Məhkəmə qərarları › İş №2-2(113)-64/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-64/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-64/2020 16.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi X1 iştirakı ilə İlkin iddia üzrə iddiaçı Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçınə qarşı “tariflərin aylıq deyil, illik götürülməklə yeni hesabların tərtib edilməsi vəzifəsinin qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair ilkin iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il il tarixli 38 saylı müqavilə üzrə Cavabdeh MMC-dən 106 680,00 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının tutularaq İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2015-ci il tarixində İddiaçı (İDR) ilə Cavabdeh MMC arasında 38 saylı müqavilə imzalanmışdır. Müqavilənin 2.1-ci bəndinə müvafiq olaraq DRİ-yə təqdim olunmuş “Anket materialları” na əsasən Cavabdeh MMC-yə 2016 və 2017-ci illər üçün tezlik və radielektron vasitələrindən istifadəyə görə 106680 manat məbləğində 38-M-16 və 36M-17 saylı hesablar təqdim olunmuşdur. Cavabdeh MMC-yə təqdim olunmuş hesablar Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2004-cü il tarixli iclas Qərarına əsasən təsdiqlənmiş «Radiotezliklərin qeydiyyatı və elektromaqnit uzlaşmanın təmini və istismarına nəzarət tarifləri»nin 75 və qeydlər bölməsinin 1-ci bəndləri əsasında tərtib olunmuşdur. İddiaçı 38 saylı müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməsinə baxmayaraq Cavabdeh MMC müqavilənin 3-cü bəndini pozur. Belə ki, adı çəkiləm bölmədə qeyd olunur ki, Cavabdeh MMC Tariflər Şurasının təsdiq etdiyi tariflərə uyğun təqdim olunan hesabların 10 gün müddətində ödənilməsini təmin etməlidir. Bununla bağlı xx.xx.2018-ci il tarixli DRİ-HKŞ-9/531 saylı pretenziyanın göndərilməsinə baxmayaraq bu günə kimi Cavabdeh MMC Azərbaycan Respublikası Tarif Şurasının təsdiq etdiyi tariflərə uyğun təqdim olunan hesabları ödəməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçınə qarşı “tariflərin aylıq deyil, illik götürülməklə yeni hesabların tərtib edilməsi vəzifəsinin qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən Cəmiyyətə təqdim olunmuş 38-M-16 və 36M-17 saylı hesabların ləğv olunması və qarşılıqlı iddia üzrə cavabdehin üzərinə 38- M-16 və 36M-17 saylı hesabların əvəzinə Preyskurantın Cəmiyyətdə istifadə olunan radiorabitə vericilərinin çıxış gücünə uyğun gələn 43 və 44-cü bənddə təsbit edilmiş tariflər tətbiq edilməklə və tezlik sayı düzgün tətbiq olunmaqla, tariflər aylıq deyil, illik götürülməklə yeni hesabların tərtib edilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdehin xx.xx.2015-ci il tarixli 38 saylı müqavilə üzrə cəmiyyətə təqdim etdiyi 38-M-16 və 36M-17 saylı hesablarda həqiqətə uyğun olmayan, preyskurantın cəmiyyətdə istifadə olunan kanalların, tezliklərin diapazonuna uyğun gəlməyən tarifləri və düzgün olmayan hesablanma qaydası tətbiq edilmişdir. Bununla qarşılıqlı iddia üzrə cavabdeh hüquqdan sui-istifadə etmişdir. Sui-istifadənin də başlanğıcı kimi qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli 38 saylı müqavilədə Azərbaycan Respublikası Tarif Şurası tərəfindən xx.xx.2004-cü ildə təsdiq edilmiş “Raditezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantının konkret olara hansı bəndlərində nəzərdə tutulmuş tariflərin tətbiq olunacağını qəsdən göstərilməməsi hesab edilir. Çünki adı gedən preyskurantda 90-a yaxın müxtəlif tarifləri əks etdirən bəndlər vardır və qarşılıqlı iddia üzrə cavabdehin müqavilədə konkret olaraq 90 bənddən hansılarında əks olunmuş tariflərin tətbiq olunacağını qəsdən göstərməməsi açıq-aşkar görsənir. xx.xx.2015-ci il tarixli 38 saylı müqavilə üzrə təqdim edilmiş 38-M-16 və 36M-17 saylı hesablar əsassız və qanunsuzdur. Belə ki, cəmiyyətdə istifadə olunan kanallar, tezliklər 4-4.2 GhZ diapazonunda işləyir ki, bu da santimetrik diapazon hesab olunur. Qeyd olunanlar İddiaçınə təqdim edilmiş anket məlumatları ilə təsdiqini tapır. İddiaçı tərəfindən isə preyskurantın desimetrik diapazona uyğun tarifləri tətbiq edilmişdir. Bununla yanaşı preyskurantın 75-ci bəndində göstərilmiş tariflər illik ödəniş kimi, yəni bir ildə bir dəfə ödənişin edilməsi kimi nəzərdə tutulsa da, hər hesabda iki dəfə eyni dövrü əhatə edən illik ödənişlər tətbiq edilmişdir. Digər tərəfdən cəmiyyətin 2 tezlik zolağı olduğundan və tarif hər bir tezliyə görə tətbiq olunmalı olduğundan REV sayı nəzərə alınmadan və tezlik sayı olaraq 12 və ya 24 deyil, məhz 2 götürülməklə hesablanma aparılmalı idi. Lakin qarşılıqlı iddia üzrə cavabdehin təqdim etdiyi hesablarda “Tele və radiyayım paylayıcı şəbəkələrdə (efir-kabel) bir tezliyin (kanalın) istismarı üzrə ödənişlər hesablanarkən 12 və 24 tezlik sayı və eyni zamanda REV sayı da tətbiq edilmişdir. Bundan əlavə Preyskurantın 75-ci bəndinə əsasən tariflər illik hesablanmalı olmasına baxmayaraq 36M-17 saylı hesabda tarif 11 ayın sayına vurularaq hesablanmışdır. Eyni zamanda həmin hesabda Preyskurantda mövcud olmayan tarif (15 manat) tətbiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi X2 ilkin iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə ilkin iddia üzrə cavabdeh/qarşılıqlı iddia üzrə iddiaçıya qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə in iddia üzrə cavabdeh/qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsinin iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilkin iddia üzrə iddiaçı/qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nizamnamə əsasında fəaliyyət göstərən İddiaçı (İcraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 38 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, bu müqavilə ilə “İcraçı” “Sifarişçi”nin rəsmi müraciətini nəzərə alaraq simsiz internet şəbəkəsi üçün tezlikləri təyin edib, radiorabitə avadanlıqlarının istismarı üçün icazə verir. Həmin müqavilənin 3-cü bəndinə əsasən “Sifarişçi” rabitə vasitələri üçün təqdim etdiyi anket materiallarına əsasən “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantına uyğun hesablarda göstərilən məbləğin ödənişini 10 gün müddətində təmin etməlidir. Radiorabitə vasitələri üçün təqdim olunan anketlər müqaviləyə əlavə edilərək onun əsas hissəsi sayılır və ödənişlərin aparılması üçün əsas götürülür. Hesabların ödənilməsi növbəti ilə keçirildiyi halda “İcraçı” hər gecikdirilmiş aya görə 0,1 % penya ödənilməsini “Sifarişçi”dən tələb edir. Həmin müqavilənin 5-ci bəndinə əsasən müqavilə tərəflərin hər birində 1 nüsxə olmaq şərti ilə imzalandığı tarixdən xx.xx.2015-ci il tarixə qədər müddətində qüvvədədir. Tərəflərdən biri müqavilənin müddətinin bitməsinə 30 gün qalmış onun ləğv olunması haqqında yazılı təklif verməzsə, müqavilə növbəti illər üçün də qüvvədə qalır. Müqaviləyə əlavə və dəyişikliklər tərəflərin razılığı ilə “Razılaşma protokolu” vasitəsi ilə həyata keçirilir. - İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanan xx.xx.2018-ci il tarixli, DRİ-HKŞ- 9/531 nömrəli pretenziya məktubunun təsdiq olunmuş surətindən görünür ki, iddiaçı radioelektron vasitələrindən istifadəyə görə 106680 manat məbləğin ödənilməsini xahiş etmiş, əks təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tədbirlərin görüləcəyini bildirmişdir. - 1444 nömrəli xx xxxxxx 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı Cavabdeh MMC tərəfindən məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 8934/11359 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, dördüncü, beçinci və altıncı suallar üzrə aparılmış tədqiqatlar, cihazlar üzərində keçirilmiş yerli baxışlar nəticəsində aparılmış ölçmələr və işin materiallarında aşkar olunmuş məlumatlar əsasında müəyyən olundu ki, Cavabdeh MMC-yə məxsus ötürücü avadanlıqları, məlumatları santimetrik “C” diapozonuna aid 4 Ghz-4.2 Ghz tezlikdə ötürür. Cavabdeh MMC-yə məxsus radio elektron vericilərin sayı 12 ədədə bərabərdir. REV-in siqnalın ötürmə tezliyi 4000-4200 Mhz, yəni ki 4-4.2 Ghz tezlikdə iki zolaqda 16 kanallara bölünmüş halda “C” kateqoriyalı santimetrik dizpozonunda məlumatları ötürür. REV-lər eyni tezlik dizpozonunda işləyir. REV-lədən alınan siqnal sonradan xüsusi qurğularla kabeldə eyni kontingenti eyni kəmiyyətdə vahid bir şəbəkədə yayımlanır. Birinci, ikinci və üçüncü suallar üzrə beləliklə, bütün yuxarıda göstərilənlərə, tərəflər arasında İddiaçı (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış xx xxxx 2015-ci il tarixli Radiotezlikıərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında 38 saylı müqavilənin 1-ci bəndinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2004-cü il tarixli iclasına əsasən 9 nömrəli protokolla təsdiq edilmiş “Radiotezlikıərin qeydiyyatı, elektromaqnit uzlaşmanın təmini və istismarına nəzarət tarifləri” nə uyğun olaraq müvafiq tarif əsasında Cavabdeh MMC-yə hesablanmalı olan məbləğ 26212,4 manat təşkil edir: Cavabdeh MMC-yə məxsus 12 ədəd radio elektron vericilər üzrə ümumilikdə 12.000 manat məbləğində birdəfəlik ödəniş, Cavabdeh MMC-yə məxsus 5 ədəd peyk stansiyası üzrə illik istismar haqqı 6000 manat, 2016-cı il üzrə 6000 manat, 2017-ci il üzrə 6000 manat, ümumilikdı 12000 manat. Cavabdeh MMC-yə 2 tezlik ayrılmışdır, hər bir tezlik üçün 1000 manat, ümumilikdə 2000 manat məbləğində birdəfəlik ödəniş hesablanmalıdır. Radirabitə vericilərin sayının 12 olması nəzərə alınmaqla, radiostansiyanın çıxış gücünə uyğun olaraq Cavabdeh MMC-yə hesablanmalı olan məbləğ 2016-cı il üçün 106,4 manat, 2017-ci il üçün 106,0 manat təşkil edir. Ekspertiza tədqiqatı zamanı Cavabdeh MMC-yə məxsus çevirici verici cihazın santimetrlik “C” diapozonuna aid olması səbəbindən müəssisəyə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2004-cü il tarixli iclasına əsasən 9 nömrəli protokolla təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri”-nin 75-ci bəndinə əsasən hesablanmış 94680 manat məbləğində istismar haqqının əsassız hesablandığı müəyyən edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nizamnamə əsasında fəaliyyət göstərən İddiaçı (İcraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx xxxx 2015-ci il tarixli, 38 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, müqavilə ilə “İcraçı” “Sifarişçi”nin rəsmi müraciətini nəzərə alaraq simsiz internet şəbəkəsi üçün tezlikləri təyin edib, radiorabitə avadanlıqlarının istismarı üçün icazə verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə üzrə öhdəlik münasibətləri yaranmışdır. Cavabdeh MMC isə qarşılıqlı iddia ərizəsində İddiaçı xx.xx.2015-ci il tarixli 38 saylı müqavilə üzrə cəmiyyətə təqdim etdiyi 38-M-16 və 36M-17 saylı hesablarda həqiqətə uyğun olmayan, preyskurantın cəmiyyətdə istifadə olunan kanalların, tezliklərin diapazonuna uyğun gəlməyən tarifləri və düzgün olmayan hesablanma qaydası tətbiq edildiyini irəli sürmüşdür. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nizamnamə əsasında fəaliyyət göstərən İddiaçı (İcraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 38 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi radirabitə şəbəkəsinin yaradılması üçün tələb olunan sənədləri və istifadə olunan radirabitə vasitələrinin təsdiqlənmiş anketlərini təqdim edir. 2.11-ci bəndinə əsasən, icraçı radiorabitə şəbəkəsi üçün tezlikləri təyin edir. 2.12-ci bəndinə əsasən ödənişlər aparıldıqdan sorna 1 il müddətinə radirabitə avadanlıqlarının istismarı üçün icacə verir. 2.13-cü bəndinə əsasən ayrılmış tezliklərin və radirabitə vasitələrinin qeydiyyatını aparır. 2.15-ci bəndinə əsasən radiotezliklərdən düzgün istifadə olunmasına nəzarət edir. Müqavilənin 2.5-ci bəndinə əsasən, Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən xx.xx.2004-cü ildə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantına uyğun ödənişlərin vaxtında aparılmasını təmin edir. Müqavilənin 3-cü bənidən əsasən, Sifarişçi” rabitə vasitələri üçün təqdim etdiyi anket materiallarına əsasən “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantına uyğun hesablarda göstərilən məbləğin ödənişini 10 gün müddətində təmin etməlidir. Radiorabitə vasitələri üçün təqdim olunan anketlər müqaviləyə əlavə edilərək onun əsas hissəsi sayılır və ödənişlərin aparılması üçün əsas götürülür. Hesabların ödənilməsi növbəti ilə keçirildiyi halda “İcraçı” hər gecikdirilmiş aya görə 0,1 % penya ödənilməsini “Sifarişçi”dən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Həmin Məcəllənin 398.3-cü maddəsinə əsasən, əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir. İş materialları ilə müəyyən olunur ki, icraçı tərəfindən sifarişçiə tezlik və radioelektron vasitələrinin istismar haqqı ilə əlaqədar 106680 manat məbləğində ödəniş üçün 38-M-16 və 36M-17 saylı hesablar verilmişdir. xx.xx.2018-ci il tarixli pretenziya məktubu ilə İddiaçı tərəfindən Cavabdeh MMC-yə 2016 və 2017-ci illər üçün istismar haqqı olan 106680 manat pulun ödənilminə dair 38-M-16 və 36M-17 saylı hesabların göndərilməsinə baxmayaraq MMC-nin hesabları ödəmədiyi bildirilmişdir. İş üzrə məhkəmə araşdırması zamanı məhkəmə-ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 8934/11359 nömrəli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Rəydə illik istismar haqqının tətbiq olunub-olunmaması, tətbiq olunmalı idisə, hansı bəndə əsasən hesablanmalı olması barədə rəy verilməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə verilmiş xx.xx.2019-cu il tarixli 8934/11359 nömrəli ekspert rəyi hazırki iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 13.6-cı maddəsinə əsasən, radiotezliklərdən istifadə təyinatı, radiotezliklərin sayı, zolağı və istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlər müəyyən olunur. Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən normativ hüquqi aktlar vasitəsilə müəyyənləşdirilir. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nizamnamə əsasında fəaliyyət göstərən 30.3.2015-ci il tarixli, 38 nömrəli müqavilə üzrə sifarişçi öz öhdəliklərini yerinə yetirmədiyindən, 106680 manat pulun Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, 38-M-16 və 36M-17 saylı hesablar üzrə İddiaçı pul tələbi əsaslı olduğundan və hesabların ləğvi üçün əsas müəyyən edilmədiyindən qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, 250 manat ekspertiza xərci Cavabdeh MMC-dən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ikin iddia tələbi təmin edilməli, xx.xx.2015-ci il il tarixli 38 saylı müqavilə üzrə Cavabdeh MMC-dən 106 680 (yüz altı min altı yüz səksən) manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqı tutularaq İddiaçı hesabına köçürülməli, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. xx.xx.2015-ci il il tarixli 38 saylı müqavilə üzrə Cavabdeh MMC-dən 106 680 (yüz altı min altı yüz səksən) manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqı tutularaq İddiaçı hesabına köçürülsün. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçınə qarşı “tariflərin aylıq deyil, illik götürülməklə yeni hesabların tərtib edilməsi vəzifəsinin qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Cavabdeh MMC-dən 250 (iki yüz əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ**********00000003944 SWİFT BİK CTREAZ 22) ödənilsin Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar