Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-45/2025 30.01.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “12 fevral 2024cü il tarixli, İN-YMG\TR\001 nömrəli xidmət müqaviləsi üzrə ödənilməmiş 38632.5 manat məbləğində əsas borcun, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 48676.95 manat məbləğində cərimənin, 12 fevral 2024-cü il tarixli, İNYMG\CS\001 nömrəli X1 üzrə ödənilməmiş 2463.2 manat məbləğində əsas borcun, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 3662.29 cərimənin, 443.38 manat məbləğində ƏDV borcunun, həmçinin ödənilmiş 372 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi” tələbinə dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı “12 fevral 2024-cü il tarixli, İN- YMG\TR\001 nömrəli xidmət müqaviləsi üzrə ödənilməmiş 38632.5 manat məbləğində əsas borcun, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 48676.95 manat məbləğində cərimənin, 12 fevral 2024-cü il tarixli, İNYMG\CS\001 nömrəli X1 üzrə ödənilməmiş 2463.2 manat məbləğində əsas borcun, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 3662.29 cərimənin, 443.38 manat məbləğində ƏDV borcunun, həmçinin ödənilmiş 372 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında12 fevral 2024-cü il tarixində İN-YMG\TR\001 №-li Xidmət Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı cavabdehin sifarişi əsasında müqavilədə göstərilən xidmətləri yerinə yetirməyi və ya icrasını təşkil etməyi, cavabdeh isə bu xidmətləri qəbul etməyi və onların dəyərini iddiaçıya ödməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən icra olunmuş, xidmətlər 2 hissədə cavabdehə təqdim edilmişdir. Xidmətlər müvafiq təhvil-təslim aktları ilə rəsmiləşdirilmiş, bununla bağlı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində elektron qaimə-fakturalar göndərilmişdir. Elektron qaimə-fakturalara əsasən, iddiaçı tərəfindən xidmətlər vaxtında yerinə yetirilsə də, cavabdeh müqavilə üzrə göstərilmiş xidmətin ümumi dəyəri olan 38632.5 manat pulun ödənilməsini yerinə yetirməmişdir. Belə ki, hazırda xidmət müqaviləsi üzrə cavabdehin iddiaçıya 38632.5 manat məbləğində əsas borcu, 126 gün gecikdirmə üçün 48676.95 manat məbləğində cərimə ödənişi, ümumi 87309.45 manat ödəniş öhdəliyi vardır. Cavabdehə edilmiş çoxsaylı xəbərdarlıqlara və bildirişlərə baxmayaraq, cavabdeh öhdəliyinin icrasından yayınmış, göstərilmiş xidmətlərin əvəzini ödəməmişdir. Bundan əlavə, tərəflər arasında 12 fevral 2024-cü il tarixində İN- YMG\CS\001 №-li X1 bağlanmışdır. Bu müqavilə üzrə öhdəliklər də iddiaçı tərəfindən icra olunmuş, xidmətlər 2 hissədə cavabdehə təqdim edilmişdir. Xidmətlər müvafiq təhvil-təslim aktları ilə rəsmiləşdirilmiş, bununla bağlı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində elektron qaimə-fakturalar göndərilmişdir. Elektron qaimə-fakturalara əsasən, iddiaçı tərəfindən xidmətlər vaxtında yerinə yetirilsə də, cavabdeh müqavilə üzrə göstərilmiş xidmətin ümumi dəyəri olan 2463.2 manat pulun, 443.38 manat ƏDV borcunun və 126 gün gecikdirilmə üçün hesablanmış 3662.29 manat məbləğində cərimə borcunun ödənilməsini həyata keçirməmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflər arasında xx.xx.2024-cü il tarixdə İN-YMG/TR/001 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən, ekspeditor müştərinin sifarişi əsasında bu müqavilədə göstərilən xidmətləri yerinə yetirməyi və ya icrasını təşkil etməyi, müştəri isə bu xidmətləri qəbul etməyi və onların dəyərini ekspeditora ödəməyi öz öhdəsinə götürür. 3.3.10-cu bəndinə əsasən, müqavilə üzrə ekspeditor tərəfindən göstərilən xidmətlərin dəyərini bu müqavilənin şərtlərinə uyğun vaxtında ödəmək müştərinin vəzifəsi olaraq müəyyənləşdirilmişdir. 4.5-ci bəndinə əsasən, əgər sifariş orderində başqa qayda nəzərdə tutulmayıbsa, ödəniş sifariş orderi imzalandıqdan sonra 30 təqvim günü ərzində həyata keçirilir. 4.8-ci bəndinə əsasən, ödəmələr bank yolu ilə həyata keçirildiyi zaman bütün bank xərcləri və komissiyalar müştərinin hesabına həyata keçirilir. Müştəri faksimile və ya elektron əlaqə vasitəsilə ekspeditora ödəniş edilmiş hesabları göstərməklə pul vəsaitlərinin köçürülməsi haqqında ödəniş tapşırığının surətini göndərir. Pul vəsaitlərinin ekspeditorun hesabına daxil olma anı ödənişin tarixi sayılır. 5.9-cu bəndinə əsasən, xidmət dəyərinin həmçinin bu müqavilənin icrası üçün ekspeditor tərəfindən çəkilmiş xərclərin ödənişi üzrə öhdəliklərin, boşdayanmaya görə ödənişlərin müştəri tərəfindən icrasının gecikdirilməsi halında, ekspeditor müştəriyə hər gecikdirilmiş günə görə ödənilməmiş məbləğin 1%-i həcmində cərimə tətbiq edə bilər. 8.1-ci bəndinə əsasən, bu müqavilə hər iki tərəfin onu imzaladığı gündən qüvvəyə minir və 1 il müddətində qüvvədədir. Müqavilənin müddətinin bitməsinə ən azı 15 gün qalmış ona xitam vermək haqqında hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda, müqavilənin müddəti növbəti 1 il müddətinə uzadılmış hesab olunur. Tərəflər arasında xx.xx.2024-cü il tarixdə İN-YMG/CS/001 nömrəli X1 bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, təmsilçi, sifarişçinin hesabına və tapşırığı ilə dolayı gömrük təmsilçiliyi xidmətlərini, mallara və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərində olan məlumatlar əsasında idxal, tranzit və digər gömrük prosedurları altında yerləşdirilməsi broker xidmətlərinin göstərilməsini öhdəsinə götürür, sifarişçi isə təmsilçiliyə razılaşdırılmış xidmət haqqı ödəməyi öz öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, xidmətlərin dəyəri hazırkı müqavilənin tərkib hissəsi olan Əlavədə qeyd olunur. 2.2.4-cü bəndinə əsasən, sifarişçi təmsilçinin göstərdiyi bütün xidmətlərin dəyərini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və şərtlər əsasında ödəməyi öz öhdəsinə götürmüşdür. 3.1-ci bəndinə əsasən, təmsilçi sifarişçiyə göstərdiyi xidmət növünə əsasən hesab faktura təqdim edir. Sifarişçi hesab fakturanı aldığı tarixdən 3 iş günü ərzində hesab fakturada qeyd olunmuş məbləği təmsilçinin bank hesabına ödəməlidir. 4.2.2-ci bəndinə əsasən, sifarişçi müqavilə üzrə ödənişləri gecikdirdikdə, təmsilçi sifarişçiyə hər gecikdirilmiş günə görə ödənilməmiş məbləğin 1% həcmində cərimə tətbiq edə bilər. 8.1-ci bəndinə əsasən, bu müqavilə hər iki tərəfin onu imzaladığı gündən qüvvəyə minir və 1 il müddətində qüvvədədir. Müqavilənin müddətinin bitməsinə ən azı 15 gün qalmış ona xitam vermək haqqında hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda, müqavilənin müddəti növbəti 1 il müddətinə uzadılmış hesab olunur. Tərəflər arasında xx.xx.2024-cü il tarixdə İN-YMG/CS/001 nömrəli X1nə 1 nömrəli Əlavə olan qiymətlərin razılaşdırılma protokolu imzalanmışdır. Həmin qiymətlərin razılaşdırılma protokolu ilə təmsilçinin xidmətləri olan gömrük bəyannaməsinin tərtibi xidməti hər əsas vərəq üzrə 40 manat, hər əlavə vərəq üzrə 40 manat, gömrük rəsmiləşdirilməsi xidməti hər mal partiyası üzrə 150 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən, xx.xx.2024-cü il tarixli İN- YMG/TR/001 saylı müqaviləyə uyğun olaraq Hindistan Respublikasının Mundra şəhərindən, Azərbaycan Respublikasının Bakı şəhərində çatdırılması sifariş olunan yük (Keramo qranit-82500 kq) "xxxx" MMC tərəfindən 20655 manat müqabilində çatdırılmış və həmin akt tərəflərin nümayəndələrinin imzaları və möhürləri ilə təsdiqlənmişdir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən, xx.xx.2024-cü il tarixli İN- YMG/TR/001 saylı müqaviləyə uyğun olaraq Hindistan Respublikasının Mundra şəhərindən, Azərbaycan Respublikasının Bakı şəhərində çatdırılması sifariş olunan yük (mərmər məhsulları- 27t) "xxxx" MMC tərəfindən 17212.50 manat müqabilində çatdırılmış, əlavə xərc üçün 765 manat ödənilmiş və həmin akt tərəflərin nümayəndələrinin imzaları və möhürləri ilə təsdiqlənmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 295850 nömrəli və xx.xx.2024cü il tarixli 10570553 nömrəli “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə elektron qaimə-fakturalardan göründüyü kimi İN-YMG/CS/001 nömrəli müqavilə üzrə ƏDV daxil olmaqla müvafiq olaraq 1544.86 manat və 1361.72 manat olmaqla, ümumilikdə 2906.58 manat məbləğində xidmət göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 289323 nömrəli və xx.xx.2024cü il tarixli 10570531 nömrəli “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə elektron qaimə-fakturalardan göründüyü kimi İN-YMG/TR/001 nömrəli müqavilə üzrə müvafiq olaraq 17977.50 manat və 20655 manat olmaqla, ümumilikdə 38632.5 manat məbləğində xidmət göstərilmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə1 ötən məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, aralarında razılaşmalar vardır. İddiaçı "xxxx" MMC-nin direktoru Ziya bəylə əlyazma şəklində razılaşma imzalamışlar. Borcun 16 000 manat hissəsini yaxın vaxtlarda ödəmişdir. Lakin borcu əlbəəl və kart vasitəsilə ödəmişdir. Bununla bağlı whatsapp yazışmaları var. İddiaçı şirkətin rəhbərinə məxsus nömrəyə kartla ödədiyi məbləğin şəklini çəkib göndərmiş, o da ödənişi qəbul etdiyini yazmışdır. Buna dair whatsapp çıxarışlarını məhkəməyə təqdim edə bilər. Məhkəmədən köməklik göstərilməsini xahiş etmişdir. Cavabeh tərəfindən məhkəməyə təqdim edilmiş whatsapp yazışmalarının çıxarışından göründüyü kimi cavabdeh tərəfindən iddiaçı "xxxx" MMC-nin rəhbəri Nümayəndə2 nağd qaydada 14 000 manat və həmin şəxs tərəfindən təqdim edilmiş **********172448 nömrəli hesaba isə 2000 manat məbləğində ödəniş edilmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixində iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdeh tərəfindən təqdim edilən qəbzlər və ya yazışmalar köçürülən pulun məhkəmə mübahisəsi olan borca aid olduğu sübuta yetirilmir. Belə ki, "Nağdsız hesablaşmalar haqqında" AR Qanununun tələblərinə əsasən, hüquqi şəxslər arasındakı ödənişlər yalnız nağdsız qaydada - bir hüquqi şəxsin bank hesabından digər hüquqi şəxsin bank hesabına (elektron qaimə əsasında) köçürmə yolu ilə həyata keçirilməlidir. Bu səbəbdən, cavabdeh şirkətin direktorunun - fiziki şəxsin digər bir fiziki şəxsə pul göndərməsi hazırkı iş üzrə tamamilə əlaqəsizdir və hüquqi şəxsi pul öhdəliyindən azad etmir. Odur ki, məhkəmədən iddianın tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Hazırkı iş üzrə məhkəmə iclas katibi tərəfindən Şəki Kommersiya Məhkəməsinə məxsus ***-***-**-** telefon nömrəsi ilə xx.xx.2025-ci il tarixdə iddiaçı "xxxx" MMC-nin rəhbəri Nümayəndə2 məxsus 050 *** ** ** nömrə ilə, bundan sonra xx.xx.2025-ci il tarixdə yenidən "xxxx" MMC-nin rəhbəri Nümayəndə2 məxsus 050 *** ** ** nömrə ilə, eyni zamanda "xxxx" MMC-nin vəkili Vəkil məxsus 050 *** ** ** nömrə ilə əlaqə saxlanılmış və iddiaçı tərəf cavabdehin məhkəməyə təqdim etdiyi whatsapp yazışmalarında öz əksini tapan “14 000 manatın nağd qaydada ödənilməsi və 2 000 manatın kart hesabına ödənilməsi” fikrinə münasibətdə bildirmişdir ki, həmin məbləğ hazırkı iş üzrə iddia tələbində nəzərdə tutulan məbləğlə əlaqəli deyil, tərəflər arasında mövcud olan başqa münasibət əsasında yaranmış borcun ödənilməsi ilə bağlıdır. Daha sonra xx.xx.2025-ci il tarixdə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə elektron poçt vasitəsilə müraciət edilərək bildirilmişdir ki, xx.xx.2024-cü il tarixdə iddiaçının direktoru Ziya bəylə daşıma xidməti ilə bağlı müqavilə bağlamışlar. Hər biri 3 konteynr olmaqla 2 partiya cəmi 41539 manat məbləğində yük gətirmişlər. Onun hesabında sərəncam olduğundan bu ödənişdən 14 000 manat məbləğində əlbəəl və 2000 manat məbləğində vəsaiti isə Ziya bəyin şəxsi kartına ödəmişdir. Ümumilikdə rəsmi olaraq ona 41539 manat məbləğində yük gəlib və o, 16 000 manat məbləğində ödəniş etmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı "xxxx" MMC-nin vəkili məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh MMC-yə məghkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xidmət müqaviləsi, X1, təhvil-təslim aktları, elektron qaimələr, arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.4. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 782.4. Vəkalət alanın ödəmə qabiliyyətinin olmadığı halda vəkalət verən saxlama hüququnu vəkalət alan üçün saxlamaqla, ondan öz adından, lakin vəkalət verənin hesabına əldə etdiyi daşınar əşyaları verməyi tələb edə bilər. 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
851. Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. 852.1. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. 852.2. Daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. 852.3. Ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. Əgər bir neçə yük göndərinin əşyalarının aralıq və son təyinat yerləri eynidirsə, ekspeditor bu əşyaları qruplaşdıraraq yığma nəqliyyat təşkil edə bilər. Bütün hallarda o, yük göndərənin mənafelərini qorumalı və göstərişlərinə əməl etməlidir. O, qarşıya çıxan bütün çətinliklər barəsində yük göndərənə məlumat verməlidir. 852.4. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: 852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu); 852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd. 852.5. Ekspeditor yük göndərənin göstərişlərindən bütün kənaraçıxmalar üçün onun qarşısında məsuliyyət daşıyır. Ekspeditor daşıyıcıların təqsiri üçün də məsuliyyət daşıyır, amma daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirdiyi hallar istisna təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, tərəflər arasında xx.xx.2024cü il tarixdə İN-YMG/TR/001 nömrəli xidmət müqaviləsi və xx.xx.2024-cü il tarixdə İN- YMG/CS/001 nömrəli X1 bağlanmışdır. Hazırkı mübahisə ayrı-ayrılıqda müqavilələr əsasında yaransa da, qeyd edilən müqavilələr tapşırıq və yük daşıma müqavillərini əhatə edən qarışıq tipli (sığorta, yükdaşıma, digər xidmətlər üzrə) müqavilələrdir. İş materiallarına əlavə edilmiş təhvil-təslim aktları, elektron qaimələr və cavabdehin nümayəndəsinin izahatından da göründüyü kimi cavabdehin İN-YMG/TR/001 nömrəli xidmət müqaviləsi üzrə ümumilikdə 38632.5 manat, İN-YMG/CS/001 nömrəli X1 üzrə isə ümumilikdə 2906.58 manat məbləğində borcu mövcud olmuşdur. Bundan başqa cavabdehin nümayəndəsinin ötən məhkəmə iclasında verdiyi izahatından və məhkəməyə təqdim etdiyi whatsapp yazışmalarının çıxarışından göründüyü kimi, cavabdeh qeyd edilən müqavilələr üzrə tələb edilən məbləğdə borcunun olduğunu və onun 16 000 manat hissəsini ödədiyini təsdiqləyir. Buna münasibətdə iddiaçı tərəf həmin yazışma və qəbzlərdə öz əksini tapan məbləğin hazırkı iş üzrə tələb edilən borcla əlaqəli olduğunu təsdiqləyən hər hansısa əsasın olmadığını, eyni zamanda ödənişin nağdsız qaydada, yəni bir hüquqi şəxsin bank hesabından digər hüquqi şəxsin bank hesabına köçürülməli olduğunu qeyd etmiş, daha sonra tərtib edilmiş arayışdan da göründüyü kimi "xxxx" MMC-nin rəhbəri Nümayəndə2 və iddiaçının vəkili həmin məbləğin hazırkı iş üzrə iddia tələbində nəzərdə tutulan məbləğlə əlaqəli olmadığını, tərəflər arasında mövcud olan başqa münasibət əsasında yaranmış borcun ödənilməsi ilə bağlı olduğu qeyd edilmişdir. Məhkəmə buna münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 16000 manat məbləğində pul vəsaiti hazırkı iş üzrə tələb edilən borc məbləğindən çıxılması əsaslı və qanunidir. Göründüyü kimi iddiaçı tərəfindən irəli sürülən arqumentlər kifayət qədər əsaslı deyildir. İddiaçının vəkili qeyd edilən məbləğin nağdsız qaydada hüquqi şəxsin bank hesabına ödənilməli olmasını qeyd etmişdir ki, bu hissədə aydın olduğu kimi ödənişin edilməsi qaydası ilə bağlı şərtə riayət edilməsə də, faktiki olaraq cavabdeh tərəfindən iddiaçıya borc məbləğindən müəyyən qədər ödəniş edilmiş və bu ödənişin nəzərə alınmaması ədalətli və qanuni olmazdı. Cavabdeh nağdsız ödənişlə bağlı qanunvericiliyin tələblərini pozduğu təqdirdə onun müvafiq məsuliyyət daşıması məsələsinə müvafiq qaydada baxıla bilər. Bundan başqa iddiaçı tərəf həmin məbləğin tərəflər arasında yaranmış başqa münasibətlə bağlı olduğunu iddia etsə də, bu halı sübut edən hər hansısa bir dəlil, yəni tərəflər arasında hazırkı müqavilələrdən əlavə bağlanmış müqavilə və ya müvafiq ödəniş öhdəliyi yaradan sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin “12 fevral 2024-cü il tarixli, İN-YMG\TR\001 nömrəli xidmət müqaviləsi üzrə ödənilməmiş 38632.5 manat məbləğində əsas borcun, 12 fevral 2024-cü il tarixli, İNYMG\CS\001 nömrəli X1 üzrə ödənilməmiş 2463.2 manat məbləğində əsas borcun, 443.38 manat məbləğində ƏDV borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. İddiaçı cavabdehdən 12 fevral 2024-cü il tarixli, İN-YMG\TR\001 nömrəli xidmət müqaviləsi üzrə ödənilməmiş ödənilmiş 16000 manat borc çıxılmaqla qalan 22632,5 manat məbləğində əsas borcun, 12 fevral 2024-cü il tarixli, İNYMG\CS\001 nömrəli X1 üzrə ödənilməmiş ƏDV ilə birlikdə 2 906,58 manat məbləğində əsas borcun tutulmasını tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə iddiaçının tələbinin xidmət müqaviləsi üzrə öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 48676.95 manat məbləğində cərimə borcunun, X1 üzrə öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 3662.29 manat məbləğində cərimə borcunun tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. xx.xx.2024-cü il tarixdə İN-YMG/TR/001 nömrəli xidmət müqaviləsinin 5.9-cu bəndinə əsasən, xidmət dəyərinin həmçinin bu müqavilənin icrası üçün ekspeditor tərəfindən çəkilmiş xərclərin ödənişi üzrə öhdəliklərin, boşdayanmaya görə ödənişlərin müştəri tərəfindən icrasının gecikdirilməsi halında, ekspeditor müştəriyə hər gecikdirilmiş günə görə ödənilməmiş məbləğin 1%-i həcmində cərimə tətbiq edə bilər. xx.xx.2024-cü il tarixdə İN-YMG/CS/001 nömrəli X1nin 4.2.2-ci bəndinə əsasən, sifarişçi müqavilə üzrə ödənişləri gecikdirdikdə, təmsilçi sifarişçiyə hər gecikdirilmiş günə görə ödənilməmiş məbləğin 1% həcmində cərimə tətbiq edə bilər. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə hesab edir ki, tərəflərin əmlak mənafelərini, cavabdeh tərfindən müəyyən miqdarda ödənişin edilməsini, tələb edilən cərimə məbləğinin müvafiq olaraq əsas borc məbləğindən çox olmasını, cavabdeh tərəfindən ödənişin gecikdirilməsinin bir ildən az müddət olmasını nəzərə alaraq, müvafiq əsas borc məbləğinin 5% faizi həcmində müəyyən edilməklə, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün xx.xx.2024-cü il tarixdə İN-YMG/TR/001 nömrəli xidmət müqaviləsi üzrə 1131,6 manat, xx.xx.2024-cü il tarixdə İN- YMG/CS/001 nömrəli X1 üzrə 145,3 manat cərimə borcunun tutulması daha ədalətli, ağlabatan və qanunidir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, cavabdehdən 12 fevral 2024-cü il tarixli, İN-YMG\TR\001 nömrəli xidmət müqaviləsi üzrə ödənilməmiş 22632,5 manat məbləğində əsas borc, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 1131,6 manat məbləğində cərimə, 12 fevral 2024-cü il tarixli, İNYMG\CS\001 nömrəli X1 üzrə ödənilməmiş ƏDV ilə birlikdə 2 906,58 manat məbləğində əsas borc, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 145,3 cərimə borcunun tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş ümumilikdə 372 manat məbləğində dövlət rüsumunun iddia tələbinin təmin edilən hissəsinə münasib olaraq 106,26 manat məbləğində hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbinin təmin edilməmiş hissəsinə münasib olaraq isə 265.74 manat hissədə iddiaçıya aid edilməlidir.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən 12 fevral 2024-cü il tarixli, İN-YMG\TR\001 nömrəli xidmət müqaviləsi üzrə ödənilməmiş 22632,5 manat məbləğində əsas borc, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 1131,6 manat məbləğində cərimə, 12 fevral 2024-cü il tarixli, İNYMG\CS\001 nömrəli X1 üzrə ödənilməmiş ƏDV ilə birlikdə 2 906,58 manat məbləğində əsas borc, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 145,3 cərimə, ödənilmiş dövlət rüsumunun təmin edilmiş tələbə uyğun 106,26 manat hissəsi tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov