Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-75/2020 03.02.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu, İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında“pul” tələbinə dair ərizəsinə baxaraq, müəyyən etdim: İddiaçıcavabdeh «xxxx» MMC-yə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında“pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 2015-ci il tarixli 213 saylı müqavilə üzrə «xxxx» MMC-dən 93,60 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının və hər gecikdirilmiş aya görə məbləğin 0,1 % miqdarında olmaqla 1 manat dəbbə pulu ilə cəmi 94,60 manat pulun tutularaq İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxx 2015-ci il tarixində İddiaçı ilə «xxxx» MMC arasında 213 saylı müqavilələr imzalanmışdır. Müqavilənin 2.1-ci bəndinə müvafiq olaraq İddiaçınə təqdim olunmuş “Anket materialları” na əsasən «xxxx» MMC-yə 2018-ci il üçün tezlik və radielektron vasitələrindən istifadəyə görə 93,60 manat məbləğində 20P-18 saylı hesab təqdim olunmuşdur. «xxxx» MMC-yə təqdim edilmiş hesab Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2004-cü il tarixli iclas qərarına əsasən təsdiqlənmiş “Radiotezliklərin qeydiyyatı və elektromaqnit uzlaşmanın təmini və istismarına nəzarət tarifləri” nin 44-cü bəndi əsasında tərtib olunmuşdur.İddiaçı 213 saylı müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməsinə baxmayaraq «xxxx» MMC müqavilənin 3-cü bəndini icra etməmişdir. Müqavilənin bu bəndinə müvafiq olaraq hesabların ödənilməsi növbəti ilə keçirildiyi üçün geçikdirilmiş hər aya görə məbləğin 0,1% miqdarında olmaqla , cəmi 1 manat məbləğində dəbbə pulu hesablanmışdır. Adı çəkilən bölmədə qeyd olunur ki, «xxxx» MMC Tarif Şurasının təsdiq etdiyi tariflərə uyğun təqdim olunan hesabın 10 gün müddətində ödənilməsini təmin etməlidir. Bununla bağlı xx.xx.2019-cu il tarixli DRİ-HKŞ- 9/264 saylı pretenziyanın göndərilməsinə baxmayaraq, bu günə kimi «xxxx» MMC Azərbaycan Respublikası Tarif Şurasının təsdiq etdiyi tariflərə uyğun təqdim olunan hesabı ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh «xxxx» MMC-yə xx xxxxxx 2019-cu il tarixli, e-2-2(83)799/2019 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İş materiallarında olan sənədləri araşdıraraq hesab edirəm ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş tərəflər arasında bağlanmış xx xxx 2015-ci il tarixli 213 saylı Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorbitdən istifadənin tənzimlənməsi haqqında müqavilədən görünür ki, İddiaçı Cavabdeh MMC-nin rəsmi müraciətini nəzərə alaraq UQD rabitəsi üçün tezlikləri təyin edib, radiorbitə avadanlıqlarının istismarı üçün icazə verir. Cavabdeh MMC rabitə vasitələri üçün təqdim etdiyi anket materiallarına əsasən “Radiotezliklərin qeydiyyatı elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantına uyğun hesablarda göstərilən məblkəğin ödənişini 10 gün müddətində təmin etməlidir. İşə əlavə edilmiş Cavabdeh MMC-nin İddiaçınə olan borcu haqqında arayışdan görünür ki, Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixə İddiaçınə 93,60 manat borcu vardır. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli DRİ-HKŞ-9/264 saylı pretenziya məktubundan görünür ki, radioelektron vasitələrindən istifadəyə görə 93,60 manat ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbirlər görüləcəyi bildirilmişdir. İşə əlavə edilmiş Cavabdeh MMC-nin balansında olan radioelktron vasitələrinin yükləndiyi tezliklərin istismarı haqqının müqavilə şərtinə uyğun olaraq İddiaçınə olan borcun hər hər gecikdirilmiş aya görə penya borcu barədə arayışdan görünür ki, Cavabdeh MMC-yə gecikdirilmiş aylara görə 1 manat peniya hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.2-ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi icranın gecikdirilməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2.-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə iş üzrə sübutlarla təsdiq olunur ki, Cavabdeh MMC-nin İddiaçınə xx xxx 2015-ci il tarixli 213 saylı Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorbitdən istifadənin tənzimlənməsi haqqında müqavilə üzrə 93,60 manat, peniya üzrə 1 manat olmaqla cəmi 94,60 manat manat borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Buna görə də iddiaçı həmin borc məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi təmin edilməli və Cavabdeh MMC-dən 93,60 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqı və 1 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 94,60 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddiaçı iddia tələbinin həcmini azaldaraq 500 manatdan aşağı həddə müəyyən etdiyindən 20 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Мülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Мülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Мülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Мülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Мülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdim: İddia təmin edilsin. Cavabdeh MMC-dən 93,60 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqı və 1 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 94,60 manat pul tutularaq İddiaçınə ödənilsin. 20 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-75/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-75/2020
03.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver