Məhkəmə qərarları › İş №2-2(113)-525/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-525/2022

18.05.2022 · Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-525/2022 18.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi İddiaçı nümayəndəsi Vəkil1 cavabdeh "X5 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil2 və nümayəndə X1 iştirakları ilə, İddiaçı cavabdeh "X5 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka və zaminlik müqavilələrinin ləğv edilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 may 2015-ci il tarixli 41531/01 saylı kredit xəttinin açılması barədə müqavilənin etibarsız hesab olunması, 20 may 2015-ci il tarixli 41531/01 saylı ipoteka müqaviləsinin, 20 may 2015-ci il tarixli zaminlik müqavilələsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" QSC-nin Gəncə filialından 22 sentyabr 2014-cü ildə 41531/03 saylı kredit xətti müqaviləsi əsasında 500000 Azərbaycan manatı məbləğində kredit götürmüşəm. Həmin müqaviləyə görə müvafiq əməliyyatlar aparılmış, mülkiyyətımdə olan Gəncə şəhəri, Nizami rayonu, 28 may küçəsində yerləşən ticarət üçün nəzərdə tutulmuş əmlak kompleksini və Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, Əriklik yaşayış ərazisi sahə B-12-də yerləşən 0,0476 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 111,5 m2 yaşayış və 71,3 m2 . köməkçi sahədən ibarət olan fərdi yaşayış evimi girov qoymuşam, kreditlə bağlı olaraq mənə müvafiq ödəniş cədvəli verilmiş və vaxtlı-vaxtında ödənişlərimi etmişəm. 2015-ci ilin fevral ayında baş verən devalvasiyadan sonra cavabdeh mənim razılığım olmadan aramızda 22 sentyabr 2014-cü ildə bağlanmış müqaviləni təzələmiş və guya mənə 562352,90 ABŞ dolları məbləğində kredit verdiyini göstərmişdir. Krediti qeyd etdiyim kimi 2014-cü ilin sentyabr ayında manatla götürülmüşdür. Həmin müqavilə barəsində cavabdehlə aramızda hər hansı mübahisə olmamış, müqavilə hazırda da qüvvədədir. Cavabdehlə aramızda bağlanmış müqavilədə də verilmiş kreditin Azərbaycan manatı ilə verilməsi aydın şəkildə qeyd olunmuşdur. Lakin sonradan bank müqaviləni öz yanından dollara çevirməklə, əslində qanun normalarının tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, "X5 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı qarşı kredit borcunun tututması ilə bağlı ilkin iddiası üzrə Gəncə Kommersiya Məhkəməsinə 29 sentyabr 2016-cı il tarixində "X5 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə qarşı 20 may 2015-ci il tarixli 41531/01 saylı kredit xəttinin açılması barədə müqavilənin etibarsız hesab olunması ilə bağlı bizim tərəfimizdən qarşılıqlı iddia verilmiş, lakin qarşılıqlı iddia Gəncə Kommersiya Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmış, Gəncə Kommersiya Məhkəməsinin "X5 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti İddiaçı qarşı kredit borcunun tututması ilə bağlı ilkin iddiası üzrə apellyasiya şikayəti isə bizim tərəfimizdən 19 dekabr 2017-ci il tarixində verilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh "X5 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil2 və nümayəndə X2 iddianı qəbul etməyərək izahatlarında iddianın rədd olunması barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2015-ci il tarixli İddiaçı ilə "X5 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 41531/01 nömrəli kredit xəttinin açılması barədə kredit müqaviləsindən görünür ki, "X5 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti bu muqavilə ilə müəyyən edilmiş şərtlərlə verilən kreditlər üçün İddiaçı bərpa edilməyən kredit xətti açır, İddiaçı isə kredit xətti üzrə almış olduğu bütün borc pul məbləğlərini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə "X5 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə qaytarmağı öhdəsinə götürür. 20 may 2015-ci il tarixli İddiaçı ilə "X5 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 41531/01 nömrəli ipoteka müqaviləsindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, 28 may küçəsində yerləşən 0,042318 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 242,8 m2 olan, ticarət üçün nəzərdə tutulmuş əmlak kompleksi İddiaçı "X5 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti qarşısında xx.xx.2015-ci il tarixli 41531/01 nömrəli kredit xəttinin açılması barədə kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi, ipotekaya verərək "X5 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edir. 20 may 2015-ci il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "X5 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, 20 may 2015-ci il tarixli İddiaçı ilə "X5 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 41531/01 nömrəli kredit müqavilsəi üzrə İddiaçı 562352,90 ABŞ dolları məbləğində 49 ay müddətinə açılmış kredit xətti ilə bağlı "X5 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti qarşısında öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirilənədək zamin İddiaçı ilə tam birgə məsuliyyət daşımağı öhdəsinə götürür və eyni zamanda həmin müqavilə üzrə ayrılmış bütün vəsaitlər üzrə İddiaçı öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə zamin borcverənin ilik tələbi ilə kredit məbləğini, ona hesablanmış faiz və cərimələrlə birlikdə dərhal borcverənə ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, kredit müqaviləsinin etibarsızlıqla bağlı mübahisələndirilməsinin qanunla müəyyən edilmiş bir illik müddəti ötürülmüşdür, belə ki, İddiaçı ilə "X5 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti arasında müqavilə 20 may 2015-ci il tarixdə imzalanmış və İddiaçı həmin əqdin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət etmənin müddəti 20 may 2016-cı il tarixədək olsa da, sonuncu ilk dəfə 29 sentyabr 2016-cı il tarixində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə qarşılıqlı iddia ərizəsi verməklə qanunvericiliklə müəyyən olunmuş müddəti 4 ay 9 gün ötürmüşdür. Daha sonra həmin ərizə məhkəmə tərəfindən 19 dekabr 2017-ci il tarixində baxılmamış saxlanılsa da, həmin qərardaddan şikayət verilmədiyinə görə müddətinin axımı davam etmiş və İddiaçı yalnız 16 sentyabr 2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etməklə əqdin etibarsızlığını mübahisələndirmək üçün nəzərdə tutulmuş müddəti təxminən 2 il 10 ay cəmi isə təqribən 3 il 2 ay ötürmüşdür. Göründüyü kimi, İddiaçı məhkəməyə 20 may 2015-ci il tarixli 41531/01 saylı kredit xəttinin açılması barədə müqavilənin etibarsız hesab olunması ilə bağlı iddia ərizəsi ilə müraciət edərkən həmin tələb üzrə qanunvericiliklə iddianın verilməsi üçün müəyyən olunmuş bir illik müddəti təxminən 3 il 2 ay ötürmüş və buna görə kredit xəttinin açılması barədə müqavilənin etibarsız hesab olunması tələbi hissəsində iddia rədd olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, kredit xəttinin açılması barədə müqavilənin etibarsız hesab olunması tələbi hissəsində iddia rədd olunduqda, bununla yanaşı zaminlik müqaviləsi üzrə iddiaçı tərəf olmadığından 20 may 2015-ci il tarixli 41531/01 saylı ipoteka müqaviləsi və eyni tarixli zaminlik müqavilələsinin ləğv edilməsi hissəsində tələb rədd edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı 20 may 2015-ci il tarixli 41531/01 saylı kredit xəttinin açılması barədə müqavilənin etibarsız hesab olunması, 20 may 2015-ci il tarixli 41531/01 saylı ipoteka müqaviləsi və 20 may 2015-ci il tarixli zaminlik müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddiaçı 20 may 2015-ci il tarixli 41531/01 saylı kredit xəttinin açılması barədə müqavilənin etibarsız hesab olunması, 20 may 2015-ci il tarixli 41531/01 saylı ipoteka müqaviləsi və 20 may 2015-ci il tarixli zaminlik müqavilələsinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar