Məhkəmə qərarları › İş №2-2(113)-820/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-820/2020

30.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-820/2020 30.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı hesablanmış borcun silinməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıyaməxsus obyektə Cavabdeh ASC tərəfindən hesblanmış əlavə sərfiyyat əsassız olduğundan hesablanmış 6562 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı xx.xx.2017-ci il tarixdə su təchizatı şəbəkəsinə qoşulma barədə 004/1/57 nömrəli razılaşma əldə etmiş və müqavilə bağlamışdır. Həmin dövrdən sonra mütəmadi olaraq sərf etdiyi su və kanalaizasiya xidmətləri üzrə ödənişləri vaxtlı-vaxtında icra etmişdir. Sonuncu dəfə cavabdehin əməkdaşları tərəfindən su sayğacına baxış keçirilən zaman sayğacın bütün plomblarının yerinə olduğu, sayğaca heç bir müdaxilənin olmadığı müəyyən edilmişdir. Həmçinin iddiaçı tərəfindən 2019-cu ilin yanvar ayından sağac çıxarılanadək sayğacın göstəricisinə uyğun olaraq 5000-5500 manat civarında ödəniş edilmişdir. İddiaçı tərəfindən qeyd olunan müqavilə üzrə su sayğacına heç bir müdaxilə olmamışdır və sayğacın yoxlanması üçün iddiaçının özü tərəfindən müraciət olunmuşdur. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2017-ci il tarixində, 030790 nömrəli su təchizatı və kanalizasiya xidmətinə görə müqavilə bağlanmışdır. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixində İddiaçı məxsus Xəzər rayonu, Zirə qəsəbəsi, yeni sahə, ev 3/d ünvanında yerləşən istixanada quraşdırılan sayğacın dövri yoxlamadan keçirilməsi ilə bağlı sayğaca baxış keçirilmişdir. Bu zaman sayğaca müdaxilə edilməsi ilə bağlı əsaslı şübhələr yarandığından suölçən cihaz laboratoriyada yoxlanılması məqsədilə qarşı tərəfin nümayəndəsinin iştirakı ilə xx.xx.2019-cu il tarixində yerindən sökülmüş və abonentə təhvil verimişdir. Bununla bağlı iş açılmış və akt tərtib olunmuşdur. Eyni zamanda İddiaçı sayğacın dövri yoxlamasının keçirilməsinə dair Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinə ərizə ilə müraciət etmişdir. Yuxarıda göstərilənlərə əsasən suölçən cihaz iddiaçının nümayəndəsi X2 adlı şəxsin iştirakı ilə Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinin “Suölçən X1”nın xx.xx.2019-cu il tarixli 47191/0044738 nömrəli rəyinə əsasən laboratoriya yoxlanılmasından keçirilmişdir. Müəyyən olunmuşdur ki, sayğacın mexaniki hesablama mexanizm hissəsinə mümkün müdaxilənin qarşısını almaq üçün vurulmuş müqayisəli dövlət yoxlaması qurğuşun plombuna müdaxilə edilərək sərt alət vasitəsilə standartın tələbinə uyğun olmayan üçüncü dəlik açılmışdır. Belə ki, sayğacın mexaniki və elektron hissəsində sərfiyyat göstəriciləri arasında fərq yaranmışdır. Sayğaca müdaxilə nəticəsində Cavabdeh ASC-yə maddi ziyan dəymiş və qanunvericiliyin tələblərinə uyğun aparılan hesablama ilə həmin ziyanın məbləği cəmi 6562 azn hesablanmışdır. Mülki iş materiallarında olan: - “Su təchizatı şəbəkəsinə qoşulma işlərinin icrası barədə” xx.xx.2017-ci il tarixli, 004/1/57 saylı razılaşmaya əsasən “xxxxxx” ASC xx.xx.2017-ci il tarixli, 004/1/57-tş nömrəli Texniki Şərtlərin icrası ilə əlaqədar Xəzər rayonu, Zirə qəsəbəsinin cənubşərqində yerləşən qeyri-yaşayış obyektinin su təchizatı şəbəkəsinə qoşulmasının təmin edilməsi məqsədiylə İddiaçı Aəzr oğlunun vəsaiti hesabına nəzərdə tutulan şərtlərin yerinə yetirilməsinin təşkilini öhdəsinə götürür. - 13 samrt-kart tipli su sayğacının laborator yoxlamadan keçirilməsinə dair rəyində qeyd olunur ki, sayğac laboratoriyaya göndərilməsi üçün sökülüb abonentə təhvil verilmişdir. Sayğacın mexaniki hissəsi işləmir. Mexaniki hisədə yerləşən zavod möhürünün çıxışında 3 ədəd məftil çıxır. Yəni biri əlavədir. Sayğaca müdaxilə olunmuşdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; - 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər; - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İşin hallarından görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı hesablanmış 6562 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar