Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-739/2021 03.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı “xxxx” X8 cavabdeh (Cavabdeh2) Sabit Azərbaycan X1rşı müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” X15 Cavabdeh2, Sabit Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 26 saylı notariat kontorunda, sabiq “xxxx”, sabit “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” ilə fiziki şəxs qismində aralarında 01 may 2015-ci il tarixli müqavilənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, 28.04.2015-ci il tarixdə ”xxxx” ASC-nin səlahiyyətli nümayəndəsi tərəfindən Bakı şəhəri, Gənclik meydanından Koroğlu metrosunadək, Ziya Bünyadov prospektinə paralel olaraq 7 km uzunluğunda 6 zolaqlı yolun (00 km + 000 m - 00 km + 907 m) hissəsində yolun tikintisi altına düşən əmlaka dəyən ziyan barədə bildiriş təqdim olunmuşdur. Daşınmaz əmlakın mülkiyyətçisi kimi qeyd olunan X9 bildiriş verilməmişdən öncə səlahiyyətli nümayəndələr əraziyə baxış keçirəndə səlahiyyət sahiblərinə həmin ünvanın, Bakı şəhər İcra Hakimiyyətinin əraziyə aid olan 0,136 hektar sahə “xxxx” X8 rəsmi hüquqi sənədlərini təqdim etmişdir. Daşınmaz əmlakın sahibi İddiaçı MKM olduğunu və müəssisənin direktoru olduğunu bildirmişdir. Ona təcili ərazinin boşaldılması, yolun təcili çəkilməsi və prezidentin ciddi əmrinin icrasını bildirdilər. Dövlətlə dövlətçilik etmək fikrindən uzaq olduğu üçün və həqiqətən də həmin il “Olimpiya” stadionu inşa edilirdi. Havada tez-tez helikopterlərin uçuşu və stadionun tikilməsi həqiqət idi və ən azından onların təcili başa çatdıracaqları məsul işlərini yubatmaq və ya mane olmaq ədalətsizlik olardı. Bu tikinti beynəlxalq dərəcəli, dövlət əhmiyətli "Olimpiya Stadionu” olmuşdur. Onunu tikilməsinə mane olmaq ən azından haqsızlıq olardı. Məlumatın yalan olmadığı aydın və ciddi məsələ idi. Ən azından dövlət marağına həssaslıqla yanaşmış və strateji əhmiyyətli yolun təcili çəkilməsinə mane olmaq haqsızlıq olardı. Səlahiyyətli nümayəndələr tərəfindən yolun altına düşən əmlaka 2 ikimərtəbədən (hər mərtəbə 205+205=410 kvm) ibarət olan ofis yaradıcılıq evinin smeta dəyərı 400000 (dörd yüz min) manat idi və son anlarda məlum olmuşdur ki, birinci mərtəbəsinini 800 (səkkiz yüz), ikinci mərtəbəni isə 300 (üç yüz) manat dəyərləndirməklə tikintinin ümumi dəyərləndirilən dəyəri 286.148 (iki yüz səksən altı min yüz qırx səkkiz) manatlıq bildiriş təqdim etmişlər. Bu qiymətə və dəyərə razı olmasa da və nə qədər təkid etsə də mənasız olduğunu anlamış, nəticənin daha kəskin olacağını dərk etmiş və son anda razılaşmaq və son dərəcədə də təmkinli olmağa çalışmışdır. Əks təqdirdə “xxxx yaradıcılıq evinin” ümumi sahəsi 410 kvm olmaqla ofis binası və ərazinin 0,136 hektar torpaq sahəsinin məcburi alınması, hüquq mühafizə orqanları tərəfindən güc tətbiq etməklə icra olunacaqdır. Belə hadisələr həmin ərazidə gözü önündə tez-tez baş vermiş və ətrafda baş verən hadisələrin şəxsən şahidi olmuşdur. Milli Məclisin deputatı Rasim Musabəyovla görüşdən və məsləhətdən sonra məlum olmuşdur ki, sənədli-sənədsiz, özbaşına tikililər də daxil olmaqla yaşayış sahələrinin tam həcmdə ödəniləcəyi vurğulanmış və ölkə başçısının sərəncamını diqqətə çatdırılmışdır. Torpağa aid bütün sənədlərin surətini məhz səlahiyyətli nümayəndələrə həmin ərəfədə təqdim etmişdir. Bildirilmişdir ki, bu sonranın işidir və bu məsələ barədə daha sonra müraciət edə bilər. Hal-hazırda ərazinin sökülməli olduğu bildirilmiş, torpağın əvəzi torpaqla və ya dəyəri mütləq kompensasiya ediləcəyi bildirilmişdir. Cəmi üç gün vaxt verməklə təcili daşınma və köçürülmə əməliyyatı baş vermişdir. Məcburiyyət qarşısında qalaraq və ailəsi ilə birlikdə Binəqədi rayon 26 sayli notariat kontoruna aparılmışdır. Məlum olmuşdur ki, Nərimanov rayon 205-ci qəsəbə, (sabit E.lsaqzadə adına qəsəbə) 55 sayli MKSİ-nin təqdim etdiyi ailə tərkibi haqqında 25.04.2015-ci il tarixli, 677 saylı arayışa əsasən yaşayış sahəsi kimi qeyd olunaraq, ailə tərkibi ilə birlikdə həmin natariusda iştirak etmişdir. “xxxx” ASC-nin “Binəqədi” filialı tərəfindən Cavabdeh2-nin bildirişinə əsasən qeyd olunan məbləği qəbul etmişdir. Həmin an müqavilə və sənədlərdən bir nüsxə verilməsinə cəhd etdikdə bildirilmişdir ki, müqavilə imzalanıb və qeyd olunan məbləğ də qəbul edilib. Müqaviləni də oxumağa ehtiyac yoxdur. Bağlanmış müqavilənin onlarda qaldığını bildirmişlər. Ən azından müqavilə oxunmasını belə təmin etməmişlər. Təhlükəli anı hiss edib mübahisə belə etmədən notariat kontorunun zirzəmisini ailəsi ilə tərk etmişdir.Dəfələrlə “xxxx” ASC-yə rəsmi müraciət edilmişdir ki, müəssisəyə məxsus torpaq sahəsinin kompensasiyasını tələb etmişdir. Söz verilmişdir ki, ya torpaq veriləcək, ya da kompensasiya olunacaq. Verilən vədlərə inanmışdır. Dəfələrlə rəsmi, qeyri-rəsmi, şifahi müraciətlərdən sonra səlahiyyət sahiblərinin sonuncu rəsmi cavalarından sonra Bakı İnzibat Məhkəməsinə müraciət etmişdir.Sonuncu məhkəmə prosesində hakim məsləhətlərini nəzərə alıb işə baxılmadan iddiani geri götürmüş və yenidən məhkəməyə müraciət etmişdir. Eyni zamanda məsləhət və tövsiyələri nəzərə alıb Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Əqdlərin Etibarsızlığı” fəslinə nəzər yetirmişdir. Məlum olmuşdur ki, səlahiyyətli nümayəndələr tərəfindən “xxxx” MKM-i aldadılmaqla hüquqları kobud şəkildə, şüurlu surətdə pozulmuşdur. Maddi və mənəvi ziyana düçar olmuşlar.01 may 2015-ci il tarixli müqaviləyə əsasən, yaşayış sahəsinin arayışa əsasən “birinci tərəfə” məxsus olması göstərilmişdir. Həmin müqaviləyə əsasən, “birinci tərəf’ “ikinci tərəf” dən 286148 (iki yüz səksən altı min yüz qırx səkkiz) manat məbləğində kompensasiya almaqla yaşayış sahəsini ’’İkinci tərəfin” xeyrinə imtina edir. Yenə həmin müqaviləyə əsasən, notarius müqaviləni təsdiqlədikdən sonra “birinci tərəf” yaşayış sahəsinə aid olan sənədləri “ikinci tərəfə” verməyə borcludur. Gizlin, aldatma və üstü-örtülü müqavilənin bağlanması, oxunmasına mane olmaq və imkan verilməməsi, müqavilə- surətinin təqdim edilməməsi və ona mane törətməklə saxta müqavilənin bağlanması kimi başa düşülür.Son anda əldə etdiyi müqavilənin nüsxəsindən tam məlum olur ki, 26 saylı notariat kontorunda bağlanmış müqavilə qeyd olunan maddələrin iddia tələbinə tam cavab verir və hüquqi şəxs “xxxx” ASC ilə fiziki şəxs qismində arasında bağlanmış müqavilə etibarsız sayılmalıdır. Belə ki, hər iki təşkilatın hüquqi şəxs olduğu nəzərə alınmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, müəssisənin mülkiyyətində olan əmlakın ondan alınarkən o aldadılmış, ona müqavilənin məzmunu ilə tanış olma imkanı yaradılmamış, müqavilənin surəti təqdim edilməmişdir. Qeyd olunanlara əsasən, iddiaçının nümayəndəsi tərəflər arasında bağlanmış 01 may 2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək izahatında qeyd etmişdir ki, “Gənclik” meydanından “Koroğlu” metrosuna qədər, Ziya Bünyadov prospektinə paralel olaraq uzunluğu 7 km olan 6 zolaqlı yolun inşası ilə əlaqədar olaraq, yolun tikintisi sahəsinə düşən fiziki və hüquqi şəxslərə məxsus torpaq sahələrin, yaşayış və qeyriyaşayış obyektlərinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə iddiaçı-X5 məxsus ünvan 2 ünvanında yerləşən əsas sahə 150.12 kv.m köməkçi sahə 53.76 kv.m, 2-ci mərtəbə təmirsiz 201.74 kv.m mülkiyyətində olan 0.136 ha torpaq sahəsində yerləşən daşınmaz əmlakı tikinti altına düşümüşdür. Bununla əlaqədar olaraq, əmlakın özgəninkiləşdirilməsi vaxtı iddiaçıya məxsus əmlak qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş, “xxxx” ASC (alıcı) ilə iddiaçı (satıcı) arasında sonuncuya məxsus olmuş, ünvan 2 ünvanında yerləşən, daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması məqsədilə 01.05.2015-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmış, müqavilə əsasında iddiaçıya 286.148 manat dəyərində ödəniş edilmişdir. Qeyd olunan müqavilə tərəflərin könüllü iradəsi əsasında, qarşılıqlı razılaşma yolu ilə bağlanmış, əlavə olaraq, tərəflər arasında imzalanmış müqavilənin 9-cu bəndinə əsasən, iddiaçı müqailədə qeyd olunan yaşayış sahəsinə və bu müqaviləyə dair hər-hansı iddia qaldırmayacağı ilə bağlı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi pozmuşdur. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddiaçı tərəfindən qeyd olunan müqavilənin məhkəmədə mübahisələndirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürdüyünə görə mübahisəli hüquq münasibətinə iddia müddətini tətbiq edərək, iddianın tamamilə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyətinin 22.04.1993-cü il tarixli, 694 nömrəli sərəncamına əsasən Nərimanov rayonu, 205 qəsəbəsində “xxxx” Kiçik Müəssisəsinə inzibati binanın tikintisi və layihələndirilməsi üçün torpaq sahəsi ayrılmışdır. -Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhərinin xüsusi notariusu İ.B.Hüseynov tərəfindən təqdim edilmiş müqavilənin təsdiq edilmiş surətindən görünür ki, X9 ilə “xxxx” ASC arasında bağlanmış 01 may 2015-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Gənclik meyanından Koroğlu metrosunadək Ziya Bünyadov prospektinə paralel olaraq, 7 km uzunluğunda 6 zolaqlı yolun (00km+000 km- 00km+907m) hissəsində yolun tikintisi altına düşən maneələrin köçürülməsi ətrafında yolun tikintisi ilə əlaqədar tikinti altına ayrılmış torpaq sahələri və onlar üzərində olan yaşayış və qeyri-yaşayış obyektlərinin daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması məqsədilə “birinci tərəf” (X9) daimi qeydiyyatda olmaqla uzun müddətdir istifadəsində olan ünvan 3 ünvanında yerləşən əsas sahə 150.12 kv.m, köməkçi sahə 53.76 kvşm, 2-ci mərtəbə təmirsiz 201.74 kv.m, 56 ədəd ağac, 62 kv.m daş hasar ibarət sahədə dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya görə “ikinci tərəfin” (Cavabdeh2) xeyrinə imtina edir. -Həmin müqavilənin 4-cü bəndinə əsasən “birinci tərəf” “ikinci tərəf” dən 286.148 (iki yüz səksən altı min yüz qırx səkkiz) manat məbləğində kompensasiya almaqla yaşayış sahəsini “ikinci tərəf” in xeyrinə imtina edir. -Həmin müqavilənin 9-cu bəndinə əsasən “birinci tərəf müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən yaşayış sahəsindən qeydiyyatdan çıxmağı onu boşaltmağı və gələcəkdə bu yaşayış sahəsinə və bu müqaviləyə dair hər-hansı iddia qaldırmayacağını öhdəsinə götürür. -Həmin müqavilənin 16-cı bəndinə əsasən müqavilə 1 (bir) vərəqdən, dörd nüsxədən ibarət azəbaycan dilində tərtib edilmiş, onlardan biri alqı-satqı işi ilə birlikdə notariat kontorunda saxlanılır, biri müvafiq qeydiyyat aparılması üçün təqdim edilir, digər nüsxələri isə tərəflərə verilmişdir. İş materiallarında olan ərizələrdən görünür ki, X10, X14, X11, X12 ərizələrində Nərimanov ray., X.R.Ulutürk küçəsi ünvanında yerləşən fərdi yaşayış evinin “xxxx” ASC tərəfindən sökülməsinə və ödəniləcək məbləğin X3 götürməsinə heç bir etiraz bildirilməmişdir. Müqaviləyə əlavə edilmiş 01 may 2015-ci il tarixli ödəniş tapşırığının surətindən məlum olur ki, X2 hesabına 286.148 manat vəsait X5 ödəniləcək kompensasiya ilə bağlı köçürülmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X9 ilə sabiq “xxxx” ASC arasında bağlanmış müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən əsas sahə 150.12 kv.m, köməkçi sahə 53.76 kvşm, 2-ci mərtəbə təmirsiz 201.74 kv.m, 56 ədəd ağac, 62 kv.m daş hasar ibarət sahə dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar X9 tərəfindən alınan kompensasiyaya görə sonuncu tərəfindən Cavabdeh2-nin xeyrinə imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Yuxarıda qeyd olunan maddi hüquq normalarının məzmunundan göründüyü kimi qanunverici əqdin etibarsız hesab edilməsi tələbinin irəli sürülməsi üçün bir illik kəsici müddət müəyyən etmişdir. Göstərilən müddəa onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsızlığına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən hesablanan həmin müddət keçdikdən sonra əqdin etibarlılığını mübahisələndirmə hüququnu itirir. İddia müddətindən fərqli olaraq kəsici müddətin məhkəmə tərəfindən tətbiq edilməsi üçün cavabdeh tərəfindən müddətin tətbiqi barədə ərizənin verilməsi tələb edilmir. Məhkəmə qeyd edir ki, göründüyü kimi etibarsızlığı iddia olunan əqd 2015-ci ildə bağlanmış və öhdəliklər icra olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq, sadalanan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddiaçı “xxxx” X8 tələbi iddia müddəti keçdiyindən təmin edilməməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı “xxxx” X8 cavabdeh Azərbaycan X1rşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-739/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-739/2021
03.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver