Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-537/2020 17.09.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh1 X7rşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərCavabdeh1 X10 X17 Təchizatı və Satışı İdarəsinə və Cavabdeh1 Açıq Səhmdar X1rşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********91009 saylı abonent hesabından əsassız hesablanmış 803.43 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə "Cavabdeh1” ASCnin əməkdaşları tərəfindən onun sayğacı dəyişdirilmişdir. Buna əsas olaraq bildirmişlər ki, artıq istifadə olunan sayğac köhnəlmiş və dəyişdirilməsinə ehtiyac vardır. Sayğacı dəyişdirən zaman heç bir akt tərtib olunmamışdır. Lakin sonradan ona təqdim olunmuş aktlarda onun imzasını saxtalaşdırmışlar. Həmin NDQ 004245 saylı aktda qeyd olunmuşdur ki, sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, sayğacın üst örtük qapağı sağ yuxarı hissədən gövdədən aralıdır və tələb qoyulmuşdur ki, sayğac yenisi ilə əvəz edilsin, çıxarılan sayğaca laboratoriya şəraitində bütün parametrlərinə rəy verilsin. Həmin tarixdə, yəni xx.xx.2018-ci ildə sayğac yenisi ilə əvəz edilmiş və bu barədə 151061 saylı akt tərtib edilmişdir. xx.xx.2018-ci il tarixli sayğac quraşdırma və uçota nəzarət İdarəsinin 110569 saylı protokolunda da qeyd edilmişdir ki, sayğacın ******* saylı bənövşəyi alt qapaq möhürü pozulmuş, dövlət möhürü yoxdur. Sayğacın daxili sxeminə qaynaq vasitəsi ilə müdaxilə olunmuşdur. xx.xx.2018-ci il tarixli "Cavabdeh1" ASC-nin akt komissiyasının sədrinin icra vərəqinə əsasən 8927 kvts haqqında qərar verilmişdir. Əsassız borcun silinməsi tələbi ilə pretenziya qaydasında "Cavabdeh1" ASC rəhbərliyinə müraciət etmişdir. Lakin “Cavabdeh1" ASC X6 direktoru Elçin Dadaşovun imzası ilə göndərilmiş cavab məktubunda qeyd etdiyi akt və protokol sadalanmış, həmçinin bildirilmişdir ki, X4 qaydalarına əsasən daxildə olan sayğacın uçot dəstinə və möhürlərin bütövlüyünə abonent cavabdehdir. Beləliklə məlum olmuşdur ki, “Cavabdeh1" ASC tərəfindən onun **********91009 saylı abonent hesabına 803.43 manat əsassız borc hesablanmışdır. Bu əlavə hesablanmış borc tamamilə əsassız və qanunsuzdur. Aktın tərtib olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X4 Qaydalarına” tamamilə ziddir. Lakin artıq qeyd etdiyi kimi, sayğacı dəyişən şəxslərdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış olmamış və onlar ümumiyyətlə yoxlama məqsədilə gəlməmişlər. Cavabdeh1 ASC-nin təqdim etdiyi aktlar və protokoldan göründüyü kimi laboratoriya araşdırması tələb olunsa da laboratoriyada hər hansı bir müayinə aparıldığı barədə məlumat yoxdur. EEİQ-nın tələbinin (hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılmış və ikitərəfli aktla sənədləşdirilmişdir) əksinə olaraq, istehlakçının laboratoriya araşdırmasında iştirakı təmin olunmamışdır və ya ümumiyyətlə belə bir araşdırma aparılmamışdır. xx.xx.2018-ci il tarixdə tərtib olunmuş 004245 saylı və 151061 saylı aktlarda möhürün pozulması və dövlət möhürünün olmaması ilə bağlı heç bir qeyd yoxdur. Bəs necə olmuşdur ki, sonradan protokolda bu hallar üzə çıxmışdır. Buradan görünür ki, istər aktlar, istərsə də protokol heç bir araşdırma aparılmadan tərtib olunmuşdur. EEİQ-nın 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılmışdır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Cavabdeh nəyə görə 803.43 manat əlavə hesabatı 388 gün ərzində hesablamışdır. Sayğacın plombunun qırılması ayda iki dəfə sayğacın göstəricisini qeyd edən Cavabdeh1 ASC əməkdaşının diqqətindən yayına bilməzdi. Ona görə də əgər əlavə hesabat hesablanacaqsa, bu sonuncu ay üzrə EEİQ-nın 8.16 bəndinə əsasən maksimum bir ay ola bilərdi. Cavabdeh tərəfindən qeyd etdiyi bütün hüquq normaları pozulmuşdur. Belə ki, yoxlama zamanı ona heç bir xəbərdarlıq edilməmiş, yoxlama barədə qərarın surəti təqdim edilməmişdir. Bundan başqa qərara əsasən mənzildən kənarda yerləşən sayğaclara enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Onun obyektində də sayğac çöldə quraşdırılmış və buna cavabdeh enerjitəchizatı müəssisəsidir. Sahibkarlıq müəssisələrində yoxlama aparmaq üçün reyestr qeydiyyatından çıxarış yoxlamanı aparan şəxslərdə olmamışdır və bu yoxlama qanunsuz aparılmışdır. Laboratoriyada istehlakçının iştirakı təmin edilməmişdir. Daha sonra iddiaçının cavabdehlərin əsl cavabdehlə əvəz edilməsinə dair ərizəsinə əsasən cavabdehlər Cavabdeh1 X10 X17 Təchizatı və Satışı İdarəsi və Cavabdeh1 X10 Nəzarət Departamentiəsl Cavabdeh1 X11 əvəz edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, o sayğaca hər-hansı müdaxilə etməmişdir. Sayğac yoxlanılan zaman ona məlumat verilməmişdir. Cavabdehin işçiləri sayğaca baxış keçirib hər ay fakturanı ona göndərmişlər və o da, öz növbəsində elektrik enerjisinə görə ödənişləri etmişdir. Əvvəllər sayğac marketdə quraşdırılsa da, sonradan sayğacın yeri dəyişdirilərək, çöl tərəfdə yerləşdirilmişdir. Onun tərəfindən sayğaca müdaxilə olunmasını təsdiq edəcək heç bir sübut yoxdur. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçıya hesablanmış cərimə sayğacın dövlət möhürünə müdaxiləyə görə aparılmışdır. İddiaçıya xidmət edən sayğacın dövlət möhürünə müdaxilə edildiyi üçün Cavabdeh1 ASC-nin əməkdaşları tərəfindən xx xxx 2018-ci il tarixli NDQ № 004245 saylı akt tərtib edilmiş və həmin akt əsasında iddiaçıya 803 manat 43 qəpik məbləğində borc hesablanmışdır. Həmin tarixədək sayğac marketin daxilində yerləşdiyindən, sayğacda aşkar edilmiş pozuntuya görə iddiaçı cavabdehlik daşımışdır. Sayğac laboratoriya şəraitində yoxlanılarkən abonentin dəvət edilməsini təsdiqləyən sübutu təqdim edə bilmir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi barədə qanunvericiliyin tələblərinin Cavabdeh1 ASC-nin əməkdaşları tərəfindən pozulmasına gəldikdə hesab edir ki, yoxlayıcılar bu sahədə qanunvericiliyin tələblərini pozmamışlar. Belə ki, Cavabdeh1 ASC müqavilə tərəfi olaraq istehlakçının elektrik cihazlarını və sayğacı yoxlamışdır. Belə olan halda, abonent sahibkar olsa da, yoxlamanın qeydə alınması tələb olunmur. Ona görə də, iddianı əsassız sayıb rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X15 bildirdi ki, Qazax elektrik şəbəkəsində nəzarətçi mühəndis vəzifəsində işləyir. 2018-ci ilin may ayında X2 əməkdaşları tərəfindən istismar müddəti başa çatmış sayğacları yenisi ilə əvəz etmişdilər. xx xxx 2018-ci ildə İddiaçı sayğacının da istismarı müddəti bitdiyi üçün sayğac sökülmüş, möhürlənmiş və yenisi ilə əvəz edilmişdir. Sayğac marketin daxildə yerləşmişdir. Onlar sayğacı qablaşdıran zaman İddiaçı qohumu orada olmuş və akta imza etmişdir. O hər hansı qüsurun olması barədə heç nə deyə bilməz, ancaq sayğac yenisi ilə əvəz edilənə qədər enerji sərfiyyatı 14-15 manat olmuş, yeni sayğacda isə enerji sərfiyyatı 70-80 manat olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirdi ki, Gəncə şəhəri elektrik şəbəkəsində sayğac quraşdırılma bölməsində texnik işləyir. xx xxx 2018-ci ildə X3 əməkdaşları onu və idarənin digər əməkdaşlarını İddiaçı sayğacının yenisi ilə əvəz edilməsi üçün çağırmış və sayğac yenisi ilə əvəz edilmişdir. Sayğac yenisi ilə əvəz edilərkən köhnə sayğac sökülmüş, möhürlənmiş, qablaşdırılmış və akt tərtib edilmişdir. Akt tətib edilərkən İddiaçı qohumu orada olmuş və akta imza etmişdir. Əvvəlki sayğac marketin içərisində yerləşmişdir, yeni sayğac isə qutunun içərisində marketdən kənarda yerləşdirilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh1 ASC-nin əməkdaşlarının tərtib etdikləri xx.xx.2018-ci il tarixli NDQ № 004245 saylı aktdan görünür ki, istehlakçı İddiaçı məxsus “Famil” marketdə elektrik enerjisinin uçotu və “X4 Qaydaları”na (EEİQ) riayət olunması vəziyyəti yoxlanılmış və baxış keçirilən zaman aşkar olmuşdur ki, sayğacın üst örtük qapağı sol yuxarı hissədən gövdədən aralıdır. İş materiallarına əlavə olunmuş sayğacların və cərəyan transformatorlarının yoxlanılması barədə Cavabdeh1 ASC-nin əməkdaşlarından ibarət komissiyanın xx xxx 2018-ci il tarixli 110569 saylı protokolunun surətindən görünür ki, iddiaçıya xidmət edən sayğacın ******* saylı bənövşəyi alt qapaq möhürü pozulub, dövlət möhürü yoxdur. Sayğacın daxilinə baxış zamanı daxili sxemə qaynaq vasitəsilə müdaxilə olunduğu aşkar olundu, sayğac istismara yararsızdır. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli icra vərəqindən görünür ki, İddiaçı məxsus “Famil” marketdə aşkar edilmiş pozuntu nəticəsində 8927 kvts itirilmiş elektik enerjisinə görə 0.09 qəpikdən hesablanmaqla iddiaçıya 803 manat 43 qəpik məbləğində cərimə hesablanmışdır. Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, İddiaçı vergi ödəyicisidir. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh1 ASC-nin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixdə sahibkarlıq fəailiyyəti ilə məşğul olan abonent İddiaçı məxsus mağazada sayğaca baxış keçirilərək yoxlama aparılmış, həmin yoxlama nəticəsində aşkar edilmiş nöqsanla əlaqədar dəymiş ziyanın həcmi hesablanaraq abonentin hesabına 803 manat 43 qəpik məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, sahibkarlıq sahəsində aparılan yoxlama qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirilmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Həmin Qanunun 20.1 və 20.2-ci maddələrinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4 və 1.5-ci bəndlərinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmə araşdırması zamanı məlum oldu ki, Cavabdeh1 ASC-nin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixdə sahibkarlıq fəailiyyəti ilə məşğul olan abonent İddiaçı məxsus mağazada olan sayğaca baxış keçirilərək yoxlama aparılarkən həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” ilə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınmamış, yoxlamanın aparılması haqqında hər hansı qərar mövcud olmamışdır. Belə olan halda, aparılmış yoxlamanın heç bir hüquqi nəticəsi yoxdur. Beləliklə məhkəmə hesab edir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerdə aparılmış yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmadan aparıldığından və bu yoxlamanın hüquqi nəticəsi olmadığından, yoxlama nəticəsində hesablanmış borc məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı (abonent kodu **********3) hesablamış 803 manat 43 qəpik məbləğində sərfiyyat haqqı (cərimə) Cavabdeh1 X14 tərəfindən silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent kodu **********3) hesablamış 803 manat 43 qəpik məbləğində sərfiyyat haqqı (cərimə) Cavabdeh1 X14 tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: RəşadMəmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-537/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-537/2020
17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver