Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-1065/2024 27.08.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Orucova Vüsalə İsməli qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 iştirakı ilə. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək ödənilmiş 10000 manat əsas borcun və 120 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 övladı İddiaçı2 ilə kombayn almaq qərarına gəlmişdir. Bununla bağlı bir-iki araşdırma aparmışlar, onlara Cavabdeh1 əlaqə nömrələrini verərək onunla əlaqə saxlamaqlarını bildirmişlər. Cavabdeh1 ilə əlaqə saxlayan zaman o bildirmişdir ki, Bərdə şəhərində yerləşən Cavabdeh2 MMC-nin direktorudur. Həmin şəxs iddiaçıları texnikaları göstərmək üçün Şirvan şəhərinə kombayn və traktorlar satılan yerə aparmış, kombayn və traktorların ona məxsus olduğunu, hansını istəsələr sürüb yoxlaya biləcəklərini və ala biləcəklərini demişdir. İddiaçılar həmin texnikanı almaq istədiklərini bildirmişlər. Cavabdeh1 onları Kürdəmir rayon Asan Xidmət Mərkəzinə dəvət edərək aralarında 17 aprel 2023-cü il tarixdə 11 saylı müqavilə imzalamışlar. Həmin müqaviləyə əsasən ümumi dəyəri 90000 manat olan kənd təsərrüfatı texnikası – taxılyığan kombayn NOVA-340 markalı texnika ilkin 10000 manat ödənişlə icra olunmaqla 10 gün müddətində onlara verilməli idi. İddiaçı2 10000 manatı Cavabdeh1 kart hesabına ödəmiş və bununla bağlı qəbzi də ərizəyə əlavə etmişdir. Vaxt bitdikdən sonra həmin şəxslə əlaqə saxlayan zaman o bildirmişdir ki, həmin kombayn Şirvan şəhərindədir, gəlib əmlaka qabaqcadan baxılmalıdır. Sonradan onlara məlum olmuşdur ki, onlar dələduzlardır. Saxta VÖEN açaraq özlərini şirkət kimi təqdim etmiş, onları aldadaraq Şirvan şəhərində kombayn satılan yerə apararaq bir-iki kombayn göstərmişdir. 10000 manatın qaytarılması ilə bağlı dəfələrlə onunla əlaqə saxlamağa çalışsalar da o, həmin pulu qaytarmaqdan imtina etmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(039)-998/2024 nömrəli qərardadı ilə e-2(039)-998/2024 saylı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)-658/2024 nömrəli iş üzrə qərardadı ilə iş ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 2(107)-62/2024 saylı iş üzrə qərardadı ilə iş baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahat verərək bildirdi ki, müqaviləni hüquqi şəxslə bağlamışdır. Cavabdeh1 müqaviləni hüquqi şəxsin adı ilə bağlamışdır, o "xxxx" MMCnin direktoru olmuşdur. Cavabdehin 10000 manat borcu olduğu kimi qalmışdır. Pulu oğlu İddiaçı2 ödədiyi üçün o da bu iş üzrə iddiaçı kimi çıxış edir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 izahat verərək bildirdi ki, birinci dəfə cavabeh bank kartının şəklini ona gödərmişdir ki, pulu ora ataq, ancaq o, müqavilə bağlanmasını tələb etmişdir. Daha sonra Kürdəmir rayonundakı Asan Xidmət mərkəzinə getmişlər, hesab nömrəsinə pulu orada ödəmişdir. Cavbdeh bir həftəyə kimi texnikanı göndərəcəyini bildirsə də texnikanı onlara təhvil verməmişdir. Şirvan şəhərində texnikalara baxmışlar, cavabdeh texnikaların dostunun olduğunu bildirmişdir. Bir il yarımdır ki, texnikalar onlara təhvil verilməmişdir. Cavabdehə verdiyi 10000 manat pul atasının pulu olmuş, lakin məbləği o cavabdehin hesabına köçürmüşdür. Cavabdeh1 10000 manatdan başqa 2000 manat pul da verilmişdir. 2000 manat pulu cavbdehə texnikanın daha tez gəlməsi üçün əlbəəl vermişdir. Cavabdeh 2000 manatı qaytarmış, lakin 10000 manat puldan ödəniş etməmişdir. Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, o iddiaçıya olan borcundan 2000 manat ödəmiş və qalıq borcu 8000 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 MMC-yə məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 11 nömrəli müqaviləyə əsasən ki, satıcı alıcıya kənd təsərrüfatı texnikası olan Taxılyığan kombayn NOVA-340-un satışın ümumi məbləği ilkin ödənişi olaraq 10000 manat ödəniş yolu ilə satıcıya ödəməyi, satıcı isə texnikanın lizinq yolu ilə verilməsini öhdəliyinə götürmüşdür. İş materialllarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı2 tərəfindən Cavabdeh1 ******************** saylı kart hesabına 10000 manat məbləğində pul vəsaiti göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 ilə İddiaçı1 arasında xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, satıcı kənd təsərrüfatı texnikası olan taxılyığan kombaynı ilkin ödənişi 10000 manat ödənilməklə alıcıya verməyi öhdəsinə götürmüşdür. Alıcı müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirərək ilkin ödənişi ödəmiş, satıcı öz üzərinə düşən öhdəliyi icra etməmiş, texnikanı alıcıya verməmişdir. Alıcı ödədiyi ilkin ödəniş məbləği olan 10000 manat pulu cavabdehdən geri tələb edir. Məhkəmə qeyd edir ki, müqavilə Cavabdeh2 MMC ilə İddiaçı1 arasında bağlanmış, cavabdehə ilkin ödəniş olaraq ödənilən pul da İddiaçı1 məxsus olmuşdur. Həmçinin ödənilmiş 10000 manat ilkin ödənişin 2000 manatı geri qaytarılmışdır. Belə ki, Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq 2000 manat pulu geri qaytardığını, 8000 manat borc qaldığını bildirmişdir. İddiaçılar cavabdeh tərəfindən qaytarılan 2000 manat pulu 10000 manatdan əlavə verdiklərini, cavabdeh tərəfindən həmin 2000 manatın qaytarıldığını, 10000 manat puldan isə ödəniş edilmədiyini qeyd etsə də, 10000 manatdan əlavə pul verilməsi ilə bağlı iddiaçılar məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Həmçinin 2000 manat pulun deyil, yalnız 10000 manat pulun cavabdehlərdən alınması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixli 11 saylı alqı-satqı müqaviləsi üzrə 8000 manat pul cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı1 ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 120 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilən hissəsinə mütənasib olaraq 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 11 saylı alqı-satqı müqaviləsi üzrə 8000 (səkkiz min) manat pul və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh2ndən alınaraq İddiaçı1 verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №2-2(115)-1065/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-1065/2024
27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver