Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-359/2021 06.07.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “10.01.2020-ci il tarixli 031902 nömrəli akt əsasında hesablanmış 433,62 manat borcun hesabından silinməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı məxsus Şəki rayonu Aşağı Küngüt kəndində yerləşən qeyri-yaşayış sahəsinə (mağaza) quraşdırılmış sayğaca 10.01.2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları və abonentin iştirakı ilə baxış keçirilmiş, istehlakçıya məxsus elektrik sayğacının indiksion tipli olması müəyyən edilərək 031902 nömrəli akt tərtib edilmişdir 10.01.2020-ci il tarixli 031902 nömrəli akt əsasında abonentə 4818 kvt.s sərfiyyat olmaqla 433,62 manat məbləğində borc hesablanmışdır. Bununla razılaşmayan iddiaçı hazırkı iddia tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək 433,62 manat məbləğində pulun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iş baxılması üçün hazırki məhkəməyə göndərilmişdir. Bundan sonra “xxxx” ASC Şimal-Qərb RETSİ-nin 22.04.2021-ci il tarixli ŞQR/49/Q.Ə nömrəli razılaşma protokoluna əsasən abonentin nümayəndəsinin müraciəti, dövriyyənin təhlili, debitor borcu və yeni sayğacla sərfiyyatı nəzərə alınaraq komissiyanın hesabatına əsasən 3373 kvt.s (dəyəri 303,57 manat) azaldılmışdır. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti iddia tələbinə etiraz edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsi mağaza) İddiaçı adına olmaqla **********21532 (**********3) saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 10.01.2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən Şəki rayonu Aşağı Küngüt kəndində yerləşən iddiaçıya məxsus qeyri yaşayış sahəsinə quraşdırılrnış elektrik hesablama sayğacına iddiaçının iştirakı ilə X1 qaydalarına uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının indiksion tipli olması aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar X1 qaydalarının 8.17-ci bəndinin tələbinə uyğun olaraq adları qeyd olunan əməkdaşlar tərəfindən 10.01.2020-ci ii tarixli 031902 nömrəli akt tərtib olunmuş və sayğac yenisi ilə əvəz edilərək möhürlənmişdir. 10.01.2020ci il tarixli, 031902 nömrəli akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən 19.06.2020-ci il tarixdə itirilmiş enerjinin bərpası rnəqsədilə abonent sayğacdan keçən yükə uyğun 365 gün üçün 0.09 manatla 4818 manat itirilmiş enerji hesabati aparılmışdır. Daha sonra abonentin nümayəndəsi X2 Nazirliyinə etdiyi müraciət əsasında hesablanmış məbləğ 303,57 manat azaldılaraq 130,05 manat saxlanılmışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xəstəlik səbəbindən mağazanı işlətmir, borcun hansı səbəblə yazıldığını da bilmir. Yeni sayğacda sərfiyyatı olmamış və mağazanı icarəyə verməmişdir. Borcun bir hissəsi cavabdeh tərəfindən silinmişdir. Borcun silinməmiş hissəsinin silinməsini xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Akt, İcra vərəqəsi, Razılaşma protokolu, abunə haqqında məlumat və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı məxsus Şəki rayonu Aşağı Küngüt kəndində yerləşən qeyri-yaşayış sahəsinə (mağaza) quraşdırılmış sayğaca 10.01.2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları və abonentin iştirakı ilə baxış keçirilmiş, istehlakçıya məxsus elektrik sayğacının indiksion tipli olması müəyyən edilərək 031902 nömrəli akt tərtib edilmişdir Bundan başqa 10.01.2020-ci il tarixli 031902 nömrəli akt əsasında abonentə 4818 kvt.s sərfiyyat olmaqla 433,62 manat məbləğində borc hesablanmış, “xxxx” ASC Şimal- Qərb RETSİ-nin 22.04.2021-ci il tarixli ŞQR/49/Q.Ə nömrəli razılaşma protokoluna əsasən abonentin nümayəndəsinin müraciəti, dövriyyənin təhlili, debitor borcu və yeni sayğacla sərfiyyatı nəzərə alınaraq komissiyanın hesabatına əsasən 3373 kvt.s (dəyəri 303,57 manat) azaldılmışdır. Beləliklə hazırda iddiaçının hesabında akt əsasında hesablanmış 130,05 manat borc qalmışdır. Bununla yanaşı, akt əsasında “EEİQ”-nın 8.17-ci bəndinin pozulması faktlarına əsaslanaraq Şimal-Qərb RETSİ-in Akt komissiyası tərəfindən 0.09 manatla 433,62 manat dəyərində iddiaçıya itirilmiş enerji hesabatı aparılmışdır. Halbuki, qanunverici həmin bənddə sadalanan hallar mövcud olduğu halda istehlakçıya yenidən hesablaşma aparılmasını bu halların baş verməsində istehlakçının təqsiri ilə əlaqələndirmişdir. Belə ki, “EEİQ”-nin 8.17-ci bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerji təchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Qeyd olunan norma üç halda, yəni istehlakçının təqsirindən hesablaşma uçot cihazları zədələndiyi (plomb qoparıldıqda); uçot cihazlarının qoşulma sxemləri pozulduğu və uçot cihazlarından kənar özbaşına yük qoşulduğu hallarda enerji təchizat müəssisəsinə istehlakçıya elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma hüququ verir. Lakin həmin bəndin tələbinə görə istehlakçının uçot cihazında pozuntular müəyyən edildiyi halda təkrar hesablaşma aparılması enerji təchizatı müəssisəsinə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Hazırki iş üzrə mübahisə predmeti olan akt tərtib edilərkən aşkar edilmiş hal ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə xidmət edən elektrik sayğaçı indiksion tiplidr. Sayğaçın yenisi ilə əvəz edilməsi isə cavabdehin işidir ki, iddiaçı buna görə məsuliyyət daşımır. Bundan başqa sayğacın indiksion tipli olması onun tərəfindən ötürülən elektrik enerjinin düzgün hesablamaması anlamına gəlmir və bunun əksinin sübutu olaraq məhkəməyə sübut təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçının məsuliyyətə cəlb edilməsi üçün “EEİQ”-nin 8.17-ci bəndində nəzərdə tutulan hallar mövcud deyildir. Cavabdeh heç bir hüquqi və qanuni əsas olmadan iddiaçıya borc hesablamışdır ki, bunda da haqlı olmamışdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə predmeti olan akt tərtib edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın tələblərinə riayət olunmadığından, habelə hesablanmış borc məbləği qanunsuz hesablandığından və 433,62 manat borcun 303,57 manat hissəsi cavabdeh tərəfindən silindiyindən iddia tələbi qismən təmin edilərək akt əsasında hesablanan və iddiaçının hesabında hazırda qalan 130,05 manat borc silinməli, iddia qalan 303,57 manat hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edilərək akt əsasında hesablanmış borc silindiyindən ödənilməmiş 20 manat dövlət rüsumunu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 10.01.2020-ci il tarixli 031902 nömrəli akt əsasında hesablanmış 130,05 (bir yüz otuz manat beş qəpik) manat məbləğində pul (borc) İddiaçı hesabından silinsin. İddia qalan hissədə rədd edilsin. İşə baxılması ilə əlaqədar ödənilməmiş 20 (iyirmi) manat Dövlət rüsumu cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən Dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №2-2(117)-359/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-359/2021
06.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver