Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-40/2021 23.02.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız olaraq hesablanmış 3976,66 manat borcun hesabından silinməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Şəki rayonu Baş Göynük kəndində yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsi (çayxana) 2007-ci ilin yanvar ayınadək **********4 nömrəli kodla Şəki EŞ şəbəkəsində qeydiyyatda olmuş, 2007-ci ilin yanvar ayında yenidən **********9 nömrəli kodla qeydiyyata alınmışdır. İstehlakçı tərəfindən hər iki nömrəli kodlara pərakəndə ödəniş edilmişdir. xx.xx.2017-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları və abonentin nümayəndəsi Yusif Hüseynəliyevin iştirakı ilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə (çayxana) baxış keçirilmiş, sayğacın xüsusi açar vasitəsliə dövriyyədən kənarlaşdırıldığı, sayğacın çıxış xəttinə çevirici açar quraşdırılaraq transformatorun 0,4 kv-lıq hissəsindən birbaşa sayğacdan kənar xətt götürülərək xüsusi açar ilə əlaqələndirilməsi və sayğacın sxemdən kənarlaşdırılaraq kənar xətlə işlədicilərin qidalandırılması müəyyən edilərək 003388 nömrəli akt tərtib edilmişdir. Akt əsasında xx.xx.2017-ci il tarixli İcra Vərəqəsi ilə iddiaçıya köhnə tariflə (0,07) 5465 kvts, yeni tariflə (0,09) 8910 kvts itirilmiş enerjinin dəyəri hesablanmış və kənar xəttin ləğv edilməsi qərara alınmışdır. Eyni zamanda **********9 nömrəli koda məxsus şəxsi hesab vərəqəsi **********4 nömrəli şəxsi hesab vərəqəsinə işlənərək **********9 nömrəli kod passiv edilmişdir. Aktla razılaşmayan iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək 3976,66 manat məbləğində pulun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəki rayonu Baş Göynük kəndində yaşayır, həmişə işlətdiyi elektrik enerjisinin dəyərini vaxtı-vaxtında poçta ödəmişdir. Sayğac üzrə ödəniş aparmışdır. Lakin, cavabdeh təşkilat tərəfindən ona qanunsuz və əsassız olaraq 3976,66 manat borc hesablanmışdır. Halbuki, onun həmin təşkilata qeyd edilən məbləğdə borcu yoxdur. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir sənəd tərtib etməklə “X1 qaydalarının" tələblərini pozmuşlar, bununla da istehlakçı kimi ona nasazlığın aradan qaldırılmasında köməklik göstərilməsi əvəzinə, X1 qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyriyaşayış sahəsi onun adına olmaqla **********4 nömrəli kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2017-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən Şəki rayonu Baş Göynük kəndində yerləşən iddiaçıya məxsus qeyri yaşayış sahəsinə quraşdırılrnış elektrik hesablama sayğacına iddiaçının nümayəndəsi Yusif Hüseynəliyevin iştirakı ilə X1 qaydalarına uyğun baxış keçirilmişdir. Baxış zamanı obyektə məxsus elektrik sayğacının xüsusi açar vasitəsilə dövrədən kənarlaşdırıldığı, sayğacdan çıxış xəttinə çevirici açar quraşdırılmaqla transformatorun 0,4 kv-lıq hissəsindən birbaşa sayğacdan kənar xətt götürülərək xüsusi açar ilə əlaqələndirildiyi və elektrik sayğacının sxemdən kənarlaşdırılaraq kənar xətlər işlədicilərin qidalandırıldığı aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar X1 qaydalarının 8.17-ci bəndinin tələbinə uyğun olaraq adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2017-ci ii tarixli NDQ 003388 nömrəli akt tərtib olunmuş və tərtib olunmuş aktı iddiaçının nümayəndəsi Yusif Hüseynəliyev tərəfindən imzalanmaqla təsdiq edilmişdir. xx.xx.2017-ci il tarixli, NDQ 003388 nömrəli akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən xx.xx.2017-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonent sayğacdan keçən yükə uyğun 138 gün üçün 0.xx xxxxxxx 5465 kvts (382,55 manat), 225 gün üçün 0,xx xxxxxxx 8910 kvts (801,90 manat) toplamda 1184,45 manat itirilmiş enerji hesabatı aparılmışdır. İddiaçı tələbində akt əsasında hesablanmış 3976,66 manat borcun silinməsini göstərsə də, akt əsasında ona 1184,45 manat borc hesablanmışdır. Qalan 2792,21 manat borc isə aylıq sərfiyyat əsasında yaranmış borcdur və aktla heç bir əlaqəsi yoxdur. Bundan başqa iddiaçıya hesablanmış borc məbləğinin 970,56 manat hissəsi protokola əsasən xx.xx.2021-ci il tarixdə, 450,99 manat hisəsi xx.xx.2021-ci il tarixdə silinmişdir ki, mübahisə predmeti olan akt əsasında hesablanmış borc məbləği də həmin məbləğə aiddir və silinmişdir. Bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Akt, İcra vərəqəsi, abunə haqqında məlumat və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işin məhkəmə araşdırması zaman müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları və abonentin nümayəndəsi Yusif Hüseynəliyevin iştirakı ilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə (çayxana) baxış keçirilmiş, sayğacın xüsusi açar vasitəsiə dövriyyədən kənarlaşdırıldığı, sayğacın çıxış xəttinə çevirici açar quraşdırılaraq transformatorun 0,4 kv-lıq hissəsindən birbaşa sayğacdan kənar xətt götürülərək xüsusi açar ilə əlaqələndirilməsi və sayğacın sxemdən kənarlaşdırılaraq kənar xətlə işlədicilərin qidalandırılması müəyyən edilərək 003388 nömrəli akt tərtib edilmişdir. Akt əsasında xx.xx.2017-ci il tarixli İcra Vərəqəsi ilə iddiaçıya köhnə tariflə (0,07) 5465 kvts, yeni tariflə (0,09) 8910 kvts itirilmiş enerjinin dəyəri hesablanmış və kənar xəttin ləğv edilməsi qərara alınmışdır. Göründüyü kimi, akt əsasında hesablanmış borc köhnə tariflə (0,07) 5465 kvts, yəni 382,55 manat, yeni tariflə (0,09) 8910 kvts, yəni 801,90 manat olmaqla ümumilikdə 1184,45 manat təşkil edir. İddiaçı sözügedən aktla razılaşmayaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və akt əsasında ona 3976,66 manat borcun hesablandığını iddia edir və həmin borcun silinməsini məhkəmədən xahiş edir. İddia tələbinə münasibətdə məhkəmə ilk öncə onu qeyd edir ki, işdə olan İcra Vərəqəsindən və İddiaçı abunə haqqında vərəqəsindən (saldo) görünür ki, ona akt əsasında 1184,45 manat borc hesablanmış, qalan 2792,21 manat borc onun aylıq sərfiyyatı üzrə yaranmış borc olmuşdur. X1 Qaydalarının 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.5-ci bəndinə əsasən abonent elektrik enerjisi sərfinə görə subabonentdən aldığı ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən olunmuş müddətdə enerjitəchizatı müəssisəsinin hesabına köçürməlidir və abonent tərəfindən bu ödənişin başqa məqsədlər üçün istifadə edilməsinə icazə verilmir. Bundan başqa akt əsasında hesablanmış borcun silinməsinə münasibətdə məhkəmə araşdırması zamanı abonentin abunə haqqında məlumatının bağlanan aktlar bölməsindən (saldo) müəyyən edilmişdir ki, iddiaçıya hesablanmış borc məbləğinin 970,56 manat hissəsi protokola əsasən xx.xx.2021-ci il tarixdə, 450,99 manat hisəsi xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən silinməklə ümumilikdə cavabdehin borcundan 1421.55 manat borc silinmiş və iddiaçının hazırda 2463,93 manat borcu mövcuddur. Abonentin saldosundan müəyyən olunur ki, iddiaçının 2463,93 manat borcu sayğacın göstəricisinə əsasən sərf olunmuş elektrik enerjisinin dəyərinə görə yaranmış borcdur. Belə ki, iddiaçı sayğacın göstəricisinə əsasən 2015-ci ildən etibarən sərf etdiyi enerjinin dəyərini natamam ödəmiş və 2463,93 manat məbləğində yığılmış qalıq borcu yaranmışdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə predmeti olan akt əsasında hesablanan 1184,45 manat borc məbləği cavabdeh tərəfindən silindiyindən və hazırda xx.xx.2017-ci il tarixli akt əsasında iddiaçıya hesablanmış borc mövcud olmadığından və iddiaçının 2463,93 manat məbləğində borcu X1 nəticəsində yarandığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edilsə də, istehslakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edildiklərindən 30 manat ödənilməmiş dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız olaraq hesablanmış 3976,66 manat borcun hesabından silinməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №2-2(117)-40/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-40/2021
23.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver