Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-254/2021 16.02.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli 073m/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli 073m-l/19 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 32.110,80 AZN, faiz borcu üzrə 2.690,39 AZN, cərimə borcu üzrə 3.485.63 AZN, cəmi 38.286,82 AZN borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh3 mülkiyyətində olan Şəmkir şəhəri, Şəmkir-Gəncə yolunun 20-ci km-də yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2019-cu il tarixli 073m- 1/19 saylı əlavə kredit müqaviləsi üzrə 38.286,82 AZN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 220.000 (iki yüz iyirmi min) manat məbləğində müəyyən edilməsi və ipoteka predmeti olan Şəmkir şəhəri, Şəmkir-Gəncə yolunun 20-ci km-də yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin qeyri-yaşayış binasının boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» KB ASC ilə Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixli 073m/12 saylı əsas kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli saziş çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli 073m-1/19 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, 2 ay güzəşt müddəti olmaqla, xx.xx.2020-ci il tarixədək, illik 22% ödəmək şərtilə 38.378,00 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi «xxxx» Kommersiya Bankı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 073smi/13 saylı sonrakı ipoteka müqaviləsinə və xx.xx.2015-ci il tarixli sazişə əsasən Cavabdeh3 mülkiyyətində olan Şəmkir şəhəri, Şəmkir-Gəncə yolunun 20-ci km-də yerləşən qeyri-yaşayış binası «xxxx» Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi xx.xx.2013-cü il və xx.xx.2015-ci il tarixdə AR ƏMDK yanında DƏDRX-nin X5 tərəfindən dövlət qeydiyyatına alınmışdır (Çıxarış seriya RX №0177943, 0600115, qeydiyyat №**********, **********). Kredit müqavilələrindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi, eyni zamanda iddiaçı “xxxx” KB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014cü il tarixli 073zm/14 saylı zaminlik müqaviləsi çıxış edir və bu müqaviləyə görə Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx” Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixli 073m-1/19 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 32.110,80 AZN, faiz borcu üzrə 2.690,39 AZN, cərimə borcu üzrə 3.485.63 AZN, cəmi 38.286,82 AZN kredit borcu təşkil edir. xx.xx.2013cü il tarixli 073smi/13 saylı sonrakı ipoteka müqaviləsinə və xx.xx.2015-ci il tarixli sazişə əsasən Cavabdeh3 mülkiyyətində olan Şəmkir şəhəri, Şəmkir-Gəncə yolunun 20-ci km-də yerləşən qeyri-yaşayış binası əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə Banka ipotekaya qoyulmuş və Daşınmaz əmlakın qiymətləndirilməsi barədə xx.xx.2015-ci il tarixli 073 saylı ekspert rəyinə və tərəflərin qarşılıqlı razılığına əsasən 220.000 (iki yüz iyirmi min) manat məbləğində qiymətləndirilmişdir. «İpoteka haqqında» AR Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə, qeyri-yaşayış sahəsinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini tərk etməlidirlər. İddiaçının ipoteka predmeti kimi çıxış edən əmlakdan cavabdehlərin çıxarılması onunla əlaqəlidir ki, əmlak hərraca çıxarıldığı zaman əmlak boş olmalıdır, eyni zamanda orada yaşayan şəxslərin və mənzilinin mülkiyyətçisinin hüquqlarından azad olmalıdır. Əks təqdirdə həmin əmlakın hərrac yolu ilə realizə olunması qeyri-mümkün olacaq. Qeyd olunanlara əsasən borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz borcları, həmçinin cərimə borclu və zamindən iddiaçının xeyrinə tutulmalı, öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına borclunun iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz və cərimə borcları, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri ödənilməlidir. Daha sonra iddiaçının nümayəndəsi Seymur Məmmədov məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli 073m/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli 073m-1/19 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 32.110,80 AZN, faiz borcu üzrə 2.690,39 AZN, cərimə borcu üzrə 3.485.63 AZN, cəmi 38.286,82 AZN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Şəmkir şəhəri, Şəmkir-Gəncə yolunun 20-ci km-də yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2019-cu il tarixli 073m-1/19 saylı əlavə kredit müqaviləsi üzrə 38.286,82 AZN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutularaq iddiaçı "xxxx” KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 220.000 (iki yüz iyirmi min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Şəmkir şəhəri, Şəmkir-Gəncə yolunun 20-ci km-də yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin qeyri-yaşayış binasının boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(115)-544/2020 saylı qərardadı ilə iş üzrə icraata Cavabdeh3 öldüyündən və ölmüş şəxsin əmlakı başqa şəxsə keçmədiyindən xitam verilmişdir. İddiaçı «xxxx» X4 Səhmdar Cəmiyyəti Gəncə Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-2(115)-544/2020 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini barədə qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(115)-544/2020 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-2(115)- 544/2020 saylı qərardadından iddiaçı «xxxx» X4 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməyərək, baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-2(104)-100/2020 saylı qərardadı ilə iddiaçı “xxxx” X4 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli,2-2(115)- 544/2020 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2020-ci il tarixli 2-2(115)- 544/2020 saylı qərardadı ləğv edilmiş və iş baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təminatı qismində cavabdeh Səfərov Müzəffər Hüseyn oğlunun mülkiyyətində olan Şəmki şəhəri, Şəmkir-Gəncə yolunda yerləşən qeyri-yaşayış binası ipotekaya qoyulmuş, həmçinin Cavabdeh2 zamin qismində iştirak etmişdir. Kredit müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulduğundan və kredit ödənişlərinin ödənilməsində çətinliklər yarandığından məhkəməyə müraciət etməli olmuşlar. İpoteka predmetinə tutmanın yönəldilməsini qanunvericiliyə uyğun olaraq həyata keçirilmişdir. Cavabdehə göndərilmiş bildiriş poçt xidməti tərəfindən üzərində “bu ünvanda yaşamır” yazılaraq geri qaytarılmışdır. Digər halda vəfat etmiş yazılmalı idi. Bu barədə banka rəsmi məlumat daxil olmamışdır. Onlar cavabdeh Səfərov Müzəffər Hüseyn oğlunun vəfat etməsini məhkəmə gedişatında bilmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki, vəfat etmə məhkəməyə məhkəməyə müraciət edilməsini məhdudlaşdırmır. Hesab edir ki, işə baxılması davam etdirilməlidir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdi ki, mərhum Cavabdeh3 onun qaynatası olmuşdur. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 məxsus əmlak ipotekaya qoyulmuşdur. Tələb olunan məbləğdə banka borcu yoxdur, məbləğ azdır. Səfərov Müzəffər Hüseyn oğlu vəfat edəndən 4 ay sonra Bankın Gəncə filialına müraciət edərək, ipoteka qoyanın vəfat etdiyini bankın işçisinə bildirmişdir. İddiaçının nümayəndələri ilə birlikdə ipotekanı sənədləşdirmək üçün “Asan Xidmət” Mərkəzinə getmişlər. Notarius onlara lazım olan sənədləri gətirməyi bildirdikdə, bankın işçisi bunun heç bir əhəmiyyətinin olmayacağını bildirdiyinə görə, sənədləşmədə dəyişiklik baş tutmamışdır. Ona görə də, işin baxılmamış saxlanmasına etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmiş və iddia tələbi kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsindən ibarətdir. Həmin iş üzrə cavabdehlər Cavabdeh1 (kredit alan), Cavabdeh2 (zamin) və Cavabdeh3dur (ipoteka qoyan). İş materiallarına əlavə olunmuş Şəmkir rayon Qeydiyyat şöbəsində verilmiş xx.xx.2015- ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, hazırkı iş üzrə cavabdehlərdən Cavabdeh3 (ipoteka qoyan) xx.xx.2015-ci ildə, yəni iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməmişdən 04 ildən artıq əvvəldən ölmüşdür. Azərbaycan Respublikası MPM-in 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 259.0. və 259.0.1-ci maddələrinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1- 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun ipoteka predmetinə tutmanın yönəldilməsi qaydasından bəhs edən 36 və 36.1-ci maddələrinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmam yönəltməyə başlaya bilər. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 36.4-cü maddəsinə əsasən tutmanın yönəldilməsi proseduru tutmanın yönəldilməsi haqqında bildiriş verildikdən sonra 7 təqvim günü ərzində qeydiyyat ərizəsi ipotekanmm dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə (maddə 36.4.1.); tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda (maddə 36.4.2.) davam edə bilməz. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. İpoteka qoyan Cavabdeh3 xx.xx.2015-ci il tarixdə öldüyünə görə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2020-ci il tarixli bildirişin ipoteka qoyana təqdim edilməməsi mübahisəsizdir. Belə olan halda “İpoteka haqqında” Qanunun 36.4-cü maddəsinə əsasən tutmanın yönəldilməsi proseduru davam edə bilməz və məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Yuxarıda sadalanan göstəriş apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-in 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və apelyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Səfərov Müzəffər Hüseyn oğluna qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259-260, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-254/2021
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-254/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver