Məhkəmə qərarları › İş №2-2(115)-13/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-13/2020

03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-13/2020 03.09.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı «xxxxxxxxx» X8 cavabdeh «xxxxxxxxxxxx» X1rşı sığorta ödənişi tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxx» ASC cavabdeh «xxxxxxxxxxxx» MMC-yə qarşı sığorta ödənişi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “X13 Zavodu” MMC-yə dəymiş zərərin əvəzi miqdarında ödənilmiş 27567 manat 40 qəpik məbləğində sığorta ödənişi və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il tarixdə Polşa Respublikası Poznan şəhəri ərazisində Şvetsk yolunun 217-ci km-liyində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində cavabdehin istifadəsində olan “Scania” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Schmitz” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqu qəzaya uğramış, həmçinin hadisə zamanı sürücünün təqsirli olması müəyyən edilmişdir. Bununla yanaşı xx.xx.2012-ci il tarixdə sığortalı “X13 Zavodu” MMC ilə cavabdeh arasında bağlanmış 25 saylı müqaviləyə əsasən cavabdeh sığortalının mallarını daşımaq öhdəliyi daşısa da, bu öhdəliyə əməl etməmişdir. Baş vermiş hadisə K. X11 tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli “Xidməti Qeyd”-lə təsdiq edilmiş və yükün zədələnməsi faktı qeyd edilmişdir. Hadisə nəticəsində “X13 Zavodu” MMC-yə məxsus və tərəfimizdən AZ/CGH/12/0081 saylı “Yük sığortası” şəhadətnaməsinə əsasən sığorta təminatı almış Bakı şəhəri - Rusiya Federasiyası - Ukrayna Respublikası - Polşa Respublikası - Almaniya Federativ Respublikası - marşrutu üzrə daşınan və 80 ədəd dəmir çəlləkdə olan yükə zərər dəymişdir. Dəymiş zərər "xxxxxxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli “Qiymətləndirmə Hesabatı”-na əsasən 30630,6 AZN məbləğində müəyyən edilmiş və dəymiş zərərə uyğun olaraq iddiaçı tərəfindən 738/CRGİ-012/2012 saylı sığorta aktına əsasən 3063.06 AZN azadolma məbləği çıxılmaqla 27567,54 AZN (iyirmi yeddi min beş yüz altmış yeddi manat əlli dörd qəpik) məbləğində həyata keçirilmişdir. Qanunvericiliyə əsasən ödənilmiş sığorta ödənişi məbləğində cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır ki, bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə pretenziya qaydasında sorğular verilmiş, cavabdeh tərəfindən heç bir münasibət bildirilməmişdir. Bununla yanaşı cavabdehin daimi fəaliyyət göstərən orqanının faktiki ünvanının tapılması məqsədilə dəfələrlə sorğu verilsə də, yalnız hüquqi ünvanın öyrənilməsinə nail olunmuş, hüquqi ünvana əsasən isə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə iddia verildikdə iddia ərizəsi ünvanda cavabdehin olmamasını əsas götürməklə baxılmamış saxlanmışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən müvafiq sənədlər və digər materiallar verilmiş sorğuya əsasən xx.xx.2018-ci il tarixdə geri qaytarılmışdır. İddiaçı tərəfindən cavabdehin daimi fəaliyyət göstərən orqanının faktiki ünvanının müəyyən edilməsilə təkrar araşdırma aparılmış və faktiki ünvan aşkar edilmiş, o cümlədən pretenziya qaydasında sorğu verilsə də heç bir münasibət bildirilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-2(81)- 653/2018 nömrəli qiyabi qətnaməsi ilə “xxxxxxxxxxxxx” MMC-dən 27567,40 manat məbləğində ödənilməmiş sığorta haqqının və 30 manat dövlət rüsumunun tutularaq “xxxxxxxxx” ASC-yə ödənilməsi qət edilmişdir. Qiyabi qətnamənin ləğv edilməsinə dair cavabdeh “xxxxxxxxxxxxx” MMC-nin ərizəsinə əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2- 2(81)-653/2018 nömrəli qərardadı ilə məhkəmənin xx xxxx 2018-ci il tarixli, 2-2(81)- 653/2018 nömrəli qiyabi qətnaməsi ləğv edilərək, işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-2(81)- 703/2019 nömrəli qərardadı ilə iddiaçı «xxxxxxxxx» X8 cavabdeh «xxxxxxxxxxxx» X1rşı sığorta ödənişi tələbinə dair iddiası üzrə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati- İqtisadi Məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(083)- 319/2019 nömrəli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh “xxxxxxxxxxxxx” X2 “X13 Zavodu” Məhdud Məsuliyyətinə dəymiş zərərin əvəzi miqdarında ödənilmiş 27.567,54 manat sığorta ödənişinin və 30 manat dövlət rüsumunun tutularaq “xxxxxxxxx” X8 xeyrinə ödənilməsi qət edilmişdir. Sonuncu qiyabi qətnamənin ləğv edilməsinə dair cavabdeh “xxxxxxxxxxxxx” MMCnin ərizəsinə əsasən Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2- 2(083)-319/2019 nömrəli qərardadı ilə məhkəmənin xx xxxxxx 2019-cu il tarixli, 2-2(83)- 319/2019 nömrəli qiyabi qətnaməsi ləğv edilərək, işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, cavabdeh tərəf iddia ərizəsində qeyd edilən yükü “X13 Zavodu” MMC-dən almadığını bildirsə də, “X13 Zavodu” MMC ilə “xxxxxxxxxxxxx” MMC arasında bağlanmış daşıma müqaviləsinə əsasən yük xx.xx.2012-ci il tarixdə cavabdehə təhvil verilmişdir. Bu barədə 081745 nömrəli beynəlxaq qaimə tərtib edilmiş və həmin qaimədə daşıyıcının yəni, cavabdehin möhürü və imzası qeyd edilmişdir. Həmin qaimədə yükün **-CT-***/**-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri daşındığı göstərilmişdir. Cavabdeh tərəf həmin yükü daşımadığını bildirsə də, yük gömrük bəyannaməsindən görünür ki, cavabdeh yükü qəbul etdikdən sonra **-CT-***/**-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə həmin yükü ölkə hüdudlarından kənara çıxarmışdır. Ona görə də, cavabdeh tərəfin etirazını əsassız sayıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının cavabdehə qarşı qaldırdığı iddia əsassızdır. Belə ki, iddiaçı sığorta hadisəsinin xx.xx.2012-ci il tarixdə Polşa Respublikası Poznan şəhəri ərazisində “Scania” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı qoşqunun qəzaya uğraması nəticəsində həmin avtomobili idarə etmiş sürücülərin avtomobili qəzaya uğraması ilə bağlı sığorta pulunun “xxxxxxxxxxxxx” MMC tərəfindən ödənilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçıların göstərdiyi sürücülərin cavabdehlə heç bir bağlılığı yoxdur və onlarla hüquqi şəxs arasında heç bir xidməti müqavilə və ya əmək münasibətləri mövcud deyil. Buna görə də, cavabdeh tərəfindən sığorta pulunun ödənilməsi ilə bağlı iddiası təmin edilməli deyil. Bundan başqa, iş materiallarında yol nəqliyyat hadisəsinin sürücülərin təqsirdən baş verməsi barədə heç bir sübut yoxdur. İddiaçı yalnız iş materiallarında Polşa Respublikasının polis orqanı tərəfindən yol qəza hadisəsi nəticəsində avtomobillərin toqquşmasına əsaslansa da, həmin toqquşmada sürücülərin təqsirinin olması öz təsdiqini tapmır. Bu halın cavabdehə aidiyyatı olmasada belə, yenə də, iş materiallarında olan sübutların tədqiqi ilə bağlı gələcəkdə iddia tələbinin təmin edilməməsi üçün xüsusatlar məhkəmənin nəzərinə çatdırılır. Bundan əlavə, hesab edir ki, iddiaçı hazırki iddia tələbində iddiasının hüquqi əsası kimi cavabdehin müqavilə öhdəliyi üzrə öhdəliyinin icra etməməsi kimi dəlil irəli sürərək, sığorta hüququ üzrə tələbin yaranma mənbəyini tərəflər arasında olan müqavilədən çıxış etməsini göstərir. Belə olan halda, iddiaçının tələbi üzrə müqavilədən irəli gələn öhdəliyin yaranması kimi işə iddia müddətinin məhkəmə tərəfindən tətbiqi ilə bağlı iddia tələbi təmin edilməli deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin tələbinə görə müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən edilmişdir. Hazırda iddiaçının iddia etmək hüququ tərəflər arasında müqavilə öhdəliyi ilə tənzimlənərək sığorta haqqının könüllülük prinsipindən doğur ki, burada da, icbari sığorta haqqı olaraq münasibətlər mövcud deyil. İddiaçı tərəfin təqdim etdiyi sonuncu sənədlərə gəldikdə, beynəlxalq qaimədə cavabdehin yükü qəbul etməsi barədə imzanın kim tərəfindən icra edilməsi aydın deyil. Yük gömrük bəyannaməsi ilə qaimə arasında çəki ilə bağlı ziddiyyətlər vardır. Sadalananlar ona dəlalət edir ki, “xxxxxxxxxxxx” MMC-nin təqsiri nəticəsində iddiaçıya zərər dəyməsini göstərən heç bir sübut yoxdur, əvvəlcə təqsir müəyyən edilməli daha sonra ödəniş edilməliydi, buna görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “X13 Zavodu” MMC ilə “xxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 25 nömrəli daşınma müqaviləsindən görünür ki, daşıyıcı “xxxxxxxxxxxxx” MMC yük göndərən “X13 Zavodu” MMC-nin yüklərini Azərbaycandan Rusiyaya və Avropaya daşımağı, yük göndərən isə daşıyıcının daşıma dəyərini ödəməlidir. İş materiallarına əlavə olunmuş 081745 nömrəli beynəlxalq qaimədən (CMR) görünür ki, “X13 Zavodu” MMC-nə məxsus Bakı (Azərbaycan) – Rusiya Federasiyası – Ukrayna – Polşa – Almaniya marşrutu ilə **-CT-*** və **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə daşımaq üçün 80 ədəd dəmir çəlləklərdə yerləşən 250 kq alma konsentrantı xx.xx.2012-ci il tarixdə “xxxxxxxxxxxxx” MMC tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş AZ/CGH/12/0081 saylı, xx.xx.2012-ci il tarixli yük sığortası şəhadətnaməsinin surətindən görünür ki, “X13 Zavodu” MMC-nə məxsus Bakı (Azərbaycan) – Rusiya Federasiyası – Ukrayna – Polşa – Almaniya marşrutu ilə **-CT-*** və **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə daşınan 80 ədəd dəmir çəlləklərdə yerləşən 250 kq alma konsentrantı 39.000.00 USD məbləğində «xxxxxxxxx» ASC tərəfindən xx.xx.2012-ci il tarixədək sığorta edilmişdir. İş materiallarına əlavə olunmuş K.Asp. Mariuş Vyatrovskinin tərtib etdiyi xx.xx.2012-ci il tarixli Xidməti Qeyddən müəyyən edilir ki, xx.xx.2012-ci il tarixində baş çavuş Q.Yavorski ilə birgə saat 06.00-14.00-da patrul xidmətini yerinə yetirirərkən saat 6:20-də Poznan şəhəri X5 yük maşınının Şvetsk yolunun 217 km qəza baş verdiyi haqqında məlumat almış, qəza yerinə gəldikdən sonra Scania markalı avtomobil, qeydiyyat nömrəsi 20CT555 (qeydiyyat nömrələri Azərbaycan), Schmitz markalı qoşqu ilə birgə toqquşma nəticəsində ön tərəfin zədələndiyi, sağ tərəfin bütün uzunluq boyu parçalandığı, qoşmanın qaldırılması və arxadan çıxarılması məqsədi ilə gömrük plombunun qırılması və orada yerləşən yükün, yəni plastik qablarda qatılaşdırıcını boşalması zəruri olduğu, Azərbaycan Respublikası ərazisində Gömrük plombunun vurulduğu, lakin yenidən plomblaşdırmanın mütləq olması barədə qeyd verilmişdir. «xxxxxxxxx» ASC-nin xx.xx.2012-ci il tarixli, 738/CRGİ-012/0081 saylı sığorta aktının surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə Polşa Respublikası Poznan şəhəri ərazisində Şvetsk yolunun 217-ci kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Bakı şəhəri - Rusiya Federasiyası - Ukrayna Respublikası - Polşa Respublikası - Almanya Federativ Respublikası marşrutu üzrə hərəkdə olan “Scania” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Schmitz” markalı **-ZA-*** nişanlı qoşqunun qəzaya uğraması nəticəsində AZ/CGH/12/008 saylı Sığorta Şəhadətnaməsi ilə “yük sığortası” növü üzrə sığortalanmış 250 kq alma konsentrantının yerləşdiyi 80 ədəd dəmir çəlləyə 30.630 manat ziyan dəyməsi, 3063,06 manat azadolma (franşiza) çıxılmaqla, 27.567 manat faktiki sığorta ödənişinin “X13 Zavodu” MMC-nin hesabına köçürülməsi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş 2986 saylı, xx.xx.2012-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, iddiaçı tərəfindən “X13 Zavodu” MMC-yə 27.567,54 manat məbləğində sığorta ödənişi verilmişdir. İş materiallarına əlavə olunmuş "xxxxxxxxx” ASC tərəfindən “xxxxxxxxxxxxx” MMCyə ünvanlanan xx.xx.2013-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə Polşa Respublikası Poznan şəhəri ərazisində Şvetsk yolunun 217-ci kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “X13 Zavodu” MMC-yə məxsus və iddiaçı tərəfindən AZ/CGH/12/0081 saylı “Yük sığortası” şəhadətnaməsinə əsasən sığorta təminatı almış 80 ədəd dəmir çəlləkdə olan yükə dəyən zərərin ödənildiyi bildirilərək, həmin zərərin əvəzi qismində 27.567,54 manat məbləğində vəsaitin ödənilməsi xahiş edilmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki hallarından görünür ki, “X13 Zavodu” MMC ilə cavabdeh arasında daşınma müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən yük sığortası növü üzrə sığortalanmış 250 kq alma konsentrantının yerləşdiyi 80 ədəd dəmir çəlləklərdən ibarət yük Bakı (Azərbaycan) – Rusiya Federasiyası – Ukrayna – Polşa – Almaniya marşrutu üzrə **-CT-*** və **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə daşınması üçün cavabdeh tərəfindən qəbul edilmiş, lakin cavabdehin daşımaq üçün qəbul etdiyi yük sığorta müddətində qəza nəticəsində məhv olaraq, sığorta hadisəsi baş vermişdir. Sığorta hadisəsi nəticəsində sığortalanmış əmlaka 30.630 manat ziyan dəymiş, 3063,06 manat azadolma (franşiza) çıxılmaqla, iddiaçı tərəfindən sığortalıya 27.567,54 manat məbləğində sığorta ödənişi köçürülmüş, bununla da, iddiaçının cavabdehə qarşı subroqasiya qaydasında tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında təsdiq olundu ki, mülki hüquq pozuntusu cavabdeh yükü daşımaq üçün qəbul etdikdən sonra baş vermiş və cavabdeh törədilmiş hüquq pozuntusuna görə vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Belə ki, Mülki Məcəllənin 859.1 və 859.2-ci maddələrinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 859.3-cü maddəsinə əsasən əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1- 859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir:

1. risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı;

2. yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi;

3. daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar. Mülki Məcəllənin 859.4-cü maddəsinə əsasən daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır. Sadalanan qanunverciliyin tələblərindən irəli gələrək məhkəmə hesab edir ki, cavabdeh tərəfin etiraz və dəlilləri əsassız sayılmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf yükün məhv edilməsinin Mülki Məcəllənin 859.3-cü maddəsində sadalanan hallar nəticəsində baş verdiyinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddia müddətinin tətbiq edilməsinə gəldikdə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı halda iş üzrə tərəflər arasında müqavilə bağlanmamış və öhdəlik sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlmişdir ki, bu cür iddialara da Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən edilən ümumi iddia müddəti şamil edilir. Ümumi iddia müddəti isə 10 il təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 27567 manat 40 qəpik məbləğində sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh «xxxxxxxxxxxx» X3 iddiaçı “xxxxxxxxx” X8 xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. 27567 manat 40 qəpik məbləğində sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh «xxxxxxxxxxxx» X3 iddiaçı “xxxxxxxxx” X8 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar