Məhkəmə qərarları › İş №2-2(113)-82/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-82/2020

10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-82/2020 10.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı MTK-nın nümayəndəsi X2 və cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X1iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh “xxxx” ASC-yə qarşı “sığorta məbləğinin tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MTKiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC-dən, ödənilən 30 manat dövlət rüsumunun və 5262 manat sığorta ödənişinin tutularaq İddiaçı MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəsbəsi, “AB” yaşayış massıvi ev 16, 4041-ci məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binası İddiaçı mənzil-tikinti kooperativinə məxsusdur. Həmin binadakı qeyri-yaşayış sahəsi “xxxx” ASC tərəfindən daşınmaz əmlakın icbari sığortası haqqında şəhadətnaməyə əsasən sığortalanmışdır. Sığorta məbləği olaraq 131717 manat, azadolma məbləği olaraq 1317 manat qeyd olunmuşdur. 17-xx xxxxxx 2019-cu il tarixlərdə Bakı şəhərində baş verən güclü külək və qasırğa nəticəsində sığortalanmış qeyri-yaşayış obyektinə xeyli miqdarda zərər dəymişdir. Belə ki, güclü külək nəticəsində qeyri-yaşayış obyektində plastik pəncərələr və alüminium vitrajları dağılaraq sıradan çıxmışdır. Hadisə baş verdikdən sonra sığorta əməkdaşları dəvət olunaraq baxış keçirilmişdir. Hadisədən sonra əməkdaşları tərəfindən akt tərtib edilmiş və dəymiz zərər hesablanmışdır. Hadisə nəticəsində 5262 manatlıq zərər dəymişdir. Bu barədə “xxxx” ASC-yə məlumat verilmiş hətta dəymiş zərərin ödənilməsi üçün tərəflərindən dəfələrlə əlaqə saxlanılmışdır. Lakin buna baxmayaraq dəymiş zərər sığorta tərəfindən tam ödənilmir, hətta heç ödənilmir. Belə ki, “xxxx” ASC0417 saylı, xx.xx.2019-cu il tarixli məktub ünvanlayaraq dəymiş zərər 1555 manat hesablamış və həmin məbləğdən azadolma məbləği çıxılaraq yerdə qalan məbləğin onlara ödəniləcəyi bildirilmişdir. Onlar bununla razılaşmır və cavabdehin bu hərəkətini qanunsuz hesab edirlər. Çünki İddiaçı mənzil-tikinti kooperativinə 1555 manat deyil 5262 manatlıq zərər dəymişdir Məhkəmə iclasında iştirak edən İddiaçı MTK-nın nümayəndəsi X4 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X3 izahatında iddiaçının tələb etdiyi həcmdə iddianı qəbul etməyərək tələbin rədd olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “xxxx” ASC tərəfindən İddiaçı MTK-ya ünvanlanmış xx.xx.2019-cu il tarixli, 0417 nömrəli məktubundan görünür ki, baş verən məlum sığorta hadisəsi ilə bağlı qiymətləndirmə işi aparılmış sığorta təminatı verilmiş (Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəsbəsi, “AB” yaşayış massıvi, 4041-ci məhəllə, bina 16A ünvanında yerləşən) əmlak üzrə 1555 manat hesablanmış, müqavilə şərtləri əsas götürülərək 1317 manat azadolma (franşiza) məbləği çıxılaraq tərəflərindən 238 manat sığorta ödənişinin faydalanan şəxsə birbaşa ödənilməsi mümkün hesab edilməsi bildirilmişdir. BA seriyalı, 888059 nömrəli daşınmaz əmlakın icbari sığortası haqqında şəhadətnamədən görünür ki, (sığortalı İddiaçı” MTK-ya məxsus) Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəsbəsi, “AB” yaşayış massıvi, 4041-ci məhəllə, bina 16A ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək “xxxx” ASC tərəfindən icbari sığorta növü ilə sığortalanmış, sığorta haqqı 350 manat, sığorta məbləği 131717 manat, azadolma məbləği 1317 manat miqdarında müəyyən edilmişdir. İddiaçı MTK tərəfindən təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli 17-xx xxxxxx 2019cu il tarixlərdə güclü külək və qasırğa səbəbindən İddiaçı MTK-ya dəymiş zərər haqqında aktdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəsbəsi, “AB” yaşayış massıvi, 4041-ci məhəllə, bina 16A ünvanında yerləşən qeyri-yaşayış sahələrinə baxış keçirilərkən həmin binanın qeyri-yaşayış sahələrinin plastik pəncə və aliminum vitrajı güclü küləyin təsirindən müəyyən yerlər (plastik pəncərələr 3,4 m2, Vitraj qapı və gizli açılanları – 35,2 m2, bloka giriş qapısının şüşəsi – 0,6 m2) dağılaraq sıradan çıxmışdır. İddiaçı MTK tərəfindən təsdiq edilmiş güclü külək və qasırğa səbəbindən İddiaçı MTK-ya dəymiş zərərin hesabatından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəsbəsi, “AB” yaşayış massıvi, 4041-ci məhəllə, bina 16A ünvanında yerləşən çoxmərtəbəli yayayış kompleksi üzrə İddiaçı MTK-ya ümumilikdə 5262 manat zərər dəymişdir. AzValuation Services MMC-nin əmlakın qiymətləndirilməsinə dair xx xxxxxx 2019-cu il tarixli, 1543 nömrəli ekspert (qiymətləndirici) rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəsbəsi, “AB” yaşayış massıvi, 4041-ci məhəllə, bina 16A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dəymiş ziyan cəmi 1555,69 manat təşkil edir. xx xxxx 2020-ci il tarixli 19603 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəsbəsi, “AB” yaşayış massıvi, ev 16, 4041ci məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasında yerləşən İddiaçı MTK-ya məxsus qeyri-yaşayış sahəsinin bəzi yerlərində şüşələrin, plastik pəncərələrin və alüminium vitraj pəncərələrin dəyişdirildiyi və həmin ünvanda aparılmış təmir-tikinti işlərinni təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2506,6 manat məbləğində müəyyən olmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manatdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 36.1.8-ci maddəsinə görə təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. 926.3-ci maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Məhkəmədə baxışında müəyyən edilmişdir ki, 17-xx xxxxxx 2019-cu il tarixlərdə baş vermiş güclü külək və qasırğa nəticəsində “xxxx” ASC tərəfindən icbari sığorta növü ilə sığortalanmış (sığortalı İddiaçı” MTK-ya məxsus) Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəsbəsi, “AB” yaşayış massıvi, ev 16, 4041-ci məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasında yerləşən İddiaçı MTK-ya məxsus qeyri-yaşayış sahəsinə zərər dəymişdir. Məhkəmə dəymiş zərərlə bağlı qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən hesabata görə dəymiş ziyan 5262 manat, cavabdeh tərəfindən təqdim edilən ekspert (qiymətləndirici) rəyində isə dəymiş ziyan 1555,69 manat göstərildiyindən, məhkəmə xx xxxx 2020-ci il tarixli 19603 nömrəli məhkəmə ekspertizasının rəyini əsas götürərək, dəymiş ziyanı 2506,60 manat məbləğində müəyyən etmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, ekspert tərəfindən müəyyən edilmiş 2506,60 manat məbləğində vəsaitdən azadolma (franşiza-1317 manat) çıxılandan sonra qalan 1189,60 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməli, sığorta ödənişi olan 1189,60 manat məbləğində pul cavabdeh “xxxx” ASC-dən tutularaq İddiaçı MTK-ya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 22,6%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 22,6%-i, yəni 6,78 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 22,60 manatı “xxxx” ASC-dən, 77,40 manatı isə İddiaçı MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” ASC-dən 1189,6 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 6,78 manat məbləğində pul tutularaq İddiaçı MTK-ya ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 22,6 manatı “xxxx” ASC-dən, 77,4 manatı isə İddiaçı MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ 013601**********3944 SWİFT BİK: CTREAZ22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar