Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-1312/2024 19.08.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, 1029 manat pul vəsaitinin və 30 manat 29 qəpik dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, BA597043 nömrəli, xx.xx.2016-cı il tarixli “Daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsinə əsasən X2 istifadəsində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə "xxxx" ASC tərəfindən sığorta təminatı verilmişdir. xx.xx.2016-cı il tarixdə Gəncə şəhəri, Nizami küçəsində Cavabdeh məxsus qeyri-yaşayış sahəsində yanğın hadisəsi baş vermiş, nəticədə qeyri-yaşayış sahəsində yerləşən X4 tərəfindən icarəyə götürmüş olduğu qeyriyaşayış sahəsi yanğının təsirinə məruz qalmışdır. AR FHN Əməliyyat-İstintaq İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə 1720 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından göründüyü kimi, Cavabdeh icarə müqaviləsi əsasında Gəncə şəhəri, Nizami küçəsində yerləşən dönərxnanada üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Ticarət və ictimai iaşə müəssisələri,yarmarkalar, baza və anbarlar üçün yanğıntəhlükəsizliyi Qaydaları”-nın 1.4, 1.5-1.5.1,1.5-1.5.3 bəndlərinin tələblərini pozaraq dönərxanada yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdəndə də, 17 oktyabr 2016-cı il tarixdə, saat 06 radələrində dönərxananın elektrik naqillərində yaranmış elektrotexniki qəza halında avadanlıqlarınının satışı mağazası və qazet köşkü içərisindəki əşyalarla birlikdə tamailə yanaraq yararsız hala düşmüş,qab-qacaq satışı mağazası və içərisindəki bəzi əşyalar isə qismən yanğına məruz qalmışdır. Vurulmuş zərərə görə 1029 manat sığorta ödənişi həyata keçirilmişdir. Hesab edirlər ki, ödənilmiş 1029 manat məbləği, qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Gəncə Şəhər Məhkəməsinin 08 fevral 2024-cü il tarixli 2(125)-1072/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 iyun 2024-cü il tarixli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin 08 fevral 2024-cü il tarixli 2(125)-1072/2024 saylı qətnaməsi ləğv edilərək, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı tərəfindən məhkəməyə ərizə göndərilərək bildirilmişdir ki, nümayəndə qismində məhkəmə iclasında iştirak etmək imkanları yoxdur, iddianı müdafiə edirlər və məhkəmə iclasını iştirakları olmadan keçirilməsini xahiş edirlər. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə əvvəllər baxılmışdır. Belə ki, Gəncə Kommersiya Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı 7100 manat məbləğində pul tələbinə dair iddiası təmin edilməmişdir. Bundan başqa, Gəncə Şəhər Məhkəməsinin 15 iyul 2024cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı 5000 manat məbləğində pul tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İşə əvvəllər baxıldığı üçün hazırki iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin 22 fevral 2023-cü il tarixli e-2-2(115)-80/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, 17 oktyabr 2016-cı il tarixdə Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən ticarət obyektində baş vermiş yangın hadisəsi ilə əlaqədar Cavabdeh təqsiri müəyyən edilməmişdir. Cavabdeh zərərin əvəzinin ödənilməsi ilə bağlı məsuliyyəti istisna olunduğuna görə məhkəmə iddia tələbini təmin etməmişdir. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair hazırki iddiasının əsasını da 17 oktyabr 2016-cı il tarixində Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən ticarət obyektində baş vermiş yangın hadisəsi ilə əlaqədar ödənilmiş sığorta ödənişi təşkil edir ki, eyni tərəflər, eyni predmet və eyni əsaslar üzrə yuxarıda sadalanan məhkəmənin qanuni qüvvədə olan qətnaməsi olduğundan, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170, 261.0.2, 262- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-1312/2024
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-1312/2024
19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver