Məhkəmə qərarları › İş №2-2(113)-682/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-682/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-682/2022 22.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə*, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək *6800 Gürcüstan larisi məbləğində pul vəsaitinin "AGT Menegment Məsləhət və Tikinti Xidmətləri” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "Geoconstruction” MMC ilə "AGT Menegment Məsləhət və Tikinti Xidmətləri” MMC-nin Gürcüstan Respublikasındakı Filialı arasında biznes münasibətləri mövcud olmuş və *7 oktyabr 20*8-ci il tarixli, JCB 5CX*5H2WM (OO0*7G) nömrəli ekskavatorun icarəsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilədən irəli gələrək "AGT Menegment Məsləhət və Tikinti Xidmətləri” MMC-nin Gürcüstan Respublikasındakı Filialının 20*8-ci ilin oktyabr ayından 22 iyul 202*-ci il tarixinə "Geoconstruction” MMC qarşısında *6800 Gürcüstan larisi borcu yaranmışdır. İddiaçının nümayəndəsi Nümayəndə* məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və bildirdi ki, dövlət rüsumu digər iş üzrə ödənildiyindən hazırkı iş üzrə cavabdehdən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzinin tutulmasını tələb etmir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək iddanı etiraf etdiyini bildirdi və izahatında göstərdi ki, həqiqətən də "AGT Menegment Məsləhət və Tikinti Xidmətləri” MMC-nin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə *6800 Gürcüstan larisi məbləğində borcu yaranmışdır. İş materiallarında olan: - *7 oktyabr 20*8-ci il tarixli texnikanın icarəsi haqqında müqaviləyə əsasən tərəflər razılığıa gəlirlər ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (icarəyə verən) öz sahibliyində olan texnikanı Ekskavator JCB 5CX*5H2WM (OO0*7G) "AGT Menegment Məsləhət və Tikinti Xidmətləri” MMC-yə (icarədara) müvəqqəti istifadəyə verəcəkdir. İcarə haqqı ƏDV daxil olmaqla, gündəlik 400 Gürcüstan larisi məbləğində müəyyən edilmişdir. Müqavilə imzalandığı andan qüvvəyə minir və müddəti 3* dekabr 20*8-ci il tarixinə qədər qüvvədə qalır. Lakin, tərəflər bir-birinə müqaviləyə xitam verilməsi barədə məlumat verməzlərsə, müqavilə avtomatik olaraq uzadılır. - 3* oktyabr 20*8-ci il tarixli təhvil-təslim aktına əsasən tərəflər arasında bağlanmış *8.*0.20*8-ci il tarixli müqavilə üzrə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "AGT Menegment Məsləhət və Tikinti Xidmətləri” MMC-nin istifadəsinə icarə qaydasında Ekskavator yükləyici JCB 5CX*5H2WM (OO07*G) təhvil verilmişdir. İcarənin dəyəri ƏDV daxil olmaqla 5600 Gürcüstan larisi təşkil edir. - 30 noyabr 20*8-ci il tarixli təhvil-təslim aktına əsasən tərəflər arasında bağlanmış *8 oktyabr 20*8-ci il tarixli müqavilə üzrə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "AGT Menegment Məsləhət və Tikinti Xidmətləri” MMC-nin istifadəsinə icarə qaydasında Ekskavator yükləyici JCB 5CX*5H2WM (OO07*G) təhvil verilmişdir. İcarənin dəyəri ƏDV daxil olmaqla **200 Gürcüstan larisi təşkil edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 700.*-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; - 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; - 684.*-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. İşin halları və cavabdehin etirafı ilə də təsdiq olunur ki, "AGT Menegment Məsləhət və Tikinti Xidmətləri” MMC-nin İddiaçı-yə *6800 Gürcüstan larisi borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - *06.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - *9*.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Lakin işin hallarından görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur və buna görə də iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 439.*-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. - 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbi barədə iddiası təmin edilsin. *6800 Gürcüstan larisi məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla Cavabdehndən tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən * ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar