Məhkəmə qərarları › İş №2-2(117)-300/2020

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-300/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-300/2020 08.09.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Cavabdeh” İB-nə qarşı “xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında itirilmiş qazın sərfiyyatı kimi hesablanmış 864 manat borcun hesabından silinməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: “Cavabdeh” İstehsalat Birliyinin nümayəndələri tərəfindən fiziki şəxs (fərdi sahibkar) İddiaçı istifadəsində olan, Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 1420 ünvanında yerləşən qeyri-yaşayış sahəsində quraşdırılmış uçot dəstinə yoxlama aparılmış, yoxlama zamanı sayğacın plasmas qapağının daxili qulaqcıqlarında cızıq izlərinin olması və xətaların normaya uyğun olmadığı müəyyən edilərək, bununla bağlı ******* nömrəli akt tərtib edilmişdir. Bundan sonra itirilmiş qaz 4320 m3 olmaqla dəyəri 864 manat məbləğində müəyyən edilərək abonent İddiaçı dəymiş ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli tələbnamə göndərilmişdir. Tərəflər arasında olan mübahisə məhkəmədən kənar qaydada həllini tapmadığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, Şəki şəhəri M. Ə. Rəsulzadə prospekti 1420 ünvanında yerləşən çörək sexinə quraşdırılmış sayğac növbəti yoxlama adı ilə xx.xx.2019-cu il tarixdə Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən çıxarılmış, əvəzində müvəqqəti sayğac quraşdırılmışdır. 4 ay sonra xx xxxxxxx 2019-cu il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən köhnə qaz sayğacı ona məxsus qeyri-yaşayış sahəsində yenidən quraşdırılmışdır. xx.xx.2020-ci il tarixdə onun iştirakı olmadan təbii X1 pozulması haqda Akt tərtib edilmişdir və əsassız olaraq 864 manat borc hesablanmışdır. Aktda qeyd edilmişdir ki, sayğacın daxili qulaqcıqlarında cırıq izləri aşkar edilmişdir. Onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olmamışdır. Sayğac möhürlü olmuşdur. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Proses iştirakçıları tərəfindən icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: aktlar, tələbnamə, Qazın alqı-satqı müqaviləsi, Abonentin saldosu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı barədə akt tərtib edilərkən “X1” pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntu istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş qaz sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, “X1” 2.2.5-ci bəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “Cavabdeh” İstehsalat Birliyinin nümayəndələri tərəfindən fiziki şəxs İddiaçı istifadəsində olan, Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 1420 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yoxlama aparılmış, yoxlama zamanı sayğacın plasmas qapağının daxili qulaqcıqlarında cızıq izlərinin olması və xətaların normaya uyğun olmadığı müəyyən edilərək, bununla bağlı ******* nömrəli akt tərtib edilmişdir. İtirilmiş qazın miqdarı 4320 m3 olmaqla dəyəri 864 manat məbləğində müəyyən edilmiş və İddiaçı dəymiş ziyanın bərpasına dair xx.xx.2020ci il tarixli tələbnamə göndərilmişdir. “X1” 4.8-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fərdi sahibkar olan iddiaçının istifadəsində olan qeyri-yaşayış binasında quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır. Eyni zamanda hazırki iş üzrə cavabdeh sayğacdakı pozuntuların istehlakçının, yəni iddiaçının təqsiri ucbatından yaranması barədə məhkəməyə sübut təqdim etməmişdir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, qaz sayğacının plasmas qapağının daxili qulaqcıqlarında cızıq izlərinin olması və bunun iddiaçının (istehslakçının) təqsiri ucbatından baş verməsi faktı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt əsasında hesablanmış 864 manat borc məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar övlət rüsumu ödəməkdən azaddır. Mübahisə istehlakçı olan iddiaçının hüquqlarının pozulması ilə əlaqədar verildiyindən, iddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənildiyindən və ödədiyi rüsumu tələb etmədiyindən ödənilmiş 20 (iyirmi) manat özünə aid edilməli, ödənilməmiş 10 manat dövlət rüsumu cavabdeh “Cavabdeh” İB-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh “Cavabdeh” İB tərəfindən xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında itirilmiş qazın sərfiyyatı kimi hesablanmış 864 manat borc İddiaçı hesabından silinsin. Ödənilmiş 20 (iyirmi) manat Dövlət rüsumu İddiaçı aid edilsin. İşə baxılması ilə əlaqədar ödənilməmiş 10 (on) manat Dövlət rüsumu cavabdeh “Cavabdeh” İB-dən Dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar