Məhkəmə qərarları › İş №2-2(115)-457/2022

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-457/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-457/2022 30.03.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əhməd Nicat Ramiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Naqin-K "xxxx" MMC-yə, Cavabdeh3 və X3 qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC-yə, Naqin-K "xxxx" MMC-yə, Cavabdeh3 və X3 qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə 23.01.2015-ci il tarixdə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" İKB ilə Cavabdeh1 MMC arasında bağlanmış 05.12.2013-cü il tarixli, 6-BİZ-1-0-101-13 (Ə1) №-li kredit müqaviləsindən irəli gələn ödənilməmiş 483000 manat əsas borcun, 05.12.2014-cü il tarixədək hesablanmış 44163 manat 77 qəpik faiz borcunun Cavabdeh1 MMC-dən və X2, 23.01.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13 (Ə2) №-li kredit müqaviləsindən irəli gələn ödənilməmiş 240230 manat 59 qəpik əsas borcun, 05.12.2014-cü il tarixədək hesablanmış 19380 manat 55 qəpik faiz borcunun Cavabdeh1 MMC-dən, X2 və Cavabdeh3, 19.06.2014-cü il tarixli, 6-BİZ-1-0- 101-13 (3 №-li kredit müqaviləsindən irəli gələn ödənilməmiş 121303 manat 49 qəpik əsas borcun, 05.12.2014-cü il tarixədək hesablanmış 6091 manat 61 qəpik faiz borcunun gecikdirməyə görə hesablanmış 5997 manat 72 qəpik dəbbə pulunun Cavabdeh1 MMCdən, X2, Cavabdeh3 və Naiqin-K "xxxx" MMC-dən iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC-dən, X2, Cavabdeh3 və Naiqin-K "xxxx" MMC-dən tutulması, Tutmanın öhdəliyin təminatı kimi "xxxx" MMC ilə "xxxx" İKB arasında bağlanmış 02.06.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13 (İ) saylı ipoteka müqaviləsinə əsasən Tovuz rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 933,8 kv.m olan qeyri-yaşayış binası (alkaqollu içkilərin süzülməsi və doldurulması sexi), 02.06,2014-cü il tarixli, 6-BİZ-1-0-101-13 (İ2) saylı İpoteka müqaviləsinə əsasən Tovuz rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 1746,4 kv.m olan qeyri-yaşayış binası (un kombinatı), 02.06.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13 (İ3) saylı ipoteka müqaviləsinə əsasən Tovuz rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 527,2 kv.m olan qeyri-yaşayış binası (ilkin emal sexi) və 02.06.2014-cü il tarixli, 6-BİZ-1 -0-101- 13 (İ4) saylı ipoteka müqaviləsinə əsasən Tovuz rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 63,8 kv.m olan qeyri-yaşayış binasına (spirt çəkmə sexinə), həmçinin kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Naiqin-K "xxxx" MMC İlə "xxxx" İKB arasında bağlanmış 02.06,2014-cü il tarixli, 6-BİZ-1-0-101-13 (G) saylı girov müqaviləsinə əsasən adları müqaviləyə əlavə № 1-də qeyd olunan 104 adda əsas vəsaitlərə və 02 iyun 2014-cü il tarixli 6-BİZ-1-0-101-13 (G5) saylı girov müqaviləsinə əsasən, adları müqaviləyə əlavə №1-də qeyd olunanan 68 adda maşın və avadanlıqlara yönəldilməsi, həmin daşınar və daşınmaz əmlakların açıq hərracda satılması, satışdan əldə olunan pul vəsatitinin borc məbləğlərinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ilə bağlanmış 14.11.2013-cü il tarixli 6-BİZ-1 -0-101-13 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə ******* (üç milyon) manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində 120 ay müddətinə, yəni 14.11.2023-cü ilədək kredit limiti müəyyən edilmiş, 05.12.2013-cü il tarixdə bağlanmış 6-BİZ-1 -0-101-13 (Ə1) saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə illik 18 % olmaqla 24 ay müddətinə 483000 manat, 23.01.2014-cü il tarixdə bağlanmış 6-BİZ-1 -0-101-13 (Ə2) saylı bərpa olunan kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə illik 18 % olmaqla 34 ay müddətinə 250000 manat və 19.06.2014-cü il tarixdə bağlanmış 6-BİZ-1 -0-101-13 (Ə3) saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə illik 14 % olmaqla 3 ay müddətinə 130000 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Naiqin-K "xxxx" MMC ilə "xxxx" İKB arasında bağlanmış 02,06.2014-cü İl tarixli, 6- BİZ-1 -0-101-13 (İ) saylı ipoteka müqaviləsinə əsasən Tovuz rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 933,8 kv.m olan qeyri-yaşayış binası (alkaqollu içkilərin süzülməsi və doldurulması sexi), 02,06.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13 (İ2) saylı ipoteka müqaviləsinə əsasən Tovuz rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 1746,4 kv.m olan qeyriyaşayış binası (un kombinatı), 02,06.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13 (İ3) saylı “İpoteka müqaviləsi”nə əsasən Tovuz rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 527,2 kv.m olan qeyri-yaşayış binası (ilkin emal sexi) və 02.06.2014-cü il tarixli, 6-BİZ-1 -0- 101-13 (İ4) saylı ipoteka müqaviləsinə əsasən Tovuz rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 63,8 kv.m olan qeyri-yaşayış binası (spirt çəkmə sexi) "xxxx" İKB qarşısında ipoteka ilə edilmişdir. Həmçinin kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Naiqin-K "xxxx" MMC ilə "xxxx" İKB arasında bağlanmış 02.06.2014- cü il tarixli, 6-BİZ-1 -0-101-13 (G) saylı girov müqaviləsinə əsasən adları müqaviləyə əlavə № 1-də qeyd olunan əsas vəsaitlər və 02.06.2014-cü il tarixli, 6-BİZ-1 - 0-101-13 (G5) saylı girov müqaviləsinə əsasən adları müqaviləyə əlavə № 1-də qeyd olunan maşın və avadanlıqlar banka girov qoyulmuşdur. Eyni zamanda 05.12.2013-cü il tarixdə bağlanmış 6-BİZ-1 -0-101-13 (Ə1) saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq X5 ilə 28 noyabr 2013-cü il tarixli 6-BİZ-1-0-101-13 (Z1) saylı, 23.01.2014-cü il tarixdə bağlanmış 6-BİZ-1 -0-101-13 (Ə2) saylı bərpa olunan kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq X5 ilə 24 yanvar 2014-cü il tarixli 6-BİZ-1 -0-101-13 (Z2) saylı və Cavabdeh3 ilə 24 yanvar 2014-cü il tarixli 6-BİZ-l-0-101 -13 (Z3) saylı, 19,06.2014-cü İl tarixdə bağlanmış 6- BİZ-1-0-101-13 (Ə3) saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh3 19 iyun 2014-cü il tarixli 6-BİZ-1 -0-101-13 (Z4) saylı, X5 ilə 19 iyun 2014-cü il tarixli 6-BİZ-1-0-101-13 (Z5) saylı və Naiqin-K "xxxx" MMC ilə 19 iyun 2014-cü il tarixli 6-BİZ-1-0-101-13 (Z6) saylı zaminlik müqavilələri bağlanmış və onlar öhdəlik icra edilmədiyi təqdirdə borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kredit müqavilələrinin və tərəflər arasında tərtib edilmiş Ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi və iddia tələbinin artırılmasına dair ərizələrlə məhkəməyə müraciət edərək, sonuncu ərizəsi ilə “Nikoyl" İKB ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 05.12.2013-cü il tarixli, 6-BİZ-1 -0-101-13 (Ə1) saylı kredit müqaviləsinə əsasən 483000 manat əsas borcun, kreditin bitmə tarixinə hesablanmış ödənilməmiş 175539 manat 29 qəpik məbləğində faiz borcunun, 121957 manat 01 qəpik məbləğində cərimə borcunun və 18.12.2015-ci il tarixdən 04.09.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 83864 manat 30 qəpik məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 864360 manat 60 qəpik məbləğində borcun Cavabdeh1 MMC-dən və X2, 23.01.2014-cü il tarixli 6-BİZ-1-0-101-13 (Ə2) saylı kredit müqaviləsinə əsasən 240230 manat 59 qəpik məbləğində əsas borcun, kreditin bitmə tarixinə hesablanmış ödənilməmiş 104424 manat 19 qəpik məbləğində faiz borcunun 80359 manat 05 qəpik məbləğində cərimə borcunun və 23.11.2016-cı il tarixdən 04.09.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 33491 manat 95 qəpik məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 458505 manat 78 qəpik məbləğində borcun Cavabdeh1 MMC-dən, X2 və Cavabdeh3, 19.06.2014-cü il tarixli 6-BİZ-1-0-101- 13(Ə3) saylı kredit müqaviləsinə əsasən 121303 manat 49 qəpik əsas borcun, kreditin bitmə tarixinə hesablanmış ödənilməmiş 4089 manat 95 qəpik məbləğində faiz borcunun, 110585 manat 26 qəpik məbləğində cərimə borcunun və 20.09.2014-cü il tarixdən 04.09.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 21062 manat 50 qəpik məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 257041 manat 20 qəpik məbləğində borcun Cavabdeh1 MMC-dən, X2, Cavabdeh3 və Naqin-K "xxxx"MMC-dən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada tutulmasına, tutmanın öhtəliyin təminatı kimi Naqin-K "xxxx"MMC ilə"xxxx" İKB ASC arasında bağlanmış 02.06.2014-cii il tarixli, 6-BİZ-l-0-101-13 (İ) saylı ipoteka müqaviləsinə əsasən Tovuz Rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 933.8 kv.m qeyri-yaşayış binasına (alkaqol içkilərin süzülməsi və doldurulması sexi), 02.06.2014-cü il tarixli, 6-BİZ-l-0- 101-13(İ2) saylı ipoteka müqaviləsinə əsasən Tovuz Rayonu, İbrahim Hacılı kəndində yerləşən ümıımi sahəsi 1746.4 kv.m qeyri-yaşayış binasına (un kombinatı), 02.06.2014-cü il tarixli. 6- BİZ-l- 0-101-13 (İ3) saylı ipoteka müqaviləsinə əsasən Tovuz Rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 527.2 kv.m qeyri-yaşayış binasına (ilkin emal sexi) və 02.06.2014ci il tarixli, 6-BİZ-1 -0-101-13 (İ4) saylı ipoteka müqaviləsinə əsasən Tovuz Rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 63.8 kv.m qeyri-yaşayış binasına (spirt çəkmə sexinə), həmçinin kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Naqin-K "xxxx"MMC ilə"xxxx" İKB ASC arasında bağlanmış 02.06.2014-cü il tarixli, 6-BİZ-1 -0-101-13 (G) saylı girov müqaviləsinə əsasən adları müqaviləyə Əlavə №1-də qeyd olunan 104 adda əsas vəsaitlərə və 02.06.2014-cü il tarixli, 6-BİZ-l-0-101 -13 (G5) saylı girov müqaviləsinə əsasən adları müqaviləyə Əlavə №1-də qeyd olunan 68 adda maşın və avadanlıqlara yönəldilməsi və həmin daşınar və daşınmaz əmlakların açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaitinin borc məbləğlərinə ödənilməsi, həmçinin ipotek və girov predmetləri açıq hərracda satıldıqda sonra həmin əmlaklardan cavabdehlərin çıxarılması və hərracdan əldə olunan pul vəsaiti kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlərin digər əmlakları və mal varlıqlarına yönəldilməsinə dair dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 2(62)-398/2015 saylı 11 fevral 2015-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və qeyrilərinə qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair ərizəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2(81) - 502/2015 saylı mülki işə birləşdirilməsi üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-502/2015 saylı 16 mart 2015-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və qeyrilərinə qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 2-2(103)-251/2015 saylı 16 aprel 2015-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və qeyrilərinə qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə əlaqədar mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair 28 mart 2013-cü il tarixli” Qərarında göstərilmişdir ki, “iddia tələblərinin bir icraatda birləşdirilməsi o halda mümkündür ki, tələblərin xarakterinə, qarşılıqlı əlaqəsinə, ümumi sübutların mövcudluğuna görə mübahisəsinin tez və düzgün həlli imkanı olsun. Bu halda tələblərin birləşdirilməsinin əsas şərtlərindən biri tələblərin mübahisənin predmetinə aid olmasıdır. Mübahisənin predmeti mübahisənin obyektindən daha geniş şərh olunaraq onun maddi obyekti ilə yanaşı, subyektiv tələbin xarakterini də əhatə edir. Deməli, tələblərin birləşdirilməsi predmetin subyektiv tərkibinə görə müvafiq məhkəmə yurisdiksiyası ilə məhdudlaşmalıdır. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında meydana gəlmiş mübahisə mülki xarakterlidir və hazırkı iş üzrə cavabdehlərdən ikisi fərdi sahibkar statusu olmayan fiziki şəxslər olduğundan Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinin tələblərinə əsasən işin baxılması ümumi məhkəmənin səlahiyyətinə aiddir. Tovuz Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli 2(062)-8/2022 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Naqin-K "xxxx" MMC-yə, Cavabdeh3 və X3 qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, mülki iş üzrə tərəflər hüquqi şəxsdir və kredit məbləği sahibkarlıq fəaliyyəti ilə əlaqədar götürülmüşdür. Ona görə də mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında əvvəllər bu işin aidiyyəti ilə bağlı fikir ayrılığı olduğundan xəbərdar olduğunu bildirərək, məhkəmə aidiyyəti ilə bağlı məsələnin həllinin məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər və onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə hazırki mərhələdə işə cavabdehlərin və onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduğundan iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehlər qismində hüquqi şəxslərlə yanaşı, fiziki şəxslərə də qarşı 23.01.2015-ci il tarixdə iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə aidiyyət qaydalarına riayət etməklə işi öz icraatına qəbul etmişdir. Sonradan aidiyyət haqqında məsələ qalxdıqda, həmin vaxt qüvvədə olan qanunvericiliyə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün ümumi məhkəməyə göndərilmişdir. 2020-ci il yanvarın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olmasa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edərkən həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli qərarının 5-ci bəndində göstərilmişdir ki, MPM-in 31.2-ci maddəsinin tələbləri baxımından 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş məhkəmədə həll edilməlidir. Göründüyü kimi, 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş Tovuz Rayon Məhkəməsində həll edilməlidir. Mülki Prosessual Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, İddiaçıASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və qeyrilərinə qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair işin məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığına münasibət bildirilməsi üçün mülki iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 26, 32, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Naqin-K "xxxx" MMC-yə, Cavabdeh3 və X3 qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair işin məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığına münasibət bildirilməsi üçün mülki iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Sədrlik edən: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar