Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-30/2020 16.03.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “təbii qazdan qeyri-qanuni istifadə nəticəsində yaranmış 5104 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ABB Sabunçu filialı, KOD 805573, VÖEN **********, m/h AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBA AZ72İBAZ******************** bank hesabına ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəblərini bildirməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin əvvəlki məhkəmə iclaslarında iştirak etməsini nəzərə alıb işə iddiaçının nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddia tələbi onunla əsaslanırılmışdır ki,Cavabdeh Rahim oğlu ilə İddiaçı arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” xx xxxxxxx 2015-ci il tarixli, ***-**-** saylı müqavilə bağlanmışdır. Bağlanılmış müqaviləyə əsasən cavabdehə məxsus şadlıq evi İddiaçı tərəfindən təbii qazla təchiz olunmuşdur.Lakin Cavabdeh Rahim oğlu bağlanmış müqavilənin öhdəliklərinə əməl etməmiş və istifadə edilən təbii qazın dəyərini ödəməmişdir. Bunun da nəticəsində istifadə edilən təbii qazın dəyərinə görə cavabdehin “İddiaçı" İstehsalat Birliyinə 5104.00 (beş min yüz dörd manat) manat məbləğində debitor borcu yaranmışdır. Qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi il iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli, FM- 01/13-509 saylı məktubla pretenziya qaydasında müraciət olunmuş və cavabdehə borcun ödənilmədiyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir Cavabdehin tərəfindən bugünki günə hec bir ödəniş aparılmamış və xx.xx.2019-cu il tarixə, 5104.00 (beş min yüz dörd rranat) manat borcu vardır. İddiaçının nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh məxsus obyektə baxış keçrilən zaman məlum olmuşdur ki, obyektə quraşdırılmış cihazlar sayğaca uyğun olmamışdır. Sayğac qaz sərfiyyatını tam qeydə ala bilmədiyindən itirilmiş qaz sərfiyatı hesablanaraq 5134 manat borc hesablamışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia əsassız olduğundan qəbul etmir, ona məxsus obyektə istifadə olunmuş qaz sayğac göstəricilərinə uyğun tam ödənilmişdir, akt tərtib olunan vaxt o, obyektdə olmamışdır,obyektdə olan qaz cihazları layihə sənədlərinə uyğun quraşdırılmışdır. xx xxxx 2020-ci il tarixli məhkəmə iclasında şahid qismində cəlb edilmiş X2 ifadə verərək bildirmişdir ki, İddiaçı əməkdaşları ilə bir sıra obyektlərdə, həmçinin, Cavabdeh məxsus obyektə sayğaca qoşulan cihazlar inventar edilmişdir. Həmin vaxt iddiaçıya məxsus şənlik evinə dəmir borularla qaz xətti çəkilmişdir. Həmin obyektdə olan ayrı-ayrı yeməkxana otaqlarına isə plastik boru vastəsilə xətt çəkilərək altı ədəd dəmir sobalar quraşdırılmışdır.Yoxlama aparılan vaxt müvafiq sənədləri tələb edilmədiyindən quraşdırılmış qaz cihazlarının layihəyə uyğun olub-olmamasını müəyyən etmək mümükün olmamışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, şahid ifadəsini nəzərə alaraq, iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərətəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işə əlavə edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktın surətindən görünür ki, abonent Cavabdeh texniki baxış səbəbi ilə sayğacda heç bir nöqsan aşkar edilməmişdir İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 17,7 kub metr/saat, mövcud sayğacın maksimal ölçmə həddi 6 kub metr/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 25.272 kub metr qazın əvəzinin ödənilməsi müəyyən edilmişdir. Abonentin saldosundan görünür ki, akt üzrə həmin məbləğ 5.054 manat 40 qəpik təşkil edir. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, obyektə baxış keçirilən zaman istifadə olunan qaz cihazlarının ümumi sərfiyyatının 17,7 kub metr olması, təyin olunmuş maksimal normadan isə 11,7 kub metr artıq olması müəyyən edilmişdir. İşə əlavə edilmiş abonentin saldosundan görünür ki, oktyabr 2019-cu il tarixə abonentin aktlar üzrə 5054.40 manat borcu qeyd edilmişdir. İşə əlavə edilmiş FM-01/13-509 saylı, xx xxxx 2019-cu il tarixli pretenziya məktubundan görünür ki, abonentə yaranmış borcu ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı tərəfindən tərtib olunmuş xx xxxx 2016-cı il tarixli qaz təchizatı üçün texniki şərtdən görünür ki, Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən qeyri-yaşayış binası olan şənlik evinin qaz təchizatınıntexniki şərtlərə cavab verdiyi müəyyən olunmuşdur. Məhkəmə ilk növbədə onu qeyd edir ki, müvafiq yoxlamanın keçirilməsi və aşkar olunanlarla bağlı tərtib edilmiş akta əsasən istehlakçıya borc məbləği hesablanmışdır. Borcun yaranmasının kökündə həmin akt dayanır. Mübahisə predmetinə dair aktın məzmunundan göründüyü kimi baxış keçirilərkən və akt tərtib edilərkən istehlakçı Cavabdeh iştirakı təmin olunmamışdır. Onun aktı imza edib-etməyəcəklərindən asılı həmin şəxsin iştirakı təmin olunmalı idi. Aktda istehlakçının nümayəndəsi kimi Abdullayev Fəqan göstərilmiş olsa da, onun nümayəndə olmasını təsdiq edən sənəd əlavə olunmamışdır.Yoxlama keçirilən vaxt obyektin texniki şərti tələb edilməmişdir.Texniki şərtdə hansı gücə malik cihazların qeyd olunması yoxlanılmamışdır. Göründüyü kimi təbii qazdan istifadə qaydalarına əməl olunmasının vəziyyəti yoxlanılarkən və bu barədə akt tərtib edilərkən yalnız qaz təchizatı müəssisəsinin əməkdaşlarının iştirakı təmin olunmuş, maraqlı şəxsin iştiraki təmin edilməli olduğu halda edilməmişdir. Halbuki, qaztəchizat müəssisəsinin əməkdaşı birinci növbədə istehlakçının məsuliyyətə cəlb etməkdə maraqlı olmamasını, qərəzsiz olmasını təmin etməlidir. Onun qərəzsizliyinə şübhə yarada bilən bütün hərəkətlərdən çəkinməlidir. Əks halda onun fəaliyyəti qüsurla həyata keçirilmiş olur. Bundan başqa, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 5-ci hissəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş X1 2-ci maddəsinin 10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır, bir şərtlə ki, yoxlamaların vahid məlumat reyestrində qeydə alınsın, əks təqdirdə həmin yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu müddəa dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan İddiaçı də fəaliyyətinə şamil edilir və bu qaydanı pozmaqla aparılmış yoxlamanın hüquqi nəticəsi yoxdur. İşin faktiki hallarından görünür ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində xx.xx.2019-cu il tarixdə təbii qazdan istifadə qaydalarına riayət olunmasının vəziyyəti yoxlanılmış, lakin həmin yoxlama vahid məlumat reyestrində qeydə alınmamış, habelə yoxlamanın aparılması ilə bağlı qərar qəbul edilməmişdir. Halbuki cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinə baxış keçirilməsi sahikarlıq sahəsində aparılan yoxlamalara aid olduğundan cavabdeh tərəfindən “X1” və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin müddəalarına riayət edilməli və yoxlama müvafiq reyestrdə qeydiyyata alınmalı idi. Məhkəmənin qənaətinə görə İddiaçı əməkdaşları tərəfindən qaz uçotuna baxış keçirilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçməsini təsdiq edən sübut iş materiallarında mövcud olmadığından və belə bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən, keçirilmiş yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 3.2-ci maddəsinin tələbi baxımından hüquqi nəticə yarada bilməz. Qeyd olunanlardan göründüyü kimi cavabdeh orqan xidməti vəzifəsindən irəli gələrək mövcud qaydalara əməl etmədən, vəziyyəti yetərincə araşdırmadan, yararlı və zəruri sübutları toplamadan, istehlakçının iştirakını təmin etmədən və onun təqsirini müəyyən etmədən onun barəsində akt tərtib edərək üzərinə əsassız olaraq borc hesablamışdır. Göründüyü kimi tələb olunan vəsaitin 5054 manat hissəsi əsassız yoxlama nəticəsində tərtib edilmiş akta əsasən hesablanmışdır. Digər 50 manat hissənin əsaslı olması ayrılıqda təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddiaçı Cavabdeh qarşı 5104 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommmersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-30/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-30/2020
16.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver