Məhkəmə qərarları › İş №2-2(115)-292/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-292/2020

07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-292/2020 07.09.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Hüseynzadə Leyla Vəliyəddin qızının katibliyi,Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: İddiaçı “Azərtoxum” X2 Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 22 480 manat əsas borcun, 3821 manat faiz borcunun, 7360 manat cərimənin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın, ümumilikdə 33 741 manat pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Kəlbəcər rayon Məhkəməsinin 2(040)-141/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxxx 2015-ci il tarixli 006 saylı alqı-satqı müqaviləsinə əsasən 30 000 buğda toxumu dəyəri 15 120 manat, iddiaçı tərəfindən nisyə olaraq cavabdehə elit növlü toxumluq buğda verilmişdir.xx xxxxxxx 2015-ci il tarixli, 091732 saylı qaiməyə əsasən 30 000 kq buğda toxumunun dəyəri 15 120 manat, iddiaçı tərəfindən nisyə olaraq cavabdehə mal material verilmişdir. Alqı-satqı müqaviləsinin 3.2-ci bəndinə əsasən cavabdeh nisyə götürdüyü toxumu 20% əlavəsi ilə ya natura şəklində, ya da manatla 2016-ci ilin taxıl biçini mövsümünün sonunadək ‘İddiaçı” MMC-ə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Lakin bu günə qədər cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini yerinə yetirməmişdir. xx xxxxxx 2016-cı il tarixli 001 saylı Alqı-satqı və Birgə əməkdaşlıq müqaviləsi əsasən xx xxxxxx 2016-ci il tarixli, 21373 saylı qaiməyə görə 37 500 kq gübrənin dəyəri 7200 manat və nəqliyyat xərci 160 manat ümumilikdə 7 3xx xxxxx 2016- cı ildə iddiaçı tərəfindən nisyə olaraq cavabdehə mal material verilmişdir. Birgə əməkdaşlığa dair müqaviləsinin 4.2.6 bəndinə əsasən “Alıcı” aldığı malın hər gecikdirilmiş təqvim günü üçün ödənilməmiş məbləğin 0.5 % həcmində cərimə ödəməlidir. ‘Alıcı” o cümlədən vurduğu ziyana və əldən çıxmış faydaya görə “Satıcı” qarşısında məsuliyyət daşıyır. Hər iki müqavilə və qaiməyə görə cavabdehin 22480 manat İddiaçı MMC- yə borcu qalmışdır. Cavabdeh Əsədov müqavilə ilə müəyyən edilmiş müddətdə qaytarmalı olduğu pul məbləğini iddiaçıya qaytarmayaraq üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi X5 xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasında iddia ərizəsinin məzununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdeh məhkəmə baxış iclasında izahat verərək bildirmişdir ki, götürdüyü toxumların pulunu nəğd qaydada İddiaçı icraçı direktoru X3 ödəmiş, iddiaçıya hər hansı bor borcu olmamış, odur ki, iddia tələbini qəbul etməmişdir. Məhkəmə iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Satıcı- İddiaçı icraçı direktoru X4 və alıcı- Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 001 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, alıcının istifadəsində olan Şəki rayonu, Turan qəsəbəsi ərazisində yerləşən 250 ha torpaq sahəsində satıcı ilə birgə kənd təsərrüfatı məhsullarının əkilib becərilməsi üçün lazım olan bütün işlərin görülməsi məqsədilə bağlanmışdır, müqavilə predmetinə əsasən satıcı alıcıya 30 000 kq miqdarında buğda toxumu dəyəri 0,42 manat olmaqla, ümumi məbləği 12 600 manat manat olan mal-material verməyi, ikinci tərəf isə götürdüyü malın dəyəri və əlavə 20 faiz olmaqla ümumilikdə 15 120 manat ödəməyi öhdəsinə götürüb. xx xxxxxxx 2015-ci il tarixli, 091732 saylı qaimədən görünür ki, cavabdehə 1 kq -nın qiyməti 0.504 manat olmaqla 30 000 kq elit növlü toxumluq buğda verilmişdir. xx xxxxxx 2016-cı il tarixli, 214373 saylı qaimədən görünür ki, cavabdehə 1 kq -nın qiyməti 0.192 manat olmaqla 37 500 kq gübrə verilmişdir. İş materiallarında olan Satıcı- İddiaçı icraçı direktoru X4 və alıcı- Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli 006 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, alıcının istifadəsində olan Şəki rayonu, Sarıca kəndi ərazisində torpaq sahəsində satıcı ilə birgə kənd təsərrüfatı məhsullarının əkilib becərilməsi üçün lazım olan bütün işlərin görülməsi məqsədilə bağlanmışdır, müqavilə predmetinə əsasən satıcı alıcıya 30 000 kq miqdarında buğda toxumu dəyəri 0,42 manat olmaqla, ümumi məbləği 12 600 manat manat olan mal-material verməyi, ikinci tərəf isə götürdüyü malın dəyəri və əlavə 20 faiz olmaqla ümumilikdə 15 120 manat ödəməyi öhdəsinə götürüb. Beləliklə, iş üzrə müəyyən edilmiş hallardan və tədqiq edilmiş sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxxx 2015-ci il tarixli 006 saylı alqı-satqı müqaviləsinə əsasən 30 000 buğda toxumu dəyəri 15 120 manat, iddiaçı tərəfindən nisyə olaraq cavabdehə elit növlü toxumluq buğda verilmişdir. Satıcı tərəf olaraq İddiaçı MMC öz üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirsə də satıcı tərəf olan Cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə qeyd edilən qaimə sənədlərindən göründüyü kimi cavabdehin ümumilikdə 22 480 manat əsas borcu, 3821 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsnin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulnası ilə bağlı hissədə hesab edir ki, dəbbə pulu əsas məbləğə mütanasib olmalı, ağlabatan məbləğdə olmalıdır, odur ki, dəbbə pulu azaldılaraq 1360 manat dəbbə pulu hissədə təmin olunmalıdır. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 22 480 (iyirmi iki min dörd yüz səksən) manat əsas borc, 3821 (üç min səkkiz yüz iyirmi bir) manat faiz borcu, 1360 (min üç yüz altmış) manat cərimə borcunun, 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 27 691 (iyirmi yeddi min altı yüz doxsan bir) manat məbləğində vəsait tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar