Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-809/2020 16.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X1 Bağman qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "Cavabdeh” Mənzil Tikinti Kooperativinə qarşı 10260,66 manat əsas borc, 6949,60 manat cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti cavabdeh "Cavabdeh” Mənzil Tikinti Kooperativinə qarşı 10260,66 manat əsas borc, 6949,60 manat cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini və işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "Cavabdeh” Mənzil Tikinti Kooperativinə qarşı 10260,66 manat əsas borc, 6949,60 manat cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən-Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №2-2(113)-809/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-809/2020
16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver