Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-542/2020 02.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh Ağsu X1rşı müqavilənin bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənlməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh Ağsu X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Ağsu X9 İdarəsi ilə aralarında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 06 saylı xidmət müqaviləsinin bərpa edilməsi, həmin xidmət müqaviləsinə vaxtından əvvəl qeyri-qanuni xitam verilməsi nəticəsində oan dəyən 2192 manat maddi ziyanın, mənəvi ziyana görə 10 000 manatın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, eyni zamanda 30 manat ödənlmiş dövlət rüsumunun cavabdehən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Kürdəmir rayonu Məşğulluq idarəsinin göndərişi əsasında xx xxxxxx 2017-ci il tarixli, 06 saylı müqavilə xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixə qədər Ağsu X9 İdarəsinə nəzarətçi çilingər xidmətinin göstərilməsi işinə götürülmüşdür. xx xxxxxx 2018-ci il tarixdə Ağsu X9 İdarəsinin rəisi Namiq Məmmədov müqaviləsini müddətinin xx xxxxxx 2018-ci il tarixə qədər uzatmışdır. İşlədiyi müddət ərzində heç bir intizam tənbehi almamışdır. Rəhnərlik tərəfidnə yaşadığı Kürdəmir rayonu Xəlsə kəndinə təhkim olunmuşdur. Orada nəzarətçi-çilingər xidmətinin üzərinə düşən qaz borularına nəzarət edib, qaz pulu ödənişlərinin təmin olunmasına, sayğac göstəricilərinin oxunmasında köməklik etmişdir.İdarə rəisi tərəfindən ona qarşı heç bir irad göstərilməmiş və xəbərdarlıq olunmamışdır. Lakin bunlara baxmayaraq xx xxxxx 2018-ci il tarixdə Ağsu X9 İdarəsinin rəisi Namiq Məmmədov öz iş otağında ona bildirmişdir ki, rəhbərlik tərəfindən göstəriş verilmişdir ki, onunla bağlanmış əmək müqavilsinə xitam verilsin.O öz narazılığını bildirmiş və heç bir nöqsanının olmadının qeyd etmişdir. Həmçinin bildirmişdir ki, üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, təqaüdçü deyil, onun da işləmək hüququ var.Deməli o sifarişllə işləyir, əgər belə olsa müdiriyyətdən şikayət edəcək.Sonuncu ona işi ilə məşğul olmasını bildirmişdir. Bütün bunlara baxmayaraq Ağsu X9 İdarəsinin rəisi Namiq Məmmədov inadakarlıqla onunla bağlanmış xx xxxxxx 2017-ci il tarixli xidmət müqaviləsinə xx xxxxx 2018-ci il tarixdə heç bir səbəb olmadan xitam vermişdir. Bu barədə o məlumat aldıqda Ağsu X9 İdarəsinə gedərək saat 17:00 radələrində idarənin həyətində görüşmüş və işdən çıxarılmasının səbəbini soruşmuşdur.Müdir ona bunun rəhbərliyin göstərişolduğunu və onun heç nə edə bilməməsini bildirmişdir.Cavabdeh qurumun rəhbərliyi onunla bağlanmış xidəti müqaviləni pozarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərini pozmuşdur.O işdən azad olunması barədə məktubu özü müraciət edəndən sonra xx xxx 2018-ci ildə ona təqdim etmişlər.Halbuki bildirşdən oan məlum olmuşdur ki, o işəgötürülən tərəfindən verilən tapşırığın guya haqqı ödənilirmiş.Həmçinin akt tərtib olunmuşdur ki, həmin akt Ağsu Rayon Məhkəməsinə və yaxud Şəki Apellyasiya Məhkəməsinə bəs niyə təqdim olunmamışdır.İşlədiyi müddət ərzində Kürdəmir Xidmət Sahəsinin rəhbərliyi tərəfindən onlara verilmiş tapşırıqları həmçinin nəzarətçi-çilingər zidmətinin üzərinə düşən ögdəlikləri yerinə yetirməmişdir. Yuxarıda göstərilənlrə əsasən məhkəmədən onun Ağsu X9 İdarəsi ilə aralarında bağlanmış yanvar 2017-ci il tarixli, 06 saylı xidmət müqaviləsinin bərpa edilməsi, həmin xidmət müqaviləsinə vaxtından əvvəl qeydi-qanuni xitam verilməsi nəticəsində oan dəyən 2192 manat maddi ziyanın, mənəvi ziyana görə 10 000 manatın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, eyni zamanda 30 manat ödənlmiş dövlət rüsumunun cavabdehən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbləri ilə razılaşmayaraq izahatında göstərmişdir ki, İddiaçı arasında Cavabdeh Ağsu X9 İdarəsi araslnda xx xxxxxx 2017-ci il tarixli xidmət müqaviləsi bağlansa da həmin müqaviləyə xx.xx.2018-ci il tarixdə xitam verilmişdir.Müqaviləyə 7.3-cü bəndində göstərilmiş əsaslarla xitam verilmişdir. Belə ki, İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini poazaraq, davamlı olaraq müqaviləyə əsasən heç bir xidmət göstərməmişdir.Onun xidmət ərazisində olmadığı, iş bölgüsündə iştirak etməməməsinə dair xx.xx.2018-ci il tarixli akt tərtib edilmişdir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Əsaslandırıcı hissə: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 06 saylı, xx xxxxxx 2017-ci il tarixli xidmət müqaviləsindən görünür ki, icraçı İddiaçı sifarişçi Cavabdeh Ağsu X7 İdarəsinin sifarişi ilə bu müqavilənin 3.2.1-ci maddəsində qeyd olunmuş nəzarətçi-çilingər xidmətinin göstərilməsini, sifarişçi isə müqavilənin 2.2-ci bəndindəki qeyd olunan, yəni bu müqavilənin predmetinə uyğun olaraq göstərilən xidmətlərlə bağlı aylıq xidmət haqqı vergi və dogər ödənişlər daxil olmaqla 275.40 manat ödənilməsini ikitərəfləi akt əsasında ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli “müqaviləyə əlavə və dəyişikliklər edilməsi haqqında əlavə razılaşma”nın surətində görünür ki, icraçı İddiaçı ilə Cavabdeh Ağsu X9 İdarəsi arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli xidmət müqaviləsini müddəti xx xxxxxx 2017-ci il tarixə kimi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş və Cavabdeh Ağsu X9 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxx 2018-ci il tarixli məktubda göstərilir ki, onunla Ağabala oğlu ilə Cavabdeh Ağsu X9 İdarəsi arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli xidmət müqaviləsinə müqavilə ilə müəyyən olunmuş öhdəliklər yerinə yetirilmədiyi və verilmiş sifarişlər icra olunmadığı üçün, müqavilənin 7.3-cü bəndinə əsasən xx.xx.2018-ci il tarixdən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxx 2018-ci il tarixli aktınd surətindən görünür ki, Kürdəmir Xidmət Sahəsində xidməti müqavilə əsasında işləyən işçilərin iş fəlaiyyəti xx.xx.2018-ci il tarixdə araşdırılarkən Kürdəmir Xidmət Sahəsində xidməti müqavilə üzrə işləyən fərdi sahibkar İddiaçı davamlı olaraq bağlanmış xidmət müqaviləsi üzrə heç bir fəlaiyyət göstərmədiyi, xidməti ərazidə olmadığı, ümuiyyətlə iş bölgüsündə iştirak etmədiyi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Ağsu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh Ağsu X1rşı işə bərpa tələbinə dair iddia tələbi təmin edilmiş, İddiaçı Ağsu X9 İdarəsi ilə aralarında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 06 saylı xidmət müqaviləsi əsasında təyin edilmiş nəzarətçi-çilingər xidmətinə, işinə bərpa olunması və İddiaçı xx.xx.2018-ci tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxmağa görə əmək haqqının hesablanması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərardadının surətindən görünür ki, Ağsu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmiş və ididaçı İddiaçı hazırkı iddia tələbi ilə aidiyyəti üzrə inzibati-iqtisadi məhkəyə müraciət etməsi izah olunmuşdur. İşin məhkəmədə araşdıırlan halları ilə müəyəyn edilmişdir ki, İddiaçı Cavabdeh Ağsu X7 İdarəsi arasında xidmət müqaviləsi əsasında fərdi sahibkar kimi nəzarətçi-çilingər sifarişçisinin verdiyi tapşırıqlar əsasında, təyin edilmiş vaxtda, xidməti yerində müəyyən edilmiş qrafikə uyğun olaraq yerinə yetirməyi, sifarişçi tərəfindən müqavilənin predmetinə müvafiq olaraq göstərilən xidmətlərlə bağlı cəmi aylıq xidmət haqqı vergi və digər ödənişlər daxil olmaqla 275.40 manat ödənilməsi ilə bağlı xx xxxxxx 2017-ci il tarixdə, 06 saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında tərflərin hüquq və vəzifələri müəyyən edilmiş, tərəflər müqavilə ilə öz üzərlərinə müəyyən vəzifələri yerinə yetirmək öhdəliklərini götürmüşlər. xx xxxxxx 2018-ci il tarixli “müqaviləyə əlavə və dəyişikliklər edilməsi haqqında əlavə razılaşma”ya əsasən sözügedən xx xxxxxx 2017-ci il tarixli xidmət müqaviləsini müddəti xx xxxxxx 2017-ci il tarixə kimi müəyyən edilmişdir. Daha sonra, yəni xx xxxxx 2018-ci il tarixdə müqavilə ilə müəyyən olunmuş öhdəliklər yerinə yetirilmədiyi və verilmiş sifarişlər icra olunmadığı üçün, müqavilənin 7.3-cü bəndinə əsasən ona xitam verilmişdir. Məhkəmə hesab edir ki, həmin müqaviləyə xitam verilməsində sifarişçi haqlı olmamışdır. Belə ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixdə, 06 saylı xidmət müqaviləsinə əsasən icraçının göstərdiyi xidmət sifarişçi tərəfindən müəyyən edilmiş qrafik üzrə təyin etdiyi xidməti yerdə aparılması, sifarişçinin verdiyi tapşırıqlar əsasında həyat keçirililəyəcəyi barədə sifarişçi ilə icraçı öz aralarında razılığa gəlmişlər. Lakin tapşırıqların şifahi və ya yazılı verilməsinə dair hər hansı bir qeyd müqavilədə göstərilməmişdir. Kürdəmir Xidmət Sahəsinin əməkdaşları tərəfindən xx xxxxx 2018-ci il tarixdə tərtib olunmuş aktda qeyd olunmuşdur ki, İddiaçı davamlı olaraq bağlanmış xidmət müqaviləsi üzrə heç bir fəaliyyət göstərmədiyi, xidməti ərazidə olmadığı, ümummiyyətlə iş bölgüsündə iştirak etmədiyi müəyyən olunmuş, habelə o, xidməti işinin davamiyyət jurnalına imza etməklə kifayətlənərək şəxsi işləri ilə məşğul olması bildirilmişdir. Hazırki iş üzrə cavabdeh isə həmin aktı araşdırmadan, icraçıdan hər hansı yazılı və ya şifahi izahat amadan, aktın tərtib olunduğu günü növbəti günü, yəni xx.xx.2018-ci il tarixdə xidmət müqaviləsinə xitam vermişdir. Bununla da iddiaçının hüquqlarını və müqavilə üzrə öz üzərinə götürdüyü vəzifələri pozmuşdur. Belə ki, xx xxxxxx 2017-ci il tarixdə, 06 saylı xidmət müqaviləsinin 3.1.1 bəndinə uyğun olaraq, sifarişçi xidmətlərin icrası müddətinə nəzarət edir və istənilən vaxt bununla bağlı icraçıdan yazılı, yaxud şifahi izahat tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, müqavilənin bağlandığı 2017-ci il ərzində qüvvədə olduğu müddətdə icraçı tərəfindən göstərilən xidmətdən razı olduğunu və onunla mülki münasibətlərinə davam etmək məqsədi ilə, xx xxxxxx 2018-ci il ərzində əlavə razılığa gələrək, müqavilə müddəti artıq 2018-ci ilin sonuna qədər uzatmışdır. Bu isə onu göstərir ki, yuxarıda qeyd olunmuş aktda icraçının heç bir fəaliyyət göstərmədiyi barədə qeydlər həqiqəti əks etdirmir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx xxxxxx 2017-ci il tarixdə, 06 saylı xidmət müqaviləsi müqavilə xx xxxxxx 2018-ci il tarixədək qüvvədə olduğundan, onun bərpa olunması artıq mümkün deyil. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddianının “xx xxxxxx 2017-ci il tarixli, 06 saylı xidmət müqaviləsinin bərpa edilməsi” hissəsinə qiymət verərək, tərəflər arasında bağlanmış xidmət müqaviləsinin xx xxxxxx 2018-ci il tarixdə bitdiyini nəzərə alaraq belə qənatə gəlir ki, idda həmin hissədə rədd edilməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən hər hansı bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1113.1-ci maddəsinə əsasən, birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək ( eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Yuxarıda sadalanan xüsusatlara və qanunvercilk aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsinə vaxtından əvvəl qeyriqanuni xitam verilməsi nəticəsində iddiaçıya dəyən 2192 manat maddi ziyan cavabdehdən iddiaçının xeyinə tutulmalıdır. Məhkəmə iddianın mənəvi ziyanın tutulması hissəsinə qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və X8 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi zərərin vurulmasının sübut edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, vurulmuş mənəvi zərərə görə 500 manat məbləğində pul ağlabatan məbləğ kimi qiymətləndirilərək cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməli, İddiaçı ilə Ağsu X9 İdarəsi ilə aralarında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 06 saylı xidmət müqaviləsinə vaxtından əvvəl qeyri-qanuni xitam verilməsi nəticəsində ona dəyən 2.192 manat maddi ziyan, 500 manat mənəvi ziyan, 30 manat ödənlmiş dövlət rüsumu olmaqla, cəmi 2.722 manat Cavabdeh Ağsu X9 İdarəsindən İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə rədd edilməldir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı ilə Ağsu X9 İdarəsi ilə aralarında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 06 saylı xidmət müqaviləsinə vaxtından əvvəl qeyri-qanuni xitam verilməsi nəticəsində ona dəyən 2.192 manat maddi ziyanın, 500 manat mənəvi ziyan, 30 manat ödənlmiş dövlət rüsumu olmaqla, cəmi 2.722 manat Cavabdeh Ağsu X9 İdarəsindən İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-542/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-542/2020
02.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver