Məhkəmə qərarları › İş №2-2(113)-683/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-683/2022

28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-683/2022 28.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya ödənilməli olan 36000 Gürcüstan Larisi pulunun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC-nin Gürcüstan Respublikasındakı Filialı arasında biznes münasibətləri mövcud olmuş və 0* noyabr 20*8ci il tarixli və 0* mart 20*9-cu il tarixli müqavilələr bağlanmışdır. Həmin müqavilələrdən irəli gələrək cavabdehin 22 iyul 202*-ci il tarixinə İddiaçı qarşısında 36000 Gürcüstan larisi borcu yaranmışdır. Qeyd olunan pul vəsaitləri cavabdeh tərəfindən ödənilməli olan müddətin keçməsinə baxmayaraq ödənilməsi təmin edilməmiş və heç bir hüquqi əsas olmadan vəsaitlərin saxlanılması həyata keçirilmişdir. Bakı Kommersiya Məhkəməsinin 22.*2.202*-ci il tarixli, e-2-2(**3)-4843/202* saylı qərardadı ilə iddiaçılar "xxxx" MMC, "xxxx" MMC və İddiaçı-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə İddiaçı-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması”na dair iddia tələbi ayrıca icraata ayrılmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Ç.Nağıyev iddia tələbini qəbul etdiyini, həmin borcu ödəməli olduqlarını, lakin onların borclularının ödəmələri vaxtında etmədikləri üçün borclarını gecikdirdiklərini, iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin nümayəndəsi məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 0* noyabr 20*8-ci il tarixli icarə müqaviləsinə əsasən müqavilənin predmeti icarəyə verən tərəfindən mülkiyyətində olan Generator *6 kva-nın icrarədara təhvil verilməsidir. Müqavilənin 2-ci bəndinə əsasən Generator *6 kva-nın icarə haqqı ƏDV daxil olmaqla ayda 4000 lari təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 0* mart 20*9-cu il tarixli icarə müqaviləsinə əsasən müqavilənin predmeti icarəyə verən tərəfindən mülkiyyətində olan Generator *50 kva-nın icrarədara təhvil verilməsidir. Müqavilənin 2-ci bəndinə əsasən Generator *50 kva-nın icarə haqqı ƏDV daxil olmaqla ayda 4000 lari təşkil edir. “Tibisi Bank” SC tərəfindən verilmiş 03.07.20*9-cu il tarixli *562*6*203 GEL nömrəli ödəmə tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına *4000 Lari pul köçürülmüşdür. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 23 iyun 202*-ci il tarixli 23/06/202*/AGT/3 nömrəli pretenziya məktubundan görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə cavabdehin yaranmış 36.000 Gürcüstan Larisi borcunu *0 gün müddətində ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İddiaçı tərəfindən verilmiş 22.07.202*-ci il tarixli arayışdan görünür ki, cavabdehin iddiaçıya qarşı 50000 lari məbləğində borcu var idi, buradan *4000 lari ödənilmiş, bugünkü vəziyyət ilə isə borc 36000 lari təşkil edir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 0* noyabr 20*8-ci il tarixli icarə müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.*-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.*-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.*-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.*-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Belə ki, *2.0*.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi Ç.Nağıyev iddia ərizəsində göstərilən borcu etiraf etdiyini göstərmişdir. Məhkəmə cavabdeh tərəfindən iddianın etiraf edildiyini və məhkəmə tərəfindən cavabdehin iddianı etiraf edilməsinin qəbul olunduğunu nəzərə alaraq qeyd edir ki, 0* noyabr 20*8-ci il tarixli müqavilə üzrə iddiaçıya 36000 gürcüstan larisi borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən həmin məbləğdə pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 36.000 gürcüstan larisi məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. MPM-nin **9.*-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Həmin Məcəllənin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 2*7.*-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 2*6-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 36000 (otuz altı min) gürcüstan larisi məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş gürcüstan larisinin manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) tutularaq İddiaçı-yə ödənilsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar