Məhkəmə qərarları › İş №2-2(113)-550/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-550/2022

29.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-550/2022 29.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi və ödənilmiş pul vəsaitinin qaytarılması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC tərəfindən iddiaçının şəxsi mülkiyyətində olan əmlaklara dair 052708 saylı abonent kodunun şəxsi hesabında göstərilən kənar xəttin qoşulmasına görə əsassız olaraq hesablanmış 4104 manat məbləğində borcun həmin abonent hesabından silinməsi, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin və həmin ünvanın altında yerləşən ünvan 3zəminin Cavabdeh ASC-nin abonent bazası proqramında F.Məmmədovun adından çıxarılmasını və həmin ünvanlara dair müqavilə bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması, habelə iddiaçı tərəfindən cavabdeh təşkilata ödənilmiş 400 manat məbləğində pulun alınaraq iddiaçıya geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil və həmin ünvanın altında yerləşən ünvan 5rzəmi İddiaçı mülkiyyətindədir. İddiaçı həmin əmlakları F.Məmmədovdan almış və həmin şəxslə Cavabdeh ASC arasında yuxarıda qeyd edilən ünvanlara dair sudan istifadə qaydalarına dair ümumi bir müqavilə bağlanmış, lakin hər iki ünvanda ayrı-ayrılıqda su sayğacı quraşdırılmışdır. Hazırda iddiaçıya məxsus yaşayış sahəsi “pubclub”, yarımzirzəmi isə çay evi kimi fəaliyyət göstərir. Cavabdehin nümayəndələri tərəfindən iddiaçıya məxsus həmin obyektlərə baxış keçirilmiş və guya obyektin d=20 mm boru vasitəsi ilə həyətyanı sahənin suvarılması üçün sudan qeyriqanuni sayğacdan kənar istifadə edilməsi halı aşkar edilmiş, bu səbəbdən də 27 iyun 2018-ci il tarixli inventar akt tərtib edilmişdir. Həmin aktlara əsasən cavabdehlə əvvəlki istehlakçı arasında sudan istifadə qaydalarına görə bir müqavilə olmasına baxmayaraq, hər iki ünvan üçün ayrı-ayrılıqda 2052 manat, ümumilikdə 4104 manat məbləğində borc hesablanmışdır. Cavabdehin iddia etdiyi kənar xətt iddiaçının mülkiyyətində olan əmlaklardan təxminən 20 metr kənarda yerləşmiş, həmin kənar xəttin yerləşdyi ərazinin sahibini müəyyən etməkdə maraqlı olmayan cavabdeh həmin xəttin iddiaçı tərəfindən çəkildiyini iddia edərək şahidlərin iştirakını təmin etmədən iddiaçıya 4104 manat məbləğində cərimə tətbiq etmişdir. İddiaçı ərizə ilə cavabdeh təşkilata müraciət edərək, həmin borcun silinməsini tələb etsə də, cavabdeh həmin borcu silməkdən imtina etmişdir. Cavabdeh tərəfindən bir neçə dəfə su sayğaclarına möhür qoyulduğundan, iddiaçı məcbur olub hər iki sayğac üçün ümumilikdə 400 manat pul ödəmişdir. Eyni zamanda, həmin borca görə cavabdeh abonent müqaviləsinin F.Məmmədovun adından İddiaçı adına dəyişdirilməsindən imtina etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsnin 08 sentyabr 2021-ci il tarixli, 2(004)- 2221/2021 nömrəli qərardadı ilə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Məhkəmə Kollegiyasının 11 noyabr 2021-ci il tarixli, 2(102)-6900/2021 nömrəli qərarı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsnin 08 sentyabr 2021-ci il tarixli, 2(004)-2221/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş Bakı Kommersiya Məhkəməsinin icraatına daxil olduqdan sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən iddiaçının şəxsi mülkiyyətində olan əmlaklara dair 052708 saylı abonent kodunun şəxsi hesabında göstərilən kənar xəttin qoşulmasına görə əsassız olaraq hesablanmış 2052 manat məbləğində borcun həmin abonent hesabından silinməsi, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin və həmin ünvanın altında yerləşən ünvan 3zəminin Cavabdeh ASC-nin abonent bazası proqramında F.Məmmədovun adından çıxarılmasını və həmin ünvanlara dair müqavilə bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması, habelə iddiaçı tərəfindən cavabdeh təşkilata ödənilmiş 400 manat məbləğində pulun alınaraq iddiaçıya geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi İddiaçı məhkəmə iclasında iştirak edən iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək, izahatında qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil və həmin ünvanın altında yerləşən yarımzirzəmi S.F.Məmmədovaya məxsusdur. Belə ki, S.F.Məmmədova ilə Cavabdeh ASC arasında 01.10.2009-cu il tarixində, 19088087 nömrəli su təchizatı və kanalizasiya xidmətinə görə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ASC su və kanalizasiya xidməti göstərir. S.F.Məmmədovaya məxsus sözügedən hər iki obyektə 10.02.2016 və 28.12.2020-ci illərdə “SMART CSS" markalı su sayğacları quraşdırılmışdır. “Azərsu" ASC-nin əməkdaşları tərəfindən 27 iyun 2018-ci il tarixində Nəsimi rayonu, Cavadxan küçəsi, ev 23, mənzil 106 ünvanında fəaliyyət göstərən S.F.Məmmədovaya məxsus obyektin su təchizatına iddiaçı tərəfindən d=20 mm-lik rezin boru ilə sayğacdankənar qeyri-qanuni su xəttinin qoşulması faktı aşkar edilmişdir. Sudan qeyri-qanuni istifadə nəticəsində Cavabdeh ASC-yə maddi ziyan dəymiş və qanunvericiliyin tələblərinə uyğun aparılan hesablama ilə həmin ziyanın məbləğinin tərtib edilmiş akta əsasən cəmi 2052 manat məbləğində olması müəyyən edilmişdir. Qanunsuz qoşulmanın olduğunu sübut edən video görüntülər də qeydə alınmışdır. Sudan qanunsuz istifadə faktı video görüntüdə açıq aşkar lentə alınmışdır. Bundan əlavə onu da qeyd edək ki, iddiaçı iddia ərizəsində sudan qanunsuz istifadə olmaması faktını iddia etsə də, heç bir sübutla əsaslandıra bilməmişdir. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - abonent haqqında məlumatdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 23 ünvanına borc məbləği S.F.Məmmədovanın adına hesablapnmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin seriya MA 0358572, 03.04.2012-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə Tam paydan ibarət olmaqla ünvan 6 ünvanında yerləşən mənzil mülkiyyət hüququ İddiaçı adına hüquqi qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin seriya MA 0360454, 03.04.2012-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə Tam paydan ibarət olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (yarımzirzəmi) mülkiyyət hüququ İddiaçı adına hüquqi qeydiyyata alınmışdır. - Cavabdeh ASC-nin 27 iyun 2019-ci il tarixli, 09628 saylı aktına əsasən ünvan 1 ünvanında yerləşən mənzil və həmin ünvanın altında yerləşən yarımzirzəmiyə baxış keçirilmiş, yoxlama zamanı obyektin d=20 mm boru vasitəsi ilə həyətyanı sahənin suvarılması üçün sudan qeyri-qanuni sayğacdan kənar istifadə olunması və buna görə də 2052 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin hallarından göründüyü kimi iddiaçı sahibkar kimi vergi orqanında qeydiyyatdan keçmiş olsa da, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları onun adına qeydiyyata alınsa da, Cavabdeh ASC-nin su təchizatı sistemindən su təhcizatı və kanalizasiya xidmətlərinə dair 01.10.2009-ci il tarixli, 19088087 saylı müqavilə 052708 saylı abonent kodu verilməklə fiziki şəxs F.Məmmədova ilə bağlanmış, 27 iyun 2018-ci il tarixli akt həmin abonent kodu ilə həmin fiziki şəxsin adına tərtib edilmiş və borc məbləği də onun adına hesablanmışdır. Yəni, borc məbləği F.Məmmədova adlış həxsə hesablandığına görə bu borcun silinməsi barədə tələbi irəli sürmək hüququ da ona məxsusdur. İddianın digər hissəsini ödənilmiş pul vəsaitinin qaytarılması təşkil edir. Lakin iddiaçı tərəfindən məhkəməyə onun tərəfindən, öz adından hər hansı məbləğdə pul vəsaitinin köçürülməsi ilə bağdı heç bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Buna görə də məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, İddiaçı iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi və ödənilmiş pul vəsaitinin qaytarılması barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar