Məhkəmə qərarları › İş №2-2(113)-773/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-773/2020

14.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-773/2020 14.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı “xxxxxxxxxxxx” X7 Cavabdehnə qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxxxxxxxxxx” X10 Cavabdehnə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən 940,00 manat məbləğində sığorta ödənişinin əvəzi və 30,40 manat dövlət rüsumu, ümumilikdə 970,40 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində cavabdeh “Cavabdeh MMC-yə məxsus ** JM *** dövlət qeydiyyat nişanlı, Kamaz 65115 C markalı avtonəqliyyat vasitəsi “xxxxxxxxxxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixində X5 idarə etdiyi ** JM *** dövlət qeydiyyat nişanlı, Kamaz 65115 C markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək ** LZ *** dövlət qeydiyyat nişanlı, Mercedes Benz C200 markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar Bakı şəhər BPİ DYPİ əməkdaşı tərəfindən X5 barəsində xx.xx.2019-cu il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hadisə tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, sürücü R.İslamov Cavabdeh MMC-yə məxsus ** JM *** dövlət qeydiyyat nişanlı, Kamaz 65115 C markalı avtonəqliyyat vasitəsini istifadə etmək hüququ olmadan idarə etmişdir. “xxxxxxxxxxxx” ASC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən, ** LZ *** dövlət qeydiyyat nişanlı, Mercedes Benz C200 markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 1.350 manat məbləğində müəyyən edilmiş və “xxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən, 1.350 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ödənilmiş sığorta ödənişinin əvəzinin yalnız 410 manat hissəsi “xxxxxxxxxxxx” ASC-yə ödənilmiş, 940 manat hissəsi isə bu günə qədər ödənilməmiş qalamaqdadır. Beləliklə, ** LZ *** dövlət qeydiyyat nişanlı, Mercedes Benz C200 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə “xxxxxxxxxxxx” ASC tərəfindən ödənilmiş 1.350 manat sığorta ödənişinin ödənilməmiş qalıq hissəsi – 940 manat məbləğində pul vəsaiti ** JM *** dövlət qeydiyyat nişanlı, Kamaz 65115 C markalı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh MMC-dən tutulmalıdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçının nümayəndəsi X6 məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərə əsasən müəyyən edildi ki: “xxxxxxxxxxxx” X10 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli sığorta müqaviləsinə əsasən Cavabdeh MMC-yə məxsus **-JM-*** dövlət qeydiyyat nömrəli, Kamaz 65115 C markalı yük avtomobili nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə sığortalanmışdır. Həmin müqavilənin qüvvədə olduğu müddət ərzində xx.xx.2018-ci il tarixdə sığorta hadisəsi baş vermiş - sığortalanmış avtomobili idarə edən X5 yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarını pozaraq yol-nəqliyyat hadisəsini törətmiş və hadisə nəticəsində **-LZ- *** dövlət qeydiyyat nömrəli, Mercedes-Benz C200 markalı avtomobilə maddi ziyan dəymişdir. Bakı DYPİ-nin xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X9 Xətalar Məcəlləsinin 332.1 və 327-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilmişdir. Həmin qərarla inzibati xəta törətmiş R.İslamovun həmin avtomobildən istifadə etmək hüququ verən etibarnamə olmadan idarə etməsi müəyyən edilmişdir. “xxxxxxxxxxxx” ASC tərəfindən xx.xx.2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən hadisə nəticəsində **-LZ-*** dövlət qeydiyyat nömrəli, Mercedes-Benz C200 markalı avtomobilə dəymiş ziyan 1350 manat məbləğində qiymətləndirilmiş və xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən həmin avtomobilin mülkiyyətçisinə 1350 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hazırda “xxxxxxxxxxxx” ASC Cavabdeh MMC tərəfindən sığorta ödənişinin bir hissəsinin onlara ödənildiyini əsas göstərərək sığorta ödənişinin qalan hissəsinin- cəmi 940 manat məbləğində subroqasiya qaydasında cavabdehdən tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, hazırkı tələbin qanuni əsasını Mülki Məcəllənin 1096, 1108, 936, “İcbari Sığorta” haqqında AR Qanununun 25.1.3-cü maddəsi təşkil edir. Mülki Məcəllənin: 1096-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar” haqqında AR Qanununun 25.1.3-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlak onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edildiyi halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, işin yuxarıda göstərilən halları və qanunvericilik normalarına əsasən müəyyən edilir ki, “xxxxxxxxxxxx” ASC-də mülki məsuliyyətinin icbari sığortası növü ilə sığortalanmış, Cavabdeh MMC-yə məxsus **-JM-*** dövlət qeydiyyat nömrəli, Kamaz 65115 C markalı yük avtomobilinin sürücüsü X5 tərəfindən mülki hüquq pozuntusu - delikt törədilmişdir. Delikt törətmiş R.İslamovun sığortalanmış avtomobildən istifadə etmək, o cümlədən onu idarə etmək hüququ olmamış və avtomobilin mülkiyyətçisi olan Cavabdeh MMC avtomobilin R.İslamov tərəfindən qanuni əsas olmadan istifadə edilməsi barədə məlumatlı olmuşdur. Belə olan halda isə Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərin avtomobilin sahibi olan Cavabdeh MMC-dən zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır. İddiaçı “xxxxxxxxxxxx” ASC tərəfindən dəymiş zərərin bir hissəsi – 940 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxsə ödənildikdən sonra həmin tələb hüququ Mülki Məcəllənin 936 və “İcbari Sığortalar haqqında” qanunun 25.1.3cü maddəsinə əsasən sığorta ödənişi həcmində subroqasiya qaydasında sığortaçı “xxxxxxxxxxxx” ASC-yə keçmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “xxxxxxxxxxxx” ASC-nin ödənilmiş sığota ödənişinin əvəzi olaraq pulun tutulması tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməli, Cavabdehndən sığorta ödənişinin əvəzi olaraq 940 manat və ödənilmiş dövlət rüsumunun və edilmiş məsrəflərin əvəzi olaraq 30,4 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxxxxxxxxxx” X8 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun və çəkilmiş xərclərin əvəzi olaraq 30,4 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən sığorta ödənişinin əvəzi olaraq 940 (doqquz yüz qırx) manat və ödənilmiş dövlət rüsumunun və edilmiş məsrəflərin əvəzi olaraq 30,4 manat (otuz manat qırx qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxxxxxxxxxx” X8 ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar