Məhkəmə qərarları › İş №2-2(113)-61/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-61/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-61/2020 12.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı “xxxxxx (Azərbaycan)” ASC-nin cavabdeh “xxxxxxxxxxxxxxx” QSC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxx (Azərbaycan)” ASC cavabdeh “xxxxxxxxxxxxxxx” QSC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2016-cı il tarixində bağlanmış 2016-2531 394989 saylı alqı-satqı müqaviləsi üzrə cavabdeh “xxxxxxxxxxxxxxx” QSC tərəfindən iddiaçı “xxxxxx (Azərbaycan)” ASC-nin xeyrinə 27299,8 manat məbləğində pulun, 23701,6 manat cərimə məbləğinin, 30 manat dövlət rüsumunun, cəmi 51031,5 manat məbləğində pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxxxxxxxxxxxxx”xxxxxxxxx“xxxxxx (Azərbaycan) ASC arasında xx xxxxxx 2016-cı il tarixində bağlanmış 2016-2531 394989 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə klinker məhsulları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə əsasında cavabdehə klinker məhsulu göndərilmişdir. Lakin cavabdeh göndərilmiş klinkerin dəyərini tam olaraq ödəməmişdir. Belə ki, 27299,8 manat məbləğində borc bu günə kimi ödənilməmiş qalmışdır. Dəfələrlə şifahi və yazılı müraciətlərə baxmayaraq, cavabdeh borcu yaxın vaxtlarda ödəyəcəyini bildirsə də, öz vədinə əməl etməmişdir. xx.xx.2017-ci il tarixində cavabdehlə bağlanan üzləşmə aktında tərəflər cavabdehin əsas borcunun məbləğinin 27 299 manat olmasını təsdiq etmişlər. xx.xx.2018-ci il tarixdə şirkət cavabdehə pretenziya məktubu ünvanlayaraq, borc məbləğinin xx.xx.2018-ci il tarixədək ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Poçt rabitəsi xidməti pretenziya məktubunu cavabdehin hüquqi ünvanına aparmış, lakin cavabdeh orada fəaliyyət göstərmədiyindən və həmin ünvanda cavabdehlə əlaqəsi olan hər hansı şəxs olmadığından həmin məktub cavabdehə çatdırılmamışdır. Poçt xidməti qəbzə bu barədə qeyd yazmış və iddiaçıya xx xxxxxx 2018-ci il tarixli akt təqdim olunmuşdur. Cavabdeh xx xxxxxx 2016-cı il tarixində bağlanmış 2016-2531 394989 saylı alqı-satqı müqaviləsinin 6.2-ci maddəsinə əsasən, satıcı həmin müqavilənin 3.3.4-cü və 3.3.6-cı maddələrində göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı hallarda hər bir gecikdirilmiş günə 0.1 faiz cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququna malikdir. Cavabdehin həmin alqı-satqı müqaviləsi üzrə ödənişi gecikdirməsinə görə hazırki tarixədək yaranmış cərimə məbləği 23701,6 manat təşkil edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-417/2019 saylı, xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsinə əsasən, iddia tələbi təmin edilmişdir. Cavabdeh “xxxxxxxxxxxxxxx” QSC ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-417/2019 saylı, xx xxxx 2019-cu il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-417/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən, ərizə təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-417/2019 saylı, xx xxxx 2019-cu il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək, qaimə-fakturalardakı imzaların şirkətin rəhbərinə aid olmadığını və müqavilə üzrə mal verilmədiyini bildiridi. Ona görə də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Satıcı xxxxxx (Azərbaycan) ASC ilə alıcı “xxxxxxxxxxxxxxx” QSC arasında imzalanmış xx.xx.2016-cı il tarixli, 2016-2531 394989 saylı alqı-satqı müqaviləsindən görünür ki, hazırkı müqavilə əsasında Satıcı 3-cü maddədə göstərilən və gələcəkdə Mal adlandırılacaq sement növünü Alıcıya satır, alıcı isə Malı alır və dəyərini ödəyir. Həmin müqavilənin 3.3.3-cü bəndinə əsasən Satıcı həmin dövrə tətbiq etdiyi kredit siyasətinə əsaslanaraq Alıcıya sonradan ödəmə şərtilə Mal buraxılışı həyata keçirə bilər. 3.3.4-cü bəndinə əsasən 3.3.3 bəndindən yararlanmaq üçün Alıcı aldığı Malın dəyərini Malı əldə etdiyi tarixdən 0 təqvim günündən gec olmayaraq Satıcıya ödəməlidir. Bu razılaşmadan savayı hansı bir əlavə razılaşma olduğu halda hazırkı Müqaviləyə Əlavə olunaraq əks olunmalıdır. 3.3.6-cı bəndinə əsasən 3.3.3 bəndindən yararlanmaq üçün Alıcı aldığı Malın dəyərini Satıcının həmin müddətə olan kredit siyasətinə və 3.3.4 bəndinə əsasən ödəməlidir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən Satıcının bu müqavilənin 3.3.4 və 3.3.6-cı maddələrində göstərilmiş ödəniş şərtlərinin əməl olunmadığı halda hər bir gecikdirilmiş günə 0,1 % qədər cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququ vardır. Həmin müqavilənin 7.2-ci bəndinin 3-cü abzasından görünür ki, Alıcı, ödəniş bu müqavilənin 3.3.4 maddəsində göstərilən müddətdən gecikdirildiyi hər bir günə əsas borcdan 0,1 % qədər cərimə və bundan yarana biləcək administrativ xərcləri ödəməyi öhdəsinə götürür. -xx.xx.2016-cı il tarixli, 2016-2531 394989 saylı alqı-satqı müqaviləsinə “xxxxxx” Əlavəsindən görünür ki, xxxxxx (Azərbaycan) ASC-nin daxili xxxxxx siyasətinə uyğun olaraq xx xxxxxx 2016-cı il tarixinə kimi göstərilən məhsullara xxxxxxlər malın qəbul məntəqəsi ünvanları qeyd olunmaqla aşağıdakı kimi müəyyən olunmuşdur: Qaradağ Klinker -79,50 Azn/t (Çatdırılma və ƏDV daxil olmaqla), Qaradağ Klinker -93,81 Azn/t (Çatdırılma və ƏDV daxil olmaqla). -xx.xx.2016-cı il tarixli, 2016-2531 394989 saylı alqı-satqı müqaviləsinə “müvəqqəti həvəsləndirici xxxxxx” Əlavəsindən görünür ki, xxxxxx (Azərbaycan) ASC-nin daxili xxxxxx siyasətinə uyğun olaraq xx xxxx 2016-cı il tarixinə kimi göstərilən məhsullara xxxxxxlər malın qəbul məntəqəsi ünvanları qeyd olunmaqla aşağıdakı kimi müəyyən olunmuşdur: Qaradağ Klinker -72 AZN/t (Çatdırılma və ƏDV daxil olmaqla), Qaradağ Klinker -84,96 Azn/t (Çatdırılma və ƏDV daxil olmaqla). -Qaimə-fakturalardan görünür ki, iddiaçı xxxxxx (Azərbaycan) ASC tərəfindən cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-yə ƏDV daxil xx.xx.2016-cı il tarixli 101125 saylı qaimə-fakturaya əsasən 23.536,93 manat, xx.xx.2016-cı il tarixli 394610 saylı qaiməfakturaya əsasən 20687,76 manat dəyərində mal təhvil verilmişdir. - İddiaçı xxxxxx (Azərbaycan) ASC ilə cavabdeh “xxxxxxxxxxxxxxx” QSC arasında tərtib edilmiş xx xxxxxx 2017-ci il tarixli üzləşmə aktından görünür ki, cavabdehiniddiaçıya dekabrın 31-nə olan cari borcu (ƏDV daxil olmaqla) 27.299 AZN təşkil edir. - “xxxxxx (Azərbaycan)” ASC tərəfindən “xxxxxxxxxxxxxxx” QSC-yə ünvanlanan xx.xx.2018-ci il tarixli pretenziya məktubundan görünür ki, 27299,8 manat əsas, 23701,6 manat cərimə borcunun olduğu, borc ödənilməzsə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - xx xxxx 2017-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 404 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 41-ci vərəqəsində olan xx xxxxxx 2017-ci il tarixli üzləşmə aktında “xxxxxxxxxxxxxxx” QSC-nin baş mühasibi, Nərimanov Alim yazıları qarşısındakı imza-X1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olnumuşdur. - “xxxxxx” ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2016cı il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehə 44224,69 manat məbləğində mal verilmiş, cavabdeh tərəfindən 16924,89 manat ödəniş edilmiş, cavabdehin hal-hazırki tarixı borcu 27299,80 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə əsasən, ödənişin gecikdirildiyi hər bir günə görə 0.1 faizlə iddia ərizəsinin verildiyi xx.xx.2018-ci il tarixinədək hesablanan cərimənin məbləği 23701,60 manat təşkil edir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx xxxx 2020-ci il tarixli məlumatın təqdim edilməsi barədə məktubu ilə məhkəməyə daxil olan “xxxxxxxxxxxxxxx” QSC-nin ƏDV-nin depozit hesabından çıxarışdan görünür ki, xx.xx.2016-cı il tarixdə “xxxxxxxxxxxxxxx” QSC tərəfindən “xxxxxx (Azərbaycan” ASC-dən klinker alınması üçün ƏDV kimi 5400 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xxxxxx (Azərbaycan) ASC ilə cavabdeh “xxxxxxxxxxxxxxx” QSC arasında xx.xx.2016-cı il tarixli, 2016-2531 394989 saylı alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı cavabdehə müxtəlif növ sement məhsulu satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və 27299,8 manat məbləğində ödənilməmiş əsas borcu qalmışdır. İddiaçı qalıq borc barədə tələbini xxxxxx (Azərbaycan) ASC ilə cavabdeh “xxxxxxxxxxxxxxx” QSC arasında tərtib edilmiş xx xxxxxx 2017-ci il tarixli üzləşmə aktı ilə əsaslandırmışdır. Cavabdeh isə tərəflər arasında yalnız müqavilə bağlandığını, lakin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə mal təhvil verilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı xxxxxxləndirilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 404 saylı ekspert rəyi ilə müəyyən olnumuşdur ki, xx xxxxxx 2017-ci il tarixli üzləşmə aktında “xxxxxxxxxxxxxxx” QSC-nin baş mühasibi, Nərimanov Alim yazıları qarşısındakı imza-X1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olnumuşdur. Lakin üzləşmə aktındakı möhür cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə bu hissədə qeyd edir ki, üzləşmə aktında hüquqi şəxs olan “xxxxxxxxxxxxxxx” QSC-nin möhürü vardır və cavabdeh üzləşmə aktında olan möhürün ona məxsus olmasını inkar etmir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş ərizədə də həmçinin müqavilədəki möhür və imzanın onlara məxsus olduğu bildirilsə də, digər sənədlərə vurulmuş möhür barədə heç nə deyə bilmədikləri bildirilmişdir. Cavabdeh məhkəmə araşdırması zamanı iddiaçının alqı-satqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini bildirsə də, “xxxxxxxxxxxxxxx” QSC-nin ƏDV-nin depozit hesabından çıxarışdan görünür ki, xx.xx.2016-cı il tarixdə “xxxxxxxxxxxxxxx” QSC tərəfindən “xxxxxx (Azərbaycan” ASC-dən klinker alınması üçün ƏDV kimi 5400 manat ödəniş edilmişdir. Yəni “xxxxxxxxxxxxxxx” QSC müqavilə üzrə ƏDV-ni ödəmişdir. Məhkəmə qeyd edir ki, əgər müqavilə üzrə öhdəliklər iddiaçı “xxxxxx (Azərbaycan” ASC tərəfindən yerinə yetirilmiş olmasa idi, cavabdeh “xxxxxxxxxxxxxxx” QSC klinker alınması üçün ƏDV-ni də ödəməzdi. Bundan əlavə möhür hüquqi şəxsin mühafizə edilməli olan əmlakıdır və üzləşmə aktının “xxxxxxxxxxxxxxx” QSC-nin möhürü ilə təsdiq olunduğu halda cavabdehin imzanı mübahsiləndirməsi hazırda da cavabdehin öhdəliyin icrasından yayındığını göstərir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və 27299,8 manat məbləğində ödənilməmiş əsas borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (xxxxxxi) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddiaçının cavabdehdən alqı-satqı müqaviləsinə görə yaranmış borcun ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında malların alqı-satqısına dair müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı razılaşma üzrə nəzərdə tutulmuş əşyaları cavabdehə vermiş, cavabdeh isə həmin malların dəyərini tam olaraq geri qaytarmamış, bununla da öhdəliyini pozmuş və iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi xx xxxxxx 2016-cı il tarixli 2016-2531 394989 saylı alqı-satqı müqaviləsi üzrə cavabdeh “xxxxxxxxxxxxxxx” QSC-dən 27299,8 manat əsas borcun iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, xx xxxxxx 2016-cı il tarixli 2016-2531 394989 saylı müqavilə üzrə tələb olunan 23701,6 manat cərimə məbləğinin 230 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, 112 manat ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi xxxxxx verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2016-cı il tarixli 2016-2531 394989 saylı alqı-satqı müqaviləsi üzrə cavabdeh “xxxxxxxxxxxxxxx” QSC-dən 27299 (iyirmi yeddi min iki yüz doxsan doqquz) manat 80 (səksən) qəpik əsas borc, 230 (iki yüz otuz) manat cərimə olmaqla, cəmi 27.529 (iyirmi yeddi min beş yüz iyirmi doqquz) manat 80 (səksən) qəpik məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutularaq “xxxxxx (Azərbaycan)” ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx xxxxxx 2016-cı il tarixli 2016-2531 394989 saylı alqı-satqı müqaviləsi üzrə cavabdeh “xxxxxxxxxxxxxxx” QSC-dən 27299 (iyirmi yeddi min iki yüz doxsan doqquz) manat 80 (səksən) qəpik əsas borc, 230 (iki yüz otuz) manat cərimə olmaqla, cəmi 27.529 (iyirmi yeddi min beş yüz iyirmi doqquz) manat 80 (səksən) qəpik məbləğində pul tutularaq iddiaçı “xxxxxx (Azərbaycan)” ASC-nin xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul cavabdeh “xxxxxxxxxxxxxxx” QSC-dən tutularaq “xxxxxx (Azərbaycan)” ASC-nin xeyrinə ödənilsin. Cavabdeh “xxxxxxxxxxxxxxx” QSC-dən ekspertiza xərcinin əvəzi olaraq 112 (yüz on iki) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar