Məhkəmə qərarları › İş №2-2(113)-731/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-731/2021

21.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-731/2021 21.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, Üçüncü şəxs X7 nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxslər X19, X13, X8 vəkili, X3 nümayəndəsi və vəkili Vəkil3 Üçüncü şəxs X22 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, X6, X29, X14, X23, X15, X42, X30, X59, X2, X24, X25, X31, X20, X32, X12, X13, X16, X19, X26, “xxxx” MMMC olmaqla) qarşı “vurulmuş ziyanın tutulması, müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, X6, X29, X14, X33, X15, X42, X30, X59, X2, X24, X25, X31, X20, X32, X12, X13, X16, X27, X21, “xxxx” MMMC olmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabeh Cavabdeh1 vurulmuş ziyan ilə bağlı 100.000 (yüz min) manat məbləğində pul vəsaiti tutulub iddiaçı «xxxx» Mənzil Tikinti Kooperativinin xeyrinə ödənilməsi, cavabdeh «xxxx» Məhdud Məsüliyyətli Cəmiyyətinin «xxxx» Mənzil Tikinti Kooperativinin keçmiş rəhbəri Cavabdeh1 ilə bağlanılmış xx xxxx 2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsində Dilarə Əliyeva küçəsinə çıxan 1 girişli, zirzəmili, mansardlı 17 mərtəbəli yaşayış binasına dair etdiyi hərəkət və hərəkətsizliyin nəticəsində olmuş və ola biləcək nəticələrin etibarsız hesab edilərək ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsində Dilarə Əliyeva küçəsinə çıxan 1 girişli, zirzəmili, mansardlı 17 mərtəbəli yaşayış binasına dair cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti və digər 3-cü şəxslər tərəfindən İddiaçı MTK-nın sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə törədilmiş və törədilə biləcək maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2004-cü il tarixli Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin xx xxxxxxx 2004cü il tarixli 01-04/368 saylı razılıq məktuburu, İddiaçı Mənzil Tikinti Kooperativinin xx xxxxxxxx 2004-cü iltarixli A/C1 saylı müraciətini nəzərəq alaraq, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin yerləşdiyi 0,673 ha torpaq sahəsində yaşayış binasının, iş mərkəzinin və mehmanxananın qarşısındakı sahədə yeraltı avtodayanacağının layihələşdirilməsi və tikintisinə «xxxx» Mənzil Tikinti Kooperativinə icazə verilmişdir. Bundan sonra Kooperativ tərəfindən həmin sahədə 1 girişli, zirzəmili, 17+mansarda mərtəbəli yaşayış binası inşa edilmiş və tikinti 2017-ci ildə başa çatmışdır. Bununla bağlı müvafiq dövlət orqanları tərəfindən rəylər, icazə və s. sənədlər Kooperativə təqdim edilmişdir. Həmin binanın inşa edilməsi üçün bir neçə tikinti şirkəti, o cümlədən cavabdeh cəlb olunmuş və tikinti iddiaçı tərəfindənən maliyyəşdirilmişdir. xx xxxx 2004-cü il tarixdə «xxxx» Mənzil Tikinrti Kooperativi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində qeydiyyatdan keçmiş və adına X5 Reyestrindən çıxarış verilmiş, eyni zamanda kooperativinin nizamnaməsi və kooperativ üzvlərinin pay haqları da təsdiq edilmişdir. Daha sonra 2020-ci ilin avqust ayında Kooperativ binada olan mənzilərə dair mülkiyyəti təsdiq edən sənədləri almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, lakin həmin zaman Kooperativə məlum olmuşdur ki, bir sıra mənzillər «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti öz adından satmış, mənzillərə dair sənədlər vermiş və xx xxxx 2006-cı il tarixdə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti (podratçı) və onun faktiki rəhbəri olan İ.Ə.Məmmədov «xxxx» Mənzil Tikinti Kooperativi (sifarişçi) və onun keçmiş direktoru Cavabdeh1 (iş üzrə cavabdeh) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanılmışdır. Qeyd olunan müqavilədən Kooperativin heç bir təsisçinin xəbəri olmamış, müqavilənin bağlanmasına dair heç biri razılıq verməmiş və bununla bağlı Kooperativin təsisçilərinin, payçıların Ümumi Yığıncağı keçirilməmişdir. Qeyd edilən podrat müqaviləsi cavabdeh «xxxx» MMC tərəfindən icra olunmalı idi, lakin müqavilə bağlandıqdan və inşaat işləri başlandıqdan altı ay sonra aşkar olunmuşdur ki, «xxxx» MMC-nin rəhbərliyi kənar bir təşkilatdan və fiziki şəxslərdən külli miqdarda borc pul almış və borcun geri qaytarılması təminatı kimi inşaat apardığı binadan (yəni Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717 məhəllədə yerləşən) mənzilləri göstərmişdir. «xxxx» MMC-nin rəhbəri İsa Məmmədov borclu olduğu şirkətlər və fiziki şəxslər barədə «xxxx» MTK-nin keçmiş rəhbəri və müqaviləni bağlayan Cavabdeh1 (iş üzrə cavabdeh) müraciət etmiş və ona bu borclarını bağlamaq üçün köməklik göstərməsini xahiş etmişdir. Cavabdeh1 (MTK-nin keçmiş rəhbəri) müqavilənin icra olunmadığını görərək öz şəxsi vəsaitindən 750.000 (yeddi yüz əlli min) ABŞ dolları, MTK-nin təsisçisi və eyni zamanda ailə üzvü olan atası X34 mülkiyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu (indiki Xəzər rayonu) «Şimal» DRES qəsəbəsi ünvanında faktiki 0,43692 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 4184,8 kv.m., tikinti altı sahəsi 4193,3 kv.m. olan qeyri-yaşayış sahəsini əmlak kompleksi kimi müəssisəsini (ixtisaslaşdırılmış təmir-tikinti idarəsinin əmlakı), yaxınlarının - X17 öz şəxsi vəsaiti hesabına aldığı əmlakı öz adına rəsmiləşdirilmədən birbaşa X43, mülkiyyətində olan ünvan 2i ünvanında 2,27 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2182,8 kv.m. olan əmlak kompleksini, «xxxx» MMC-nin (həmin MMC-nin Cavabdeh1 təsisçisi olmuş) Bakı şəhəri, Nəsimi rayonu, X52 küçəsi, 2 saylı ünvanında faktiki 0, 00723 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 51.6 kv.m., əsas sahəsi 27,9 kv.m., köməkçi sahəsi 23,7 kv.m. olan qeyri- yaşayış binasını X9 vasitəsi ilə «xxxx» MMC-nin təsisçisi və faktiki rəhbəri olan İsa Məmmədovun adına keçirmişdir. Bundan sonra cavabdeh «xxxx» MMCnin faktiki rəhbəri İsa Məmmədov borcluları ilə əvvəldən əldə olunmuş razılığa əsasən «xxxx» ASC-nə olan 6.500.000 (altı milyon beş yüz min) ABŞ dolları borcunu «xxxx» MMC-ə rəsmiləşdirir və Cavabdeh1 tərəfindən İsa Məmmədova verdiyi və adına keçirtdiyi əmlakları banka təminat kimi qeydə alınır, İsa Məmmədov bankdan kredit götürərək həmin pul vəsaitini onların «xxxx»a olan borclarına yönəlir. Bu halın təsdiqi kimi qeyd edilən əmlakların İsa Məmmədovun adına keçməsi tarixinə, İsa Məmmədovun və «xxxx» MMCnin bankda girov qoyub, borcluların hesabına yönəldilməsinə və ödəmə tarixlərinə nəzər yetirilməlidir. Bu halların təsdiqi olaraq Əmanətlərin Sığortalanması Fonduna müvafiq sorğular yönəldib tam məlumat almaq mümkündür. Beləliklə, «xxxx» MMC və onun rəhbəri İsa Məmmədov apardığı inşaat işlərinin qarşılığında Cavabdeh1 750.000 (yeddi yüz əlli min) ABŞ dolları və Cavabdeh1 verdiyi üç daşınmaz əmlakların qarşılıqlı olaraq 6.500.000 (altı milyon beş yüz min) ABŞ dolları pul vəsaiti almış və borclu olduğu şəxslərə ödəmişdir. Yəni «xxxx» MMC-nin rəhbəri İsa Məmmədov apardığı tikinti işlərindən artıq vəsait almışdır. İsa Məmmədov qeyd edilən krediti bağlamamış və girov qoyulmuş əmlaklar bankın balansına keçmişdir və hazırda da Əmanətlərin Sığortalanma Fondunun balansındadır. Beləliklə, MTK-nin payçılarının xəbəri olmadan, ümumi yığıncağa müzakirəyə çıxarılmayan və təsdiq olmayan qanunsuz podrat müqaviləsi bağlanılmış, cavabdeh «xxxx» MMC tərəfindən müqavilənin heç bir şərti icra etməmiş, müqavilənin 3.1.14-cü bəndini pozaraq nə MTK-nin keçmiş rəhbəri Cavabdeh1 (iş üzrə cavabdeh) nə də digər payçıların xəbəri olmadan mənzillərə dair öz adından qanunsuz olaraq alqı-satqı müqavilələri bağlamış və maliyyə arayışları vermişdir. Bundan başqa cavabdeh «xxxx» MMC mübahisələndirilən müqavilənin 1.1, 1.3-cü bəndlərini də yerinə yetirməmişdir. Ona görə də mübahisələndirilən müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur. İddiaçının payçılarının xəbəri olmadığını, müqavilədə göstərilən şərtlərin heç birini cavabdeh «xxxx» MMC tərəfindən yerinə yetirilmədiyini nəzərə alaraq, hüquqi əhəmiyyəti olmayan müqavilənin özü və müqavilənin yaranmış nəticələri ləğv olunmalıdır. Kooperativin qəbul olunmuş nizamnaməsinin (həm köhnə, həm yeni redaksiyada) 7.1.1-ci bəndinə əsasən kooperativin ali idarəetmə orqanı Kooperativ üzvlərinin Ümumi Yığıncağıdır və Kooperativin fəaliyyətinə aid bütün məsələləri həll etmək səlahiyyətinə malikdir. Beləliklə, mübahisə olunan müqavilə kooperativinin 7.1.1-ci bəndinin tələblərini pozmaqla imzalanmış və nəticə etibarı ilə həmin müqavilə bağladıqdan sonra cavabdeh tərəfindən bağlanılan bütün əqdlər, verilmiş sərəncamlar və s. hərəkətlər etibarsızdır və ləğv olunmalıdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına iddiaçı və Cavabdeh2 MMC-nin nümayəndələri, Cavabdeh1, üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iddiaçı və Cavabdeh2 MMC-nin nümayəndələri, Cavabdeh1, üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi, X29, X33, X15, X30, X59, X2, X24, X25, X31, X20, X32, X12, X26, “xxxx” MMMC-nin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X7 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxslər X19, X13, X8 vəkili, X3 nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı MTK cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı «müqavilənin və onun əsasında olan hüquqi nəticələrin etibarsız hesab edilməsi və ləğv edilməsinə, pul tələbinə dair» iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh1 vurulmuş ziyan ilə bağlı 100.000 (yüz min) manat məbləğində pul vəsaitinin tutulub İddiaçı MTK-nın xeyrinə ödənilməsi, Cavabdeh2 MMC-nin İddiaçı MTK-nın keçmiş rəhbəri Cavabdeh1 ilə bağlanmış xx xxxx 2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, Cavabdeh2 MMC-nin tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsində Dilarə Əliyeva küçəsinə çıxan 1 girişli, zirzəmili, 17+mansarda mərtəbəli yaşayış binasına dair etdiyi hərəkət və hərəkətsizliyin nəticəsində olmuş və ola biləcək nəticələrin etibarsız hesab edilərək ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsində Dilarə Əliyeva küçəsinə çıxan 1 girişli, zirzəmili, 17+mansarda mərtəbəli yaşayış binasına dair cavabdeh «xxxx» MMC və digər üçüncü şəxslər tərəfindən İddiaçı MTK-nın sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə törədilmiş və törədilə biləcək maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. «Bakı şəhər icra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli sərəncamı ilə İddiaçı MTK-ya Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsində Dilarə Əliyeva küçəsinə çıxan 1 girişli, zirzəmili, 17+mansarda mərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilmiş, bundan sonra həmin bina İddiaçı MTK tərəfindən inşa edilmiş və tikintisi 2017-ci ildə başa çatdırılmışdır. Bununla bağlı müvafiq dövlət orqanları tərəfindən rəylər, icazə və sənədlər kooperativə təqdim edilmiş, binanın inşa edilməsi üçün bir neçə tikinti şirkəti, o cümlədən cavabdeh (Cavabdeh2 MMC) cəlb olunmuş və iddiaçı tərəfindən maliyyələşdirilmişdir. Cavabdeh2 MMC ilə İddiaçı MTK arasında bağlanmış xx xxxx 2006cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırmaxxxxbir sıra mənzillər Cavabdeh2 MMC tərəfindən satılmış və sənədlər verilmiş, həmin müqavilədən kooperativin heç bir təsisçisinin xəbəri olmamışdır, bağlanmasına razılıq verilməmişdir, bununla bağlı kooperativin təsisçilərinin ümumi yığıncağı keçirilməmişdir. Müqavilə Cavabdeh2 MMC tərəfindən icra olunmalı idi, lakin müqavilə bağlandıqdan və inşaat işləri tamamlandıqdan 6 ay sonra aşkar olunmuşdur ki, «xxxx» MMC başqa şəxslərdən borc almış və borcun geri qatarılmasmm təminatı kimi inşaatını apardığı sözügedən binanın mənzillərini göstərmişdir. MTK-nın rəhbəri Cavabdeh1 həmin borcun qaytarılması məqsədilə özündən 750.000 ABŞ dolları, MTK-nm digər üzvü olan atası X36 məxsus «Şimal DRES» qəsəbəsində yerləşən ixtisaslaşdırıbmış təmir-tikinti idarəsinin əmlakını, yaxını X28 əmlakını, habelə özünün mülkiyyətində olan ünvan 2ində yerləşən əmlak kompleksini, təsisçisi olduğu «xxxx MMC-nin X52 küçəsi 2 ünvanında yerləşən qeyri-yaşayış binasını X9 vasitəsilə Cavabdeh2 MMC-nin təsisçisi İsa Məmmədovun adına keçirmiş, İsa Məmmədov özünün «xxxx» ASC-yə olan 6.500.000 ABŞ dolları borcunu Cavabdeh2 MMC-nin adına rəsmiləşdirib, Cavabdeh1 aldığı əmlakları həmin borcun təminatı kimi göstərərək bankdan aldığı krediti özünün borcunun ödənilməsinə yönəltmiş, nəticədə X64 Kərimovdan 750.000 ABŞ dolları almış və üç daşınmaz əmlakın qarşılığında 6.500.000 ABŞ dolları əldə etmiş, sonradan bankdan götürdüyü krediti qaytarmadığından həmin üç daşınmaz əmlak bankın balansına keçmişdir. Cavabdeh2 MMC MTK-nın payçılarının xəbəri olmadan, ümumi yığıncağın müzakirəsinə çıxarılmayan və təsdiq olunmayan qanunsuz podrat müqaviləsi bağlamış, müqavilənin heç bir şərtini icra etməmiş, müqavilənin 3.1.4-cü bəndini pozaraq mənzillərə dair qanunsuz alqı-satqı müqavilələri bağlamış və maliyyə arayışları vermiş, müqavilənin 1.1 və 1.3-cü bəndlərini də pozmuşdur. Müzakirə olunan müqavilə MTK-nın nizamnaməsinin 7.1.1 -ci bəndinin tələbinin pozulması ilə bağlanmışdır, buna görə də həmin müqvilə bağlandıqdan sonra cavabdeh tərəfindən bağlanılan bütün əqdlər, verilmiş sərəncamlar və s. hərəkətlər etibarsızdır və ləğv olunmalıdır. Başqa bir iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-2(103)-662/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qanuni qüvvədə olan qərarında iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin qanunsuz və əsasız olmasına münasibət bildirilmişdir. Cavabdeh1 Cavabdeh2 MMC ilə mübahisələndirilən müqaviləni bağlamaqla iddiaçının işgüzar nüfuzuna toxunmuş, MTK barəsində xoşagəlməz söz-söhbətlər yaranmış, bununla da iddiaçıya ziyan dəydiyi bildirlmişdir. Qeyd olunan hallar əsassızdır. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsində Dilarə Əliyeva küçəsinə çıxan 1 girişli, zirzəmili, 17+mansarda mərtəbəli yaşayış binası İddiaçı MTK tərəfindən inşa edilməmişdir və tikintisi də İddiaçı MTK tərəfindən başa çatdırılmamışdır. Çünki, İddiaçı MTK-nın iddia ərizəsində ona məxsus olduğunu iddia etdiyi ünvan 4 ünvanında yerləşən çoxmənzilli yüksəkmərtəbəli yaşayış binası İddiaçı MTK-ya məxsus deyildir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 237 saylı sərəncamı ilə Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə yerləşən dövlət mülkiyyətində olan 0,673 ha torpaq sahəsində yaşayış binasının, iş mərkəzinin və yeraltı dayanacağın layihələndirilməsi və tikintisinə icazə verilmişdir. İddiaçı MTK ilə Cavabdeh2 MMC arasında xx.xx.2006-cı il tarixdə «Müştərək fəaliyyət üçün razılaşdırma» müqaviləsi bağlanmış, həmin müqavilə əsasında Cavabdeh2 MMC tərəfindən ünvan 4 ünvanda 60 mənzilli yaşayış binası inşa edilmiş, binanın hər bir mənzili Cavabdeh2 MMC ilə hər bir mənzil sahibi arasında bağlanmış «Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında» müqavilələr əsasında həmin mənzillərin sahiblərinə (sifarişçilərinə) satılmışdır. Lakin binanın tikintisi tam başa çatdırılmamış İddiaçı MTK-nın təsisçisi, Cavabdeh2 MMCnin isə təsisçisi və direktoru barəsində ayrı-ayrı cinayət işləri başlanmış, həmin cinayət işləri üzrə İddiaçı MTK-nın təsisçisi, Cavabdeh2 MMC-nin isə təsisçisi və direktoru cinayət məsuliyyətinə cəlb edilmişlər. Cavabdeh2 MMC-nin təsisçisi və direktoru barəsində aparılmış cinayət işi üzrə müəyyən edilmişdir ki, sözügedən yaşayış binasının bir çox mənzilləri Cavabdeh2 MMC-nin təsisçisi və direktoru tərəfindən dəfələrlə bir neçə şəxsə satılmış, həmin əqdlər üzrə vətəndaşlar tərəfindən mənzillərə görə sonradan Cavabdeh2 MMC-yə ödənilmiş külli miqdarda pul vəsaiti Cavabdeh2 MMC-nin vəzifəli şəxsləri tərəfindən ələ keçirilmişdir. Həmin cinayət işinə baxılarkən hansı mənzillərin təkrar və təkrar «satılaraq» satışdan əldə edilmiş vəsaitin ələ keçirilmiş olması, bununla da hansı şəxslərə münasibətdə dələduzluq edilməsi, habelə hansı şəxslərin əsl mənzil sahibləri olduqları müəyyən edilmişdir. Həmçinin, Cavabdeh2 MMC ilə mənzil sahibləri arasında olmuş çoxsaylı mülki mübahisələrin nəticələri üzrə qəbul edilmiş və hazırda qanuni qüvvədə olan çoxsaylı məhkəmə qətnamələri ilə mənzillərə dair mənzillərin ilk sahibləri ilə Cavabdeh2 MMC arasında bağlanmış «Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında» müqavilələrin və həmin müqavilələr əsasında Cavabdeh2 MMC tərəfindən mənzil sahiblərinə verilmiş maliyyə arayışlarının mötəbər olduqları müəyyən edilmişdir. Sözügedən binanın tikintisinin aparıldığı bütün müddətdə İddiaçı MTK binanın tikintisində hər hansı formada iştirak etməmiş, İddiaçı MTK ilə Cavabdeh2 MMC arasında bağlanımş xx.xx.2006-cı il tarixli «Müştərək fəaliyyət üçün razılaşdırma»xxxx«Cavabdeh2)) MMC tərəfindən aparılan tikinti işlərinə heç vaxt müdaxilə etməmiş, binanın mənzillərinin Cavabdeh2 MMC tərəfindən vətəndaşlara satılması məsələlərinə heç vaxt qarışmamış, Cavabdeh2 MMC ilə mənzil sahibləri arasında bağlanmış «Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında)) müqavilələri və həmin müqavilələr əsasında Cavabdeh2 MMC tərəfindən mənzil sahiblərinə verilmiş maliyyə arayışlarını keçən 15 il müddətində heç vaxt heç bir yerdə mübahisələndirməmişdir. Digər tərəfdən binanın tamamlanma işləri yuxarıda qeyd edilən səbəblərdən Cavabdeh2 MMC tərəfindən tam başa çatdırılmadığından və Cavabdeh2 MMC sonradan demək olar ki, bununla bağlı hər hansı fəaliyyəti həyata keçirmədiyindən binanın sakinləri öz vəsaitləri ilə binanın tamamlanma və abadlıq işlərini başa çatdırmış və bundan sonra hər mənzil sahibi öz mənzilində yaşamağa başlamışdır. Bundan sonra da nə İddiaçı MTK, nə də Cavabdeh2 MMC binanın istismarına icazənin alınması üçün üzərlərinə düşən vəzifələri icra etmədiklərindən binanın sakinləri vəziyyətdən çıxış yolu olaraq “xxxx” adlı Mənzil Mülkiyyətçiləri Müşətərək Cəmiyyətini təsis etmiş, bundan sonra binanın Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında 2019cu il 19 fevral tarixli Fərmanının icrası qaydasında binanın istismarına icazə alınmasına nail olmaq üçün binanın tikintisi ilə bağlı mümkün olan bütün sənədləri toplayaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və digər aidiyyəti dövlət qurumlarına təqdim edərək son nəticədə binanın istismarına icazə alınmasına nail olmuşdur. Lakin binanın tikintisinə və layihələndirilməsinə dair 237 saylı xx.xx.2004-cü il tarixli sərəncam «İddiaçı” MTK-nm adına verilmiş olduğundan, bu səbəbdən də binanın sifarişçisi «İddiaçı” MTK hesab olunduğundan binanın istismarına Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 246 saylı xx.xx.2019-ci il tarixli icazədə binanın sahibi (sifarişçisi) kimi İddiaçı MTK, mötərizədə isə «xxxx» Mənzil Mülkiyyətçiləri Müşətərək Cəmiyyəti göstərilmişdir. Bu gün sözügedən 60 mənzilli bina tamamilə «xxxx» adlı Mənzil Mülkiyyətçiləri Müşətərək Cəmiyyətinin idarəetməsində, 60 mənzil sahibinin isə istifadəsində və sahibliyindədir. İddiaçı MTK-nın binanın tikintisi ilə bağlı sənədlərdə yuxarıda bəhs edilən 237 saylı sərəncamın onun adına verilmiş olması əsası ilə adının formal olaraq qeyd edilməsindən başqa, həmin binaya yaxından-uzaqdan hər hansı aidiyyəti yoxdur. Həmin binanın tikintisi iddiaçı tərəfindən maliyyələşdirilməmişdir. Məhkəmənin nəzərinə onu da çatdırırıq ki, binanın sakinləri İddiaçı MTK-nın adından son bir ildə onları qanunsuz və əsassız olaraq rahatsız edən şəxslərin əməllərindən Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizələri ilə müraciət etmişlər. Həmin şikayətlər Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılır. Binanın yaşayış və qeyriyaşayış sahələrinin Cavabdeh2 MMC tərəfindən Cavabdeh2 MMC ilə binanın tikintisində öz şəxsi vəsaitləri ilə iştirak etmiş üçüncü şəxslərə satılması ilə bağlı Cavabdeh2 MMC ilə üçüncü şəxslər (mənzil sahibləri) arasında bağanmış «Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında» müqavilələr və həmin müqavilələr əsasında Cavabdeh2 MMC tərəfindən mənzil sahiblərinə verilmiş maliyyə arayışları barədə İddiaçı MTK məlumatlı olmuş, lakin həmin müqavilələri və maliyyə arayışlarını heç vaxt hər hansı formada mübahisələndirməmişdir. Hazırda sözügedən binanın hər bir mənzilinə və ayrıca götürülmüş hər bir qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 MMC ilə üçüncü şəxslər (mənzil sahibləri) arasında bağanmış müqavilələr və həmin müqavilələr əsasında verilmiş maliyyə arayışları qüvvədədir, hər hansı məhkəmə tərəfindən etibarsız hesab edilməmiş, ləğv edilməmişdir. Məhz həmin müqavilələr və maliyyə arayışları əsasında mənzil sahibləri öz mənzillərinə köçmüş, mənzillərin təmir etdirmiş, hazırda həmin mənzillərdə yaşayırlar. Məhz həmin sənədlər əsasında mənzil sahibləri yaşadıqları binanın tərkib hissələrinin mülkiyyətçiləri olaraq bir araya gəlmiş, binanın tikintisinin tamamlanması və ərazinin abadlaşdırılması üçün əlavə vəsait toplayıb həmin vəsait hesabına binanın inşasını başa çatdırmış, «xxxx» MMMC-ni yaradıb, Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 2019-cu il 19 fevral tarixli Fərmanının icrası qaydasında binanın istismarına icazə alınmasına nail olmaq üçün binanın tikintisi ilə bağlı mümkün olan bütün sənədləri toplayaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və digər aidiyyəti dövlət qurumlarına təqdim edərək son nəticədə binanın istismarına icazə alınmasına nail olmuşlar. İddiaçı MTK ilə Cavabdeh2 MMC arasında bağlanmış xx xxxx 2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsindən kooperativin heç bir təsisçisinin xəbərinin olmaması, həmin müqavilənin bağlanmasına razılıq verilməməsi, bununla bağlı kooperativin təsisçilərinin ümumi yığıncağının keçirilməli olmasına baxmayaraq keçirilməməsi ilə bağlı iddiaçının göstərdiklərinin də heç bir əsası yoxdur. Belə ki, iddiaçı iddia ərizəsində özü göstərir ki, müqavilə bağlandıqdan və inşaat işləri tamamlandıqdan 6 ay sonra aşkar olunmuşdur ki, Cavabdeh2 MMC başqa şəxslərdən borc almış və borcun geri qatarılmasının təminatı kimi inşaatını apardığı sözügedən binanın mənzillərini göstərmişdir. MTK-nın rəhbəri Cavabdeh1 həmin borcun qaytarılması məqsədilə özündən 750.000 ABŞ dolları, MTK-nın digər üzvü olan atası X36 məxsus «Şimal DRES» qəsəbəsində yerləşən ixtisaslaşdırıbmış təmir-tikinti idarəsinin əmlakını, yaxını X28 əmlakını, habelə özünün mülkiyyətində olan ünvan 2ində yerləşən əmlak kompleksini, təsisçisi olduğu «xxxx MMC-nin X52 küçəsi 2 ünvanında yerləşən qeyri-yaşayış binasını X9 vasitəsilə Cavabdeh2 MMC-nin təsisçisi isa Məmmədovun adına keçirmiş, isa Məmmədov özünün «xxxx» ASC-yə olan 6.500.000 ABŞ dolları borcunu Cavabdeh2 MMC-nin adına rəsmiləşdirib, Cavabdeh1 aldığı əmlakları həmin borcun təminatı kimi göstərərək bankdan aldığı krediti özünün borcunun ödənilməsinə yönəltmiş, nəticədə X64 Kərimovdan 750.000 ABŞ dolları almış və üç daşınmaz əmlakın qarşılığında 6.500.000 ABŞ dolları əldə etmiş, sonradan bankdan götürdüyü krediti qatarmadığmdan həmin üç daşınmaz əmlak bankın balansına keçmişdir. Elə təkcə iddiaçının iddia ərizəsində göstərdiyi bu hallar təkcə iddiaçının deyil, MTK-nm üzvlərinin də müqavilənin bağlanmasından, tikinti işlərinin aparılmasından, mənzillərin satılmasından xəbərdar olduğunu təsdiq edir. Digər tərəfdən Cavabdeh1 müqaviləni bağlayarkən İddiaçı MTK-nm icra orqanının rəhbəri olmuşdur. İddiaçı MTK-nm işdə olan hər iki redaksiyada nizamnaməsinin 7-ci bəndindən görünür ki, kooperativin sədri kooperativ üzvlərinin ümumi yığıncaqları arasındakı dövrdə kooperativin cari fəaliyyətinə rəhbərlik edir, onun işlərini aparır, kooperativi təmsil edir, kooperativin adından müqavilələr bağlayır, rəsmi sənədləri imzalayır, nizamnaməyə uyğun olaraq kooperativin əmlakına sərəncam verir. Göründüyü kimi əvvəla, müqavilənin bağlanmasından İddiaçı MTK-nm digər təsisəçilərinin də xəbərləri olmuşdur, digər tərəfdən digər kooperativ üzvlərinin xəbərləri olmasa belə, kooperativin rəhbəri müqaviləni bağlamağa və kooperativin əmlakı barədə müstəqil sərəncam verməyə səlahiyyətli olmuşdur. Digər tərəfdən binanın inşa edildiyi dövrdə həm İddiaçı MTK-nm, həm də Cavabdeh2 MMC-nin rəhbər vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilmiş, həmin cinayət işləri ilə bağlı məlumatlar mütəmadi olaraq kütləvi informasiya vasitələrində yayımlanmış, binanın yaşayış və qeyri-yaşayış sahələrinə dair müxtəlif məhkəmələrin icraatlarında çoxsaylı mülki mübahisələr olmuş, habelə Cavabdeh2 MMC-nin İddiaçı MTK-ya qarşı məhz binanın yaşayış və qeyri- yaşayış sahələri ilə, habelə binanın tikintisi ilə bağlı fəaliyyətdən ödənilməli olan vergi ilə bağlı məhkəmə mübahisəsinə baxılmışdır. Binanın tikintisi uzun müddət başa çatdırılmamış, yuxarıda da qeyd edildiyi kimi sakinlərin topladıqları əlavə vəsait hesabına özləri tərəfindən tikinti işləri tamamlanmış və bina istismara təhvil verilmişdir. Bütun bunların baş verdiyi uzun illər ərzində İddiaçı MTK-nm və ya onun təsisçilərinin bu məsələlərdən məlumatı olmadığı heç də inandırıcı görsənmir. İddiaçının Cavabdeh1 digər cavabdehin təsisçisi İsa Məmmədova hansısa əmlaklarını sonuncu tərəfindən götürülmüş kreditin təminatı kimi təqdim etməsinin İddiaçı MTK ilə Cavabdeh2 MMC arasında binanın tikintisi ilə bağlı bağlanmış mübahisələndirilən müqavilənin etibarsızlığı və ya ləğv edlməsi ilə bağlı tələbə hər hansı aidiyyətinin olduğu görsənmir. İddiaçının müqavilənin 3.1.4-cü bəndinin pozularaq mənzillərə dair bağlanmış alqı-satqı müqavilələrini və həmin müqavilələr əsasında verilmiş maliyyə arayışları barədə iddia ərizəsində qeyd etdiklərinin də heç bir əsası yoxdur. Əvvəla, həmin müqavilələr və maliyyə arayışları hazırda qüvvədədir, binanın yaşayış və qeyri-yaşayış sahələrinə dair üçüncü şəxslərlə Cavabdeh2 MMC arasında bağlanmış həmin müqavilələrdən başqa binanın yaşayış və qeyri-yaşayış sahələrinə dair hər hansı başqa müqavilə bağlanmışdır, bağlanmış müqavilələr isə heç kim, o cümlədən iddiaçı tərəfindən bu günədək hər hansı folmada mübahisələndirilməmişdir, hər hansı məhkəmə tərəfindən etibarsız hesab edilməmişdir. Əksinə, üçüncü şəxslərlə Cavabdeh2 MMC arasında olmuş çoxsaylı mülki mübahisələr üzrə məhz həmin müqavilələrin və maliyyə arayışlarının qanuni olduqları müəyyən edilmişdir. Belə olan halda iddiaçının həmin müqavilələrin bağlanması zamanı «xxxx» MMC tərəfindən mübahisələndirilən müqavilənin 3.1.4-cü bəndinin tələbinin pozulmasına istinad edilməsi əsassızdır. Həmçinin, iddiaçının Cavabdeh2 MMC tərəfindən mübahisələndirilən müqavilənin 1.1 və 1.3-cü bəndlərinin pozulması ilə bağlı dəlillərinin də əsası yoxdur. Çünki, bina məhz 1.1-ci bəndin tələbləri də nəzərə alınmaqla Cavabdeh2 MMC tərəfindən inşa edilmiş, bu zaman torpaq sahəsinin dəyəri, binanın yaşayış və qeyriyaşayış sahələrindən iddiaçının payı iddiaçıya verilmiş, hesablanmış vergilər Cavabdeh2 MMC tərəfindən ödənilmiş, hətta Cavabdeh2 MMC iddiaçıya qarşı, müqavilənin 1.1-ci bəndini əsas tutaraq hesablanmış vergi məbləğinin iki tərəf arasında bölüşdürülməsi ilə bağlı məhkəmə mübahisəsi də başlatmışdır. Göründüyü kimi mübahisələndirilən müqavilə qanunvericiliyin tələblərinə əməl edilməklə bağlanmış, lakin onun icrası ilə bağlı əvvəla, iddiaçı binanın tikintisi ilə bağlı üzərinə düşən vəzifələri icra etməməklə, sonradan isə Cavabdeh2 MMC binanın tamamlanıb təhvil verilməsi ilə bağlı üzərinə düşən vəzifələri sonadək icra etməməklə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, bundan isə daha çoz zərər çəkən çoxyalı sakinlər, binanın tərkib hissələrinin mülkiyyətəçiləri olmuşdur. Binanın tamamla işləri sakinlərin əlavə olaraq topladıqları öz vəsaitləri hesabına aparıldıqdan, ərazi abadlaşdırıldıqdan, binanın istismarına icazə alındıqdan, buna qədər isə həm iddiaçı, həm də cavabdeh binanın yaşayış və qeyri-yaşayış sahələrinin satışından öz paylarını artıqlaması ilə götürmələrindən sonra müqavilənin etibarsız hesab edilməsi və ya ləğv edilməsi tələbi yalnız mənzil sahiblərinə qarşı yönəldilmiş əsasız və süni tələbdir ki, belə bir tələb də mənzil sahibləri ilə bağlanmış çoxsaylı müqavilələr və onlara verilmiş çoxsaylı maliyyə arayışlarının qüvvədə olduğu, bununla da binanın bütünlüklə mənzil sahiblərinin və onların yaratdıqları MMMC-nin qanuni sahibliyində və istifadəsində olduğu bir halda təmin edilə bilməz. İddia ərizəsində iddiaçının başqa bir iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının istinad edilən 2-2(103)-662/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qanuni qüvvədə olan qərarında iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin qanunsuz və əsasız olmasına münasibət bildirilməsi ilə bağlı dəlilinə münasibətdə isə məhkəmənin nəzərinə çatdırırıq ki, həmin dəlil sözügedən qətnamə ilə müəyyən edilmiş hal deyil, sadəcə həmin qətnamədə həmin iş üzrə apellyasiya şikayəti vermiş şəxsin qeyd edilmiş mülahizəsidir. İddiaçı tərəfindən məhkəmədən təmin edilməsi xahiş edilən Cavabdeh2 MMC ilə İddiaçı MTK-nm keçmiş rəhbəri Cavabdeh1 arasında bağlanmış xx xxxx 2006- cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi tələbi təkcə əsassız olması səbəbindən deyil, həm də təmin edilməsi prosessual baxımdan mümkün olmaması səbəbindən də təmin edlməməlidir. Belə ki, iddiaçı məhkəmədən Cavabdeh2 MMC-nin İddiaçı MTK-nm keçmiş rəhbəri Cavabdeh1 ilə bağlanmış xx xxxx 2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Əqdlərin etibarsızlığı ilə bağlı münasibətləri tənzimləyən maddi hüquq normaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin XİV fəslində göstərilmiş 337-354-cü maddələri ilə tənzimlənir. Müqavilənin ləğv edilməsi ilə bağlı münasibətləri isə həmin Məcəllənin XX fəslinin 4- cü paraqrafmda göstərilmiş 421-424-cü maddələri ilə tənzimlənir. Həmin maddələrin tələblərinə görə müqavilənin etibarsız hesab edilməsi onun eyni zamanda ləğv edilməsini istisna edir. Digər tərəfdən əqdlərin etibarsızlığı ilə bağlı tələbin irəli sürülməsi üçün qanunvericilikdə bir illik kəsici müddət nəzərdə tutulduğu halda, müqavilənin ləğv edilməsi tələbi ilə bağlı müddət fərqlidir. Həmçinin, əqdin (müqavilənin) etibarsızlığı ilə bağlı tələbin irəli sürülməsini qanunverici əqdin digər tərəfindən asılı etmədiyi halda, müqavilənin ləğv edilməsi ilə bağlı tələbin məhkəmədə qaldırılmasından əvvəl müqavilənin ləğv edilməsi təklifi ilə bağlı müqavilənin bir tərəfinin digər tərəfinə yazılı təklif verməsindən və digər tərəfin həmin təkliflə razılaşmadığı, yaxud qanunvericiilklə müəyyən etdilmiş müddətdə cavab vermədiyi təqdirdə qaldırılmasını mümkün saymışdır. Hazırkı kommersiya işində müqavilənin ləğv edilməsi ilə bağlı iddiaçının cavabdehə (xxxx» MMC-yə) təklif ünvanladığını təsdiq edən hər hansı bir sübut yoxdur. Müzakirə olunan iddia tələbi ilə bağlı mübahisələndirilən müqavilənin ləğv edilməsi ilə bağlı tələb mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlərə aid olduğundan həmin hissədə iddia tələbi baxılmamış saxlanılmalıdır. Müqavilənin etibarsız hesab edilməsi ilə bağlı tələbə gəldikdə isə həmin tələb həm əsassız olduğundan, həm də belə bir tələbin irəli sürülməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bir illik kəsici müddət ötürülüdüyündən həmin tələb rədd edilməlidr. İddiaçının Cavabdeh2 MMC-nin tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsində Dilarə Əliyeva küçəsinə çıxan 1 girişli, zirzəmili, 17+mansarda mərtəbəli yaşayış binasına dair etdiyi hərəkət və hərəkətsizliyin nəticəsində olmuş və ola biləcək nəticələrin etibarsız hesab edilərək ləğv edilməsi tələbi də yuxarıda şərh olunanlar əsasında əsassız və qanunsuz olduğundan təmin oluna bilməz. İddiaçının digər tələbi olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsində Dilarə Əliyeva küçəsinə çıxan 1 girişli, zirzəmili, 17+mansarda mərtəbəli yaşayış binasına dair Cavabdeh2 MMC və digər üçüncü şəxslər tərəfindən İddiaçı MTK-nın sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə törədilmiş və törədilə biləcək maneələrin aradan qaldırılmasına dair tələbi də əsassız və qanunsuz olduğundan təmin oluna bilməz. Belə ki, iddiaçının sözügedən bina üzərində hər hansı sahiblik, istifadə və ya sərəncam vermək hüququ yoxdur ki, ona da maneçilik törədilsin. Yuxarıda şərh olunanlarla və kommersiya işində toplanmış çoxsaylı sübutlarla təsdiq olunur ki, bina iddiaçı tərəfinlən inşa edilməmişdir, onun tərəfindən maliyyələşdirilməmişdir, buna baxmayaraq torpaq sahəsinin təqdim edilməsindən və binanın yaşayış və qeyri-yaşayış sahələrinin satışından külli miqdarda vəsait əldə etmiş, həmin vəsaitə görə hər hansı məbləğdə vergiləri belə ödəməmişdir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X11 Agentliyinin binanın sakinlərinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, binaya dair mövcud olan icazəverici sənədlərin və aparılmış müayinə nəticələrinin əsasında verilmiş istismara hazırlıq barədə rəydə sifarişçi qismində qanunvericiliyin tələblərinə uyğun olaraq binanın tikintisinə dair icazədə sifarişçi kimi qeyd edilmiş İddiaçı MTK göstərilmişdir. Binanın istismar olunduğu faktını nəzərə alaraq həmin rəyin müvafiq qrafasında isə mötərizədə göstərilən «xxxx» MMMC, həmin çoxmənzilli binada əmlak kompleksini idarə edən qurum kimi qeyd olunmuşdur. Bu məsələnin həmin binada yerləşən mənzillərin kim tərəfindən və hansı əsaslarla satılmasına aidiyyəti yoxdur. Eyni zamanda məlumat üçün bildiririk ki, yuxarıda qeyd edilən Fərmanın icrası ilə bağlı binaya dair texniki sənədlərin (Təhlil qrupunun rəyi, təchizat qurumları tərəfindən verilmiş rəylər və aktlar) rəsmiləşdirilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə X11 Agentliyinə və Nazirliyin digər qurumlarına müraciətlər «xxxx» MMMC tərəfindən edilmişdir. Məhkəmə iclasında üçüncü şəxs X22 nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, digər üçüncü şəxslərin nümayəndələrinin izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixli “Müştərək Fəaliyyət üçün razılaşdırma müqaviləsindən” görünür ki, bir tərəfdən Nizamnamə və Azərbaycan Respublikasının normativ hüquqi aktlan əsasında fəaliyyət göstərən Cavabdeh2, bundan sonra müqavilədə «Podratçı» adlanacaq, onun Prezidenti cənab İ.Ə.Məmmədov və digər tərəfdən Nizamnamə və Azərbaycan Respublikasının normativ hüquqi aktlan əsasında fəaliyyət göstərən İddiaçı Mənzil Tikinti Kooperativi bundan sonra müqavilədə «Sifarişçi» adlanacaq, onun R.F. Kərimov aşağıdakı şərtlərlə bu müqaviləni bağlamışlar. Həmin Müqavilənin 1-ci bəndinə əsasən «Sifarişçi»nin tapşınğı ilə «Podratçı» öz vəsaiti və riski ilə Bakı şəhəri İcra Hakimiyyəti başçısının 237 N° li xx.xx.2004-cü il tarixli Sərancamına əsasən Bakı şəhəri Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri yaşayış obyektinin Bakı Mehmanxanası yerləşdiyi 0,673 ha torpaq sahəsinə Dilarə Əliyeva küçəsinə çıxan yerində 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10242 m2, yaşayış sahəsi 8022 m2, yaşayış binası və 2220 m 2 ticarət obyektin inşa edilməsini (bundan sonra müqavilədə (“Obyekt” adlanacaq) öhdəsinə götürür, «Sifarişçi» isə öz razılığını bildirəndən sonra göstərilən ünvanda inşa edilməsi nəzərdə tutulan (“Obyekt”in müvafiq layihə-smeta sənədləşdirilmələrini həmçinin işçi layihələrinin hazırlanması) Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş idarəsi razılaşdıraraq «Podratçı»ya təhvil verməyi öhdəsinə götürür. (“Sifarişçi” “Obyekt”in tikintisi ilə əlaqədar sənədləşdirilmələrin hazırlanmasını öz vəsaiti hesabına həyata keçirir. «Sifarişçi» ona aid olan torpaq sahəsinin dəyəri ******* (iki milyon) ABŞ dolları dəyərində qiymətləndirir. (“Podratçı”inşa etdiyi 1 bloklu 16 mərtəbəli yaşayış binasının gəlirləri aşağıdakı qaydada bölüşdürüləcək. a. Gəlirdən torpaq sahəsinin dəyəri çıxılır. (İlk satışlardan); b.Gəlirdən 10% BŞlH-nə verilən mənzil fondu çıxılır. (Məsələni birgə həll edirlər); v. Gəlirdən yaşayış binasının inşasına çəkilən xərc çıxılır. (Xərcləri «Sifarişçi» və «Podratçı» təstiq edir); q. Gəlirdən Vergi ödənişləri çıxılır.; Yuxarıda göstərilən xərclər çıxıldıqdan sonra qalan xalis gəlir tərəflər arasında 50%-in 50%-ə bərabər olaraq bölünür. Tikinti başlandıqdan 1 ay sonra Cavabdeh2 MMC-nin prezidenti X53 İddiaçı MTK-da 50 % paya sahib olması notariat qaydada təsdiq olmalıdır. Həmin Müqavilənin 3.1.9-cu bəndinə əsasən «Podratçı»nın tikdiyi obyektdə mənzillərin və qeyri-yaşayış sahələrinin satışını və özgəninkiləşdirilməsini «Podratçı» ilə razılaşdırmaqla aparır və bu razılaşma alıcılarla bağlanacaq müqavilələrdə öz əksini tapmalıdır. Həmin Müqavilənin 3.1.13. «Podratçı» obyektin tikintisi 50% yerinə yetirildikdən sonra öz 50% payı hesabına mənzil baqışlaya və ya satışından nəğd pul götürə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Nəsimi Rayon İcra Hakimiyyətinin xx xxxxxxx 2004-cü il tarixli 01-04/368 saylı razılıq məktubu, İddiaçı Mənzil Tikinti Kooperativinin xx xxxxxxxx 2004-cü iltarixli A/C1 saylı müraciətini nəzərəq alaraq, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin yerləşdiyi 0,673 ha torpaq sahəsində yaşayış binasının, iş mərkəzinin və mehmanxananın qarşısındakı sahədə yeraltı avtodayanacağının layihələşdirilməsi və tikintisinə «xxxx» Mənzil Tikinti Kooperativinə icazə verilmişdir. Bundan sonra Kooperativ tərəfindən həmin sahədə 1 girişli, zirzəmili, 17+mansarda mərtəbəli yaşayış binası inşa edilmiş və tikinti 2017-ci ildə başa çatmışdır. Qeyd olunan tikintiyə dair Cavabdeh2 MMC ilə İddiaçı MTK arasında xx xxxx 2006-cı il tarixdə müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanmışdır. Həmin Müqavilədən irəli gələn öhdəlikləri üzrə podratçı Cavabdeh2 MMC mənzillər satışa çıxarılaraq digər şəxslərə satılmışdır. Bununla razılaşmayan iddiaçı “vurulmuş ziyanın tutulması, müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi və maneələrin aradan qaldırılması” tələbi ilə müraciət edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi iddia tələbi dörd hissədən “cavabeh Cavabdeh1 vurulmuş ziyan ilə bağlı 100.000 (yüz min) manat məbləğində pul vəsaiti tutulub İddiaçı Mənzil Tikinti Kooperativinin xeyrinə ödənilməsi”, “Cavabdeh2 Məhdud Məsüliyyətli Cəmiyyətinin İddiaçı Mənzil Tikinti Kooperativinin keçmiş rəhbəri Cavabdeh1 ilə bağlanılmış xx xxxx 2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi”, “cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsində Dilarə Əliyeva küçəsinə çıxan 1 girişli, zirzəmili, mansardlı 17 mərtəbəli yaşayış binasına dair etdiyi hərəkət və hərəkətsizliyin nəticəsində olmuş və ola biləcək nəticələrin etibarsız hesab edilərək ləğv edilməsi”, “Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsində Dilarə Əliyeva küçəsinə çıxan 1 girişli, zirzəmili, mansardlı 17 mərtəbəli yaşayış binasına dair Cavabdeh2 və digər 3-cü şəxslər tərəfindən İddiaçı MTK-nın sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə törədilmiş və törədilə biləcək maneələrin aradan qaldırılması” hissələrindən ibarətdir. Məhkəmə ilk öncə iddia tələbinin “Cavabdeh2 Məhdud Məsüliyyətli Cəmiyyətinin İddiaçı Mənzil Tikinti Kooperativinin keçmiş rəhbəri Cavabdeh1 ilə bağlanılmış xx xxxx 2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər aralarında qüvvədə olan qanunvericliyə zidd olmayan müxtəlif şərtlərlə əqdlər bağlamaq hüququna sahibdirlər. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilədə qeyd olunmayan lakin şəxslərin işgüzar adətlərinə uyğun qanunvericiliyə zidd olmayan hərəkət və hərəkətsizliklərin edilməsi mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Hazırki halda mübahisə predmeti olan müqavilənin iddiaçı tərəfindən mübahisələndirmə əsasları qeyd olunan müqavilənin tikinti kooperativlərinin üzvlərinin razılığı olmadan, Kooperativin təsisçiləri payçıların Ümumi Yığıncağı keçirilməmiş bağlanması, habelə müqavilə üzrə podratçı Cavabdeh2 MMC tərəfindən icra olunmaması və həmin podratçının digər şəxslər qarşısında öhdəlikləri üzrə podrat müqaviləsinin predmeti olan binadakı mənzillərin göstərməsi olmuşdur. Göründüyü kimi iddia tələbi həmin tələb üzrə əsaslandırmada ziddiyyətlidir. Belə ki, müqavilənin etibarsızlığı və ləğvi institutları fərqli predmet və nəticələrə malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə uyğun olaraq əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3 maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin məcəllənin 337.5-ci maddəsinə uyğun olaraq əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Yuxarıda qeyd olunan maddi hüquq normasının tələblərindən göründüyü kimi hazırda iddiaçı tərəfindən müqavilənin etibarsız hesab edilməsi niyyəti, tələbinin əsaslandırdığı digər hallara ziddir. Cünki iddiaçı podrat müqaviləsi üzrə podratçının müqavilə öhdəliklərini lazımınca yerinə yetirməməsi, habelə müqavilə predmeti olan əmlakların digər şəxslər qarşısında öhdəliklərində təminat kimi göstərməsi olmuşdur. Qeyd olunan hallar əqdin etibarsız hesab edilməsi tələbini təkzib edir. Bundan başqa iddiaçı mübahisə predmeti olan müqavilənin ləğvinə yönəlmiş yuxarıda göstərilən əsaslar üzrə podratçıya müqaviq prosedura uyğun müraicəti, habelə tərəflərin razılaşdırdıqları konkret hansı öhdəliyin təmin edilməməsi üzrə sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci bəndinə əsasən Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. İşin faktiki hallarından müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilə predmeti üzrə sözügedən binanın inşası 2017-ci il tarixdə başa çatmışdır. İddiaçı tərəfindən yuxarıda qeyd olunan maddi hüquq normasının imperativ şərti üzrə podratxxxxişlər qurtaranadək cavabdehə podrat müqaviləsinin ləğvinə dair müraciət zəruridir, lakin iddiaçı tərəfindən məhkəmə araşdırması zamanı cavabdehə müvafiq müraciətin edilməsi üzrə sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iddia tələbinin qalan üç hissəsi Cavabdeh2 və İddiaçı Mənzil Tikinti Kooperativinin keçmiş rəhbəri Cavabdeh1 ilə bağlanılmış xx xxxx 2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi” hissəsi ilə səbəbli əlaqə təşkil edir. Belə ki, iddia tələbinin “cavabeh Cavabdeh1 vurulmuş ziyan ilə bağlı 100.000 (yüz min) manat məbləğində pul vəsaiti tutulub İddiaçı Mənzil Tikinti Kooperativinin xeyrinə ödənilməsi” hissəsi cavabdehlə bağlanmış müqavilənin etibarsız və ləğvi halında cavabdehdən haqlı olaraq tələb edə biləcəyi qənatinə gəldiyindən irəli sürlümüşdür. Lakin iddiaçı tərəfindən tələbin qeyd olunan hissəsini sübut edən məlumatlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa iddia tələbinin “cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsində Dilarə Əliyeva küçəsinə çıxan 1 girişli, zirzəmili, mansardlı 17 mərtəbəli yaşayış binasına dair etdiyi hərəkət və hərəkətsizliyin nəticəsində olmuş və ola biləcək nəticələrin etibarsız hesab edilərək ləğv edilməsi” hissəsinə münasibətdə məhkəmə yuxarıda qeyd olunan tələblərini asılılıq prinsipindən irəli gələn hallardan əlavə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tələbin bu hissəsi üzrə əsaslandırmasını podratçı tərəfindən üçüncü şəxslərlə alqı-satqı müqavilələrinin bağlanması halını göstərmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Müştərək Fəaliyyət üçün razılaşdırma müqaviləsin” nin 3.1.13. «Podratçı» obyektin tikintisi 50% yerinə yetirildikdən sonra öz 50% payı hesabına mənzil baqışlaya və ya satışından nəğd pul götürə bilər. Bu razıaşmadan müəyyən olunur ki, podratçının hərəkətləri tam qanuni olmuşdur. Belə ki, iddiaçı tərəfindən qeyd olunan müqavilələrin bağlanması vaxtı podrat müqaviləsinin predmeti olan binanın hansı faizdə yerinə yetirildiyinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki hazırda tələbin müvafiq hissəsinin əsasını təşkil edən halını qeyd olunan sübutlar iddiaçı tərəfindən təqdim edildikdən sonra müəyyən edilə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə sadalanan qanunvericilik normalarını, məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara tətbiq edərək bildirir ki, iddiaçı tərəfindən iddia tələbi yuxarıda qeyd olunan hissələrinə dair sübutlar təqdim edilməmişdir. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Bundan başqa məhkəmə tələbin “Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsində Dilarə Əliyeva küçəsinə çıxan 1 girişli, zirzəmili, mansardlı 17 mərtəbəli yaşayış binasına dair Cavabdeh2 və digər 3-cü şəxslər tərəfindən İddiaçı MTK-nın sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə törədilmiş və törədilə biləcək maneələrin aradan qaldırılması” hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının tələbi bu hissədə həm qeyri müəyyən, həmdə qanuna ziddir. Belə ki, tələbdə cavabdeh tərəfindən iddiaçının istifadə və sərəncam hüquqlarını realizə edilməsində törədiləcək maneələrin aradan qaldırılmasını qeyd etsədə bu maneələrin konkret nədən ibarət olduğunu, habelə gələcəkdə baş verəcək maneələri qeyd etməmişdir. Bu hal tələbin qeyrimüəyyən olmasını təsdiq edir. Belə ki, göstərilən hərəkətələrin (maneələrin) edilməsi cavabdehin hüquqlarından irəli gələn hallar üzrə olması tam realdır. Buna səbəb tərəflər arasında müqafiq öhdəlikləri və münasibətləri tənzim edən müqavilənin olması, habelə tərəflərin işgüzar adətlərindən irəli gələn hərəkətlər zamanı mübahisəli məsələlərin həllinə yönəlmiş hərkətlərdən ibarət ola bilər ki, tələbin bu hissəsinin təmin edilməsi halında cavabdehin bu hüquqlarından istifadə etməsini qeyri-mümkün edər. Odur ki, məhkəmə hesab edir ki, hazırda tələbin həmin hissəsi özündə qeyri müəyyənlik və qanuunvericliyə zidd olduğundan əsassız hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı aşağıda qeyd olunan formalarda həyata keçirilir. Həmin Maddənin 1-ci bəndinə əsasən, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin Maddənin 2-ci bəndinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Yuxarıda qeyd olunan qanunun qəti tələbinə əsasən hüquqların müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, X6, X29, X14, X33, X15, X42, X30, X59, X2, X24, X25, X31, X20, X32, X12, X13, X16, X27, X26, “xxxx” MMMC olmaqla) qarşı “vurulmuş ziyanın tutulması, müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi və maneələrin aradan qaldırılması” tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MTK-nın cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, X6, X29, X14, X33, X15, X42, X30, X59, X2, X24, X25, X31, X20, X32, X12, X13, X16, X27, X26, “xxxx” MMMC olmaqla) qarşı “vurulmuş ziyanın tutulması, müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar