Məhkəmə qərarları › İş №2-2(113)-6/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-6/2020

20.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-6/2020 20.05.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X3 Bağman qızının katibliyi ilə, İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh «Cavabdeh» məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi Nümayəndə, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh «Cavabdeh» məhdud məsuliyyətli cəmiyyətinə qarşı cavabdehdən xx xxxxxx 2013-cü il tarixli, xx xxxxxx 2013-cü il tarixli, xx xxxxx 2013-cü il tarixli və xx xxxx 2013-cü il tarixli müqavilələr üzrə 3.758.500 manat əsas borcun, müqaviləyə əsasən hesablanmış 14.842.188 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 18.600.718 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən xx xxxxxx 2013-cü il tarixli, xx xxxxxx 2013cü il tarixli, xx xxxxx 2013-cü il tarixli və xx xxxx 2013-cü il tarixli müqavilələr üzrə 3.758.500 manat əsas borcun, müqaviləyə əsasən hesablanmış 14.842.188 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 18.600.718 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2013-cü il tarixli LG-007/300 nömrəli, xx xxxxxx 2013-cü il tarixli LG-009/300 nömrəli, xx xxxxx 2013-cü il tarixli LG-014/300 nömrəli və xx xxxx 2013-cü il tarixli LG-027/300 nömrəli “Nəqliyyat vasitələrinin alqı-satqısı” haqqında müqavilələr bağlanmışdır. xx xxxxxx 2013cü il tarixli LG-007/300 nömrəli müqaviləyə əsasən 15 ədəd DAEWOO (BS090) markalı hər birinin dəyəri 66101,70 manat, 18 % ƏDV məbləği 11898.3 manat (cəmi 78.000), ümumi dəyəri ƏDV daxil olmaqla 1170000,00 manat olan nəqliyyat vasitələri cavabdehə satılmış və 237444 saylı DƏL seriyalı xx xxxxxx 2013-cü il tarixli Qaimə-Faktura əsasında cavabdeh tərəfindən təhvil alınmışdır. Cavabdeh tərəfindən xx xxxxxx 2013-cü il tarixli DƏN seriyalı 201342 saylı kassa mədaxil orderinə əsasən 175000 manat, xx xxxxxx 2013cü il tarixli DƏN seriyalı 201350 saylı kassa mədaxil orderinə əsasən 229500 manat, xx xxxxx 2013-cü il tarixli DƏN seriyalı 607352 saylı kassa mədaxil orderinə əsasən 205000 manat ödənişlər edilmiş və xx xxxxxx 2013-cü il tarixli LG-007/300 nömrəli müqavilə üzrə cəmi 609500 ödəniş edilmiş və qeyd edilən müqavilə üzrə xx xxxxx 2013-cü il tarixə 560500 manat borcu qalmışdır. xx xxxxxx 2013-cü il tarixli LG-009/300 nömrəli müqaviləyə əsasən 16 ədəd DAEWOO (BS090) markalı hər birinin dəyəri 66101,70 manat, 11898.3 manat ƏDV(cəmi 78.000), ümumi dəyəri ƏDV daxil olmaqla 1248000,00 manat olan nəqliyyat vasitələri cavabdehə satılmış və 237448 saylı DƏL seriyalı xx xxxxxx 2013-cü il tarixli Qaimə-Faktura əsasında cavabdeh tərəfindən təhvil alınmışdır. xx xxxxx 2013-cü il tarixli LG-014/300 nömrəli müqaviləyə əsasən 20 ədəd DAEWOO (BS090) markalı hər birinin dəyəri 66101,70 manat, 11898.3 manat ƏDV (cəmi 78.000), ümumi dəyəri ƏDV daxil olmaqla 1560000,00 manat olan nəqliyyat vasitələri cavabdehə satılmış və 237456 saylı DƏL seriyalı xx xxxxx 2013-cü il tarixli Qaimə-Faktura əsasında cavabdeh tərəfindən təhvil alınmışdır. xx xxxx 2013-cü il tarixli LG-027/300 nömrəli müqaviləyə əsasən 5 ədəd DAEWOO (BS090) markalı hər birinin dəyəri 66101,70 manat, 11898.3 manat ƏDV (cəmi 78.000), ümumi dəyəri ƏDV daxil olmaqla 390000,01 manat olan nəqliyyat vasitələri cavabdehə satılmış və 237474 saylı DƏL seriyalı xx xxxx 2013-cü il tarixli Qaimə-Faktura əsasında cavabdeh tərəfindən təhvil alınmışdır. Tərəflər arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli LG-007/300 nömrəli nəqliyyat vasitələrinin alqı-satqısı haqqında müqavilənin 7-ci bəndinə əsasən qiymət cədvəli və ödəniş qrafasında 15 nəqliyyat vasitəsinin hər birinin 82000 olmaqla ümumi dəyəri gömrük xərcləri və ƏDV daxil olmaqla ******* manat, xx xxxxxx 2013-cü il tarixli LG-009/300 nömrəli nəqliyyat vasitələrinin alqısatqısı haqqında müqavilənin 7-ci bəndinə əsasən qiymət cədvəli və ödəniş qrafasında 16 nəqliyyat vasitəsinin hər birinin 82000 olmaqla ümumi dəyəri gömrük xərcləri və ƏDV daxil olmaqla ******* manat, xx xxxxx 2013-cü il tarixli LG-014/300 nömrəli nəqliyyat vasitələrinin alqı-satqısı haqqında müqavilənin 7-ci bəndinə əsasən qiymət cədvəli və ödəniş qrafasında 20 nəqliyyat vasitəsinin hər birinin 82000 olmaqla ümumi dəyəri gömrük xərcləri və ƏDV daxil olmaqla ******* manat, xx xxxx 2013-cü il tarixli LG-027/300 nömrəli nəqliyyat vasitələrinin alqı-satqısı haqqında müqavilənin 7-ci bəndinə əsasən qiymət cədvəli və ödəniş qrafasında 5 nəqliyyat vasitəsinin hər birinin 82000 olmaqla ümumi dəyəri gömrük xərcləri və ƏDV daxil olmaqla 390000 manat pulu 10 bank günü ərzində satıcıya ödəməli və ödəniş gecikdirildiyi təqdirdə alıcı satıcıya hər gecikdirilmiş gün üçün müqavilədə göstərilmiş rəqəmin 0.3% həcmində cərimə ödəməsini öhdəsinə götürmüşdür. Belə ki, borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər edilmiş, lakin cavabdeh tərəfindən borcun ödənilməsi təmin edilmədiyindən təkrarən xx xxxxxxxx 2016-cı il tarxidə ******* manat borcun ödənilməsi tələb edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən xx xxxxxx 2013-cü il tarixli LG-007/300 nömrəli nəqliyyat vasitələrinin alqı-satqısı haqqında müqavilə üzrə öhdəlilklərinə əməl olunmadığı üçün cavabdehin iddiaçıya ödəməli olduğu 560500 manat borcun hər gecikdirilmiş gün üçün 0.3% həcmində cəriməsi, hər gün üçün 1681.5 manat təşkil edir və xx xxxxx 2013-cü il tarixdən iddia qaldırılan xx.xx.2016-cı il tarixə qədər müqavilə üzrə gecikdirilmiş günlərin sayı 1308 gün təşkil etdiyindən, əsas borc üzrə hesablanmış cərimə məbləği ******* manat təşkil edir ki, bununda tələb edilməsi müqavilə üzrə qanuni olduğundan cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Həmçinin cavabdeh tərəfindən xx xxxxxx 2013-cü il tarixli LG-009/300 nömrəli nəqliyyat vasitələrinin alqı-satqısı haqqında müqavilə üzrə öhdəlilklərinə əməl olunmadığı üçün cavabdehin iddiaçıya ödəməli olduğu ******* manat borcun hər gecikdirilmiş gün üçün 0.3% həcmində cəriməsi, hər gün üçün 3744 manat təşkil edir və xx xxxxxx 2013-cü il tarixdən iddia qaldırılan xx.xx.2016-cı il tarixə qədər müqavilə üzrə gecikdirilmiş günlərin sayı 1379 gün təşkil etdiyindən, əsas borc üzrə hesablanmış cərimə məbləği ******* manat təşkil edir ki, bununda tələb edilməsi müqavilə üzrə qanuni olduğundan cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Əlavə olaraq, cavabdeh tərəfindən xx xxxxx 2013-cü il tarixli LG-014/300 nömrəli nəqliyyat vasitələrinin alqı-satqısı haqqında müqavilə üzrə öhdəlilklərinə əməl olunmadığı üçün cavabdehin iddiaçıya ödəməli olduğu ******* manat borcun hər gecikdirilmiş gün üçün 0.3% həcmində cəriməsi, hər gün üçün 4680 manat təşkil edir və xx xxx 2013-cü il tarixdən iddia qaldırılan xx.xx.2016-cı il tarixə qədər müqavilə üzrə gecikdirilmiş günlərin sayı 1295 gün təşkil etdiyindən, əsas borc üzrə hesablanmış cərimə məbləği ******* manat təşkil edir ki, bununda tələb edilməsi müqavilə üzrə qanuni olduğundan cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Eyni zamanda cavabdeh tərəfindən xx xxxx 2013-cü il tarixli LG-027/300 nömrəli nəqliyyat vasitələrinin alqı-satqısı haqqında müqavilə üzrə öhdəlilklərinə əməl olunmadığı üçün cavabdehin iddiaçıya ödəməli olduğu 390000 manat borcun hər gecikdirilmiş gün üçün 0.3% həcmində cəriməsi, hər gün üçün 1170 manat təşkil edir və xx xxxx 2013-cü il tarixdən iddia qaldırılan xx.xx.2016-cı il tarixə qədər müqavilə üzrə gecikdirilmiş günlərin sayı 1213 gün təşkil etdiyindən, əsas borc üzrə hesablanmış cərimə məbləği ******* manat təşkil edir ki, bunun da tələb edilməsi müqavilə üzrə qanuni olduğundan cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında bildirdi ki, iddia ərizəsinin özündən də məlum olduğu kimi iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2013-cü il tarixli LG-007/300 nömrəli, xx xxxxxx 2013-cü il tarixli LG- 009/300 nömrəli, xx xxxxx 2013-cü il tarixli LG-014/300 nömrəli xx xxxx 2013-cü il tarixli LG-027/300 nömrəli avtobusların alqı-satqısı müqavilələri bağlanmışdır. Həmin müqavilələrdən xx xxxxxx 2013-cü il tarixli müqavilə ilə 15 ədəd DAEWOO markalı avtobus, xx xxxxxx 2013-cü il tarixli müqavilə üzrə 16 ədəd DAEWOO markalı avtobus, xx xxxxx 2013-cü il tarixli müqaviləyə əsasən 20 ədəd DAEWOO markalı avtobus, xx xxxx 2013-cü il tarixli müqaviləyə əsasən 5 ədəd avtobus cavabdehə satılmışdır. Qeyd olunan alqı-satqı müqavilələrindən yalnız xx xxxxxx 2013-cü il tarixli LG-007/300 nömrəli müqavilə üzrə cavabdeh iddiaçıya 609500 manat pul ödəmişdir. Lakin qalan borc indiyə qədər ödənilməmişdir. İş üzrə cavabdeh, Ramiz adlı şəxsin məhkəməyə ünvanladığı teleqramı rəhbər tutaraq qeyd olunan müqavilələrin olmadığını və buna görə iddianı qəbul etmədiklərini bildirir. Hesab edir ki, göstərilən mövqe tamamilə əsassız olduğundan rədd edilməlidir. İlk öncə hələ iddiaçı tərəfindən 2016-cı ilin 29 noyabr tarixində hazırki iddia qaldırıldığı tarixdən indiyə qədər cavabdeh tərəfindən məhkəməyə ünvanlanan müraciətlər onun həqiqətən bu müqavilələrin tərəfi olduğunu açıq aydın sübut edir. Belə ki, cavabdeh ilkin iddia ərizəsinə etirazını məhkəməyə təqdim etmiş və iddianı qəbul etməyərək qoşma kimi həmin müqavilənin özünə istinad etmişdir. Müqavilənin özünə istinad edən şəxsin hazırda həmin müqavilənin olmadığına istinad etməsi müqavilə üzrə öhdəliyi icra etməmək ücün bəhanədən başqa bir şey deyil. Cavabdeh xx.xx.2017-ci il tarixli M-011 nömrəli iddia ərizəsi ilə cavabdeh iddiaçıya qarşı nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin birinci abzasında bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli LG- 0Q7/3QQ saylı, xx xxxxxx 2013-cü il tarixli LG-009/300 saylı, xx xxxxx 2013-cü il tarixli LG- 014/300 saylı, xx xxxx 2013-cü il tarixli LG-Q27/3QQ saylı Nəqliyyat vasitələrinin alqısatqısı müqaviləsinə əsasən dəyəri 78000 manat müəyyən olunmaqla DAEWOO (BS090) markalı 56 ədəd avtobuslar cavabdehə satılmışdır. Həmin iddia ərizəsində cavabdeh müqavilələrin real bazar dəyərindən yuxarı qiymətlə bağlandığı üçün onların ləğv edilməsini xahiş etmişdir. Göründüyü kimi cavabdeh bu müqavilələrin bağlandığını və buna görə hazırki iddiaçı qarşısında öhdəliyinin olduğunu özü iddia edir. Hazırki işin məhkəmə baxışı zamanı cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə də məhkəməyə təqdim olunmuşdur. Cavabdeh tərəf bildirmişdir ki, hazırki müqavilələr üzrə iddia müddəti bitdiyindən məhkəmə iddia müddətini tətbiq etməlidir. İddia müddətinin tətbiq edilməsinin tələb olunduğu müqavilələrin ümumiyyətlə olmadığını bildirmək isə cavabdehin öz-özünü inkar etməsidir. Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000-170/170- 22/012103 saylı məktubunda bildirilmişdir ki, iddia ərizəsində qeyd olunan avtobuslar iddiaçı tərəfindən Azərbaycan Respublikasına idxal olunaraq bu barədə bəyənnamələr tərtib edilmişdir. İş materiallarına ələvə edilmiş iddiaçı tərəfindən cavabdehə verilmiş kassa mədaxil orderlərinin surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx xxxxxx 2013-cü il tarixli DƏN seriyalı 201342 saylı kassa mədaxil orderinə əsasən 175500 manat, xx xxxxxx 2013-cü il tarixli DƏN seriyalı 201350 saylı kassa mədaxil orderinə əsasən 229500 manat, xx xxxxx 2013-cü il tarixli DƏN seriyalı 607352 saylı kassa mədaxil orderinə əsasən 205000 manat ödənişlər etmişdir. Göründüyü kimi qeyd olunan müqavilələr tərəflər arasında bağlanmış və cavabdeh tərəf müəyyən qism ödəniş də etmişdir. İşin məhkəmədə baxılması zamanı cavabdeh işin aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2016-cı il tarixli vəsatətlə məhkəməyə müraciət etmişdir. Vəsatətdə cavabdeh xx xxxxxx 2013-cü il tarixli LG-007/300 saylı, xx xxxxxx 2013-cü il tarixli LG-009/300 saylı, xx xxxxx 2013-cü il tarixli LG-014/300 saylı, xx xxxx 2013-cü il tarixli LG-027/300 saylı Nəqliyyat vasitələrinin alqı-satqısı müqavilələrinin 11-ci maddəsinə istinad edərək hazırki işin Arbitraj Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdehin özünün müqaviləyə istinad etməsi onun hazırda göstərilən öhdəliyi icra etməli olduğunu bir daha sübut edir.Qeyd olunanlardan göründüyü kimi iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2013-cü il tarixli LG-007/300 saylı, xx xxxxxx 2013-cü il tarixli LG- 009/300 saylı, xx xxxxx 2013-cü il tarixli LG- 014/300 saylı, xx xxxx 2013-cü il tarixli LG- 027/300 saylı Nəqliyyat vasitələrinin alqı-satqısı haqqında müqavilələr üzrə cavabdeh öhdəliyini icra etməmişdir. Hazırki iş üzrə iddia ərizəsi məhkəməyə xx xxxxxx 2016-cı il tarixdə daxil olsa da cavabdeh tərəfindən əsassız səbəblərə görə, müqavilənin icrasından yayınmaq ücün 4 il müddətinə uzadılmışdır. Bu isə hazırki dövrdə iddiaçının maraqları, müqavilə hüququnun təminatı, mülki dövriyyənin sabitliyi baxımından neqativ nəticələrə səbəb olur. Sonda iddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddiaya qarşı etiraz edərək, izahatında bildirdi ki, iddiaçının iddiasının əsası kimi istinad etdiyi, sonradan icra edilməyən xx.xx.2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli və xx.xx.2013-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqısı barədə müqavilələrə əsasən pul tələbinə dair iddiası tam əsassızdır. Belə ki, iddiaçı qeyd olunan müqavilələr əsasında cavabdehə ümumilikdə 56 ədəd avtobus nəqliyyat vasitəsi satıldığını iddia edir. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X4 xx.xx.2019-cu il tarixli, 19277/219 nömrəli rəsmi məktubuna əsasən müəyyən olunur ki, iddiaçının iddia etdiyi şassi nömrələr üzrə avtobus nəqliyyat vasitələrindən 55 ədədi cavabdehə “ELVİN 2007” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən satılmışdır, qalan bir şassi nömrəsi isə heç vaxt dövlət qeydiyyatına alınmamışdır, yəni bu şassidə nəqliyyat vasitəsi olmamışdır. Bu hal nəqliyyat vasitəsinin qeydiyyat şadətnaməsində öz əksini tapmışdır. Qeyd olunan nəqliyyat vasitələrinin şadətnamələrində alqı-satqı qeydiyyatı üçün “ELVİN 2007” məhdud məsuliyyətli cəmiyyətinin adına verilmiş “gömrük bəyannamələri və hesab arayış” əsas olduğu müəyyən edilir. Bununla da müəyyən olunur ki, qeyd olunan avtonəqliyyat vasitələri "ELVİN 2007" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən idxal olunmuş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X1 tələbinə uyğun rəsmiləşdirilərək cavabdehin mülkiyyətinə verilmişdir. Gömrük rəsmiləşdirilməsində və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X5 aparılan rəsmiləşməşdirmə zamanı iddiaçının bu avtonəqliyyat vasitələri üzərində hər hansı bir hüquqları qeydə alınmamışdır. Beləliklə, işin faktiki halları ilə müəyyən edilir ki, qeyd olunan nəqliyyat vasitələri üzərində cavabdehin mülkiyyət hüququ iddiaçı arasında bağlanmış formal alqı-satqı müqavilələri əsasında yox, “ELVİN 2007” məhdud məsuliyyətli cəmiyyətinin adına verilmiş “gömrük bəyannamələri və hesab arayış” əsasında yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin xx.xx.2007-ci il tarixli, 564 nömrəli fərmanına əsasən avtonəqliyyat vasitəsi üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barəsində məlumatlar reyestrlərə daxil edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” əsasnamənin 2.3-cü maddəsinə əsasən hüquqi şəxslərin nəqliyyat vasitələri onların yerləşdiyi ərazi üzrə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlarda qeydiyyata alınır. İkinci bir hal odur ki,iddiaçı ilə cavabdeh arasında bağlanmış formal müqavilələr Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 39 nömrəli qərarına zidd olaraq bağlanmışdır. Belə ki, həmin qərarla təsdiq olunmuş əsasnaməyə 1 nömrəli əlavədə "nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nin nümunəvi forması təsdiq olunmuşdur. Həmin müqavilədə nəqliyyat vasitəsinin markası, dövlət qeydiyyat nişanı, buraxılış ili, mühərrik nömrəsi, şassi nömrəsi, Ban nömrəsi, qiyməti göstərilir, müqavilənin bir nüsxəsi Dövlət X5 saxlanılır, müqavilədə göstərilənlər Dövlət X4 əməkdaşının adı, soyadı göstərilməlidir. Qeyd olunan normativ hüquqi aktlara əsasən müəyyən edilir ki, nəqliyyat vasitələrinə dair hüquqi və fiziki şəxslər arasında bağlanmış bütün növ əqdlər dövlət qeydiyyatına alınmalıdır. Hesab edir ki, iddiaçının iddiasının əsası kimi istinad etdiyi müqavilələr bağlandığı andan özlüyündə etibarsız olmaqla əhəmiyyətsiz əqdir və hüquqi nəticələrə səbəb ola bilməz. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaya qarşı etiraz edərək, Vəkil2 izahatı ilə eyni məzmunlu izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı məhdud məsuliyyətli cəmiyyəti xx xxxxxx 2008-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, «Cavabdeh» məhdud məsuliyyətli cəmiyyəti xx xxxxxxxx 2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı, eyni zamanda cavabdeh tərəfindən təsdiq olunmaqla məhkəməyə təqdim edilmiş tərəflər arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli LG-0009/300 saylı “Nəqliyyat vasitələrinin alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, iddiaçı 1.248.000 manat dəyərində 16 ədəd Daewoo (BS090) markalı nəqliyyat vasitələrini cavabdehin mülkiyyətinə keçirməyi, cavabdeh isə həmin nəqliyyat vasitələrini müqavilədə göstərilən miqdarda və çeşiddə qəbul etməyi öhdələrinə götürmüşlər. Müqavilənin 8-ci bəndindən müəyyən olunur ki, müqavilənin həyata keçirilməsi üçün 12 ay nəzərdə tutulmuşdur. xx xxxxxx 2013-cü il tarixli DƏL seriyalı 237448 saylı və 237446 saylı qaiməfakturaların surətlərindən görünür ki, iddiaçı tərəfindən 1.248.000 manat dəyərində 16 ədəd avtobus cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır. xx xxxx 2013-cü il tarixli LG-027/300 saylı “Nəqliyyat vasitələrinin alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, iddiaçı 390.000 manat dəyərində 5 ədəd Daewoo (BS090) markalı nəqliyyat vasitələrini cavabdehin mülkiyyətinə keçirməyi, cavabdeh isə həmin nəqliyyat vasitələrini müqavilədə göstərilən miqdarda və çeşiddə qəbul etməyi öhdələrinə götürmüşlər. Müqavilənin 8-ci bəndindən müəyyən olunur ki, müqavilənin həyata keçirilməsi üçün 12 ay nəzərdə tutulmuşdur. xx xxxx 2013-cü il tarixli DƏL seriyalı 237474 saylı qaimə-fakturanın surətindən görünür ki, iddiaçı tərəfindən 390.000 manat dəyərində 5 ədəd avtobus cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır. xx xxxxxx 2013-cü il tarixli LG-0007/300 saylı “Nəqliyyat vasitələrinin alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, iddiaçı 1.170.000 manat dəyərində 15 ədəd Daewoo (BS090) markalı nəqliyyat vasitələrini cavabdehin mülkiyyətinə keçirməyi, cavabdeh isə həmin nəqliyyat vasitələrini müqavilədə göstərilən miqdarda və çeşiddə qəbul etməyi öhdələrinə götürmüşlər. Müqavilənin 8-ci bəndindən müəyyən olunur ki, müqavilənin həyata keçirilməsi üçün 12 ay nəzərdə tutulmuşdur. xx xxxxxx 2013-cü il tarixli DƏL seriyalı 237444 və 237443 saylı qaimə-fakturaların surətlərindən görünür ki, iddiaçı tərəfindən 1.170.000 manat dəyərində 15 ədəd avtobus cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır. xx xxxxx 2013-cü il tarixli LG-014/300 saylı “Nəqliyyat vasitələrinin alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, iddiaçı 1.560.000 manat dəyərində 20 ədəd Daewoo (BS090) markalı nəqliyyat vasitələrini cavabdehin mülkiyyətinə keçirməyi, cavabdeh isə həmin nəqliyyat vasitələrini müqavilədə göstərilən miqdarda və çeşiddə qəbul etməyi öhdələrinə götürmüşlər. Müqavilənin 8-ci bəndindən müəyyən olunur ki, müqavilənin həyata keçirilməsi üçün 12 ay nəzərdə tutulmuşdur. xx xxxxx 2013-cü il tarixli DƏL seriyalı 237456 və 237457 saylı qaimə-fakturaların təsdiq olunmuş surətlərindən görünür ki, iddiaçı tərəfindən 1.560.000 manat dəyərində 20 ədəd avtobus cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır. xx xxxxxx 2013-cü il tarixli DƏN seriyalı 201342 saylı, xx xxxxxx 2013-cü il tarixli DƏN seriyalı 201350 saylı və xx xxxxx 2013-cü il tarixli DƏN seriyalı 607352 saylı kassa mədaxil orderlərinin surətlərindən görünür ki, cavabdeh tərəfindən avtobus satışına görə 175.500 manat, 229.500 manat və 205.000 manat iddiaçının hesabına ödənilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X4 xx.xx.2019-cu il tarixli, 19277/219 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş 55 ədəd “Daewoo BS 090” markalı avtobusların qeydiyyat hərəkətləri barədə məlumatdan müəyyən olunur ki, avtobusların cavabdehin adına qeydiyyata alınması üçün əsas gömrük bəyannaməsi və “Elvin-2007” məhdud məsuliyyətli cəmiyyətinin hesab-arayışları olmuşdur. xx xxxxxx 2012-ci il tarixli ********** saylı invoysun surətindən görünür ki, iddiaçı 4.620.000 ABŞ dolları dəyərində 70 ədəd “Daewoo BS090” markalı avtobusları “X2” şirkətindən almışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X4 xx xxx 2019-cu il tarixli, 39672/219 saylı məktubundan müəyyən olunur ki, şassi nömrəsi KL5UK42HEDU005757 olan “Daewoo BS090” markalı nəqliyyat vasitəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X4 Qeydiyyat-imtahan İdarəsi tərəfindən qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx xxxx 2019-cu il tarixli 1000-170/1xx-xx/012103 saylı məktubundan və ona əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, 56 ədəd “Daewoo BS090” markalı nəqliyyat vasitəsindən 55 ədədi iddiaçı tərəfindən “X2” şirkətindən alınmaqla ölkəyə idxal edilmiş, şassi nömrəsi KL5UK42HEDU005757 olan “Daewoo BS090” markalı nəqliyyat vasitəsinin idxalı haqqında məlumat yoxdur. Cavabdeh «Cavabdeh» məhdud məsuliyyətli cəmiyyətinin baş direktoru Faiq Seyidov tərəfindən imzalanmaqla 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə verilmiş iddia ərizəsindən görünür ki, İddiaçı məhdud məsuliyyətli cəmiyyəti tərəfindən təqdim olunan avtobusların razılaşdırılmış keyfiyyətdə təqdim edilmədiyi, bazar qiymətindən xeyli yüksək qiymətə satıldığı, bu səbəbdən alınmış avtobusların səmərəli istismarından məhrum etməklə əlavə pul itkisinə səbəb olması qeyd olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndələri və vəkilinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 372.1-ci və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1, 373.2-ci və 373.3-cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir”. Bundan başqa, həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli və Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarlarında göstərmişdir, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli LG-0007/300 saylı, xx xxxxxx 2013-cü il tarixli LG-0009/300 saylı, xx xxxxx 2013-cü il tarixli LG-014/300 saylı və xx xxxx 2013-cü il tarixli LG-027/300 saylı “Nəqliyyat vasitələrinin alqı-satqısı barədə” müqavilələrə əsasən iddiaçı müqavilələrə müvafiq olaraq 1.170.000 manat dəyərində 15 ədəd, 1.248.000 manat dəyərində 16 ədəd, 1.560.000 manat dəyərində 20 ədəd və 390.000 manat dəyərində 5 ədəd, ümumilikdə 4.368.000 manat dəyərində 56 ədəd Daewoo (BS090) markalı nəqliyyat vasitələrini cavabdehin mülkiyyətinə keçirməyi, cavabdeh isə həmin nəqliyyat vasitələrini müqavilədə göstərilən miqdarda və çeşiddə qəbul etməyi öhdələrinə götürmüşlər və müqavilələrin 8-ci bəndlərinə əsasən müqavilənin həyata keçirilməsi üçün 12 ay nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən xx xxxxxx 2013-cü il tarixli DƏL seriyalı 237444 və 237443 saylı, xx xxxxxx 2013-cü il tarixli DƏL seriyalı 237448 saylı və 237446 saylı, xx xxxxx 2013-cü il tarixli DƏL seriyalı 237456 və 237457 saylı və xx xxxx 2013-cü il tarixli DƏL seriyalı 237474 saylı qaimə-fakturalarla cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır. Cavabdeh tərəfindən müqavilələrə əsasən 175.500 manat, 229.500 manat və 205.000 manat, ümumilikdə 610.000 manat iddiaçının hesabına ödənilmişdir. Cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X4 xx.xx.2019-cu il tarixli, 19277/219 nömrəli rəsmi məktubuna əsasən müəyyən olunur ki, iddiaçının iddia etdiyi şassi nömrələr üzrə avtobus nəqliyyat vasitələrindən 55 ədədi cavabdehə “ELVİN 2007” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən satılmışdır, qalan bir şassi nömrəsi isə heç vaxt dövlət qeydiyyatına alınmamışdır, yəni bu şassidə nəqliyyat vasitəsi olmamışdır. Qeyd olunan avtonəqliyyat vasitələri "ELVİN 2007" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən idxal olunmuş və həmin nəqliyyat vasitələri üzərində cavabdehin mülkiyyət hüququ iddiaçı arasında bağlanmış formal alqı-satqı müqavilələri əsasında yox, “ELVİN 2007” məhdud məsuliyyətli cəmiyyətinin adına verilmiş “gömrük bəyannamələri və hesab arayış” əsasında yaranmışdır. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin əsaslandığı dəlillərlə bağlı qeyd edir ki, iş materiallarında olan iddiaçı, eyni zamanda cavabdehin özü tərəfindən təsdiq edilmiş “Nəqliyyat vasitələrinin alqı-satqısı barədə” müqavilələrdən, qaimə-fakturalardan, kassa mədaxil orderlərindən və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx xxxx 2019-cu il tarixli 1000-170/1xx-xx/012103 saylı məktubundan göründüyü kimi mübahisə predmeti olan avtobuslar iddiaçı tərəfindən “X2” şirkətindən alınmaqla ölkəyə idxal edilmiş, həmin avtobuslar alqı-satqı müqavilələrinə əsasən iddiaçı tərəfindən cavabdehə satılmaqla təhvil verilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır. Qeyd olunan sənədlər də cavabdeh tərəfindən imzalanmaqla möhürlə təsdiq olunmuş, eyni zamanda cavabdeh tərəfindən həmin avtobusların alınmasına görə iddiaçının hesabına pul vəsaiti ödənilmişdir. İş materiallarında olan cavabdeh «Cavabdeh» məhdud məsuliyyətli cəmiyyətinin baş direktoru Faiq Seyidov tərəfindən imzalanmaqla 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə verilmiş iddia ərizəsində də qeyd olunanlardan da iddiaçı tərəfindən cavabdehə satılmış avtobusların təqdim olunması, yəni alqı-satqı müqaviləsinin bağlanması aydın şəkildə müəyyən olunur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsi ilə bağlı digər dəlilini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış formal müqavilələr Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 39 nömrəli qərarına zidd olaraq bağlanmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış müqavilələr cavabdeh tərəfindən mübahisələndirilsə də, sonradan iddiadan imtina edilməklə iddiası üzrə icraata xitam verilmişdir. Eyni zamanda, cavabdeh müqavilələr üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizəylə də məhkəməyə müraciət etmişdir. Eyni zamanda cavabdehin şassi nömrəsi KL5UK42HEDU005757 olan “Daewoo BS090” markalı nəqliyyat vasitəsinin olmaması barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi nəqliyyat vasitələrinin şassi nömrələri yalnız qaimə-fakturalarda əl yazısı ilə qeyd edilmiş və məhkəmə tərəfindən dövlət orqanlarına sorğular həmin qaimə-fakturalarda qeyd edilən nömrələr əsasında göndərilmişdir. Şassi nömrəsi KL5UK42HEDU005757 olan “Daewoo BS090” markalı nəqliyyat vasitəsinin şassi nömrəsi xx xxxxxx 2013-cü il tarixli 237448 saylı qaiməfakturada qeyd edilmişdir. Göstərilən qaimə-fakturadan göründüyü kimi iddiaçı tərəfindən həmin qaimə-faktura ilə 6 ədəd “Daewoo BS090” markalı nəqliyyat vasitələri cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır. Beləliklə, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, aldığı nəqliyyat vasitələrinin dəyərini ödəmədiyindən cavabdehdən iddiaçının xeyrinə 3.758.500 manat məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlir. Belə ki, müqavilələrnin 7-ci bəndinə əsasən ödəniş gecikdirildiyi təqdirdə cavabdeh iddiaçıya hər gecikdirilmiş gün üçün müqavilədə göstərilən məbləğin 0,3 faizi həcmində cərimə ödəməlidir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 14.842.188 manat dəbbə pulu məbləği yaranmış 3.758.500 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan,onun məbləğini azaldaraq 187.925 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İş üzrə iddia müddətinin keçib-keçməməsini müəyyən etmək üçün ilk növbədə iddia müddətinin axımının başlanma anı araşdırılmalıdır. Tərəflər arasında bağlanmış müqavilələrin 8-ci bəndlərindən göründüyü kimi müqavilələrin həyata keçirilməsi üçün 12 ay müddət nəzərdə tutulmuşdur. Müqavilələrin 2013-cü ilin 31 yanvar, 07 fevral, 10 iyun və 10 aprel tarixlərində bağlanmasını nəzərə aldıqda müqavilələr üzrə iddia müddətinin axımı hər müqavilə üzrə 2014-cü ilin həmin tarixlərindən başlanır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx xxxxxx 2016-cı il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddətinin üç il olmasını və iddiaçı ilə cavabdeh arasında yaranmış borc üzrə iddia müddətinin axımının 2014-cü ildən başlamasını nəzərə aldıqda, iddiaçı ilə cavabdeh arasında yaranmış borcüzrə iddia müddəti keçməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia müddəti tətbiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 3.758.500 manat məbləğində əsas borc və müqaviləyə əsasən hesablanmış 187.925 manat məbləğində cərimə, cəmi 3.946.425 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (3.946.425 manat) iddia tələbinin (18.600.688 manat) 21.21 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 6,36 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 23,64 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. «Cavabdeh» məhdud məsuliyyətli cəmiyyətindən 3.758.500 (üç milyon yeddi yüz əlli səkkiz min beş yüz) manat məbləğində əsas borc və müqaviləyə əsasən hesablanmış 187.925 (yüz səksən yeddi min doqquz yüz iyirmi beş) manat məbləğində cərimə, cəmi 3.946.425 (üç milyon doqquz yüz qırx altı min dörd yüz iyirmi beş) manat məbləğində pul İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 6,36 (altı manat otuz altı qəpik) manat məbləği «Cavabdeh» məhdud məsuliyyətli cəmiyyətindən tutularaq İddiaçı məhdud məsuliyyətli cəmiyyətinə ödənilsin, qalan 23,64 (iyirmi üç manat altmış dörd qəpik) manat məbləği İddiaçı məhdud məsuliyyətli cəmiyyətinə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar