Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-1002/2023 19.09.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 41990 manat 35 qəpik əsas borcun, 1256 manat 70 qəpik dəbbə pulu, ümumilikdə 43247 manat 05 qəpik borc və 220 manat 50 qəpik ödənilmiş dövlət rüsumunun, hüquqi yardıma görə vəkil bürosuna ödənilmiş 250 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli e-2(021)-1975/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 41990 manat 35 qəpik, hüquqi yardıma görə vəkil bürosuna ödənilmiş 250 manat və dövlət büdcəsinə ödənilmiş 220 manat 50 qəpik məbləğində pul tutularaq İddiaçınə ödənilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İş üzrə Cavabdeh tərəfindən 01 fevral 2023-cü il tarixdə Bərdə Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli e-2(021)-1975/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 aprel 2023-cü il tarixli 2(104)-941/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(021)-1975/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçının vəkili Vəkil məhkəməyə ərizə göndərərək, tərəflər arasında mübahisənin məhkəmədən kənar həll olunması üçün danışıqların aparılması səbəbindən iddianın baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə dəfələrlə teleqram göndərərək məhkəmə iclaslarının təxirə salınmasını xahiş etsə də, işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi tərəfindən ərizənin baxılmamış saxlanılması haqqında ərizə verildiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259-260, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-1002/2023
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-1002/2023
19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver