Məhkəmə qərarları › İş №2-2(117)-137/2020

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-137/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-137/2020 10.06.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, İddiaçı1 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı1 ASC-nin Cavabdeh1 qarşı “848 manat əsas borc, 2604,40 manat cərimə borcu və 30 manat dövlət rüsumu olmaqla 3482,40 manat pul vəsaitinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1 ASC Cavabdeh1 qarşı “848 manat əsas borc, 2604,40 manat cərimə borcu və 30 manat dövlət rüsumu olmaqla 3482,40 manat pul vəsaitinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə elektron kabinet vasitəsilə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmiş, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış lizinq müqavilələrinə əsasən kənd təsərrüfatı texnikaları lizinqə götürülmüşdür. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Dəfərlərlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən ödənişlər edilməmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri məhkəməyə məlumat verməmişdir. Məhkəmə, MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, pretenziya (xəbərdarlıq) məktubu, habelə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə çatdırılmamışdır. Belə ki, iddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş pretenziya məktubu (xəbərdarlıq) ünvan 1 ünvanına göndərilmiş, beləliklə də pretenziya məktubu, habelə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər hazırkı iş üzrə cavabdeh Zərdab rayonu Körpükənd kəndində yaşayan Cavabdeh1 deyil, ünvan 1 ünvanında yaşayan Cavabdeh1 göndərilmişdir ki, iş materiallarında qeyd olunan ünvanın cavabdehə məxsus olmasına dair sübut mövcud deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, pretenziya məktubu, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə çatdırılmamışdır. Məhkəmə qeyd edir ki, kommersiya mübahisələri üzrə pretenziya qaydasına riayət edilməsi barədə qanunvericiliyin tələbləri formal xarakter daşımır. Çatdırılma və ya təqdim olunma dedikdə həmin sənədlərin rəsmi olaraq qarşı tərəfə verilməsi kimi başa düşülür. Belə təqdim olunmada qanunvericiliyin güddüyü əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması və müdafiəsini təşkil etməsinə imkan yaradılmasıdır. İddiaçı tərəf hazırki mübahisənin məhkəmədən kənar (pretenziya) həll edilməsi ilə bağlı cavabdehə müraciət etmədiyindən, yəni həmin pretenziyanın cavabdehə tərəfə təqdim olunmasını təmin etmədiyindən və bu qaydanı tətbiq etmək imkanını itirilmədiyindən, habelə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri cavabdehə çatdırılmasını təmin etmədiyindən məhkəmə hesab edir ki, tərəflər arasında çəkişmə prinsipinin təmin edilməsi üçün ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən, iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iş materiallarına əlavə edilməlidir. 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1 ASC-nin Cavabdeh1 qarşı “848 manat əsas borc, 2604,40 manat cərimə borcu və 30 manat dövlət rüsumu olmaqla 3482,40 manat pul vəsaitinin cavabdehdən tutularaq ödənilməsi” tələbinədair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar