Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-76/2020 17.02.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlu, iddiaçı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə məhkəmənin binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq, müəyyən etdim: İddiaçı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxxx 2013-cü il və xx xxxxxx 2018-ci il tarixli 446 saylı müqavilələr üzrə “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 1543,60 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının və hər gecikdirilmiş aya görə məbləğin 0,1% miqdarda olmaqla 23,91 manat dəbbə pulu ilə cəmi 1567,51 manat pulun tutularaq İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə xx xxxxxx 2019-cu il tarixli, e-2- 2(83)-798/2019 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2013-cü il və xx xxxxxx 2018-ci il tarixlərində İddiaçı ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında 446 saylı müqavilələr imzalanmışdır. Müqavilələrin 2.1-ci bəndinə müvafiq olaraq İddiaçınə təqdim olunmuş “anket materialları”na əsasən “xxxx” ASC-yə 2017,2018-ci illər üçün tezlik və radioelektron vasitələrdən istifadəyə görə 2017-cü il üçün 19M-17 saylı hesabla 830,40 manat və 2018ci il üçün 47M-18 saylı hesabla 713,20 manat olmaqla, cəmi 1543,60 manat məbləğində hesablar təqdim olunmuşdur. “xxxx” ASC-yə təqdim olunmuş hesablar Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2004-cü il tarixli iclas Qərarına əsasən təsdiqlənmiş “Radiotezliklərin qeydiyyatı və elektromaqnit uzlaşmanın təmini və istismarına nəzarət tarifləri”nin 43,44,45-ci bəndləri əsasında tərtib olunmuşdur.İddiaçı 446 saylı müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməsinə baxmayaraq “xxxx” ASC müqavilənin 3-cü bəndini icra etməmişdir. Müqavilənin bu bəndinə müvafiq olaraq hesabların ödənilməsi növbəti ilə keçirildiyi üçün gecikdirilmiş hər aya görə məbləğin 0,1% miqdarında olmaqla 2017-ci il üçün 17,43 və 2018-ci il üçün 6,48 manat, cəmi 23,91 manat məbləğində dəbbə pulu hesablanmışdır. Adı çəkilən bölmədə qeyd edilir ki, “xxxx” ASC Tarif Şurasının təsdiq etdiyi tariflərə uyğun təqdim olunan hesabın 10 gün müddətində ödənilməsini təmin etməlidir. Bununla bağlı xx.xx.2018-ci il tarixli DRİ-HKŞ-9/537 və xx.xx.2019-ci il tarixli DRİ-HKŞ- 9/229 saylı pretensiyaların göndərilməsinə baxmayaraq bu günə kimi “xxxx” ASC Azərbaycan Respublikası Tarif Şurasının təsdiq etdiyi tariflərə uyğun təqdim olunan hesabları ödəməmişdir. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPMin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktiki halları kimi müəyyən etmişəm ki, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti öhdəliklərini yerinə yetirmədiyi üçün borcu yaranmış, ona qanunvericilikdə nəzərdə tutulan tədbirlər həyata keçirilməklə xəbərdarlıq edilmiş, borcunun ödənilməsi xahiş edilsə də, borc ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. İş materiallarına əlavə olunmuş; xx.xx.2019-cu il tarixli, DRİ-HKŞ-9/229 saylı pretenziya məktubunun surətindən görünür ki, “xxxx” ASC-yə 713,20 manat yaranmış borcun ödənilməsi bildirilmiş, əks halda tədbirlər görüləcəyi bildirilmişdir. xx.xx.2018-ci il tarixli, DRİ-HKŞ-9/537 saylı pretenziya məktubunun surətindən görünür ki, “xxxx” ASC-yə 830,40 manat yaranmış borcun ödənilməsi bildirilmiş, əks halda tədbirlər görüləcəyi bildirilmişdir. 19M-17 saylı hesabla görünür ki, 830,40 manat təqdim edildiyi müəyyən olunur. xx xxxxxxx 2013-cü il və xx xxxxxx 2018-ci il tarixli 446 saylı müqavilələrdən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tezlik və radioelektron vasitələrinə görə istismar haqqının və hər gecikdirilmiş aya görə məbləğin 0,1% miqdarda dəbbə pulu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin iddiaçıya 1567,51 manat borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, borclunun üzərinə müqavilə ilə müəyyən edilmiş borcu ödəmək vəzifəsi qoyulduğundan və o, borcun ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdim: İddia təmin edilsin. “xxxx” Açıq Səhmdar Cəmiyyətindən xx xxxxxxx 2013-cü il və xx xxxxxx 2018-ci il tarixli, 446 saylı müqavilələr üzrə yaranmış 1543,60 manat (min beş yüz qırx üç manat altmış qəpik) əsas borc və hər ay gecikdirilmiş aya görə məbləğin 0,1% olmaqla 23,91 manat (iyirmi üç manat doxsan bir qəpik) dəbbə pulu, cəmi 1567,51 manat (min beş yüz altmış yeddi manat yetmiş bir qəpik) pulun tutularaq iddiaçı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-76/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-76/2020
17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver