Məhkəmə qərarları › İş №2-2(113)-63/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-63/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-63/2020 17.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC Cavabdehnə qarşı pul tələbi barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdehnə qarşı Cavabdehndən 15.285,35 borc, 1.528,53 manat penya, 650 manat hüquqi xidmət haqqının, 30 manat ödənilmiş dövlət rüsumu - cəmi 17.493,88 manat pulun iddiaçının xeyrinə tutulmasıtələbi barədə iddiaərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “BASF X3 Sanayi” Məhdud Məsuliyyətli Cəmiyyəti (“xxxx”) CavabdehŞirkəti (“Alıcı”) arasında bağlanılmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən xxxx tərəfindən inşaat kimyəvi məhsullarının Alıcıya satılması və Alıcı tərəfindən müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada xxxxya ödənilməsi nəzərdə tutulmuşdur. Alqı-satqı müqaviləsinin 3.3-cü bəndinə əsasən gecikmə halında Alıcı hər geçikən gün üçün 0,1 % penya ödəməyi qəbul və təsdiq edir. Ancaq bu 10 faizdən artıq olmamalıdır. Lakin Alıcı Cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl olunmayaraq xx.xx.2018-ci il tarixə qədər 15.285,35 borc, 1.528,53 manat penya yaranmışdır. Bunu tərəflər arasında bağlanılmış xx.xx.2016-ci il tarixli üzləşdirmə aktı və xx.xx.2018-ci il tarixli məktub və xx.xx.2018-ci il tarixli 043 nömrəli pretenziya məktubu da təsdiq edir. xx.xx.2018-ci il tarixli “BASF X3 Sanayi” Məhdud Məsuliyyətli Cəmiyyəti və fiziki şəxsi X2 arasında bağlanılmış hüquqi xidmət müqaviləsinə əsasən hüquqi xidmət haqqı 650 (altı yüz əlli) manat müəyyən edilmişdir. Cavabdehnə pul tələbinə dair iddia ərizəsi göndərilmişdir. Bununla əlaqədar olaraq Cavabdehndən 15.285,35 borc, 1.528,53 manat penya, 650 manat hüquqi xidmət haqqının, 30 manat ödənilmiş dövlət rüsumu cəmi 17.493,88 manat pulun iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə hüquqi şəxsin qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişləri göndərilsə də, poçt şöbəsinin əməkdaşları tərəfindən zərfin üstünə F-20 arayışlar vurularaq, cəmiyyətin Bakı şəhəri,Qaradağ rayonu, Salyan şossesi 25 ünvanında olan binanın bağlı olması səbəbindən, poçt göndərişlərinin çatdırılması mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə uyğun olaraq, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 185.5 maddəsinə əsasənməhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinidinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan xxxx olan iddiaçı ilə alıcı olan cavabdeh aralarında xx.xx.2016-cı il tarixdə bağlanmış 2016-SM/QQ-024 nömrəli alqı-satqı müqaviləsinə əsasən hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlərlə və lazım olan halda həmin müqavilənin ayrılmaz hissəsi olaraq tərəflər arasında tərtib edilmiş protokollarda göstərilən inşaat kimyəvi məhsullarının (malın) müqavilə müddəti dövründə iddiaçı tərəfindən cavabdehin mülkiyyətinə verməyi, cavabdeh tərəfindən isə həmin malların dəyərinin həmin müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada iddiaçıya ödəməyi öz üzərilərinə öhdəlik götürmüşlər. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən malın razılaşdırılmış qiyməti qaimə-fakturalarda və ya həmin müqaviləyə əlavə protokollarda öz əksini tapır. Qeyd olunan müqavilənin 3.3-cü bəndinə əsasən xxxx sabit limit olarak 35.000 AZN məbləğində malı alıcıya verir, alıcı isə malın dəyərini qaimə-faktura əsasında təhvil aldığı tarixdən etibarən 60 gün müddətində xxxxya nəğd və ya köçürmə şəklində ödəyir. Gecikmə halında alıcı hər gecikən gün üçün müddəti keçən məbləğin 0.1% penya ödəməyi qəbul və təsdiq edir. Bütün hallarda penya toplamı mal dəyərinin 10% artıq olmamalıdır. Mülki işdə olan tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış 2016-SM/QQ-024 nömrəli alqı-satqı müqaviləsininin əlavəsi olaraq xx.xx.2016-cı il tarixli, 1 nömrəli qiymət razılaşma protokoldan görünür ki, həmin tarixə MasterRheobuild 561 (Dokme) məhsulun 1 kiloqramı üçün 1,10 manat, MasterRheobuild 878 (Dokme) məhsulun 1 kiloqramı üçün 1,00 manat və MasterAir 200 (Mikro-Air) məhsulun 1 kiloqramı üçün 1,10 manat olmasına dair tərəflər aralarında razılığa gəlmişlər və bunu öz imza və möhürləri ilə təsdiq etmişlər. İşdə olan tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış 2016-SM/QQ-024 nömrəli alqı-satqı müqaviləsininin əlavəsi olaraq xx.xx.2016-cı il tarixli, 2 nömrəli qiymət razılaşma protokoldan görünür ki, həmin tarixə MasterRheobuild 561 (Dokme) məhsulun 1 kiloqramı üçün 0,80 manat, MasterRheobuild 878 (Dokme) məhsulun 1 kiloqramı üçün 0,80 manat və MasterAir 200 (Mikro-Air) məhsulun 1 kiloqramı üçün 1,35 manat olmasına dair tərəflər aralarında razılığa gəlmişlər və bunu öz imza və möhürləri ilə təsdiq etmişlər. Mülki işdə olan xx.xx.2016-cı il tarixli, 987367 nömrəli qaimə-fakturadan görünür ki, 4.000,00 kiloqram MasterRheobuild 878 (Dokme) və 300 kiloqram MasterAir 200 (Mikro- Air) məhsullarının yekun dəyəri 5.180,20 manat olmaqla iddiaçı cavabdehə mal satmış və tərəflər öz imza və möhürləri ilə bunu təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2016-cı il tarilxi, 987948 nömrəli qaimə-fakturadan görünür ki, 1.000,00 kiloqram MasterRheobuild 561 (Dokme) və 500 kiloqram MasterAir 200 (Mikro-Air) məhsullarının yekun dəyəri 1.740,50 manat olmaqla iddiaçı cavabdehə mal satmış və tərəflər öz imza və möhürləri ilə bunu təsdiq etmişlər. İşdə olan xx.xx.2016-cı il tarixli, 275178 nömrəli qaimə-fakturadan görünür ki, 4.000,00 kiloqram MasterRheobuild 561 (Dokme) və 500 kiloqram MasterAir 200 (Mikro- Air) məhsullarının yekun dəyəri 4.572,50 manat olmaqla iddiaçı cavabdehə mal satmış və tərəflər öz imza və möhürləri ilə bunu təsdiq etmişlər. Mülki işdə olan xx.xx.2016-cı il tarixli, 275203 nömrəli qaimə-fakturadan görünür ki, 4.000,00 kiloqram MasterRheobuild 561 (Dokme) məhsullarının yekun dəyəri 3.776,00 manat olmaqla iddiaçı cavabdehə mal satmış və tərəflər öz imza və möhürləri ilə bunu təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2016-cı il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya xx.xx.2016-cı il tarixə 26.285,37 manat dəyərində kreditor borcunun mövcüd olmasına dair akt tərtib edilərək, tərəflər öz imza və möhürləri ilə bunu təsdiq etmişlər. İşdə olan xx.xx.2018-ci il tarixli, 01/18 nömrəli xidmət müqaviləsindən görünür ki, sifarişçi olan iddiaçı ilə icraçı olan fiziki şəxs X2 aralarında xidmətin dəyəri 650 manat olmaqla iddiaçının müqavilə münasibətlərində olduğu subyektlərlə yarana biləcək mübahisəli məsələlərin həllində yalnız iddiaçının mənafelərini təmsil etmək və həmin subyektlərlə hüquqi müdafiə və hüquqi xidmət sahəsində hər hansı işbirliyi həyata keçirməməyinə dair razılığa gəlmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.7 maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tədqiqatı dövründə iddiaçı tərəfindən yuxarıda göstərilən müqavilə üzrə, öz üzərinə götürdüyü öhdəlikləri tam və ya lazıminca icra etməməsi barədə cavabdeh tərəfindən hər hansı bir dəlil və ya sübut məhkəməyə təqdim olunmamışdır. Bununla da, qeyd olunmuş müqavilənin tərəfi olan iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklərin tam icra olunması təkzib olunmazdır. Həmçinin cavabdeh tərəfindən iddiaçıya hər hansı borcun olmaması və ya hazırki iş üzrə iddia tələbindən daha az miqdarda olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığına görə, məhkəmə cavabdeh tərəfindən borcun olmasının təsdiqi kimi tərəflər arasında bağlanmış üzləşmə aktına işin mübahisəsiz halı kimi qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərinin pozmuşdur. Nəticədə iddiaçı tərəfindən cavabdehə 2016-cı ilin müxtəlif aylarında təqdim olunmuş 5 qaimə-fakturalar üzrə təqdim olunmuş malların ümumi dəyəri15.285,35 manat məbləğində sonuncu tərəfindən borc ödənilməmişdir. Eyni zamanda həmin Müqavilənin 3.3-cü bəndinə əsasən xxxx sabit limit olarak 35.000 AZN məbləğində malı alıcıya verir, alıcı isə malın dəyərini qaimə-faktura əsasında təhvil aldığı tarixdən etibarən 60 gün müddətində xxxxya nəğd və ya köçürmə şəklində ödəyir. Gecikmə halında alıcı hər gecikən gün üçün müddəti keçən məbləğin 0.1% penya ödəməyi qəbul və təsdiq edir. Bütün hallarda penya toplamı mal dəyərinin 10% artıq olmamalıdır. Buna görə də, iddiaçı müqavilə üzrə ödənilməmiş borca görə, ona penya hesablamaqla, cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Hüquqi xidmət xərcinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, 650 manat dəyərində iddiaçı fiziki şəxs X2 ilə hüquqi xidmətin göstərilməsinə dair aralarında müqavilə bağlanılmış və sonuncu hazırki iş üzrə iddiaçının maraqlarını müxtəlif instansiya məhkəmələrində təmsil etmişdir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə işin xüsusatlarını nəzərə alaraq hesab edir ki, hüquqi xidmətin göstərilməsinə görə 650 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə İddiaçı MMC-nin ********** saylı VÖEN üzrə qeydiyyata alınaraq fəaliyyət göstərir və hal-hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində olan kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən həmin VÖEN üzrə İddiaçı MMC adını dəyişdirirək "X4 Azerbaijan" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Bununla əlaqədar olaraq, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının adı dəyişdirilərək "X4 Azerbaijan" Məhdud Məsuliyyətli Cəmiyyəti kimi qeyd olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdehndən 15.285,35 borc, 1.528,53 manat penya, 650 manat hüquqi xidmət haqqının, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 17.493,88 manat məbləğində pul vəsaiti "X4 Azerbaijan" Məhdud Məsuliyyətli Cəmiyyətixeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 15.285,35 borc, 1.528,53 manat penya, 650 manat hüquqi xidmət haqqının, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 17.493 (on yeddi min dörd yüz doxsan üç) manat 88 (səksən səkkiz) qəpik məbləğində pul vəsaiti "X4 Azerbaijan" Məhdud Məsuliyyətli Cəmiyyəti xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar