Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-105/2021 18.02.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı “İddiaçı3ı” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair işə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı3ı” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxx 2017-ci il tarixli, 38 saylı avans müqaviləsi üzrə yaranmış 63750 (altmış üç min yeddi yüz əlli) manat məbləğində pulun, həmin müqavilə üzrə öhdəliklərin vaxtında və lazımınca yerinə yetirilməməsi nəticəsində Cəmiyyətə dəymiş 3187,50 (üç min bir yüz səksən yeddi manat əlli qəpik) manat məbləğində zərərin, cəmi 66937,50 (altmış altı min doqquz yüz otuz yeddi manat əlli qəpik) manat məbləğində pul vəsaitinin, həmçinin mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq «İddiaçı3ı» Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ərizə ilə müraciət edərək 1 (bir) adda məhsulun əkinini aparacağını və nəticədə götürəcəyi 500 ton kartof məhsulunun xx xxxxxx 2017-ci il tarixədək Cəmiyyətlərinə satılmasını öz öhdəsinə götürmüşdür. Bunun üçün Cəmiyyətlərinin alınacaq məhsulun dəyərinin 25%-dək avans məbləğinin, yəni 63750 (altmış üç min yeddi yüz əlli) manat məbləğində avans, Cavabdeh ödənilməsi xahiş olunmuşdur. Müraciət əsasında “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 1 (bir) adda kənd təsərrüfatı məhsulunun istehsalına dair xx xxxx 2017-ci il tarixli, 38 saylı avans müqaviləsi bağlanaraq imzalanılmışdır. Borclu Cavabdeh avans müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, avans məbləğini vaxtında geri qaytarmamışdır. Borclu müqavilə bağlanılan vaxtdan hal-hazırki günə qədər Cəmiyyətə mal təqdim etməmişdir. Hazırda borclunun Cəmiyyətə ödənilməmiş pul öhdəliyi 63750 (altmış üç min yeddi yüz əlli) manat təşkil edir. Müqavilənin 2.4-cü maddəsinə əsasən “... avans vəsaitindən istifadə müddətinin son tarixi bu müqavilənin müddətini aşmamalıdır. Müqavilənin 10.2-ci maddəsinə əsasən, “Bu müqavilə imzalandığı gündən qüvvəyə minir və xx xxxxxx 2017-ci il tarixədək qüvvədədir. Eyni zamanda cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca yerinə yetirmədiyi üçün Cəmiyyətə zərər vurmuşdur. İddiaçının nümayəndəsi Nümayəndə2 oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, əldən çıxmış faydanın hesablanması ilə bağlı hansısa bir sübutu məhkəməyə təqdim edə bilmir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxx 2017-ci il tarixli 41 saylı avans məbləğinin ödənilməsinə dair müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə «xxxx» ASC arasında avans müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilməsi nəzərdə tutulan cəmiyyət tərəfindən təsdiq olunmuş aqrotexniki plan üzrə istehsalçıya hissə-hissə ayrılacaq təsərrüfat xərclərinin məbləğini müəyyən edir və Azərbaycan Respublikasının valyutası olan manatla ödənilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, avans məbləği 63750 manat olmaqla bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli cədvələ əsasən, hissə-hissə istehlakçının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx xxx 2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, «xxxx» ASC tərəfindən Cavabdeh 63750 manat məbləğində vəsait ödənilmişdir. İddiaçı3 Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “xxxx” Açıq Səhmdar Cəmiyyəti ləğv edilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus olan İddiaçı3 Açıq Səhmdar Cəmiyyəti yaradılmış, İddiaçı3 Açıq Səhmdar Cəmiyyəti “xxxx” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisi olmaqla, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı İddiaçı3 Açıq Səhmdar Cəmiyyətinə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş pullu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh iddiaçı «İddiaçı3ı» ASC-dən avans məbləğinin ödənilməsinə dair müqavilə üzrə 63750 manat məbləğində avans alaraq, 1 adda məhsulun əkinini aparacağını və nəticədə götürəcəyi 500 ton kartof məhsulunun xx xxxxxx 2017-ci il tarixədək iddiaçı təşkilata satmasına dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin müqavilənin tələblərini yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 63750 manat avans məbləği və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı «İddiaçı3ı» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı zərərin ödənilməsi ilə bağlı məhkəməyə sübut təqdim edə bilmədiyindən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 63750 manat avans məbləği və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı «İddiaçı3ı» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-105/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-105/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver