Məhkəmə qərarları › İş №2-2(117)-130/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-130/2025

09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-130/2025 09.04.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 1197.32 manat (ƏDV daxil) məbləğində əsas borcun və həmçinin ödənilmiş 31.98 manat məbləğində dövlət rüsumunun cəmi 1229.30 manat məbləğində pulun tutulub İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC iləCavabdeh MMC arasında bağlanan xx.xx.2022-ci il tarixdə 11/01/22/07 saylıalqı-satqı müqaviləsi əsasında Cavabdeh MMC-yə tərəfimizdən dərman vasitələri və digər tibbi ləvazimatların satışı həyata keçirilmişdir. Müqavilə əsasında“Satıcı” qismində çıxış edən iddiaçıcəmiyyətimiz “Alıcı” qismində çıxış edən Cavabdeh MMC-yəsifariş verilən dərman vasitələrini və digər tibbi ləvazimatları təhvil-təslim aktları əsasında “Alıcı”ya satmalı, “Alıcı” isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməli idi. Belə ki,alqısatqımüqaviləsi üzrə sifariş olunan dərman vasitələri tərəfimizdən tam şəkildə cavabdehə göndərilməsinə baxmayaraq (müqavilə üzrə dərman vasitələrinin göndərilməsinə dair təhvil-təslim aktları, borcun etirafına dair üzləşmə aktı və e-taxes.gov.az vasitəsilə cavabdehə göndərilən müvafiq elektron qaimələr də hazırki iddia ərizəmizə əlavə olunur) qarşı tərəf öz üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirməmişdir. İş materiallarına əlavə edilən təhvil-təslim aktları, borcun etirafına dair üzləşmə aktı və elektron qaimələrə (qoşma əlavə edilir) də əsasən bəlli olur ki, qarşı tərəf cəmiyyətimiz tərəfindən ona göndərilən dərman vasitələrini tam şəkildə qəbul etmiş, lakin dərman vasitələrinin dəyərini təşkil edən 1197.32 (bir min yüz doxsan yeddi manat, 32 qəpik) manat (ƏDV daxil) borc hələ də cavabdeh tərəfindən ödənilməmiş qalmaqdadır. Buna dair maliyyə arayışını da iş materiallarına əlavə edirik. Belə ki, 1197.32 (bir min yüz doxsan yeddi manat, 32 qəpik) manat (ƏDV daxil) borc məbləğinin ödənilməsilə bağlı cavabdehə dəfələrlə şifahi müraciət etməyimizə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti, eləcə də “Onlayn kargüzarlıq” sistemi vasitəsilə qoşma sənədlərlə kommersiya mübahisəsi üzrə məhkəməyədək nizamlamaya dair elektron pretenziya məktubunu (qoşma əlavə edilir) göndərməyimizə baxmayaraq, heç bir nəticəsi olmamışdır. Beləliklə, iş materiallarına əlavə olunan mötəbər yazılı sübutlardan da göründüyü kimi cavabdeh "xxxx" MMC üzərinə düşən öhdəliklərini yerinə yetirməyərək,cəmiyyətimizə olan 1197.32 (bir min yüz doxsan yeddi manat, 32 qəpik) manat (ƏDV daxil) borc məbləğini hələ də ödəməmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir və cavabdeh TƏBABƏT-2021 MMC-dən 1197.32 manat məbləğində əsas borcun və həmçinin ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun, cəmi 1229.30 manat məbləğin tutulub iddiaçı X1 Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, satıcı İddiaçı MMC ilə cavabdeh alıcı Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli 11/01/22/07 nömrəli “Alqı-Satqı Müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən satıcı alıcının sifariş verdiyi malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür.

8. İş materaiallarında olan ZN000141014 nömrəli xx.xx.2024-cü il tarixli, ZN000142430 nömrəli xx.xx.2024-cü il tarixli, ZN000142747 nömrəli xx.xx.2024-cü il tarixli, ZN000145902 nömrəli xx.xx.2024-cü il tarixli, ZN000146262 nömrəli xx.xx.2024--cü il tarixli, ZN000148728 nömrəli xx.xx.2024-cü il tarixli, ZN000149451 nömrəli xx.xx.2024 cü il tarixli, ZN000141826 nömrəli xx.xx.2024-cü il tarixli, ZN000153938 nömrəli xx.xx.2024-cü il tarixli, ZN000154652 nömrəli xx.xx.2024-cü il tarixli, ZN000154667 nömrəli xx.xx.2024-cü il tarixli, ZN000156605 nömrəli xx.xx.2024-cü il tarixli, ZN000158153 nömrəli 22.02.202-cü il tarixli, ZN000158153 nömrəli xx.xx.2024-cü il tarixli təhvil təslim aktlarından görünür ki, iddiaçı tərəfindən müxtəlif adda və çeşiddə mallar cavabdehə təhvil verilmiş və həmin aktlar iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır.

9. İş materiallarında olan 938090 nömrəli xx.xx.2024-cü il tarixli, 960319 nömrəli xx.xx.2024-cü il tarixli, 960325 nömrəli xx.xx.2024-cü il tarixli, 070636 nömrəli xx.xx.2024cü il tarixli, 070656 nömrəli xx.xx.2024-cü il tarixli, 070669 nömrəli xx.xx.2024-cü il tarixli, 126065 nömrəli xx.xx.2024-cü il tarixli, 210472 nömrəli xx.xx.2024-cü il tarixli, 210540 nömrəli xx.xx.2024-cü il tarixli, 210565 nömrəli xx.xx.2024-cü il tarixli, 210568 nömrəli xx.xx.2024-cü il tarixli, 282250 nömrəli xx.xx.2024-cü il tarixli, 282316 nömrəli xx.xx.2024cü il tarixli İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş elektron qaimələrdə cavabdehin iddiaçıya müxtəlif tarixlərdə ödəməli olan borc məbləğləri göstərilmişdir.

10. İş materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş 4890/12 nömrəli xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMCyə xx.xx.2022-ci il tarixli 11/01/22/07 nömrəli “Alqı-Satqı Müqaviləsi”-nə əsasən 1197,32 manat ödənilməmiş borcu qalmışdır.

11. İddiaçı MMC tərəfindən təqdim edilmiş üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 1197,32 manat məbləğində borcu olduğunu qəbul edən Cavabdeh MMC-nin direktoru Nümayəndə2 öz imzası ilə təsdiq etmişdir.

12. İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

V. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

VI. Məhkəmənin mövqeyi:

14. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

15. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı alqısatqı müqaviləindən irəli gələn öhdəliyini icra etmiş, yəni malları cavabdehə təhvil vermiş cavabdeh isə malların bir qisminin dəyərini ödəmiş, 1197,32 manat hissəsi isə ödənilməmiş qalmışdır. Bu hal iş materiallarında olan üzləşmə aktı və digər sənədlərlə öz təsdiqini tapmışdır.

16. Qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və xx.xx.2022-ci il tarixli 11/01/22/07 nömrəli “Alqı-Satqı Müqaviləsi”-nə əsasən 1197,32 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

17. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 31,98 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

18. Beləliklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməldir.

Vİ. Nəticə:

19. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabeh Cavabdeh MMC-dən 1197,32 manat borc və 31,98 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar