Məhkəmə qərarları › İş №2-2(113)-62/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-62/2020

11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-62/2020 11.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Məhkəmənin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2, İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil3, İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı2 Cavabdeh MMC-yə qarşı pul öhdəliyinin icrası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı2 qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “İddiaçı1” şirkəti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 309.355,85 avro məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,tərəflər arasında razılaşdırılmış və icra olunmuş sifariş aktlarına əsasən, “İddiaçı1” şirkəti BP-nin Şah Dəniz kəşfiyyat layihəsi üzrə maye nəqli ilə bağlı boru avadanlıqlarınınxxxxxxxxxına dair BP-nin MST-yə ünvanladığı sifariş aktlarının əsasında MST tərəfindən “İddiaçı1” şirkətinə ünvanlanan sifariş aktları ilə müəyyən olunmuş boru avadanlıqlarını təchiz etməyi və qarşılığında Cavabdeh MMCbu sifarişlərinxxxxxxxxxı üçün müəyyən olunmuş satınalma məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında razılaşdırılmış ödəniş proseduru iki mərhələli fakturalandırma şəklində aşağıdakı qaydada razılaşdırılmışdır: 1) 95% - FCA şərtləri çərçivəsində razılaşdırılmış məntəqədən sifarişin göndərilməyə hazır olduğuna dair sənədlər əsasında tərtib olunmuş hesab-fakturanın əldə olunması və MMT-nin təqdim olunması əsasında 2)5%- yekun sənədləşmənin təsdiqi əsasında. Cavabdeh MMC-nin göstərişləri əsasında, “İddiaçı1” tərəflər arasında razılaşdırılmış sifariş aktları ilə müəyyən edilən məhsullarınxxxxxxxxxını icra etmiş vəxxxxxxxxxın keyfiyyəti və ya aidiyyatı məsələlərlə bağlı nə BP, nə də Cavabdeh MMC-nin “Phoceenne” şirkətinə qarşı bu günə qədər heç bir iddiası olmamışdır.Tərəflərindən cavabdehə ünvanlanmış xx xxxxxxx 2018ci il tarixli və xx xxxxxx 2018-ci il tarixli məktublarda bildirilmişdir ki, əllərində olan sənədləşmələrlə bağlı araşdırma aparılmışdır. Qalıq ödənişlərə dair əlavə araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, MST şirkəti aşağıda qeyd olunan sifariş aktları vəxxxxxxxxx sənədləşmələri üzrə “Phoceenne” şirkətinə 195.957.22 avrodeyil, 309.355,85 avroməbləğində borca malikdir.xx xxxxxxx 2015-ci il tarixində hesab-fakturaların təqdim olunmasına baxmayaraq, ödənilməli olan 309.355,85 avro məbləğində qalıq üzrə ödəniş hələ də icra olunmamışdır. Sifariş aktı üzrə müəyyən olunmuş Şərtlər və Qaydalar toplusunun müddəalarına əsasən, ödəniş proseduru düzgün tərtib olunmuş hesabfakturanın qəbulundan və Cavabdeh MMC tərəfindən tanınmasından etibarən 30 gün ərzində icra olunmalıdır. Qalıq ödənilməli məbləğin dəfələrlə və müxtəlif üsullarla tələb olunmasına baxmayaraq, cavabdeh tərəfindənheç bir ödəniş icra olunmamışdır. xx xxxxxx 2019-cu il tarixdə cavabdeh buraxılmış iddia müddətinin tədbiqinə dair ərizəni məhkəməyə verərək, iddia ərizəsi üzrə iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxx 2019-cu il tarixdə Cavabdeh MMC iddia ərizəsinə etiraz verərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aşağıdakı sübut və dəlillərə görə hesab edirlər ki, iddiaçının cavabdehə qarşı iddia tələbi ilə çıxış etmək üçün subyektiv hüququ mövcud deyil və bu səbəbdən iddia tamamilə əsassız və qanunsuzdur. Belə ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün məhkəməyə xx.xx.2014-cü il tarixli MST ********* saylı; xx.xx.2014-cü il tarixli MST ********* R1 və MST ********* R2 saylı satınalma sifariş aktlarını təqdim etmişdir. Sifariş aktlarında açıq-aydın göstərilib ki, müvafiq malların təchiz edilməsində "Phocenne Group ofGenoyer"şirkəti deyil, "Genoyer S.A"şirkəti sifarişçi olmuşdur. "Genoyer S.A"şirkəti isə tamamilə ayrı hüquqi şəxs, ayrı təsərrüfat subyektidir. Belə ki, iş materiallarında olan iddiaçının məhkəməyə təqdim etdiyi təsis sənədləri ilə sübut olunur ki, "Genoyer S.A" şirkəti "Phocenne Group of Genoyer" şirkətinin təsisçilərindən biridir, yəni ayrıca hüquqi təsisatdır. Belə olan halda iddiaçı "Phocenne Group of Genoyer" şirkətinin cavabdehə qarşı iddia tələbi ilə çıxış etmək hüququ istisna edilir. Göründüyü kimi, iddiaçı "Phocenne Group of Genoyer" şirkəti ilə cavabdeh "Cavabdeh" MMC arasında hər hansı mülki hüquq münasibətləri yaranmamış, onlar arasında qarşılıqlı münasibətlər olmamışdır. İddiaçı borcu hansı hüquqla tələb etdiyini sübuta yetirə bilməmişdir. İddiaçı, subyektiv hüquqa, borcu tələb etmək üçün hüquqi ixtiyara malik deyildir. Subyektiv hüququn daşıcıyısı digər hüququ şəxs olan "Genoyer S.A" şirkətidir. Odur ki, iddia, tələb etmə hüququ olmayan şəxs tərəfindən irəli sürülmüşdür. Bu faktlara əsaslanaraq, tərəflərindən "əsl iddiaçı ilə əvəz edilməsi ilə bağlı'' məhkəməyə ərizə təqdim edilmiş, lakin qanun tələblərindən məlum olduğu kimi, iddiaçının buna razılığı olmadığı üçün məhkəmə ərizəni təmin etməmişdir. Hesab edirlər ki, məhkəmə, mübahisə üzrə məhkəməyə müraciət edən şəxsin subyektiv hüququnun olmamasına əvvəlcədən hüquqi qiymət verməlidir. Bundan əlavə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-2(103)-253/19 saylı qərardadı ilə "Cavabdeh" MMC-nin “xxxxxxxxxxxx” ASC-də olan hesablarındakı pul vəsaitlərinin üzərinə iddia tələbi - 309.355,85 svro həddində həbs qoyulmuşdur. Sonradan Cavabdeh MMC iddia ərizəsinə etirazı təkrarən məhkəməyə verərək, iddianın əsassız hesab edilməsini, iddiaçının Cavabdeh MMC–yə qarşı 309.355,85 avro pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair iddia ərizəsinin rədd edilməsini, əsassız iddia qaldırdığı üçün iddiaçının hərəkətlərinə hüquqi qiymətin verilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iddia müddətinin keçməsinə dair: AR Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. "Cavabdeh" MMC tərəfindən məhkəməyə təqdim edilmiş buraxılmış iddia müddətinin tətbiqinə dairərizədə sadalanan əsaslara görə hesab edir ki, iddia müddəti keçmişdir. İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək məhkəməyə xx.xx.2014-cü il tarixli MST ********* saylı; xx.xx.2014- tarixli MST ********* R1 və MST ********* R2 saylı satınalma sifariş aktlarını təqdim edərək iddia edir ki, guyaxx.xx.2014 - cü il tarixli MST ********* sifariş aktı üzrə87.563,63, xx.xx.2014 - cü il tarixli MST ********* R1 sifariş aktı üzrə188.366,12, xx.xx.2014 -cü il tarixli MST ********* R2 sifariş aktı üzrə33.426,12, ümumilikdə 309.355,55 avro məbləğində cavabdehin iddiaçı qarşısında borcu yaranmışdır. Bununla yanaşı məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, sifariş aktları üzrə ödənilməli olan ümumi məbləğin 95% hissəsi cavabdeh tərəfindən ödənilmişdir, ona görə də bu hissədə olan məbləğlər onun tərəfindən mübahisələndirilmir. İddia tələbi həmin sifariş aktları üzrə ödənilməli olan ümumi məbləğin yalnız 5% hissəsini təşkil edir. Lakin xx.xx.2014-cü il tarixli MST 201401080saylı sifariş aktına əsasən cavabdehin iddiaçıya ödəməli olduğu məbləğ 1.745.764,48avro müəyyən edilmişdir. Bu məbləğin 5% hissəsi (1.745.764,48 x 5%) = 87.738,22təşkil edir. İddiaçı isə iddia edir ki, bu sifariş aktı üzrə 87.563,63 avroborc yaranmışdır. Bildirir ki, cavabdeh tərəfindən həmin sifariş aktı ilə müəyyən edilmiş öhdəlik nəinki tam icra edilmiş, hətta artıq ödənişlər edilmişdir. Belə ki, həmin sifariş aktı ilə ödənişlərin həyata keçirilməsi təqdim etdikləri bank sənədləri ilə təsdiq olunur. Odur ki, iddia tələbi bu hissədə əsassızdır; xx.xx.2014-cü il tarixli MST201401080 R1saylı sifariş aktına əsasən cavabdehin iddiaçıya ödəməli olduğu məbləğ 3.640.241,82avro müəyyən edilmişdir. Bu məbləğin 5% hissəsi (3.640.241,82 x 5%) = 182.012,09təşkil edir. İddiaçı isə iddia edir ki, bu sifariş aktı üzrə 188.366,12 avroməbləğindəborc yaranmışdır. Göründüyü kimi iddiaçı sifariş aktının 5% hissəsindən artıq məbləğdə pul tələb edir. Bildirir ki, cavabdeh tərəfindən həmin sifariş aktı ilə də müəyyən edilmiş öhdəlik nəinki tam icra edilmiş, hətta artıq ödənişlər edilmişdir. Belə ki, həmin sifariş aktı ilə ödənişlərin həyata keçirilməsi təqdim etdikləri bank sənədləri ilə təsdiq olunur.Odur ki, iddia tələbi bu hissədə də əsassızdır;xx.xx.2014-cü il tarixli MST ********* R2saylı sifariş aktına əsasən cavabdehin iddiaçıya ödəməli olduğu məbləğ 789.226,17 Avrotəşkil edir. Bu məbləğin 5% hissəsi (789.226,17 x 5%) = 39.461,30təşkil edir. İddiaçı isə iddia edir ki, bu sifariş aktı üzrə 33.426,12 avroməbləğindəborc yaranmışdır. Bildirir ki, cavabdeh tərəfindən həmin sifariş aktı ilə də müəyyən edilmiş öhdəlik nəinki tam icra edilmiş, hətta artıq ödənişlər edilmişdir. Belə ki, həmin sifariş aktı ilə ödənişlərin həyata keçirilməsi təqdim etdikləri bank sənədləri ilə təsdiq olunur və bu səbəbdən iddia tələbi bu hissədə də əsassızdır. xx xxxx 2019-cu il tarixdə Cavabdeh MMC məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət məhkəməyə verərək, hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə Cavabdeh MMC-nin vəsatəti təmin edilmiş, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertin müvafiq rəyi alınana qədər iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 18902 saylı ekspert rəyindən görünür ki, Cavabdeh MMC tərəfindən “Phocenne Group of Genoyer" şirkətinə xx.xx.2014-cü il tarixli MST ********* saylı, xx.xx.2014-cü il tarixli MST ********* R1 saylı və xx.xx.2014-cü il tarixli MST ********* R2 saylı sifariş aktları üzrə ümumilikdə ödənilmiş 6.695.114,35 avro (6.667.615,91 avro (ödəniş) + 27.498,44 avro (Credite note)) məbləğində pul vəsaitinin tərəflər arasında razılaşdırılmış ümumi dəyəri 6.184.214,47 avro təşkil edən xx.xx.2014-cü il tarixli MST ********* saylı (1.754.746,48 avro), xx.xx.2014-cü il tarixli MST ********* R1 saylı (3.640.241,82 avro) və xx.xx.2014-cü il tarixli MST ********* R2 saylı (789.226,17 avro) sifariş aktları nəzərə alındıqda, Cavabdeh MMC-nin “Phocenne Group of Genoyer" şirkətinə 6.695.114,35-6.184.214,47=510.899,88 avro məbləğində artıq ödənişin olması müəyyən edilmişdir. “Phocenne Group of Genoyer" tərəfindən xx.xx.2014-cü il tarixli MST ********* saylı, xx.xx.2014-cü il tarixli MST ********* R1 saylı və xx.xx.2014-cü il tarixli MST ********* R2 saylı sifariş aktları üzrə Cavabdeh MMC-nə təqdim edilmiş ümumi məbləği 6.703.665,25 avro təşkil edən invoyslar nəzərə alındıqda Cavabdeh MMC tərəfindən ümumilikdə 6.695.114,35 avro (6.667.615,91 avro məbləğində ödənişin aparılması və 27.498,44 avro məbləğində pul vəsaitinin isə “Credite note” şəklində borcdan silinməsi) ödənişin aparılması və belə olan halda xx.xx.2014-cü il tarixli MST ********* saylı, xx.xx.2014-cü il tarixli MST ********* R1 saylı və xx.xx.2014-cü il tarixli MST ********* R2 saylı sifariş aktları üzrə Cavabdeh MMC-nin “Phocenne Group of Genoyer"ə ödənilməmiş qalan məbləğ 6.703.665,25-6.695.114,35= 8.550,90 avro müəyyən edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəyişdirilməsinə dair ərizəni məhkəməyə verərək, Cavabdeh MMC-dən 195.956,90 avro məbləğində pul vəsaitinin tutularaq “Phocenne Group of Genoyer"ə ödənilməsi barədə qətnəmə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda əsl olmayan tərəfin əvəz edilməsi barədə ərizəni məhkəməyə verərək iş üzrə iddiaçı “Phocenne Group of Genoyer" şirkətinin əvəzlənərək iddiaçı qismində İddiaçı2 müəyyən edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə ddiaçı “İddiaçı1” şirkəti əsl İddiaçı2 ilə əvəz edilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddianın təmin edilməsini, 335.765,9 avro məbləğində pul vəsaitinin; 335.765,9 avro məbləğində AR Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş uçot faiz dərəcəsi ilə hesablanmış 146.885,97 avro məbləğində faizlərin; vicdansızcasına əsassız iddia vermiş iddiaçının hərəkətlərinə hüquqi qiymətinin verilməsi və iş vaxtının itirilməsi üçün dövlətin xeyrinə məhkəmə tərəfindən ağlabatan miqdarda müəyyən edilmiş məbləğin; 320 manat məbləğində bank xərclərin, 1.960 manat məbləğində auditor xərclərinin və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 tutularaq Cavabdeh MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində istinad edilən sifariş aktları "Phocenne Group of Genoyer" şirkəti ilə "Cavabdeh" MMC arasında deyil, “Genoyer S.A.S" ilə "Cavabdeh" MMC arasında razılaşdırılmışdır. Bu səbəbdən məhkəmə baxışı gedişində "Cavabdeh" MMC “xxxxxx” ASC-yə müraciət edərək "Cavabdeh" MMC tərəfindən “Genoyer S.A.S” şirkətinə iddia ərizəsində qeyd edilən 3 sifariş aktları üzrə nə qədər ödənişlərin həyata keçirilməsi və bu ödənişlərin açıqlanması barədə izahlı məlumat təqdim edilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxxxxx" ASC-nin xx.xx.2019-cu il tarixli 06/233 saylı cavab məktubu və həmin məktuba əlavə olunmuş ödəniş sənədləri ilə bildirilmişdir ki, xx.xx.2014-cü il tarixli MST 201401080; xx.xx.2014-cü il tarixli MST ********* R1 və MST ********* R2 saylı sifariş aktları üzrə "Cavabdeh" MMC tərəfindən “Genoyer S.A” şirkətinə ümumilikdə 6.667.615,91 avro məbləğində, o cümlədən xx.xx.2014- cü il tarixli MST ********* sifariş aktı üzrə 1.804.778,54 avro, xx.xx.2014- cü il tarixli MST ********* R1 sifariş aktı üzrə4.032.303,80 avro, xx.xx.2014-cü il tarixli MST ********* R2 sifariş aktı üzrə830.533,57 avro məbləğində ödənişlər həyata keçirilmişdir. Halbuki "Cavabdeh" MMC və "Genoyer S.A" şirkəti arasında razılaşdırılmış həmin sifariş aktlarının ümumi dəyəri 6.184.232,47 avrotəşkil edir, o cümlədən xx.xx.2014-cü il tarixli MST ********* sifariş aktı üzrə1.754.764,48 Avro; xx.xx.2014- cü il tarixli MST ********* R1 sifariş aktı üzrə3.640.241,82 avro; xx.xx.2014 -cü il tarixli MST ********* R2 sifariş aktı üzrə789.226,17 avro. Bundan sonra "Cavabdeh" MMC-nin vəsatəti ilə məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı əsasında məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Həmin qərardadla ekspertizanın aparılma müddəti 1 ay müəyyən edilməsinə baxmayaraq, məlum olmayan səbəblərə görə dörd ay ekspertizanın nəticələri barədə heç bir məlumat olmadığından "Cavabdeh" MMC sözügedən sifariş aktları üzrə "Cavabdeh" MMC tərəfindən “Genoyer S.A.S" şirkətinə nə qədər pul vəsaitlərin ödənilməsi barədə dəqiq hesablamaların aparılması və müvafiq rəyin hazırlanması üçün "xxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC auditor şirkəti ilə müqavilə bağlamaq və 1.960 manat məbləğində xidmət haqqı ödəmək məcburiyyətində olmuşdur. "xxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin auditor hesabatı ilə müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixli MST 201401080; xx.xx.2014-cü il tarixli MST ********* R1 və MST ********* R2 saylı sifariş aktları üzrə "Cavabdeh" MMC tərəfindən "Genoyer S.A.S." şirkətinə ümumilikdə 6.667.615,91 avro məbləğində, o cümlədən xx.xx.2014-cü il tarixli MST ********* sifariş aktı üzrə1.804.778,54 avro, xx.xx.2014-cü il tarixli MST ********* R1 sifariş aktı üzrə4.032.303,80 avro, xx.xx.2014-cü il tarixli MST ********* R2 sifariş aktı üzrə830.533,57 avro məbləğində ödəniş həyata keçirilmişdir. Həmin auditor hesabatı ekspertiza gedişində "Cavabdeh" MMC tərəfindən rəsmi olaraq məhkəməyə təqdim edilmişdir. Uzun sürən vaxtdan sonra, nəhayət ekspert rəyinin məhkəməyə göndərilməsi mümkün olmuşdur. Belə ki, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18902 nömrəli xx xxxxxx 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, "Cavabdeh" MMC tərəfindən "Genoyer S.A" şirkətinə 14-cü il tarixli MST 201401080; xx.xx.2014-cü il tarixli MST ********* R1 və ********* R2 saylı sifariş aktları üzrə ümumilikdə 510.899,88avro məbləğində artıq ödəniş olmuşdur. İş materiallarından göründüyü kimi, "Cavabdeh" MMC “İddiaçı1" şirkətinə qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək ödənilmiş 510.899,88 avro məbləğinin tutulmasını xahiş etmişdir. Eyni zamanda "Phocenne Group of Genoyer" şirkəti iddia tələbinin dəyişdirilməsinə dairərizə ilə məhkəməyə müraciət etmiş və iddia tələbini azaldaraq tərəflər arasında təsdiq edilən bütün sifariş aktlarından irəli gələn 195.956,90 Avro məbləğində pul vəsaitinin "Cavabdeh" MMC-dən tutulmasını xahiş etmişdir. Bundan əlavə "Phocenne Group of Genoyer" şirkəti əsl olmayan tərəfin əvəzi edilməsi barədəərizə ilə məhkəməyə müraciət edərək ilkin iddiaçı "Phocenne Group of Genoyer" şirkəti əvəzlənərək İddiaçı2 iddiaçı qismində müəyyən edilməsini xahiş etmişdir və məhkəmənin müvafiq qərardadı ilə İddiaçı2 əsl iddiaçı kimi əvəz edilmişdir. Eyni zamanda məhkəmə "Cavabdeh" MMC-nin "Phocenne group of Genoyer" qarşı irəli sürdüyü qarşılıqlı iddianı icraata qəbul etməmişdir, məhkəmə qərarı onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia iş üzrə əvəz edilən əsl İddiaçı2 qarşı deyil, ilkin iddiaçı "Phocenne Group of Genoyer" şirkətinə qarşı irəli sürülmüşdür, prosessual qanunvericiliyə görə isə cavabdeh qarşılıqlı iddianı iddiaçıya qarşıverməyə haqlıdır. Nəzərə alaraq ki, AR MPM-nin 199.1-ci maddəsinə əsasən, borclu öhdəlik üzrə tələbin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürəbilər,"Cavabdeh"MMC tərəfindən İddiaçı2 pretenziya göndərilmiş, həmin pretenziya ilə bütün sifariş aktları üzrə "Cavabdeh" MMC tərəfindən "Genoyer S.A.S" şirkətinə 335.765,9 avro məbləğində artıq ödənilmiş pul vəsaitinin ödənilməsi tələb edilmişdir. Lakin bu günə qədər ödəniş təmin edilməmişdir. Qeyd edir ki, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, tərəflər arasında razılaşdırılmış sifariş aktlarının ümumi dəyəri 11.315.510,39 avro təşkil etmiş, həmin sifariş aktlarının qaşılığında "Cavabdeh" MMC tərəfindən “Genoyer S.A.S." şirkətinə cəmi 11.651.276,29 avro məbləğində ödəniş aparılmışvə nəticədə bütün sifariş aktları nəzərə alındıqda "Cavabdeh" MMC tərəfindən "Genoyer S.A.S." şirkətinə 335.765,9 avro məbləğində artıq ödənişin olmasımüəyyən edilmişdir. Bundan əlavə hesab edir ki, "Genoyer S.A.S." şirkəti, artıq ödənilmiş "Cavabdeh" MMC-yə məxsus 335.765,9 avro məbləğində olan vəsaitini bu günə qədər qanunsuz olaraq özündə saxlamaqla, "Cavabdeh" MMC-nin hesabına həmin pulları əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmışdır. Belə olan halda, "Genoyer S.A" şirkəti həmin vəsaitdən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş uçot dərəcəsi ilə “X1" MMC-yə müəyyən olunmuş cədvələ uyğun olaraq faizlər ödəməlidir. Bundan əlavə bildirir ki, "Cavabdeh" MMC əsassız olaraq məhkəmə çəkişməsinə cəlb edildiyi məhkəmə baxışı zamanı "xxxxxxx" ASC-yə və müstəqil auditor şirkətinə müraciət etmək və bank və auditor xidmətlərindən istifadə etmək məcburiyyətində olmuşdur. Adı çəkilən bankdan məlumatların və arayışların alınması üçün 320 manat, auditor şirkətinə isə 1.960 manat məbləğində xərc çəkmişdir. Hesab edir ki, həmin xərclərin əvəzi də qarşılıqlı iddia üzrə cavabdehdən "Cavabdeh" MMC-nin xeyrinə tutulmalıdır. İşin faktiki halları, iş materiallarında olan ödəniş sənədləri, auditor hesabatı, eləcə də Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi ilkin iddia üzrə iddiaçının dəlillərinin və mülahizələrinin əsassız olduğunu təsdiqləyir. Ona görə qeyd edilənlər onu deməyə kifayət qədər əsas verir ki, iddiaçı cavabdehə qarşı vicdansızcasına əsassız iddia qaldırmışdır. Əsassız iddia isə hüquqazidd hərəkətdir, hesab edir ki ilkin iddia üzrə iddiaçının hüquqazidd hərəkətləri ilkin iddia cavabdehin və məhkəmənin vaxtının itirilməsinə səbəb olmuşdur. Göründüyü kimi, "Cavabdeh" MMC-nin ümumilikdə 335.765,9 avro məbləğində pul vəsaitinin tələb etmək əsası məhkəmə baxışı gedişində əmələ gəlmişdir. AR MPM-in 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıyaqarşılıqlı iddia verməyə haqlıdır."Cavabdeh" MMC bu hüququndan istifadə edərək, hazırkı qarşılıqlı iddianı məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən,məhkəmə baxışı zamanı qarşılıqlı iddiaohalda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.Hazırkı iş üzrə dəqarşılıqlı iddia üçünəsaslarməhz məhkəmə ışı gedişində əmələ gəlmişdir.Həmin Məcəllənin 156-cı maddəsinə əsasən,156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edillməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. AR MM-in 199.1-ci maddəsinə əsasən, borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər. Hesab edir ki, hazırkı iş üzrə bu maddədə sadalanan 3 halın üçü də növcuddur: 1) "Cavabdeh" MMC-nin qarşılıqlı tələbi ilk tələbin ödənilməsinə yönəldilmişdir; 2) qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın da təmin edilməsini aradan qaldırır; və 3) qarşılıqlı iddia ilə ilk iddia arasında qarşılıqlı əlaqə açıq-aydın bəllidir (məhz ilk iddianın araşdırılması nəticəsində qarşılıqlı iddia üçün əsaslar yaranmışdır).Bununla yanaşı nəzərə alır ki, məhkəmə ilkin iddiaçı "X2" şirkətini İddiaçı2 ilə əvəz etmiş və bu səbəbdən "Cavabdeh" MMC-nin "Phocenne Group of Genoyer" şirkətinə qarşı qarşılıqlı iddiası icraata qəbul edilməmiş, hazırkı qarşılıqlı iddia İddiaçı2 qarşı irəli sürülmüşdür. İlkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili İddiaçı2 cavabdeh "Cavabdeh" MMCyə qarşı 195.956,90 avro məbləğində pul vəsaitinin tutulması tələbinə dair ilkin iddia ərizəsinə etiraz verərək, İddiaçı2 "Cavabdeh" MMC-nə qarşı 195.956,90 avro məbləğində pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini, qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra iddianın təmin tədbirinin ləğv etmək barədə qərardad çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, AR Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hesab edir ki, iddia müddəti keçmişdir. Hesab edir ki, məhkəmə, mübahisə üzrə məhkəməyə müraciət edən şəxsin obyektiv xarakter daşıyan subyektiv hüququnun olmamasına əvvəlcədən hüquqi qiymət verməlidir. İş materiallarında olan sifariş aktlarından açıq-aydın görünür ki, hüquq münasibətləri "Genoyer S.A.S." şirkəti ilə "Cavabdeh" MMC arasında olmuşdur. Lakin "Cavabdeh" MMC-yə qarşı iddia tələb etmək hüququ olmayan "Phocenne Group of Genoyer" şirkəti tərəfindən irəli sürülmüşdür.1 il 6 ay keçdikdən sonra "Phocenne Group of Genoyer" şirkəti əsl olmayan tərəfin əvəz edilməsi barədəərizə ilə məhkəməyə müraciət edərək özünün əvəzlənərək əsl iddiaçının İddiaçı2 olmasının müəyyən edilməsini xahiş etmişdir. Həmin ərizədə "Phocenne Group of Genoyer" şirkəti hazırkı iş üzrə tələbin "Genoyer S.A.S" şirkətinə məxsus olmasını etiraf etmiş və ərizə onunla əsaslandırılmışdır ki, "Genoyer S.A.S" şirkəti həmin tələbi xx.xx.2018-ci il tarixdə "Phocenne Group of Genoyer"ə ötürmüşdür. Bu dəlilin sübutu olaraq məhkəməyə xx.xx.2020-ci il tarixli iddia tələbi hüququnun güzəşt edilməsinin təsdiqibarədə məktub təqdim etmişdir. Daha sonra, "Phocenne Group of Genoyer" şirkəti həmin tələbi xx.xx.2020-ci ildə bağlanmış alğı-satqı müqaviləsinə əsasən İddiaçı2 satmışdır. AR MM-in 194.2 və 194.4,-cü maddələrinə əsasən,tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir. Göründüyü kimi, qanunvericilik tələbin güzəşt edilməsini bir qayda olaraq müqavilənin bağlanması ilə şərtləndirir. Bundan əlavə, AR MM-in 195 və 199.1-ci maddələrinə əsasən,tələbin güzəşti barədə borcluya məlumat verilənə qədər o, tələbin ilk sahibi qarşısında öhdəliklərini icra edə bilər. Borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər. Qeyd edilən normaların mənasına görə tələbin yeni kreditora güzəşt edildiyi barədə borcluya bildiriş göndərilməlidir. Lakin tələb etmə hüququ olan "Genoyer S.A.S." şirkəti tələbin güzəşt edilməsi barədə müqavilə imzalamadan və bu barədə "Cavabdeh" MMC-ya heç bir bildiriş göndərmədən tələbi "Phocenne Group of Genoyer" şirkətinə ötürmüş, "Phocenne Group of Genoyer" şirkəti isə tələb etmə hüququ olmadığı təqdirdə tələbi İddiaçı2 alğısatqı müqaviləsi ilə satmışdır. Bununla da maddi-hüquq normalarının tələbləri pozulmuşdur. Sadalanan səbəblərə görə hesab edir ki, İddiaçı2 "Cavabdeh" MMC-yə qarşı iddia tələbi ilə çıxış etmək üçün subyektiv hüquqa malik deyil və iddia tamamilə əsassız və qanunsuzdur. İlkin iddia ərizəsindən göründüyü kimi, iddia tələbi 3 sifariş aktlarından yaranan 309 355,85 avro pul vəsaiti olmuşdur. Daha sonra iş üzrə təyin edilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18902 nömrəli xx xxxxxx 2020-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki tərəflər arasmda razılaşdırılmış bütün sifariş aktlarının ümumi dəyəri 11.315.510,39 avro təşkil etsə də, 11.847.233,19 Avro məbləğində invoyslar təqdim edilmişdir və həmin sifariş aktlarının qaşılığmda "Cavabdeh" MMC tərəfindən "Genoyer S.A.S." şirkətinə ümumilikdə 11.651.276,29 avro məbləğində ödəniş aparılmış və nəticədə bütün sifariş aktları nəzərə alındıqda "Cavabdeh" MMC tərəfindən "Genoyer S.A.S." şirkətinə 335.765,9 avro məbləğində artıq ödənişin olması müəyyən edilmişdir. "Cavabdeh" MMC-yə sifariş aktlarından artıq məbləğdə təqdim edilmiş ümumi məbləği 11.847.233,19 avro təşkil edən invoyslar nəzərə alındıqda isə "Cavabdeh" MMC-nin ödənilməmiş qalıq borcu 195.956,90 avro məbləğində müəyyən edilir. Bundan sonra "Phocenne Group of Genoyer" şirkəti iddia tələbinin dəyişdirilməsinə dairərizə ilə məhkəməyə müraciət etmiş və iddia tələbini azaldaraq tərəflər arasında təsdiq edilən bütün sifariş aktlarından irəli gələn 195.956,90 avro məbləğində pul vəsaitinin "Cavabdeh" MMC-dən tutulmasını xahiş etmişdir. Ekspert rəyindən göründüyü kimi tərəflər arasında razılaşdırılmış sifariş aktlarının ümumi məbləğindən artıq məbləğdə "Cavabdeh" MMC-yə invoyslar təqdim edilmişdir. Hesab edir ki, heç bir hüquqi əsas olmadan təqdim edilən invoyslara görə pul tələbi əsassızdır. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili buraxılmış iddia müddətinin tətbiqinə dair ərizəni məhkəməyə verərək, İddiaçı2 Cavabdeh" MMC-yə qarşı 195.956,90 avro məbləğində pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili ilkin iddia tələbini müdafiə edib ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: xx.xx.2014-cü il tarixli MST-201402080 saylı sifariş aktından görünür ki, Cavabdeh MMC tərəfindən “Genoyer S.A.S” şirkətinə cəmi 1.754.746,48 avro məbləğində malın təqdim olunmasına dair sifariş verilmişdir. xx.xx.2014-cü il tarixli MST-201402080 R1 saylı sifariş aktından görünür ki, Cavabdeh MMC tərəfinвən “Genoyer S.A.S” şirkətinə cəmi 3.640.241,82 avro məbləğində malın təqdim olunmasına dair sifariş verilmişdir. xx.xx.2014-cü il tarixli MST-201402080 R2 saylı sifariş aktından görünür ki, Cavabdeh MMC tərəfinfən “Genoyer S.A.S” şirkətinə ünvanlanmış cəmi 789.226,17 avro məbləğində malın təqdim olunmasına dair sifariş verilmişdir. xx.xx.2015-ci il tarixli FRG2061 saylı saxlama invoysundan müəyyən edilir ki, “Genoyer S.A.S” şirkəti tərəfindən Cavabdeh MMC-yə MST-********** saylı sifariş aktı (təchizatın daxili nömrəsi 7035800) üzrə 87.563,63 avro məbləğinə invoys təqdim edilmişdir. xx.xx.2015-ci il tarixli FRG2062 saylı saxlama invoysundan müəyyən edilir ki, “Genoyer SAS” şirkəti tərəfindən Cavabdeh MMC-yə MST-**********R1 saylı sifariş aktı (təchizatın daxili nömrəsi 7035801) üzrə 188.366,12 avro məbləğinə dair invoys təqdim edilmişdir. xx.xx.2015-ci il tarixli FRG2063 saylı saxlama invoysundan müəyyən edilir ki, “Genoyer SAS” şirkəti tərəfindən Cavabdeh MMC-yə MST-**********R1 saylı sifariş aktı (təchizatın daxili nömrəsi 7035802) üzrə 33.426,10 Avro məbləğinə dair invoys təqdim edilmişdir. “İddiaçı1” şirkətinin Cavabdeh MMC-yə ünvanladığı pretenziya məktubu ilə müəyyən edilir ki, Cavabdeh MMC-dən 3 sifariş aktı - MST-201401080 saylı (təchizatçının daxili sifariş nömrəsi 7035800), MST-201401080 R1 saylı (təchizatçının daxili sifariş nömrəsi 7035801) və “Münasib MST-201401080 R2 saylı (təchizatçının daxili sifariş nömrəsi 7035802) sifariş aktları üzrə cəmi 309.355,85 avro məbləğində borcun 2 iş günü ərzində ödənilməsi tələb edilmiş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. “Genoyer S.A.S” şirkəti tərəfindən tərtib edilmiş iddia tələbi hüququnun güzəşt edilməsinin təsdiqi barədə xx.xx.2019-cu il tarixli məlumatdan görünür ki, “Genoyer S.A.S” şirkəti Bakı Kommersiya Məhkəməsində baxılmaqda olan özünün Cavabdeh MMC-yə qarşı 309.355,85 Avro məbləğində qaldırmış olduğu kontraktdan irəli gələn iddia tələbini Fransa qanunverciliyinə uyğun olaraq təsis edilmiş və fəaliyyət göstərən “Phoceenne” şirkətinə xx.xx.2018-ci il tarixində ötürülmüşdür. “xxxxxxxxxxxxxxxx” Şirkəti (satıcı) ilə İddiaçı2 (alıcı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə müəyyən edilir ki, Marsel Kommersiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə “İddiaçı1” şirkətinin ləğv proseduruna başlanılmış və müvəqqəti inzibatçı təyin edilmişdir. Bundan sonra İddiaçı2 BAES şirkətinin “xxxxxxxxxxxxxxxx” Şirkətinə məxsus səhmlərini və Cavabdeh MMC-nin “xxxxxxxxxxxxxxxx” Şirkətinə olan 309.355,85 avro məbləğində borcunun satın alınmasını təklif etmişdir. Müflisləşmə işləri üzrə hakimin razılıq verməsi nəzərə alınaraq Cavabdeh MMC-nin 7035800, ******* və ******* saylı sifarişlər üzrə “xxxxxxxxxxxxxxxx” Şirkətinə olan 309.355,85 avro məbləğində borcu alıcıya satılmışdır. Müqaviləyə əlavə edilmiş Marsel Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli əmrindən müəyyən edilir ki, “xxxxxxxxxxxxxxxx” Şirkətinin ləğvedicisi cənab Mark Seneşala “xxxxxxxxxxxxxxxx” Şirkətinin Cavabdeh MMC-yə qarşı 7035800, ******* və ******* saylı sifarişlərdən irəli gələn tələbinin xx.xx.1974-cü ildə ünvan 1 ünvanında yaşayan İddiaçı2 satılmasına icazə verilmişdir. Alqı-satqı müqaviləsinə ötürülən tələbi təsdiq edən sənədlər qismində MST- ********** saylı sifariş aktı (təchizatın daxili nömrəsi 7035800) əsasında verilmiş 87.563,63 avro məbləğinə dair FRG2061 saylı; MST-**********R1 saylı sifariş aktı (təchizatın daxili nömrəsi 7035801) əsasında verilmiş 188.366,12 Avro məbləğinə dair FRG2062 saylı; ST- **********R2 saylı sifariş aktı (təchizatın daxili nömrəsi 7035802) əsasında 33.426,10 avro məbləğinə dair FRG2063 saylı invoyslar əlavə edilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2020-ci il tarixli pretenziya məktubundan müəyyən edilir ki, İddiaçı2 Cavabdeh MMC-nin “Genoyer S.A.S.” şirkətinə bütün sifariş aktları üzrə artıq ödənilmiş 335.765,9 avro məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Genoyer S.A.S” şirkəti ilə Cavabdeh MMC arasında alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. “Genoyer S.A.S” şirkəti “xxxxxxxxxxxxxxxxxxxxxx” Şirkətinin sifarişləri əsasında Cavabdeh MMC tərəfindən verilmiş sifariş aktlarına əsasən maye qazın nəqli üçün boru avadanlıqlarını təqdim etməyi, Cavabdeh MMC isə sifariş edilmiş malların razılaşdırılmış dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 2014-cü ildə Cavabdeh MMC tərəfindən “Genoyer S.A.S” şirkətinə 18 ədəd sifariş aktları ünvanlanaraq avadanlıqlar sifariş edilmiş, həmin sifariş aktları əsasında avadanlıqlar təhvil verilmiş və Cavabdeh MMC-yə invoyslar təqdim edilmişdir. Malların təqdim edilməsinə görə sonuncu dəfə xx.xx.2015-ci i tarixdə olmaqla Cavabdeh MMC tərəfindən “Genoyer S.A.S.“ şirkətinə müəyyən ödənişlər həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı2 Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilkin iddia tələbi rədd edilməlidir. Belə ki, ilkin iddia üzrə İddiaçı2 Cavabdeh MMC-yə qarşı cavabdehin “Genoyer S.A.S” şirkəti ilə alğı-satqı münasibətlərindən irəli gələn tələbi irəli sürmək hüququna malik olmasını onunla əsaslandırmışdır ki, “Genoyer S.A.S” şirkəti tərəfindən həmin öhdəlik hüquq münasibətlərdən irəli gələn tələb hüququ “İddiaçı1” şirkətinə, “İddiaçı1” şirkətindən isə hazırkı İddiaçı2 ötürülmüşdür. Göstərilən halları təsdiq etmək üçün İddiaçı2 “Genoyer S.A.S” şirkəti tərəfindən tərtib edilmiş iddia tələbi hüququnun güzəşt edilməsinin təsdiqi barədə xx.xx.2020-ci il tarixli məlumata və “xxxxxxxxxxxxxxxx” Şirkəti (satıcı) ilə İddiaçı2 (alıcı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 193.1-ci maddəsinə görə güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. 193.2-ci maddəsinə görə əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. 194.1-ci maddəsinə görə tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə görə tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. 198.2-ci maddəsinə görə tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatları bildirməyə borcludur. 196-ci maddəsinə görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Göstərilən normaların məzmunundan da göründüyü kimi tələbin güzəşti barədə müqaviləyə əsasən tələb hüququ müqavilədə göstərilən şərtlərlə və həcmdə üçüncü şəxsə ötürülür və bu zaman həmin tələb hüququnu təsdiq edən sənədlər yeni sahibə verilir. Yuxarıda göstərilən sənədlərdən isə müəyyən edilir ki, “İddiaçı1” şirkəti tərəfindən İddiaçı2 Cavabdeh MMC-nin bütün sifariş aktları üzrə deyil, yalnız MST-201401080 saylı (təchizatçının daxili sifariş nömrəsi 7035800), MST-201401080 saylı R1 saylı (təchizatçının daxili sifariş nömrəsi 7035801) və MST-201401080 saylı R2 saylı (təchizatçının daxili sifariş nömrəsi 7035802) sifarişi aktları üzrə yaranmış cəmi 309.355,85 avro məbləğində borcu üzrə tələb hüququ ötürülmüş və ötürülmüş tələbə aid sənədlər (qeyd olunan 3 sifariş aktı üzrə 3 invoys) yeni tələb sahibinə təqdim edilmişdir. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, hazırkı işdə tələbin güzəşti barədə müqaviləyə əsasən İddiaçı2 yalnız yuxarıda göstərilən 3 sifariş aktı ilə bağlı “Münasib Sənaye”xxxxxxxxx” MMC-yə qarşı tələb hüququ güzəşt edildiyindən ilkin iddia üzrə İddiaçı2 “Münasib Sənaye”xxxxxxxxx” MMC-yə qarşı yalnız həmin sifariş aktlarından irəli gələn tələbi irəli sürmək hüququna malikdir. Belə olan halda isə qalan 15 sifariş aktı üzrə yaranmış borcun tutulması tələbinə dair hissədə ilkin iddia tələbi iddiaçının subyektiv hüququnun olmaması əsası ilə rədd edilməlidir. İlkin iddia üzrə İddiaçı2 tələb hüququna malik olduğu 3 sifariş aktı üzrə borcun tutulması tələbinə münasibətdə isə məhkəmə əvvəla qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə Cavabdeh MMC-nin həmin sifariş aktları üzrə ilkin iddia ərizəsində tələb olunan məbləğdə borcunun olması öz təsdiqini tapmamışdır. Belə ki, həmin rəyə əsasən yalnız mübahisəli sifariş aktları nəzərə alındıqda “Münasib Sənaye”xxxxxxxxx” MMC-nin həmin sifariş aktları üzrə ümumiyyətlə borcunun olmaması, əksinə artıq ödəmənin mövcud olması, mübahisəli sifariş aktları üzrəxxxxxxxxxçının təqdim etdiyi invoyslar da nəzərə alındıqda isə Cavabdeh MMC-nin mübahisəli sifariş aktları üzrə borcunun cəmi 8.550,90 Avro təşkil etməsi müəyyən edilmişdir. Digər tərəfdən məhkəmə hesab edir ki, mübahisəli borcun iddiaçı tərəfindən təqdim edilmiş invoyslarına əsasən hesablanmalı olduğu ehtimal edilsə belə 3 sifariş aktı üzrə borcun tutulması tələbinə dair hissədə də ilkin iddia rədd edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi ilkin iddia üzrə Cavabdeh MMC mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, hazırkı işdə ilkin iddia üzrə Cavabdeh MMC tərəfindən tələbin ilkin sahibi “Genoyer S.A.S” şirkətinə sonuncu dəfə ödəniş xx.xx.2015-ci il tarixdə həyata keçirilmişdir. Belə olan halda isə iddia müddətinin axımının kəsilməsinə səbəb olan sonuncu hərəkət xx.xx.2015-ci il tarixdə edildiyindən tələb üzrə iddia müddətinin axımı məhz həmin tarixdən hesablanmalıdır. Digər tərəfdən iş materiallarından görünür ki, hazırkı iddia ərizəsi xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı2 vəkili Vəkil3 ilkin iddia üzrə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə etiraz edərək iddia ərizəsinin xx.xx.2018-ci il tarixdə poçta təqdim edildiyini, iş materiallarında həmin halı təsdiq edən qəbz olduğunu və belə olan halda qanunda nəzərdə tutulmuş üç illik iddia müddətinin tərəflərindən buraxılmadığını bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin istinad etdiyi yuxarıda göstərilən dəlillərini əsaslı saymır. Belə ki, iş materiallarında olan iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsinə dair surətli poçt xidmətinin qəbzindən görünür ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər xx.xx.2018-ci il tarixdə “İddiaçı1” şirkəti tərəfindən surətli poçt vasitəsilə 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş və xx.xx.2018-ci il tarixdə dəftərxana işçisi tərəfindən qəbzə imza edilərək qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş zərfdən isə görünür ki, zərfin üzərinə yalnız 1 saylı İnzibati- İqtisadi Məhkəməsinin adı yazılmış, zərfin poçta təqdim edilməsi tarixini təsdiq edən poçt möhürü isə vurulmamışdır. Məhkəmə surətli poçt xidmətinin məqsədinin poçt göndərişlərinin 1-2 gün ərzində çatdırılmasını təmin etmək olduğunu nəzərə alaraq surətli poçt vasitəsilə göndərilən zərfin 21 gün ərzində məhkəməyə çatdırılmasını inandırıcı və ağlabatan hesab etmir və göstərilən halları nəzərə alaraq iş materiallarında olan qəbzi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin xx.xx.2018-ci il tarixdə məhkəməyə göndərilməsini təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Belə ki, “Poçt haqqında“ Azərbaycan Respublikası Qanunun 1.0.4-cü maddəsinə əsasən sürətli poçt rabitəsi xidməti - fiziki poçt göndərişlərinin ən sürətlə işlənməsini və çatdırılmasını təmin edən poçt rabitəsi xidmətidir. Digər tərəfdən iddiaçı “İddiaçı1” şirkətinin iddia ərizəsində göstərilmiş həmin ərizəyə əlavə edilmiş sənədlərin siyahısından müəyyən edilir ki, iddia ərizəsinə həmin ərizənin cavabdehə çatdırılmasını təsdiq edən poçt qəbzinin əsli əlavə edilmişdir. Həmin qəbzdən isə görünür ki, Cavabdeh MMC iddia ərizəsini xx.xx.2018-ci il tarixdə poçt qəbzinə imza etməklə qəbul etmişdir. Göründüyü kimi məhkəməyə iddia ərizəsi ilə birlikdə təqdim edilmiş sənədlərin arasında iddia ərizəsinin surətinin xx.xx.2018-ci il tarixdə cavabdehə çatdırılması barədə qəbzin olması faktı onu təsdiq edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri xx.xx.2018-ci il tarixdən əvvəl 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilə bilməzdi. Beləliklə, işin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, ilkin iddia üzrə iddia müddətinin axımı xx xxxxxx 2015-ci il tarixdə başladığı halda “İddiaçı1” şirkəti tərəfindən hazırkı iddia ərizəsi məhkəməyə ən tezi xx.xx.2018-ci ildə təqdim edildiyindən iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən müqavilə tələbləri üçün qanunda nəzərdə tutullmuş 3 illik iddia müddəti buraxılmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı2 Cavabdeh MMCyə qarşı ilkin iddia tələbi rədd edilməlidir. İş materiallarından həmçinin görünür ki, Cavabdeh MMC iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə tərəflərindən sifariş aktları üzrə “Genoyer S.A.S.” şirkətinə artıq ödəniş edilməsinin müəyyən edildiyini, sonradan isə “Genoyer S.A.S.” şirkətinin həmin sifariş aktları üzrə tələb hüququnu İddiaçı2 güzəşt etdiyini əsas göstərərək İddiaçı2 qarşı artıq ödənilmiş pulların geri qaytarılması və işə məhkəmədə baxılması ilə bağlı çəkilmiş xərclərin tutulması barədə qarşılıqlı iddia irəli sürmüşdür. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə əvvəla qeyd edir ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi mübahisəli alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri ilkin olaraq “Genoyer” S.A.S.” şirkəti ilə Cavabdeh MMC arasında yaranmışdır. Bundan sonra “Genoyer S.A.S.” tərəfindən həmin müqavilə üzrə (müqavilədə göstərilən həcmdə) tələb hüququ “İddiaçı1” şirkətinə, sonuncu tərəfindən isə İddiaçı2 ötürülmüşdür. İddiaçı2 ilə “İddiaçı1” şirkəti arasında bağlanmış tələbin alqı-satqısı müqaviləsindən isə görünür ki, həmin müqaviləyə əsasən İddiaçı2 tərəfindən “İddiaçı1” şirkətinin Cavabdeh MMC-yə qarşı sifariş aktlarından irəli gələn tələbi satın alınmış və həmin müqavilədə müvafiq sifariş aktları üzrə “İddiaçı1” şirkətinin öhdəliklərinin də İddiaçı2 ötürülməsi barədə şərt yer almamışdır. Digər tərəfdən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC iddia tələbini İddiaçı2 qarşı irəli sürülməsini əsaslandırmaq üçün Mülki Məcəllənin 199.1-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə görə isə borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər. Qeyd olunan dəlilə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda göstərilən maddədə borclunun yeni kreditora güzəşt edilmiş tələbə qarşı etiraz irəli sürmək (məsələn, borcun mövcud olmaması, borcun məbləğinin daha az olması, təqdim edilmiş mallarda qüsurların olması və d.) hüququ təsbit edilmiş və həmin müddəa borcluya əvvəlki kreditora qarşı olan tələbləri yeni kreditora irəli sürmək hüququ vermir. Bununla yanaşı iş materiallarından göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC artıq ödənilmiş pullların geri qaytarılmasına dair qarşılıqlı iddia tələbini tərəflərindən mübahisəli sifariş aktları üzrə “Genoyer S.A.S.” şirkətinə artıq ödənişin həyata keçirilməsi ilə əsaslandırmışdır. Göründüyü kimi Cavabdeh MMC tərəfindən İddiaçı2 qarşı qaldırılmış qarşılıqlı iddia tələbi ümumiyyətlə ilkin olaraq “Genoyer” S.A.S.” şirkəti ilə Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsindən deyil, əsassız varlanmadan irəli gələn tələbdir. Belə olan halda isə həmin tələbin qanuni əsasını Mülki Məcəllənin 1091 və 1092-ci maddələri təşkil edir. Mülki Məcəllənin: 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edən şəxs əsassız varlanan şəxs sayılır və məhrum edən şəxs varlanmış şəxsdən əsassız əldə etdiklərini tələb etmək hüququna malikdir. Hazırkı işdə isə qarşılıqlı iddia üzrə iddiaçının artıq ödənildiyini iddia etdikləri pullar İddiaçı2 deyil, “Genoyer” S.A.S. şirkətinə ödənilmişdir. Belə olan halda isə İddiaçı2 əsassız varlanan şəxs olmadığı açıq-aşkardır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC tərəfindən artıq ödənilmiş pulun geri qaytarılması tələbinə dair qarşılıqlı iddia həmin iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılmadığından həmin iddia rədd edilməlidir. Qarşılıqlı iddianın işin məhkəmədə baxılması ilə bağlı çəkilmiş xərclərin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı2 qarşı irəli sürülmüş əsas qarşılıqlı iddia tələbi rədd edildiyindən həmin tələblərin təmin edilməsi üçün əsaslar mövcud deyil. MPM-in: 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2-ci maddəsinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Hazırkı işdə həm ilkin, həm də qarşılıqlı iddianın rədd edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddialar verilərkən ödənilmiş dövlət rüsumları müvafiq olaraq ilkin və qarşılıqlı iddiaçılara aid edilməli, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair xərclər isə tərəflər arasında bərabər bölünməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı2 ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilkin iddiası rədd edilsin. İlkin iddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh” MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 qarşı pul tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Eyni zamanda keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pul məbləğinin 72,5 (yetmiş iki manat əlli qəpik) manat hissəsi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən, qalan 72,5 (yetmiş iki manat əlli qəpik) manat hissəsi isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar