Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-55/2024 15.01.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “1 ədəd Can- D.M.A.T-24 markalı diskli malanın tam bərpası üçün hesablanmış 1794 manat dəymiş maddi ziyanın və 60 manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi” tələbinə dair mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 05/03515 nömrəli operativ lizinq müqaviləsinə əsasən, cəmiyyət tərəfindən 1 ədəd Can-D.M.A.T-24 markalı hidravlik ağır diskli mala mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərtilə cavabdehin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək istifadəsinə verilmiş, sonuncu isə texnikanın müqavilə müddəti biməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərclərdən asılı olmayaraq, bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi öhdəsinə götümüşdür. xx.xx.2023-cü il tarixli aktla iddiaçı tərəfindən hidravlik ağır diskli saz vəziyyətdə cavabdehə təhvil verilmişdir. Hidravlik ağır diskli malanın iddiaçıya təhvil verilməsi zamanı nasazlıq aşkar olunmuş və buna dair xx.xx.2023-cü il tarixli Qüsur aktı tərtib edilmiş, həmin akt cavabdeh tərəfindən imzalanmamışdır. xx.xx.2023-cü il tarixli aktla hidravlik ağır diskli mala geri alınmış və hidravlik ağır diskli malanın nasaz olması – 5 ədəd qabaq dişli diskin olmaması, 8 ədəd disk aralığının olmaması, 1 ədəd sağ şinin yararsız olması, 1 ədəd disk açarının olmaması, 2 ədəd yivli vintin yararsız olması müəyyən edilmiş və bu nasazlıq texnikanın qaytarılması zamanı tərtib edilmiş aktda və Qüsur aktında göstərilmişdir. Arayış tərtib edilərək hidravlik ağır diskli malanın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclərin 1794 manat (dişli disk işçi orqanının aralığı (makara), şin, yivli vint, disk açarı və işçilik haqqı ilə əlaqədar) olması müəyyən edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli iltizamla texnikanın istismarı zamanı yaranmış nasazlığı müqavilə müddəti ərzində öz vəsaiti hesabına aradan qaldıracağını, eləcə də müqavilə müddəti bitdikdən sonra texnikanı saz vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürsə də, hazırki vaxtadək üzərinə götürdüyü öhdəliyi icra etməmiş, yaranmış nasazlığı aradan qaldırmamışdır. İddiaçı dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncuya xx.xx.2023-cü il tarixdə bildirişin təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Müqavilə, Aktlar, Arayış, İltizam və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsi üzrə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsi üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə araşdırılması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 05/03515 nömrəli operativ lizinq müqaviləsinə əsasən cəmiyyət tərəfindən 1 ədəd Can-D.M.A.T-24 markalı hidravlik ağır diskli mala mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərtilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək cavabdehin istifadəsinə verilmiş, sonuncu isə texnikanın müqavilə müddəti biməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərclərdən asılı olmayaraq, bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi öhdəsinə götümüşdür. xx.xx.2023-cü il tarixli aktla iddiaçı tərəfindən hidravlik ağır diskli mala saz vəziyyətdə cavabdehə təhvil verilmişdir. Hidravlik ağır diskli malanın iddiaçıya təhvil verilməsi zamanı nasazlıq aşkar olunmuş və buna dair xx.xx.2023-cü il tarixli Qüsur aktı tərtib edilmiş, həmin akt cavabdeh tərəfindən imzalanmamışdır. xx.xx.2023-cü il tarixli aktla hidravlik ağır diskli mala geri alınmış və hidravlik ağır diskli malanın nasaz olması – 5 ədəd qabaq dişli diskin olmaması, 8 ədəd disk aralığının olmaması, 1 ədəd sağ şinin yararsız olması, 1 ədəd disk açarının olmaması, 2 ədəd yivli vintin yararsız olması müəyyən edilmiş və bu nasazlıq texnikanın qaytarılması zamanı tərtib edilmiş aktda və Qüsur aktında göstərilmişdir. Arayış tərtib edilərək hidravlik ağır diskli malanın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclərin 1794 manat (dişli disk işçi orqanının aralığı (makara), şin, yivli vint, disk açarı və işçilik haqqı ilə əlaqədar) olması müəyyən edilmişdir. Məhkəmə iddianın əsaslılığı ilə razılaşsa da texnikanın işlər vəziyyəti gətirilməsi ilə ağlı aparılmış hesabatla qismən razılaşır. Belə ki, təqdim edilmiş sənədlərdən (arayış, akt və s.) müəyyən olunmuşdur ki, iddiaçı texnikanı təhvil verən zaman texnika şinləri 60 % istifadəyə yararlı vəziyyətdə olmuş və texnikanın tərəflər arasında bağlanmış müqaviləyə uyğun istifadəsi zamanı hidravlik ağır diskli malanın şinlərinin təbii aşınması nəticəsində təhvil verildiyi zaman istifadəyə yararlılığı 50 % olmuşdur. Belə olan halda iddiaçı cavabdehdən istifadəyə yararsız hala düşmüş şinin yenisinin deyil, onun 50 faiz yararlılığı olan dəyərini cavabdehdən tələb edə bilər. İş materiallarında şinin dəyəri kimi tələb olunan 454 manatın yeni şinin və yaxud 50 faiz yararlılğı olan şinin dəyərinin olmasına dair sübut mövcud deyildir. Bu səbəbdən də məhkəmə 454 manat dəyərin yeni şinin dəyəri kimi qəbul edir və hesab edir ki, şinin dəyişdirilməsinə görə 454 manat deyil 227 manat cavabdehdən şinin dəyəri kimi tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən texnikanın şininin dəyişdirilməsi üçün tələb olunan 454 manat məbləğin 50 %-i (454*50/100 = 227) olan 227 manat da daxil olmaqla, iddiaçının iddia etdiyi kimi 1794 manat deyil, cəmi 1567 manat tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı əmlakının zədələnməsi ilə bağlı çəkdiyi və ya çəkməli olduğu real zərəri cavabdehdən tələb edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi iddiaçının tələbi qismən əsaslıdır və bu səbəbdən 1567 manat hissədə təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənildiyindən və bu ödənilməli dövlət rüsumundan çox olduğundan iddiaçı dövlət rüsumu ödəmədən məhkəməyə müraciət etmək hüququ əldə etmişdir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (1794 manat) ödənilməli dövlət rüsumu 37,94 manat olmalıdır. İddia tələbi qismən təmin edildiyindən ödənilməmiş 37,94 manat dövlət rüsumunun 4,80 manat hissəsi iddiaçıdan, 33,14 manat hissəsi isə cavabdehdən dövlət gəlirinə tutulmalıdır. Eyni zamanda iddiaçı 60 manat mediasiya xərci ödənilmiş vəhəmin məbləğ cavabdehdən tələb edilmişdir. Bu səbəbdən də 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1567 manat dəymiş maddi ziyan və 60 manat mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 37,94 manat dövlət rüsumunun 4,80 manat hissəsi İddiaçı ASC-dən, 33,14 manat hissəsi Cavabdeh dövlət gəlirinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №2-2(117)-55/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-55/2024
15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver