Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-516/2021 09.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı (MMC) “Okean-S X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Okean-S X2” MMC-dən xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinə və ona edilmiş xx xxxxxx 2019-cu il tarixli 5 saylı əlavəyə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 11528.76 manat, xx xxxxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsinə və ona edilmiş xx xxxxxx 2020-ci il tarixli 1 saylı, xx xxxxx 2020-ci il tarixli 2 saylı və xx xxx 2020-ci il tarixli 3 saylı əlavələrinə əsasən 66264.33 manat, 36450 manat penya, habelə ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat məbləğində xidmət haqqının, ümumilikdə 114773.49 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 İddiaçı MMC-nin direktoru X1 ilə “Okean-S X2” MMC-nin direktoru Nümayəndə2 öz aralarında aşağıda göstərilən məzmunda barışıq sazişi bağladıqlarını bildirdilər:
1. Sazişin Predmeti 1.1. Barışıq sazişinin predmetini Tərəflər arasında imzalanmış xx xxxxxx 2019-cu il tarixli 2019/6955-21 saylı və xx xxxxxx 2020-ci il tarixli 2020/6955-32 saylı alqı-satqı müqavilələri üzrə yaranmış borcun ödənilməsinə üzrə mübahisənin həll edilməsi təşkil edir.
2. Tərəflərin Öhdəlikləri 2.1. Cavadeh Tərəflər arasında imzalanmış imzalanmış xx xxxxxx 2019-cu il tarixli 2019/6955-21 saylı və xx xxxxxx 2020-ci il tarixli 2020/6955-32 saylı alqı-satqı müqavilələri üzrə yaranmış ümumilikdə 77793,09 manat borcun olmasını etiraf edir və qarşılıqlı razılıqla həmin borcun aşağıda göstərilən tarixlərdə və bərabər hissələrə bölünmüş məbləğlərdə ödənilməsini öhdəsinə götürür: 2.1.1. xx xxxxxx 2021-ci il tarixdə- 25931,03 manat; 2.1.2. xx xxxx 2021-ci il tarixdə- 25931,03 (manat; 2.1.3. xx xxxxx 2021-ci il tarixdə- 25931,03 (manat; 2.2. Hazırki sazişin 2.1-ci bəndlərində nəzərdə tutulmuş öhdəliklərdən hər hansı biri vaxtında və ya tam və lazımi qaydada icra olunmadıqda Cavabdeh 20000 manat məbləğində xx xxxxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə penya ödənilməsini öhdəsinə götürür.
3. Digər Müddəalar 3.1. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam icra edənədək qüvvədədir. 3.2. Bu barışıq saziş ilə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunacaq. 3.3. Bu barışıq sazişi Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik 3 nüsxədə imzalanmışdır, Tərəflərin hər birində bir nüsxədə və məhkəmədə bir nüsxə saxlanılır. 3.4.Barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunması nəticələri tərəflərə aydındır. Məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı ilə “Okean-S X2” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış, aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:
1. Sazişin Predmeti 1.1. Barışıq sazişinin predmetini Tərəflər arasında imzalanmış xx xxxxxx 2019-cu il tarixli 2019/6955-21 saylı və xx xxxxxx 2020-ci il tarixli 2020/6955-32 saylı alqı-satqı müqavilələri üzrə yaranmış borcun ödənilməsinə üzrə mübahisənin həll edilməsi təşkil edir.
2. Tərəflərin Öhdəlikləri 2.1. Cavadeh Tərəflər arasında imzalanmış imzalanmış xx xxxxxx 2019-cu il tarixli 2019/6955-21 saylı və xx xxxxxx 2020-ci il tarixli 2020/6955-32 saylı alqı-satqı müqavilələri üzrə yaranmış ümumilikdə 77793,09 manat borcun olmasını etiraf edir və qarşılıqlı razılıqla həmin borcun aşağıda göstərilən tarixlərdə və bərabər hissələrə bölünmüş məbləğlərdə ödənilməsini öhdəsinə götürür: 2.1.1. xx xxxxxx 2021-ci il tarixdə- 25931,03 manat; 2.1.2. xx xxxx 2021-ci il tarixdə- 25931,03 (manat; 2.1.3. xx xxxxx 2021-ci il tarixdə- 25931,03 (manat; 2.2. Hazırki sazişin 2.1-ci bəndlərində nəzərdə tutulmuş öhdəliklərdən hər hansı biri vaxtında və ya tam və lazımi qaydada icra olunmadıqda Cavabdeh 20000 manat məbləğində xx xxxxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə penya ödənilməsini öhdəsinə götürür.
3. Digər Müddəalar 3.1. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam icra edənədək qüvvədədir. 3.2. Bu barışıq saziş ilə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunacaq. 3.3. Bu barışıq sazişi Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik 3 nüsxədə imzalanmışdır, Tərəflərin hər birində bir nüsxədə və məhkəmədə bir nüsxə saxlanılır. 3.4. Barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunması nəticələri tərəflərə aydındır. İddiaçı “Okean-S X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Fərrux Qasımov