Məhkəmə qərarları › İş №2-2(113)-67/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-67/2023

31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-67/2023 31.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi K.X4, Cavabdehin nümayəndəsi X3, Cavabdehin vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Ləğv prosesinda olan (LPO) İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" Məhdud Məsuliyyəli Cəmiyyətinə (MMC) qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı* 07.03.20*4-cü il tarixdə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh-dən İddiaçı*-nin xeyrinə 454634,77 manat borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rümunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı bank ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli, **2 saylı kredit müqaviləsinə əsasən mal-material alınması məqsədi ilə cavabdehə *2 ay müddətinə, illik *7 faiz dərəcəsi ilə *.000.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 9.2-ci bəndinə müvafiq olaraq borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin *% miqdarında borc verənə dəbbə pulu ödəməlidir. Müqavilənin 6.*-ci bəndinə uyğun olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik *7%-lə hesablanır. Cavabdeh "xxxx" MMC kredit vəsaitindən istifadə etmiş, lakin kredit müqaviləsinin müddətinin bitməsinə baxmayaraq kredit üzrə hesablanmış faizləri ödəməmiş, bununla da müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. 26.02.20*4-cü il tarixinədək cavabdeh "xxxx" MMC-nin Banka 454634,77 manat faiz borcu vardır. Cavabdehə kreditin qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş, lakin buna baxmayaraq bu günə qədər kreditə hesablanmış faizlərin ödənilməsi təmin edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.04.20*4-cü il tarixli 2(82)-*426/20*4 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş və cavabdeh "xxxx" MMC-dən İddiaçı*-nin xeyrinə 454634 manat borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində vəsaitinin tutulması qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-il tarixli, 2iq(82)-*426/20*4 saylı qərardadı ilə "xxxx" MMC-nin ərizəsi əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.04.20*4-cü il tarixli 2(82)-*426/20*4 saylı qiyabi qətnaməsi ləğv edilmiş və iş təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Daha sonra iddiaçı LPO İddiaçı2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu *4.06.2022-ci il tarixində iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cəmi *.227.765,80 manat - bundan *.**5,624.20 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.*2.20*4-cü il tarixli Plenum qərarına əsasən hesablanmış **2.*4*,60 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı yenidən 3*.0*.2023-cü il tarixində iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cəmi *.254.*68,50 manat - bundan 72.263,*0 manat əsas borc, *.**5,624.20 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.*2.20*4-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 66.28*,20 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMCdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. *6.02.2023-cü il tarixində iddiaçı təkrar məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək cəmi *.253,*28.20 manat - bundan 72.263,*0 manat əsas borc, *.**4,583.54 manat dəbbə pulu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.*2.20*4-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 66.28*,20 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMCdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf xx.xx.2023-cü il tarixdə sonuncu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cəmi *.253.*28,20 manat - bundan 72.263,*0 manat əsas borc, *.**4.583,54 manat dəbbə pulu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.*2.20*4-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 66.28*,20 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMCdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi xx.xx.2023-cü il tarixində verilmiş dəqiqləşdirmə ərizəsində tələb edilən məbləğlər *6.02.2023-cü il tarixli iddia tələbinin artırılması barədə ərizədə göstərilən məbləğlərlə eynilik təşkil etmişdir və sonuncu ərizədə yalnız cavabdehdən tələb olunan əsas, faiz və dəbbə borcu ətraflı açıqlanaraq əsaslandırılmışdır. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi məhkəmə tərəfindən verilən suala cavab olaraq bildirilmişdir ki, son olaraq yalnız xx.xx.2023-cü il tarixli ərizədə göstərilən tələbi müdafiə edirlər, 07.03.20*4-cü il tarixində iddia ərizəsi verilərkən göstərilən tələbi, həmçinin *4.06.2022, 3*.0*.2023-cü, *6.02.2023-cü il tarixli tələbin həcminin artırılması barədə ərizələrdə göstərilən tələbləri müdafiə etmirlər. Beləliklə, xx.xx.2023-cü il tarixli “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(**3)- 2*83/2022 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. 20.*2.2022-ci tarixli 9/5862 saylı ekspert rəyində ekspertin hesablamalarına əsasən xx.xx.2007-ci il tarixli, **2 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla "xxxx" MMC-nin sualda göstərilən tarixə, yəni *7.02.20*2-ci il tarixə əsas borc üzrə 72.263,*0 manat, kredit müqaviləsi bitdiyi tarixdən (xx.xx.2008-ci il) son ödəniş tarixinə (*7.02.20*2-ci il) kimi illik beş faiz məbləği üzrə 26.737,58 manat borc hesablanmışdır. 20.*2.2022-ci tarixli 9/5862 saylı ekspert rəyinə əsasən kredit müqaviləsi üzrə əsas borc 72.263,*0 manat müəyyən edilmişdir. Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən, эgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Həmçinin Kredit müqaviləsinin 7.2-ci maddəsinə əsasən, Borc alan tərəfindən ödənilənb məbləğ ilk növbədə kredit üzrə hesablanan faizlərin, qalan hissəsi isə kredit məbləğinin ödənilməsinə yönəlir. Həmçinin Məhkəmə baxış iclasında cavabdeh tərəf ekspert rəyi ilə razı olduğunu bildirmiş və izahatı iclas protokoluna qeyd olunmuşdur. Mülki Prosessual Məcəlləsinin *06.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmçinin cavabdeh "xxxx" MMC-nin bugünə kimi gecikdirilmiş vaxt üçün hesablanan illik beş faiz məbləği 66.28*,56 manat təşkil edir. Həmin məbləğin hesablanmasına nəzər yetirildikdə ekspert rəyində qeyd olunduğu kimi gecikdirilmiş günlərin say axımı müqavilənin müddəti bitdiyi xx.xx.2008-ci il tarixdən başlayır, sonuncu ödəniş tarixinə, yəni *7.02.20*2-ci il tarixində bitir və bu aralıqda gecikdirilmiş günlərin sayı *.342 gün (26.737,58 manat) təşkil edir. Lakin, ekspert *7.02.20*2-ci il tarixdən bugünə kimi olan müddət üçün hesablanan illik beş faiz məbləğini hesablamamışdır. Sonuncu ödəniş tarixindən, yəni *7.02.20*2-ci il tarixdən 27.0*.2023-cü il tarixinə kimi yaranmış gecikdirilmiş günlərin sayı 3.940 gün təşkil edir. Qeyd olunan vaxt üçün hesablanan faiz borcunu sadə qaydada riyazi hesablama aparmaqla (əsas borc/*00*5)/360 yəni gecikdirilmiş * gün üçün faiz borcunu tapmaqla və yaranmış məbləği ümümi gecikdirilmiş günlərin sayına vurmaqla) müəyyən etmək mümkündür. Bu qaydada aparılmış hesablama ((72.283,49 / *00 x 5)/360= *0.4 - * gün üzrə faiz borcu) nəticəsində * gün üçün yaranmış faiz borcunun olduğu müəyyən edilir. Bu məbləğ də gecikdirilmiş günlərin sayına vurulduqda (*0.039 X 3940 = 39.543,97 manat) *7.02.20*2-ci il tarixdən 27.0*.2023-ci il tarixə yaranmış, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun 39.543,97 manat təşkil etdiyi aşkar olunur. Bu səbəbdən qeyd edilən kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik beş faiz borcu qismində məhz 66.28*,56) manat məbləği cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 20*4-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2*.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə kredit müqaviləsinin qüvvədə olma müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmaqla faiz borcunun tutulması hər hansı şərtlə məhdudlaşdırılmamışdır. İddiaçı2 ASC ilə Cavabdeh-nin arasında bağlanmış **2 saylı 25 may 2007-ci il tarixli kredit müqaviləsinin 9.2 bəndində göstərilmişdir ki, “Borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış fazilərin və gecikdirilmiş borc yarandığı gündən hər qecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin illik 34% miqdarında Borc verənə dəbbə pulu ödəməlidir. İddiaçı2 ASC ilə Cavabdeh-nin arasında bağlanmış **2 saylı 25 may 2007-ci il tarixli kredit müqaviləsinin 9.2 bəndinə əsasən cavabdehdən sonuncu ödəniş, yəni *7.02.20*2-ci il tarixinə kimi *.**4.583,54 manat dəbbə pulu hesablanmışdır. İddiaçı2 ASC ilə Cavabdeh-nin arasında bağlanmış **2 saylı 25 may 2007-ci il tarixli kredit müqaviləsi üzrə dəbbə pulunun hesablanması qaydası: 05.**.2008-ci il tarixindən *5.02.20*2-ci il tarixinə kimi əsas borc məbləği – 998563,6* manat, *5.02.20*2ci il tarixindən *7.02.20*2-ci il tarixinə kimi əsas borc məbləği 92**09,9* manat müəyyən edilmişdir. Cəmi gecikmələrin sayı **82 gün müəyyən olunur. Və müqaviləyə əsasən 34% ilə dəbbə pulu hesablanarkən ***4583,54 manat edir. Müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyin vaxtında və düzgün icrası üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyadır. Qeyd etmək vacibdir ki, Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq kredit təşkilatı kredit üzrə hesablanan faizləri (gəliri) alıb-almamasından asılı olmayaraq bu faizlərə görə mənfəət vergisi, əmanətçilərə isə faiz ödəyir. Borclu, faizləri və digər borc öhdəliklərini ona verilmiş cədvəl üzrə vaxtında ödəmədikdə, kreditor ziyana düçar olur. Bu ziyanın qarşısını almaq məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada kredit müqavilələrində dəbbə pulunun ödənilməsi sanksiyası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.*-ci maddəsində qeyd edilir ki, "Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsinə əsasən, “Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.” İddiaçı2 ASC ilə Cavabdeh-nin arasında bağlanmış **2 saylı 25 may 2007-ci il tarixli kredit müqaviləsi hüquqi şəxslə bağlandığı üçün ödəniş cədvəli yoxdur və ödənişlər Kredit müqaviləsinin 6-cı maddəsinə əsasən gündəlik *7 %-lə hesablanır. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən *6.02.2023-cü il tarixində məhkəməyə yazılı mülahizə təqdim edərək məhkəmədə mübahisələndirilən 25 may 2007-ci il tarixli, “Təminatlı kredit müqaviləsi № **2”-nin təminatı kimi Bakı Şəhəri 9 saylı Notariat Ofisində 25 may 2007-ci il tarixli “İpoteka müqaviləsi”nin bağlandığı, məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Arxivindən əldə edilmiş 25 may 2007-ci il tarixli “İpoteka müqaviləsi”-nin notariat işindən 25 may 2007-ci il tarixli, “Təminatlı kredit müqaviləsi № **2”-nin təminatı kimi 24 may 2007-ci il tarixində, **07480*3 qeydiyyat və 0*00**00**57-0630*-083364 reyestr nömrəsi ilə qeydə alınmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH №0078653 saylı Çıxarış” əsasən X5 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanda yerləşən binanın 5-ci mərtəbəsində *83,6 kv.m-dən ibarət qeyri yaşayış sahəsi 25 may 2007-ci il tarixli “İpoteka müqaviləsi” ilə İddiaçı2 ASC-nin xeyrinə ipoteka ilə yüklü edildiyi qeyd olunmuşdur. İddiaçı2 ASC-nin X*3 müavini S.B.Baxşalıyevin Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsinə ünvanladığı KP/TB/07-06 saylı, 30 may 2007-ci il tarixli məktuba əsasən X5 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanda yerləşən binanın 5-ci mərtəbəsində *83,6 kv.m-dən ibarət qeyri yaşayış sahəsinin (68 saylı ofis) özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. Ekspert rəyinə dair mülahizəsində Məhkəmənin 2-2(**3)-2*83/2022 saylı iş üzrə 05 iyul 2022-ci il tarixli Qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində məhkəm-mühasibatlıq ekspertizası həyata keçirildiyi, 9/5862 saylı, 20 dekabr 2022-ci il tarixli “Ekspert rəyi” ilə *7 fefral 20*2-ci il tarixinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti qarşısında 72263,*0 manat əsas borcu və 26737,58 manat faiz borcu olduğu qənaitinə gəlindiyi bildirilmişdir. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi "xxxx" MMC-nin İddiaçı2 ASC qarşısında hər-hansı məbləğdə borcu mövcud olduğu təqdirdə həmin borc məbləğinin ödənilməsi məqsədi ilə tutmanın ilk növbədə ipoteka predmeti - X5 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanda yerləşən binanın 5-ci mərtəbəsində *83,6 kv.m-dən ibarət qeyri yaşayış sahəsinə (68 saylı ofis) yönəldilməli olduğunu, bundan başqa 9/5862 saylı, 20 dekabr 2022-ci il tarixli “Ekspert rəyi”-ndə əsas məbləğə dair göstərilənlərdən fərqli olaraq İddiaçı2 ASC öz iddia ərizəsində və məhkəmənin gedişində "xxxx" MMC tərəfindən əsas borc məbləğinin tam həcmdə ödənildiyini bildirdiyini qeyd etmişdir. Yekün məhkəmə aktı qəbul edilərkən qeyd olunanların nəzərə alınmasını xahiş etmişdirlər. Bundan başqa cavabdehin nümayəndələri *4.03.2022-ci il və *6.03.2023-cü il tarixli eyni məzmunlu etirazlar təqdim edərək məhkəmənin gedişində iddiaçı LPO İddiaçı2 ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu öz iddia tələbini dəfələrlə dəyişdirərək heç bir əsas olmadan Cavabdeh-nin onun qarşısında olan borc öhdəliklərini qat-qat artırdığını qeyd etmişdir. Həmçinin iş materiallarında olan İddiaçı2 ASC tərəfindən tərtib edilmiş 26 fevral 20*4-cü il tarixli “Arayış”-dan göründüyü kimi Cavabdeh həmin tarixə qədər 244.*43,0* manat həcmində faiz borcunun və *.000.000,00 manat həcmində əsas borcun kreditora ödənilməsini təmin etdiyini, bu faktın iddiaçı LPO İddiaçı2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə təqdim etdiyi Cavabdehnin hesablaşma hesabından “Çıxarış”-da da öz təsdiqini tapdığını, məhz bu səbəblərə görə də İddiaçı2 ASC ilk dəfə məhkəməyə iddia ərizəsi verərəkən Cavabdeh tərəfindən ödənilməmiş 454 634,77 manat həcmində faiz borcunun ondan tutulmasını xahiş etdiyi bildirmişdir. Belə olan təqdirdə hansı əsaslarla LPO İddiaçı2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu axırıncı dəfə iddia tələbinin həcmini artıraraq cəmi * 253 *28,20 manat olmaqla, 72 263,*0 manat əsas borcu, * **4 583,54 manat dəbbə pulunu, AR Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 20*4-cü il tarixli qərarına əsasən hesablanmış 6628*,20 manat faizi Cavabdeh-dən tələb etməsi anlaşılmadığı və iddiaçı LPO İddiaçı2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdehnin faiz borcuna faizlər hesabladığını qeyd etmiş və iddiaçı LPO İddiaçı2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia tələbinin artırılmış hissəsində rədd edilməsini və həmin tələbin 26 fevral 20*4-cü il tarixinə olan 454634,77 manat həcmində ödənilməmiş faiz borcunun Cavabdeh-dən tutularaq ona ödənilməsi hissəsində təmin edilməsini, 454634,77 manat həcmində ödənilməmiş faiz borcu məbləğinin ödənilməsi məqsədi ilə tutmanın ipoteka predmeti - X5 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanda yerləşən binanın 5-ci mərtəbəsində *83,6 kv.mdən ibarət qeyri yaşayış sahəsinə (68 saylı ofis) yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən xx.xx.2023-cü il tarixində yenidən məhkəməyə Etiraz təqdim edilərək iddiaçı LPO İddiaçı2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə təqdim etdiyi Cavabdeh hesablaşma hesabıdan “Çıxarış”-a əsasən *7 fevral 20*2-ci il tərəfindən əsas kredit məbləği sonuncu tərəfindən nağd şəkildə cavabdehin kassasına tam həcmdə ödənilmişdir. Belə olan təqdirdə hansı əsaslarla iddiaçı LPO İddiaçı2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh-dən *.**4.583,54 manat dəbbə pulu tələb edəbilər. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşımaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs * saylı Ərazi İdarəsinin 3-2*-3-30/276*6/2023 saylı, 09 mart 2023-cü il tarixli cavab məktubunda Bakı Şəhəri 9 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 28 dekabr 20*9-cu il tarixli 4Ə-*656 reyestr nömrəli “Bağışlama müqaviləsi”-nə əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanda yerləşən binanın 5-ci mərtəbəsində *83,6 kv.m-dən ibarət qeyri yaşayış sahəsinin 0*00**00**57-0630*-08*04* reyestr nömrəsi ilə "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının adına qeydiyyatdan keçdiyi bildirilmişdir. Həmçinin hansı əsaslarla iddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanda yerləşən binanın 5-ci mərtəbəsində *83,6 kv.m-dən ibarət qeyri yaşayış sahəsi ṫ ıderkrarqA“ QSC Bank olmayan Kredit Təşkilatının adına keçmişdir. Hesab edirlər ki, ipoteka predmetinin ṫ ıderkrarqA“ QSC Bank olmayan Kredit Təşkilatının adına keçməsi faktı məhkəmədə araşdırılmalı və ona aydınlıq gətirməlidir. Qeyd olunanlara əsasən cavabdehin nümayəndələri iddiaçı LPO İddiaçı2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun sonuncu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində göstərilmiş cəmi *.253.*28,20 manat olmaqla, 72 263,*0 manat əsas borcun, *.**4.583,54 manat dəbbə pulunun, AR Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 20*4-cü il tarixli Qərarına əsasən hesablanmış 6628*,20 manat faizi borcunun Cavabdeh-dən tutularaq ona ödənilməsinə dair tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Daha sonra cavabdehin nümayəndəsi və vəkili 3*.03.2023-cü il tarixində iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 20*3-cü il tarixli Qərarına istinad edərək İddiaçı2 ASC ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixi **2 nömrəli müqavilənin 5.4-cü maddəsinə əsasən müqavilənin müddətinin xx.xx.2008-ci il tarixinə kimi müəyyən edildiyini; buna baxmayaraq İddiaçı2 ASC Cavabdeh-yə qarşı iddia tələbi ilə məhkəməyə 20*4-cü il tarixində müraciət etdiyini və bununla da 3 illik iddia müddətinin buraxıldığını qeyd edərək əvvəlki İddiaçı2 ASC-nin və Ləğv Prosesində olan İddiaçı2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondununun Cavabdeh-yə qarşı iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində əsasən iddia müddətini tətbiq edərək iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi K.X*0 yalnız xx.xx.2023-cü il tarixində verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək, cəmi *.253.*28,20 manat - bundan 72.263,*0 manat əsas borc, *.**4.583,54 manat dəbbə pulu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.*2.20*4-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 66.28*,20 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMCdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında cavabdehin “borc kredit müqaviləsinin təminatı olan ipoteka predmetinə yönəldilməlidir” mövgeyinə dair fikir bildirərək qeyd etdi ki, tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmirlər, ipoteka predmetinə tutmanın yönəldib-yönəldilməməsi Bankın vəzifəsi deyil, hüququdur. Digər tərəfdən məhkəməyə sübut təqdim edərək ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 saylı binanın 5-ci mərtəbəsində olan ümumi sahəsi *83.6 kv.m, köməkçi sahəsi *83.6 kv.m ibarət qeyri-yaşayış sahəsinə dair 20*2, 20*3, 20*5-ci illərdə bir neçə dəfə alqı-satqı müqavilələri bağlanmış və hazırda həmin qeyri-yaşayış sahəsi ṫ ıderkrarqA" QSC Bank olmayan kredit təşkilatının adına qeydiyyatdan keçmiş və mülkiyyətindədir. Cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə isə etiraz edərək bildirdi ki, müqavilə müddəti bitəndən sonra da, 2008, 20*2-ci illərdə ödənişlər olduğu üçün müddət buraxılmamışdır, ona görə iddia müddətinin tətbiqi barədə ərizə əsassızdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli, **2 saylı müqavilə üzrə iddia müddəti ötürülmüşdür, ona görə də iddia müddətinin tətbiq edilməsi barədə ərizənin təmin olunmasını və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Nümayəndə iddia tələbinə etiraz etdiyini, iddiaçının hesabdan çıxarışına və maliyyə arayışına əsasən əsas borcun tam ödənildiyi göstərildiyi halda iddiaçının iddia ərizəsinin son dəqiqləşdirilməsinə əsasən nəyə görə yenidən əsas borcun tələb edildiyinin anlaşılmadığını və hər bir halda iddiaçı tərəfindən iddia müddəti ötürüldüyü üçün iddia müddətinin tətbiq edilməsi barədə ərizənin təmin olunmasını və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - Borc verən -İddiaçı2 ASC ilə Borc alan - Cavabdeh arasında bağlanmış 25 may 2007-ci il tarixli, **2 saylı təminatlı kredit müqaviləsinə əsasən: 2.2. Borc verən mal-material alınması məqsədi ilə istifadə etmək üçün Borc alana * 000 000 manat məbləğində kredit verməyi öhdəsinə götür. 2.3. Borc alan bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür. 4.*. Bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu ipotekadır. 4.2. Təminat üsulu ilə bağlı münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada aidiyyatı olan subyektlər tərəfndən 25 may 2007-ci il tarixində bağlanan və rəsmiləşdirilən İpoteka müqaviləsi ilə tənzimlənir. 5.3. Borc alana verilən kredit vəsaitindən istifadə müddəti *2 aydır. 5.4. Kredit vəsaitindən istifadə müddəti 25 may 2008-ci il tarixində bitir. 5.5 Bu müqavilənin 5.4-cü bəndində göstərilən müddətin uzadılması barədə tərəflər razılığıa gəldikdə, belə razılıq bu müqavilənin *5-ci bəndində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir və Azərbaycan Respublikasının qanuvericiliyinə müvafiq olaraq həyata keçirilir. 6.*. Kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik *7%-lə hesablanır. 7.*. Bu müqavilənin 5.4-cü bəndi nəzərdə tutulmuş vaxt borc öhdəliyiin tam həcmdə icra edilməsinin son tarixi kimi müəyyən edilir. 7.2. Borc alan tərəfindən ödənilən məbləğ ilk növbədə kredit üzrə hesablanan faizlərin, qalan hissəsi isə kredit məbləğinin ödənilməsinə yönəlir. 9.2. Borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin illik 34% miqdarında Borc verənə dəbbə pulu ödəməlidir. - xx.xx.2007-ci il tarixli müddətli öhdəçilik qəbzindən görsənir ki, İddiaçı2 ASC tərəfindən Cavabdeh-yə *.000.000 manat məbləğində kredit verilib, Cavabdeh də aldığı ssudanı İddiaçı2 ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. - İddiaçı2 ASC ilə X** və borclu Cavabdeh arasında bağlanmış 25 may 2007-ci il tarixli, 54 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan X** ona məxsus olan Bakı şəhəri, Xətai ryaonu, Nobel prospektində istifadədə oln 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 5-ci mərtəbəsində *83.6 kv.m. ümumi, *83.6 kv.m. əsas sahədən ibarət 68 saylı ofis sahəsini xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlinmişdir. - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2,468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 5-ci mərtəbəsində *83.6 kv.m. ümumi, *83.6 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış sahəsi (68 saylı ofis) tam mülkiyyət hüququ üzrə xx.xx.2007-ci il qeydiyyat tarixi ilə X5 adına rəsmiləşdirilmişdir. İddiaçı2 ASC-nin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı 30 may 2007-ci il tarixli məktubunda xx.xx.2007-ci il tarixdə İddiaçı2 ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq, X7 məxsus olan, Bakı şəhəri, Xətai ryaonu, Nobel prospektində istifadədə olan 2,468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 5-ci mərtəbəsində *83,6 kv.m. ümumi, *83,6 kv.m. əsas sahədən ibarət qeyriyaşayış sahəsi (68 saylı ofis) ipoteka predmeti olaraq girov qoyulduğu və göstərilən sahənin özgəninkiləşdirilməsinə qadağa qoyulması xahiş edilimşdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşımaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs * saylı Ərazi İdarəsinin 3-2*-3-30/276*6/2023 saylı, 09 mart 2023-cü il tarixli mətubunda ünvan ünvanda yerləşən ümumi sahəsi *83.6 kv.m olan, qeyri-yaşayış sahəsi (68 saylı ofis, 0*00**00**57-0630*-083364 reyestr nömrəli) xx.xx.2007-ci il tarixdə X5 adına qeydiyyatdan keçdiyi, Bakı şəhər notariusu X8 tərəfindən təsdiq edilmiş 24.02.20*2-ci il tarixli 4Ə/-202 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən 03.05.20*2-ci il tarixdə X9 adına qeydiyyatdan keçdiyi və Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş **.0*.20*3-cü il tarixli 4-Ə-*/*46 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0*.02.20*3-cü il tarixdə X* adına qeydiyyatdan keçdiyi, Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 27.**.20*5-ci il tarixli 3M-2869 reyestr nömrəli əvvəl bağlanmış müqavilənin ləğvi barədə sazişə əsasən X* hüquqları ləğv edildiyi, Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 28.*2.20*9-cu il tarixli 4Ə-*656 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən 0*00**00**57-0630*-08*04*reyestr nömrəsi ilə ṫ ıderkrarqA" QSC Bank olmayan kredit təşkilatının adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətində olduğu qeyd olunmuşdur. - İddiaçı2 ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış *7 fevral 20*4-cü il tarixli, 05/838 saylı bildirişdə kredit müqaviləsi üzrə *000000 manat kredit vəsaiti verildiyi və *7.02.20*4-cü il tarixə banka 454634,77 manat borcu olduğu qeyd olunmşdur və həmin borcun 5 gün müddətində könüllü ödənilməsi tələb edilmişdir. - İddiaçı*-nin 26.02.20*4-cü il tarixli, 336/*4 saylı maliyyə arayışına əsasən borcalan Cavabdeh-nin 25.02.20*4-cü il tarixə istifadə olunuş *000000 manat kredit öhdəliyi üzrə ödənilmiş faizlər 244*43,0* manat, ödənilməmiş faizlər isə kreditlər üzrə cəmi borcu 454634,77 manat müəyyən edilmişdir. - LPO İddiaçı2 ASC-nin *4 iyun 2022-ci il tarixli, 22*3500800867 saylı maliyyə arayışına əsasən borcalan "xxxx" MMC-nin *7.02.20*2-ci il tarixinədək istifadə olunub – *000000 manat, ödənilmiş əsas borc – *000000 manat, ödənilmiş faizlər – *70000 manat, ödənilmiş faizlər (5%) – 74*43 manat, ödənilməmiş faizlər (5%) - **2*4*,60 manat və dəbbə pulu borcu **5624,20 manat olmaqla, cəmi kredit üzrə borcu * 227 765,80 manat müəyyən edilmişdir. - İddiaçı2 ASC-nin sistemdən çıxarışa əsasən müəyyən olunur ki, Cavabdeh tərəfindən 05.**.2008-ci il tarixində 99.*68 manat faiz borcu üzrə ödəniş edilmişdir. - İddiaçı2 ASC-nin sistemdən çıxarışa əsasən müəyyən olunur ki, Cavabdeh tərəfindən *5.02.20*2-ci il tarixində - 375423,77 manat, *7.02.20*2-ci il tarixində isə - 624.576 manat ödəniş edilmişdir. - Məhkəmənin 05 iyul 2022-ci il tarixli, 2-2(**3)-2*83/2022 saylı qərardadı ilə xx.xx.2007-ci il tarixli təminatlı kredit müqaviləsi üzrə MMC-nin *7.02.20*2-ci il tarixə cərimə borcunun, xx.xx.2008ci il tarixindən *7.02.20*2-ci il tarixədək yalnız əsas borca 5%-lə hesablanmış faiz borcunun və ödənilmiş 244*43 manat məbləğində pul vəsaitinin *70000 manat məbləğində hissəsinin faiz borcuna və 74*43 manat məbləğində hissənin illik 5%-lə hesablanmış faiz borcuna silinməsinin müqavilə şərtlərinin uyğun aparılıb-aparılmamasının müəyyən edilməsi məqsədilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Azərbayca Respublikası ƏN MEM-in 20 dekabr 2022-ci il tarixli 9/5862 saylı ekspert rəyinə əsasən xx.xx.2007-ci il tarixli **2 saylı kredit müqaviləsi üzrə Cavabdeh-nin *7.02.20*2-ci il tarixə banka olan əsas borcu 72.263,*0 manat və faiz borcu 26.737,58 manat müəyyən edilmiş, o cümlədən İddiaçı2 ASC ilə Cavabdeh-nin arasında bağlanmış xx.xx.2007-ci il tarixli, **2 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş iş materiallarında kredit ödənişlərinin gecikdirilməsinə görə İddiaçı2 ASC tərəfindən tərtib edilmiş cərimənin hesablanmasına dair cərimə hesabından çıxarış və cərimənin hansı qaydada silinərək hesablanması ilə bağlı məlumatlar mövcud olmadığından hazırkı tədqiqatlar üzrə cərimə hesablanmadığı qeyd olunmuşdur. - * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *0.02.20*6-cı il tarixli qərarına əsasən İddiaçı2 ASC müflis elan edilmiş və ifas proseduruna başlanılmışdır. - * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-*(8*)-*54*/20*6 saylı *3.04.20*6-cı il tarixli qərardadına əsasən İddiaçı2 ASC-yə ləğvedici qismində təyin olunmuş "xxxx" MMC, Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, xx.xx.2007-ci il tarixində tərəflər arasında **2 saylı təminatlı kredit müqaviləsi bağlanmışdır. Bank tərəfindən MMCyə *2 ay (xx.xx.2008-ci il kimi) müddətinə *7 faiz dərəcəsi ilə *.000.000 manat məbləğində kredit verilmişdir. İddiaçı2 ASC ilə X** və borclu Cavabdeh arasında bağlanmış 25 may 2007-ci il tarixli, 54 saylı ipoteka müqaviləsinə əsasən X** ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 5-ci mərtəbəsində *83.6 kv.m. ümumi, *83.6 kv.m. əsas sahədən ibaət 68 saylı qeyri-yaşayış sahəsini xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh MMC tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etmədiyi üçün Bank tərəfindən 07.03.20*4-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş və ödənilməmiş 454634,77 manat faiz borcu tələb edilmişdir və borcun ipoteka predmetinə yönəldilməsi tələbi mövcüd olmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.04.20*4-cü il tarixli 2(82)-*426/20*4 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Daha sonra "xxxx" MMC-nin ərizəsi əsasında 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qeyd olunan qiyabi qətnaməsi xx.xx.2022-il tarixində ləğv edilmiş və iş təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. İş təzələndikdən sonra iddiaçı *4.06.2022-ci il tarixində iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cəmi *.227.765,80 manat - bundan *.**5,624.20 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.*2.20*4-cü il tarixli Plenum qərarına əsasən hesablanmış **2.*4*,60 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş iddia tələbinə əsasən məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 20 dekabr 2022-ci il tarixli 9/5862 saylı ekspert rəyinə əsasən xx.xx.2007ci il tarixli **2 saylı kredit müqaviləsi üzrə Cavabdeh-nin *7.02.20*2-ci il tarixə banka olan əsas borcu 72263,*0 manat və faiz borcu 26737,58 manat müəyyən edilmiş, o cümlədən İddiaçı2 ASC ilə Cavabdeh-nin arasında bağlanmış xx.xx.2007-ci il kredit müqaviləsi üzrə tərtib edilmiş cərimənin hesablanmasına dair cərimə hesabından çıxarış və cərimənin hansı qaydada silinərək hesablanması ilə bağlı məlumatlar mövcud olmadığından cərimə hesablanmadığı qeyd olunmuşdur. İddiaçı ekspert rəyini əsas götürərək iddia tələbinin həcmini artıraraq MMC tərəfindən edilən ödənişlər bank sistemi tərəfindən əsas və faiz borcuna düzgün çıxılmadığını qeyd edərək və buna görə də ekspert rəyinə əsasən 72263,*0 manat əsas borcu, *.**4.583,54 manat dəbbə pulu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.*2.20*4-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 66.28*,20 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Bank sistemindən çıxarışa və maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh-nin müqavilə üzrə son ödənişləri aşağıdakı kimi olmuşdur: faiz borcu üzrə - 05.**.2008-ci il tarixində 99.*68 manat; əsas borc üzrə - *5.02.20*2-ci il tarixində - 375423,77 manat, *7.02.20*2-ci il tarixində isə - 624.576 manat. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372.*-ci, 372.2-ci, 373.2-ci, 377.*, 377.2, 377.3-cü, 375.2-ci, 378 və 380.*-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 200*-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri əmələ gəlmişdir. Belə ki, bu hüquq münasibəti çərçivəsində İddiaçının Cavabdehdən gördüyü kredit, faiz və cərimə borcunu tələb etmək hüququ (subyektiv tələb hüququ) yaranmışdır. Cavabdeh *5.02.20*2 və *7.02.20*2-ci il tarixlərində *000000 manat əsas borcun ödənildiyini qeyd edərək əsas borcun mövcudluğunu və müvafiq faiz və cərimə borcunu qəbul etmir və xx.xx.2008-ci il tarixində müqavilə müddətinin bitdiyinə, iddia müddətinin keçməsinə əsaslanmaqla iddianın rəddini xahiş edir. MM-in *4.2.*-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. İş materiallarında olan sənədlər və ekspert rəyi ilə Cavabdeh-nin Banka ödənilməmiş borcun mövcüdluğu müəyyən olunur. Beləliklə, Cavabdeh müqavilə üzrə kreditin ödəməsini öhdəsinə götürməsinə baxmayaraq tərəflər arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməməsi İddiaçıya hazırkı iddia tələbini (əsas borc, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.*2.20*4-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz və cərimə borcu) irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.*-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.* və 448.*-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə, İddiaçının subyektiv tələb hüququna malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, İddiaçı, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır. Belə ki, Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsində tərəflər arasında bağlanmış müqavilə müddəti xx.xx.2008-ci ildə bitdiyini, həmin tarixdən hesablanan 3 illik iddia müddəti isə 25.05.20**-ci ildə başa çatdığını qeyd etmişdir. Lakin İddiaçı 2008-ci ilin noyabr ayında 05-də (99.*68 manat), *5.02.20*2-ci il (375423,77 manat) və *7.02.20*2-ci il (624.576 manat) tarixlərində Banka ödənişlərin olduğunu qeyd edərək iddia müddətinin tətbiq olunması barədə ərizəyə etiraz etdi. İş materialları ilə müəyyan olunur ki, xx.xx.2007-ci il tarixli müqavilə üzrə üç illik iddia müddəti ərzində Cavabdeh MMC-nin 05.**.2008-ci il tarixli ödənişi olmuşdur. Beləliklə, iddia müddətinin axımı müqavilə müddətinin bitditi xx.xx.2008-ci ildən deyil, həmin müddət ərzində etiraf edici hərəkətin (05.**.2008-ci il tarixli ödəniş) edildiyi tarixdən hesablanmaqla iddia müddəti 05.**.20**-ci il tarixində başa çatmışdır. İddiaçı isə iddia ərizəsi ilə məhkəməyə 07.03.20*4-cü il tarixdə müraciət etmişdir. İddiaçının nümayəndəsinin Cavabdeh tərəfindən *5.02.20*2-ci və *7.02.20*2-ci il tarixlərində edilən ödənişlərə görə də iddia müddətinin keçməməsi arqumentinə dair məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, *5.02.20*2 və *7.02.20*2-ci il tarixli ödənişlər etiraf edici hərəkət kimi qəbul edilsə belə, həmin hərəkət hazırkı mübahisə üzrə iddia müddəti artıq bitdikdən sonra (05 noyabr 2008-ci il tarixində başlamış iddia müddəti 05 noyabr 20**-cı il tarixində bitmişdir) edildiyindən hər bir halda artıq bitmiş iddia müddətinin kəsilməsinə səbəb ola bilməzdi. Bununla belə, iddia müddətinin kəsilməsi və dayandırılmasına əsas olan hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. MM-in 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. MM-in 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. MM-in 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, iddiaçı Ləğv prosesinda olan (LPO) İddiaçı2 ASC-nin Ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu (İddiaçı*) iddianı 20*4-cü ilin mart ayının 7-də verməklə müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır. Odur ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin *24.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 2*6-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Ləğv prosesinda olan İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" Məhdud Məsuliyyəli Cəmiyyətinə qarşı “cəmi * 253.*28,20 (bir milyon iki yüz əlli üç min bir yüz iyirmi səkkiz manat, 20 qəpik) manatdan 72263,*0 (yetmiş iki min iki yüz altmış üç, *0 qəpik) əsas borcun, * **4.583,54 (bir milyon bir yüz on dörd min beş yüz səksən üç manat, 54 qəpik dəbbə pulu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.*2.20*4-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 66 28*,20 (altmış altı min iki yüz səksən bir manat, 20 qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı Ləğv prosesinda olan İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti iddiaçı Ləğv prosesinda olan İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu *42595, Büdcə səviyyəsinin kodu 3, X2, 2*0005, VÖEN *40*55507*, Müxbir Hesab AZ4*NABZ0*360*0000**********, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN *70032662*, hesab: AZ34CTRE**********000208850*) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar