Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-41/2021 19.02.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “xx.xx.2020-ci il tarixli 007597 nömrəli akt əsasında hesablanmış 525,35 manat borcun silinməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İsmayıllı rayonu Kürtmaşı kəndində yerləşən Göbələk” kafesi X1 mülkiyyətində olmuş, həmin qeyri-yaşayış sahəsi Göyçay EŞ-nin enerji satış bazasında Şamil Musayevin adına **********01039 nömrəli kodla istehlakçı kimi qeydiyyata alınmışdır. Şamil Musayev xx.xx.2018-ci il tarixdə ölmüşdür. İsmayıllı rayonu Kürdmaşı bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 63 nömrəli və 10 sayıə ƏVİ tərəfindən verilmiş **********0 nömrəli arayışlarla müəyyən olunur ki, İddiaçı çay evi işlətmək üçün vergi orqanında qeydiyyatında alınmış və Şamil Musayevə məxsus kafeni işlədərək sahibkarlıq fəaliyyəti ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə cavabdeh “xxxx” ASC-nin əməkdaşları tərəfindən Şamil Musayevə məxsus (iddiaçının istifadəsində olan) kafedə elektrik enerjisi uçotu və “Elektrik enerjisindən istifadə Qaydaları” na riayət edilməsinin yoxlanılması məqsədilə baxış keçirilmiş, baxış zamanı obyektin həyətində quraşdırılmış transformatorun açıq lövhəsində quraşdırılmış sayğacın alt qapaq möhürünün olmadığı müəyyən edilmiş və bu barədə xx.xx.2020-ci il tarixli 007597 nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən “xxxx” ASCnon Akt Komissiyası tərəfindən müəyyən edilmiş qüsur nəticəsində itirilmiş enerjinin bərpası məqsədilə abonent olan Şamil Musayevə 378 manat borc hesablanmışdır. İddiaçı akt əsasında 525,35 manat borc hesablandığını əsas gətirərək həmin borcun silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Göbələk” kafesi 2019-cu ildən onun istifadəsindədir. 2020-ci ilin mart ayından sentyabr ayınadək ölkə ərazisində koronovirus yayılması səbəbilə iş fəaliyyətində məhdudlaşmalar olmuş və kafeni işlədə bilməmişdir. xx.xx.2020-ci il tarixdə cavabdehin əməkdaşları ona heç bir xəbərdarlıq etmədən kafeyə daxil olmuş və sayğaca baxış keçirmişlər. Baxış zamanı guya sayğaca müdaxilə edildiyi, plombun qırıldığı müşahidə edilsə də, cavabdehin əməkdaşlarının bu hərəkəti qərəzli və qəsdən olmuşdur.Çünki onun tərəfindən sayğaca müdaxilə olunmayıb və müdaxilə olması barədə də məlumatı yoxdur. Cavabdeh təşkilat da daima sayğaca nəzarət etmişdir. Bu səbəbdən aktı əsassız hesab edir və həmin akt əsasında hesablanmış borcun silinməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, cavabdeh bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Aktlar, Arayışlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddiaçı hazırki iddia tələbini irəli sermək üçün subuyektiv hüquqa malik olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, fiziki və hüquqi şəxslər qanunla qorunan hüquqularının pozulması nəticəsində onların bərpa və ya təmin edilməsini məhkəmə müdafiəsindən istifadə etməklə həyata keçirə bilərlər. Mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaqla iddiaçı məhz özünün qanunla qorunan hüquqlarının pozulmasına əsaslanmaqla cavabdehlə onun arasında yaranan müəyyən məsələlərin tənzimlənməsini tələb edə bilər. Bu hüquq iddiaçının iddia qaldırmağa subyektiv hüquqa malik olduğunu nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İsmayıllı rayonu Kürtmaşı kəndində yerləşən Göbələk” kafesi X1 mülkiyyətində olmuş, həmin qeyri-yaşayış sahəsi Göyçay EŞ-nin enerji satış bazasında Şamil Musayevin adına **********01039 nömrəli kodla istehlakçı kimi qeydiyyata alınmışdır. Cavabdehin əməkdaşları tərəfindən qeyriyaşayış sahəsinə xidmət edən elektrik sayğaçına keçirilmiş baxışın nəticəsində boroc məbləği isə iddiaçıya deyil əmlakın mülkiyyətçisi olan X2 hesablanmışdır. İddiaçı ölmüş X1 vərəsəsi olmasına, habelə əmlakın mülkiyyətçisi olmasına dair məhkəməyə sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçı subyektiv hüququn əsas elementi olan öz hərəkətlərinə hüquqi ixtiyarlı deyildir. Belə ki, borc ona deyil abınenet kimi qeydiyyatda olan Şamil Musayevə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Hazırki iş üzrə iddia hüququna malik olan X3 öldüyündən və məhkəməyə vərəsələr barədə məlumat verilmədiyindən iddiaçının əsl iddiaçı ilə əvəz olunması məsləsi müzakirə olunmamışdır. İddiaçının diqqətinə çatdırılır ki, hazırki tələb üzrə hüquq sahibi ölmüş X1 vərəsələri olduğundan iddia tələbi də məhz həmin şəxslər tərəfindən ümumi qaydada yenidən irəli sürülə bilər və məhkəmənin hazırkı mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2-2(102)-257/16 nömrəli qərarında əks olunmuş mövqeyinə uyğundur. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki iddia tələbi rədd edildiyindən və iddia tələbi istehlak hüquqlarının pozulması ilə əlaqədar veridliyindən ödənilməmiş dövlət rüsumu tərəflərdən tutulmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “xx.xx.2020-ci il tarixli 007597 nömrəli akt əsasında hesablanmış 525,35 manat borcun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayətiverilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №2-2(117)-41/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-41/2021
19.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver