Məhkəmə qərarları › İş №2-2(113)-768/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-768/2025

17.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-768/2025 17.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2nə qarşı borcun silinməsi və pulun qaytarılması tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi ilə, İddiaçı cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2nə qarşı borcun silinməsi və pulun qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2nə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edərək, 602296 saylı, xx.xx.2023-cü il tarixli aktın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-32952024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə (İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs) qarşı aktın etibarsız hesab edilməsi tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.

3. İddiaçı Bakı Kommersiya Məhkəməsinə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 602296 saylı, xx.xx.2023-cü il tarixli saxta akta görə ödənilmiş 3.969,50 manat məbləğin geri qaytarılması, 144.50 manat borcun silinməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, onun ofisin iddiada qeyd olunan ünvanda yerləşir. Həmin yerdə Nərimanov rayon Bələdiyyəsinin müqaviləsi əsasında 2007-ci ildən ofis kimi fəaliyyət göstərir. Nərimanov rayon Su-Kanal İdarəsinin nümayəndələri xx.xx.2023-cü il tarixdə ofisinə gələn suyu araşdırdılar (qonşu 5 mərtəbəli binanın zirzəmisindən), özləri də bilmədilər ki, ona su hardan gəlir. Baxmayaraq ki, bunların gəlişindən 3-5 gün əvvəl yenə həmin idarənin əmakdaşına 120 manat mən pul vermiş, sayğacın qoyulması və 20 manat sayğaca su vurulması şərti ilə. Nərimanov rayon SuKanal İdarəsinin nümayəndələri haqsız olaraq xx.xx.2023-cü il tarixdə akt tərtib etmişlər.

II. Tərəflərin mövqeləri:

5. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

7. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

9. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir.

10. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

11. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

12. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

13. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir.

14. İş materiallarına əlavə olunmuş 602296 saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, "xxxx" ASC-nin Nərimanov rayon Sukanal İdarəsinin nümayəndələri tərəfindən ünvan 2 ünvanında yerləşən obyektə baxış zamanı sayğacdan kənar xəttdən sudan qanunsuz istifadə aşkar olunmuşdur.

15. İş materiallarında olan qanunsuz istifadə haqqının ödənişi fakturasından görünür ki, xx.xx.2023-cü il tarixli 602296 saylı akta əsasən İddiaçı aid 094037 saylı abunə koduna 4.104 manat məbləğində borc hesablanmışdır.

16. İş materiallarında olan 094037 saylı abonent kodu üzrə İddiaçı məxsus olan Abonent Saldosundan görünür ki, akta əsasən hal-hazırda 144,50 manat məbləğində borcu qalmışdır.

17. Məhkəmə qeyd edir ki, iddiaçının qaytarılmasını və silinməsini tələb etdiyi borc abonent saldosundan da görünür ki, akta əsasən hesablanmış olan borc məbləğdir. Ona görə də, qeyd olunan aktın nəticəsinin hüquqi qüvvəsinin olub-olmaması müəyyən edilməlidir.

18. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır.

19. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

20. Məhkəmə bu xüsusda qeyd edir ki, iddiaçı tərəf akta əsasən hesablanmış 4.104 manat borcdan 3.959,50 manat ödəniş etdiyindən, qeyd edilmiş məbləğdə pul cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı, hazırda da, akta əsasən hesablanmış olan borcdan qalan 144,50 manat məbləğində borc da, silinməlidir.

21. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X2 tərəfindən İddiaçı məxsus 09/502 saylı abunə kodu üzrə hesablanmış 144 (bir yüz qırx dörd) manat, 50 (əlli) qəpik məbləğində borc silinsin. İddiaçı tərəfindən ödənilmiş 3959 (üç min doqquz yüz əlli doqquz) manat, 50 (əlli) qəpik məbləğində pul “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X1 alınaraq İddiaçı geri qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar