Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-60/2020 26.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndəsi x7 iştirakı ilə, İddiaçı x11 Səhmdar Cəmiyyətinin (ASC) x4 və Cavabdeh2 qarşı sığorta haqqı üzrə borcun və faizlərin ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh x2 İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə 7386,25 manat sığorta haqqı üzrə borcun, 7784,5 manat dəbbə pulunun və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 15200,78 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dədiqləşdirilməsi barədə ərizə verərək İddiaçı Siğorta Şirkəti ASC-nin xeyrinə 7386,25 manat siğorta haqqı üzrə borc, 7784,5 manat dəbbə pulu, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 15200,75 manat məbləğində pul vəsaitinin x2 və Cavabdeh2 birgə qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi x8 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçı Sığorta Şirkəti ilə x5 arasında bağlanmış sığorta xidməti haqqında agent müqaviləsinin şərtlərinə əsasən cavabdeh iddiaçının sığorta agenti kimi fəaliyyət göstərərək, ona sığortaçının adından sığorta müqaviləsi bağlamaq səlahiyyəti verilmişdir. 2015-ci il ərzində cavabdeh avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və digər sığorta növləri üzrə bağlanmış müqavilələrin tam dəyərini sığortaçıya ödəməmişdir. İcbari sığorta haqları üzrə borcun ödənilməsi barədə 27.03.2016-cı il tarixli sazişə əsasən x5 11 172.5 manat olmaqla 4 ay ərzində borcu etiraf etmiş və sözügedən müqavilənin 2-ci bəndinə əsasən aylıq ödəniş 2793.13 manat olmaqla, 4 ay ərzində borcu İddiaçı Sığorta Şirkəti ASC-yə tam ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, cavabdeh tərəf bügunə kimi öhdəliyini tam icra etməmiş və 7386.25 manat məbləğində borc qalmışdır. Bundan başqa icbari sığorta haqları üzrə borcun ödənilməsi barədə 27 mart 2016-cı il tarixli sazişə əsasən x5 və Cavabdeh2 11172,5 manat məbləğində borcu etiraf etmiş, müqavilənin 2-ci bəndinə əsasən aylıq ödəniş 2793,13 manat olmaqla 4 ay ərzində iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Lakin hal – hazıra kimi öhdəlik tam icra olunmamış və 7386,25 manat məbləğində hissəsi ödənilməmişdir. Sazişin 8-ci bəndinə əsasən Cavabdeh2 zamin kimi birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər x5 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - 22 sentyabr 2014-cü il tarixli, 45 nömrəli müqavilədən görünür ki, “Sığortaçı” adlandırılacaq İddiaçı Sığorta Şirkəti ASC ilə “Sığorta agenti” adlandırılacaq x5 arasında “Sığorta vasitəçiliyi xidməti haqqında” Agent müqaviləsi imzalanmış, müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, sığorta agenti sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik xidməti göstərməyi, sığortaçı isə bunun müqabilində bu müqavilədə nəzərdə tutulmuş qaydada hesablanmış komissiyanı və digər mükafatları ödəməyi, həmçinin sığorta agentinin tutulmuş qaydada hesablanmış komissiyanı və digər mükafatları ödəməyi, həmçinin sığorta agentinin fəaliyyətini dəstəkləmək məqsədilə müvafiq şərait yaratmağı və təminatlar verməyi öhdəsinə götürmüşdür; - 24 avqust 2015-ci il tarixli, 000948 nömrəli lisenziyadan görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan x1 agenti fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmişdir; - kreditor İddiaçı Sığorta Şirkəti ASC, borclu x5 və zamin Cavabdeh2 arasında 27.01.2016-cı il tarixdə bağlanmış sığorta haqları üzrə debitor borcun ödənilməsi barədə sazişdən görünür ki, borclu kreditorun sığorta genti kimi fəaliyyət göstərir. Borclunun əlavə olunmuş siyahıda göstərilən sığorta müqavilələrinə görə kreditora ödəməli olduğu sığorta haqları üzrə borcunun ödənilməsi qaydası bu protokolla tənzimlənir. Borclunun bu protokol üzrə kreditora ödəməli olduğu borcun ümumi məbləği 11172,50 manat təşkil edir. Borclu hər ay 2793,13 manat olmaqla, 4 ay ərzində borc məbləğini tam ödəməyi öhdəsinə götürür. Ödəniş hər ayın 27-si gününə kimi həyata keçirilməlidir, ilk ödənişin müddəti 27.02.2016-cı il tarixinə qədər. Sazişin 8-ci bəndinə əsasən, zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə zəmanət verir və borclu tərəfindən öhdəliklərin yerinə yetirilməməsinə görə kreditor qarşısında onunla birlikdə birgə məsuliyyət daşıyır; - İddiaçı Sığorta Şirkəti ASC tərəfindən təqdim edilən ödəniş qəbulu sənədindən (bordero) görünür ki, x5 tərəfindən 09.11.2015-ci il tarixindən 30.12.2015-ci il tarixinə kimi müxtəlif şəxslərlə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və digər sığorta növləri üzrə bağlanmış 75 ədəd müqavilə üzrə cavabdehin 7386,25 manat əsas borc və 7784,5 manat dəbbə pulu, cəmi 15170,78 manat borcu vardır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir; - 937.1-ci maddəsinə əsasən sığorta (təkrarsığorta) müqaviləsi tərəflər arasında həm birbaşa, həm də sığorta vasitəçilərinin - sığorta agentlərinin və ya sığorta brokerlərinin xidmətindən istifadə etməklə bağlana bilər. İşin hallarından göründüyü kimi İddiaçı Sığorta Şirkəti ASC ilə x5 arasında 22.09.2014-cü il tarixli, 45 sığorta vasitəçiliyi xidməti haqqında agent müqaviləsi bağlanmış və həmin agent müqaviləsinin 5.2-ci bəndinə əsasən sığorta agenti qəbzin suətini, qəbz üzrə pul vasitələri, sığorta müqaviləsi (və ya şəhadətnamə) və digər sənədləri növbəti həftənin son iş günündən gec olmayaraq sığortaçının mühasibatlığına hesabat formasında təqdim etməyə borclu olduğu qeyd olunmuşdur. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən sığorta haqqı köçürmə yolu ilə ödənildikdə sığorta agenti vasitəsi ilə bağlanmış sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi üçün sığortaçı tərəfindən hazırlanmış “Hesab faktura”nı sığorta agenti sığortaçıya təqdim etməlidir. “Hesab faktura”da və ya sığorta müqaviləsində müəyyən olunmuş müddətdə sığorta haqqının sığortaçının bankdakı hesabına köçürülməsini təmin etməlidir. Tərəflər arasında 27.01.2016-cı il tarixdə bağlanmış sığorta haqları üzrə debitor borcun ödənilməsi barədə sazişin 2-ci bəndinə əsasən cavabdehin kreditor kimi sığortaçıya ödəməli olduğu borcun ümumi məbləği 11172,5 manat təşki etdiyi, həmin borcu hər ay olmaq şərtiylə 4 ay ərzində tam ödənilməsini cavabdeh öhdəsinə götürmüşdür. Qeyd olunanlardan göründüyü kimi cavabdeh tərəf bağlanmış sazişlə 11172,5 manat borcu olduğunu etiraf etmiş və həmin borcdan qalıq məbləğ 7386.25 manat təşkil etmişdir. İcabir Sığorta bürosu tərəfindən məhkəməyə təqdim edilmiş 04.12.2019-cu il tarixli, **-Vİ-***7/19 saylı məlumat məktubunda mübahisə predmeti olan borc məbləğinin bugünki günə kimi x5 tərəfindən ödənilməməsini təsdiq edən sübutedici məqam kimi qimətləndirilməlidir. Həmin məktubdan göründüyü kimi x5 ilə sığortalılar arasında bağlanmış sığorta şəhadətnamələrinin ümumi dəyəri 10.11.2015-ci il tarixdən 24.11.2015cü ilə kimi 7386,25 manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Bundan başqa məhkəmə tərəfindən işin ədalətli və obyektiv həlli məqsədilə məhkəmə mühasibatlıq ekspertiza təyin edilmiş və 24.01.2020-ci il tarixli, 30821 saylı ekspert rəyi ilə x5 ilə sığortalılar araında bağlanmış sığorta şəhadətnamələrinin ümumi dəyərinin 7386,25 manat təşkil etdiyi müəyyən edildiyi və sığorta haqlarının cavabdehə ötüülməsini gecikdirdiyinə görə x3 İddiaçı Sığorta Şirkəti ASC olan borcu 7386,25 manat ətşkil etdiyi, həmin borca hesablanmalı olan dəbbə pulu 7784,5 manat məbləğində müəyyən edildiyi qeyd olunmuşdur. Göründüyü cavabdeh sığorta agenti olan x5 tərəfindən müqavilənin 10.2-ci və 10.3cü bəndlərinin tələbləri pozularaq üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən iddia tələbində göstərilən əsas borc məbləği cavabdeh tərəfindən ödənilməsi işin halları ilə müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddianın həmin hissədə təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 786,253 manat əsas borca 7784,5 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 7784,5 manat dəbbə pulunun miqdarı azaldılaraq 1000 manat miqdarında müəyyən edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin yönədiyi müqavilə üzrə zamin qismində olan digər Cavabdeh2 münasibət hesab edir ki, tələb bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, tərəflər arasında 27.01.2016-cı il tarixdə bağlanmış sığorta haqları üzrə debitor borcun ödənilməsi barədə sazişin 8-ci bənidnə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə zəmanət verir və borclu tərəfindən öhdəlilərin yerinə yetirilməməsinə görə Kreditor qarşısında onunla birlikdə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; - 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır;. - 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Sazişin 3-cü bəndində müqavilə üzrə yaranmış borcun 4 ay müddətinə tam şəkildə ödənilməsi borclu tərəfindən üzərinə götürülmüşdür. Lakin iddiaçı həmin müddətin bitimində bir il ərzində zamanə qarşı iddia qaldırılmalı olduğu halda həmin iddia göstərilən müddət ərzində qaldırılmadığına görə Cavabdeh2 zaminliyə xitam verildiyindən tələb ona aid hissədə təmin edilməlidir. İddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 145 manat məbləğində pul vəsaitinin 80 manat məbləğində hissəsi cavabdehdən, 65 manat məbləğində hissəsi iddiaçıdan və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 17 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı x11 Səhmdar Cəmiyyətinin x4 və Cavabdeh2 qarşı sığorta haqqı üzrə borcun və faizlərin ödənilməsi tələbi barədə iddiası qismən təmin edilsin. 7386,25 manat sığorta haqqı üzrə borc və 1000 manat dəbbə pulu olmaqla ümumilikdə cəmi 8386,25 manat məbləğində pul vəsaiti x2 tutularaq İddiaçı x11 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 17 manat məbləğində pul vəsaiti x2 tutularaq İddiaçı x11 Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 145 manat məbləğində pul vəsaitinin 80 manat məbləğində hissəsi x2, 65 manat məbləğində hissəsi İddiaçı x11 Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2-2(113)-60/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-60/2020
26.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver