Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-313/2020 13.08.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı cavabdeh “Cavabdeh” X2 Regional X3rşı “xx.xx.2020-ci il tarixli 01NM-12KŞ-1167 nömrəli Xitam Müqaviləsinə xitam verilməsinin etibarsız sayılması, xidmət müqaviləsinin bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” X2 Regional X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2020-ci il tarixli 01NM-12KŞ-1167 nömrəli Xitam Müqaviləsinə xitam verilməsinin etibarsız sayılması, xidmət müqaviləsinin bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İlk öncə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə xx.xx.2018-ci il tarixli Qanunla əlavə edilmiş və xx.xx.2019-cu ildən qüvvədə olan 10-1.3-cü maddəsində deyilir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddiaçının hazırkı iddia ərizəsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda məhkəməyə təqdim edilmiş və gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğundan və bununla da iddia ərizəsi forma və məzmununa dair tələblərə riayət edilmədən bu Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən iddianın hazırkı vəziyyətdə məhkəmə icraatı mümkün deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, “Cavabdeh” X2 X4 İdarəsi hüquqi şəxs olmadığından, o, məhkəmələrdə iddiaçı və cavabdeh olmaq hüququna malik deyildir. Bu səbəbdən də iddia tələbi düzgün cavabdehə qarşı yönəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 54.1-ci maddəsinə əsasən, hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. 54.2-ci maddəsinə əsasən, idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Göründüyü kimi, hüquqi şəxs müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınan qurum olmaqla yanaşı mülki qanunvericiliklə müəyyən olunmuş hüquq və vəzifələr daşıyır ki, bu da hüquqi şəxsə iddiaçı və cavabdeh olmaq hüququ verir. Hüquqi şəxs tərəfindən yaradılmış idarələr isə hüquqi şəxs olmamaqla yanaşı hüquqi şəxs tərəfindən ona verilmiş səlahiyyətlər çərcivəsində hüquqi şəxsin adından fəaliyyət göstərir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının hazırkı tələbinə cavab verməli orqan “Cavabdeh” X2 X4 İdarəsi deyil, məhz hüquqi şəxs olan “Cavabdeh” İstehsalat Birliyidir. Bu hal bir daha onunla təsdiq olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli 504 nömrəli “xidmət müqaviləsi”ndə şifarişçinin rekvizitlərinə aid bölmədə qeyd olunmuş ********** nömrəli VÖEN məhz “Cavabdeh” İstehsalat Birliyinə məxsusdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2014-cü ildə təsdiq edilmiş X5 X1 1.1-ci bəndinə əsasən, Ağsu X4 İdarəsi “Cavabdeh” İB-nin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən Ağsu, Şamaxı, İsmayıllı, Kürdəmir, Ucar, Qəbələ, Qobustan. Göyçay və Ağdaş qaz istismarı sahələrinin madditexniki bazasında ARDNŞ-nin xx.xx.2014-cü il tarixli ARDNŞ/14-1000/0 l/SM-04-000118 nömrəli əmrinə əsasən yaradılmışdır. Göründüyü kimi, “Cavabdeh” X2 X4 İdarəsi dövlət qeydiyyatına alınmayan, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərən və hüquqi şəxs olmayan idarədir ki, hazırkı iddia tələbinə də cavab verməli orqan deyildir. Bunlardan başqa iddiaçının nəzərinə çatdılır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Göründüyü kimi, iddiaçı məhkəməyə müraciət etməzdən öncə pretenziya qaydasına riayət etməli və mübahisə qarşılıqlı razılaşma əsasında həllini tapmadığı təqdirdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərini qarşı tərəfə çatdırmaqla bu barədə sübutları məhkəməyə təqdim etməlidir. Bundan başqa, məhkəmə iddiaçının diqqətinə çatdırılması zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi, hazırki tələbə baxılmasının ərazi aidiyyəti baxımından səlahiyyəti Şəki Kommersiya Məhkəməsinə deyil cavabdeh qismində müəyyən edilməli olan “Cavabdeh” İstehsalat Birliyinin yerləşdiyi yer üzrə Bakı Kommersiya Məhkəməsinə məxsusdur. Belə ki, qeyd olunduğu iddia cavabdeh hüququ şəxsin hüquqi ünvanı üzrə verilməlidir. Mülki Prosessual Məcəllədə iddiaçının seçməsinə görə aidiyyət, müstəsna aidiyyət və müqavilə aidiyyətinə (maddə 36, 39, 40) dair qaydalar mövcud olsa da hazırkı iddia tələbi həmin aidiyyət qaydalarına uyğun olmamaqla ümumi aidiyyət qaydalarına uyğun həll edilir. Eyni zamanda qeyd edilməlidir ki, mübahisələrin məhkəmələrin həllinə verilməsi ilə əlaqədar “Dövlət rüsumu haqqında” Qanuna uyğun Dövlət rüsumu ödənilməlidir. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə deyil kağız daşıyıcıda məhkəməyə təqdim olunduğundan geri qaytarılmalıdır. İddiaçının diqqətinə çatdırılır ki, Mülki Prosessual Məcəllənin 150.0.4 və 150.0.7-ci maddəsinin tələblərinə əməl etməklə, iddia tələbinə cavab verməli əsl Cavabdeh İstehsalat Birliyinə qarşı "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ümumi qaydada yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Cavabdeh” X2 Regional X3rşı “xx.xx.2020-ci il tarixli 01NM-12KŞ- 1167 nömrəli Xitam Müqaviləsinə xitam verilməsinin etibarsız sayılması, xidmət müqaviləsinin bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №2-2(117)-313/2020
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-313/2020
13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver