib MMC-yə məlumat verilməsi xahiş edilmiş; - xx xxxxx 2018-ci il tarixdə xxxx-yə çatdırılması məqsədilə rəhbərlik tərəfindən gov.az domenindən baxılması üçün saytın son variantının ASC-yə göndərilməsi xahiş edilmiş və elə həmin gün proqram təminatı xxxx-yə təqdim olunması üçün MMC tərəfindən CD diskə köçürülmüş; - xx.xx.2018-ci il tarixli, 01/05-01-217 nömrəli məktubdan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin (xxxx) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə müraciət edərək, xxxx-nin sərəncamında olan Azərbaycan Respublikası dövlət orqanları informasiya resurslarının saxlanılması üçün nəzərdə tutulan xüsusi serverlerdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin “ask.gov.az” adlı informasiya resursunun yerləşdirilməsi üçün sərəncam verməsini xahiş etmiş; - 2018-ci il 27-29 aprel tarixlərində keçirilmiş ASK.ASDFGHJKL.GOV.AZ internet resursunun təhlükəsizlik auditinin nəticələrindən görünür ki, sözügedən saytda təhlükəsizlik riskinin yüksək kritiki olduğu aşkarlanmış və bir çox təhlükəsizlik çatışmazlıqlarının aradan qaldırılması tövsiyyə edilmişdir. - xx xxxxx 2018-ci il tarixdə ASC xxxx tərəfindən ask.gov.az saytının aparılmış auditinin nəticəsində təhlükəsizlik boşluqların aşkar edildiyini bildirmiş və səhvlərin aradan qaldırılaraq saytın yeni versiyasının göndərilməsi MMC-dən xahiş etmiş; - 2018-ci ilin 01 mayında ASC tərəfindən MMC-yə saytda olan dəyişikliklərlə bağlı xxxx-yə müraciət etməsi tövsiyyə olunmuş, 03 mayda audit nəticəsində yenidən problemlərin olduğu aşkar olunduğu MMC-yə bildirilmiş; 10 mayda yeni sayt yeni link (http://industry.myneuron.xyz/) vasitəsilə ASC-yə təqdim edilmiş; - xx.xx.2018-ci il tarixli, 01/05-322 nömrəli məktubdan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən İddiaçı MMC-yə xx.xx.2018-ci il tarixdə xəbərdarlıq məktubu göndərməsnə baxmayaraq, MMC tərəfindən müqavilə üzrə öhdəliklər icra olunmadığından müqavilənin 18-ci bəndini əsas götürülərək, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC İddiaçı” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 02 nömrəli müqaviləyə ASC tərəfindən xx xxx 2018-ci il tarixdə birtərəfli qaydada xitam verilmiş; - xx.xx.2018-ci il tarixli, 086 nömrəli məktubdan görünür ki, İddiaçı MMC “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə müraciət edərək, Kotirovka sorğusunda göstərilmiş 1,2,3,4,5 və 6-cı bəndlər üzrə tələblərin icraçı tərəfindən tam təmin edildiyini və layihənin icra prosesində bu tələbin yerinə yetirilməməsi ilə bağlı Sifarişçi tərəfindən İcraçıya heç bir yazılı və ya şifahi pretenziya irəli sürülmədiyini, 7-ci bəndin tələbinin də yəni saytın yaradılmasının icraçı tərəfindən tam təmin edildiyini, veb saytın icraçı tərəfindən sifarişçiyə vaxtından əvvəl, xx xxxx 2018-ci il tarixində təhvil verilməsinə baxmayaraq, sifarişçi tərəfindən həmin 7 texniki şərtə əlavə olaraq, yeni 13 tələbin yerinə yetirilməsini xahiş etdiyini, həmin tələblər də qısa zaman ərzində icraçı tərəfindən təmin edildiyini, lakin sifarişçinin səlahiyyətli nümayəndəsi xx xxxxx 2018-ci il tarixində 13 tələbə əlavə olaraq, yeni 8 tələbin də icraçı tərəfindən icra edilməsini xahiş etdiyini və bütün bunlar əlavə vaxt tələb etdiyindən xx xxxxx 2018-ci il tarixdə sifarişçinin səlahiyyətli nümayəndəsinin bütün (13+8) 21 əlavə istək və arzularını da yerinə yetirdiyini və e-mail vasitəsilə təsdiq edildiyini, daha sonra xx xxxxx 2018-ci il tarixdən xx xxx 2018-ci il tarixədək saytın xxxx tərəfindən nəzərdən keçirilərək təsdiq edilməsinin icraçının öhdəliklərinin vaxtında yerinə yetirməməsi kimi qiymətləndirilməsinin yol verilməzliyi və sözügedən müqavilənin birtərəfli qaydada xitam verilməsinin heç bir əsası olmadığını, xitam verilməsi təklifinin geri götürülməsi məsələsinə yenidən baxılmasını, əks təqdirdə qanunvericiliyə uyğun olaraq məhkəmədə iddia qaldırmaq məcburiyyətində olacaqlarını ACS-nin nəzərinə çatdırmışdır. xx.xx.2018-ci il tarixli İddiaçı MMC tərəfindən bir tərəfli təsdiq edilmiş təhvil-təslim aktından görünür ki, xx.xx.2018-ci il tarixli, 02 nömrəli müqaviləyə əsasən, icraçı kotirovka sorğusunda nəzərə tutulmuş öhdəlikləri yerinə yetirmişdir. xx.xx.2018-ci il tarixli, 51 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2018-ci il tarixli, 02 nömrəli müqaviləyə əsasən, rəsmi internet saytının yaradılmasına dair xidmətin satın alınması üzrə ödəniş 8850 (1350 manat ƏDV daxil olmaqla) manat təşkil edir. xx xxxx 2018-ci il tarixli, 14 nömrəli müqaviləyə 1 saylı əlavəyə əsasən xx.xx.2018-ci il tarixli təchiz edilmiş iş və xidmətlərin təhvil-təslim aktından görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC təchiz edilmiş iş və xidmətləri (Dizayn konsepsiyasının yaradılması, Əsas səhifənin və daxili səhifələrin yaradılması) icraçı “xxxxxxxxxxxxxxxxx” MMC-dən təhvil almışdır. xx xxxx 2018-ci il tarixli, 14 nömrəli müqaviləyə 1 saylı əlavəyə əsasən xx.xx.2018-ci il tarixli, təchiz edilmiş iş və xidmətlərin təhvil-təslim aktından görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC təchiz edilmiş iş və xidmətləri (kodlaşdırma 20 səhifəyə qədər HTML yığım, Proqrammiq işləri, Laravel/PHP7 quraşdırılması, Mövzunun yazılması, Təhlükəsizlik kodlarının əlavə edilməsi, Lazımi custom pluginlərin install olunması, Ümumi testlərin keçirilməsi) icraçı “xxxxxxxxxxxxxxxxx” MMC-dən təhvil almışdır. xx.xx.2018-ci il tarixli, 01 nömrəli ödəniş tapşırığından görünür ki, xx.xx.2018-ci il tarixli, 525 nömrəli müqavilə üzrə ödənişin təyinatı kimi göstərilən hüquqi yardıma görə 200 manat vəsait İddiaçı MMC tərəfindən köçürülmüşdür. xx xxxxxx 2019-cu il tarixli 10560 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, xx.xx.2018-ci il tarixdən etibarən saytı üzrə 4 audit yoxlanılması aparılaraq, 1ci dəfə auditin nəticəsi yüksək riskli, 2-ci dəfə orta riskli, 3-cü dəfə aşağı riskli qiymətləndirilsə də sonda xx.xx.2018-ci il tarixdə aparılan auditin nəticəsi müsbət olmuşdur. CD diskdə əksini tapan veb saytda www.ask.gov.az domenində cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən sayta daxil olmaq və həmin saytı idarə etmək – xəbərləri dərc etmək, kontenti (saytın tərkibini) daxil etmək imkanları olmuş, xx.xx.2018-ci il tarixdən etibarən saytın müvafiq bölmələrində xəbərlərin paylanması müşahidə edilmişdir – xx.xx.2018-ci il tarixdə saytın “xxxx” serverlərində yerləşdirilməsi və yayımlanması başlamışdır. xx.xx.2018-ci il tarixdə isə saytın düzəliş edilmiş yeni növü “xxxx” serverlərində yerləşdirilməsi və yayımlanması başlamışdır. Qeyd olunan əməliyyatların icrası, “LOG” tipli məlumatlarda sayta baxışlar və ziyarətlərin həyata keçirilməsinə əsaslanaraq www.ask.gov.az internet resursundan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən (xəbərlər yerləşdirilərkən) və adi istifadəçiləri tərəfindən (“LOG” məlumatlara əsasən) istifadə edilməsi halları aşkar edilmişdir. Saytın və digər texnoloji məhsulun tətribatçı(ların)nın fərdi xüsusiyyətlərindən və biliklərindən asılı olan proses olduğuna görə 2 ay yaxud digər müddət ərzində hazırlanmasının mümkün olub-olmamasını müəyyən etmək mümkün deyil. Aparılmış tədqiqatın dəyəri 61,17 manatdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 442, 443.1 və 445.5-ci maddələri). Məhkəmə iclaslarında müəyyən edilmişdir ki, İddiaçıxxxxxxxxx“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı MMC üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək görülmüş xidmətlərin qarşılığına görə 8850 manat məbləğində pulu ödəməmişdir. Belə ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilə və kotirovka sorğusunda nəzərdə tutulmuş şərtlər əsasında qeyd olunan tələbləri 60 gün ərzində yəni, xx.xx.2018ci il tarixədək təhvil verməli, cavabdeh isə işləri və xidməti (saytı) təhvil aldıqdan sonra 8850 manat məbləğində pulu iddiaçıya ödəməli idi. Lakin, iş materialllarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlərdən, həmçinin ekspert rəyindən görünür ki, sifarişçi 30 mart və xx xxxxx 2018-ci il tarixlərində icraçının qarşısında əlavə tələblər (öhdəlik) qoymaqla saytın xx.xx.2018-ci il tarixdə təhvil verilməsini qeyri-mümkün etmişdir. xx.xx.2018-ci il tarixdə veb sayt əlavə tələblərlə birlikdə tam hazır olmuş və sifarişçiyə təqdim edilmiş, xx.xx.2018-ci il tarixdən etibarən veb sayt üzrə 4 audit yoxlanılması aparılmış, 1-ci dəfə auditin nəticəsi yüksək riskli, 2-ci dəfə orta riskli, 3-cü dəfə aşağı riskli qiymətləndirilsə də sonda xx.xx.2018-ci il tarixdə aparılan auditin nəticəsi müsbət olmuşdur. Ancaq buna baxmayaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC müqavilənin 18-ci bəndini əsas götürərək, İddiaçı” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 02 nömrəli müqaviləyə xx xxx 2018-ci il tarixdə birtərəfli qaydada xitam verilməsi barədə bildiriş göndərmiş, halbuki ekspert rəyinə əsasən xx.xx.2018-ci il tarixdən etibarən veb saytın yayımlanması başlanınılmış və elə həmin tarixdən veb saytın müvafiq bölmələrində xəbərlərin paylanması müşahidə edilmişdir. Bununla yanaşı, xx.xx.2018-ci il tarixdən ask.gov.az veb saytın test rejimində işlənilməsi haqqında cavabdehin istinad etdikləri ilə bağlı məhkəmə qeyd edir ki, ekspert rəyində ask.gov.az veb saytında həmin tarixdən xəbərlərin (sözügedən veb saytında yalnız “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC-yə aid olan və onlara bəlli olan xəbərlər yerləşdirilə bilər) paylanmasının müşahidə edilməsi qeyd edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixdə saytın “xxxx” serverlərində yerləşdirilməsi və yayımlanması başlanılması, həmin saytın faktiki ASC-yə təhvil verilmiş kimi hesab olunmalıdır. Həmçinin məhkəmə bildirir ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur, qeyd olunanlar isə hazırki iş üzrə müəyyən edilmir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin 8850 manat pulun ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, iş materiallarına əlavə edilmiş ödəniş tapşırığını nəzərdən keçirərək hesab edir ki, hüquqi xidmətlərə görə ödənilmiş 200 manat məbləğində pul tələbi hissəsində də tələb əsaslı olduğundan təmin edilməlidir. İddia ərizəsinə əlavə edilən bəzi sənədlərin notariat qaydasında təsdiq edilməsi üçün ödənilmiş 27 manat dövlət rüsumunun tutulması tələbi hissəsində qeyd edir ki, sözügedən sənədlərin notariat qaydada təsdiq edilməsinə ehtiyac olmadığı nəzərə alan məhkəmə hesab edir ki, həmin vəsait cavabdehdən tutula bilməz. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli, 02 nömrəli müqavilə üzrə yaranmış 8850 manat, hüquqi xidmətlərə görə ödənilmiş 200 manat məbləğində pul cəmi 9050 manat məbləğində pul cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, tələbin 99,7% təmin edildiyindən ödənilmiş dövlət rüsumu münasib olaraq 29,91 manatı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri 61,17 manat məbləğində pul münasib olaraq 60,99 (99,7%) manatı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC-dən, 0,18 (0,3%) manatı isə İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ 013601**********3944 SWİFT BİK: CTREAZ22 hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli, 02 nömrəli müqavilə üzrə yaranmış 8850 manat, hüquqi xidmətlərə görə ödənilmiş 200 manat və dövlət rüsumu kimi ödənilmiş 29,91 manat, cəmi 9079,91 manat məbləğində pul cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 61,17 manat məbləğində pulun 60,99 manatı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC-dən, 0,18 manatı isə İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ 013601**********3944 SWİFT BİK: CTREAZ22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar